Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rutil
Rutil — tetraqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == İlmenorutil (14-20% Nb2O5 və 11-14% Fe2O3); niqrin ( ~11% Fe); strüverit (15,44 % Ta2O5 və 8,64 % Nb2O5). == Xassələri == Rəng – qırmızı, qırmızımtıl - qəhvəyi, qırmızımtıl-qonur, qonur, qonuru-sarı, qara, bəzən rəngsiz; Mineralın cizgisinin rəngi – sarıdan açıq qəhvəyiyədək, qırmızımtıl-qəhvəyi; Parıltı – yarımmetal, almaz; Şəffaflıq – qeyri-şəffaf, yarımşəffaf, nazik qırıntıları işıq keçirir; Sıxlıq – 4,2-4,3; Sərtlik – 6,0-6,5; Kövrəkdir; Ayrılma – {110} üzrə mükəmməl, {100} üzrə orta; Sınıqlar – qeyri-hamar, qabıqvari; Başqa xassələr – yarımkeçiricidir; Morfologiya – kristallar: vertikal cizgili, tetraqonal-prizmatik, sütun - və iynəvari; İkiləşmə: xarakterik dirsəkvari; tez-tez iynəvari rutilin saqenit adlanan yastı şəbəkəli ikiləşmə bitişikləri qeyd edilir; bəzən təmas üçləşmələri və həlqəşəkilli altılaşmalar; Mineral aqreqatları: dənəvər kütlələr, püruzlar, şəffaf kvarsda nazik tükəbənzər rutil kristallarının dəstəşəkilli əmələgəlmələri. == Mənşəyi və yayılması == Genetik cəhətdən müxtəlif olan rutil yataqlarından ən mühumləri amfibolitlər, ekloqitlər, qneyslər, kvarsitlər, fillitlər, mikalı şistlər və b. içərisində yerləşən metamorfik yataqlardır. Mineralın tükcükvari və yaxşı təraşlanmış kristalları çox vaxt alp tipli kvars damarlarında qeyd edilir. Aksessor mineral kimi müxtəlif intruziv süxurlarda müşahidə olunur. Az miqdarda peqmatitlərdə, hidrotermal filiz damarlarında, çökmə süxurlarda, nadir hallarda sulfid yataqlarının oksidləşmə zonasında, ay süxurlarında qeyd edilir. Mineralın ən iri yığınları sahilyanı dəniz səpintiləri ilə – «qara qumlar»la əlaqədardır.
Streptoprocne rutila
Streptoprocne rutila (lat. Streptoprocne rutila) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin streptoprocne cinsinə aid heyvan növü.
Crepis rutilans
Crepis vesicaria (lat. Crepis vesicaria) – mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. == Sinonimləri == Barkhausia taraxacifolia (Thuill.) DC. Crepis hackelii Lange Crepis hyemalis subsp. hackelii (Lange) Nyman Crepis marshallii (C.A.Mey.) Sch.Bip. Crepis recognita Haller f. Crepis rutilans Lacaita Crepis scariosa Willd. Crepis taraxacifolia subsp. haenseleri (Boiss. ex DC.) Nyman Crepis taraxacifolia subsp. heterocarpa (Boiss.) Nyman Crepis taraxacifolia subsp.
Cypseloides rutilus
Ricinus rutilans
Adi gənəgərçək (lat. Ricinus communis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin gənəgərçək cinsinə aid bitki növü. == Təsiri == Adi gənəgərçək birillik bitki olub, südləyən fəsiləsinə aiddir. Bu bitkidə zəhərli təsir göstərən iki maddə var. Hoksaalbumin, ribin və risinin alkaloididir. Hoksaalbumin qüvvətli zəhərdir. Yalnız toxumunun üst qatında olur (0,1 faizə qədər). Risin bitkinin bütün hissələrində mövcuddur (toxumunda 0,15%, yarpaqlarında 1,37 %-ə qədərdir. Bütün növ heyvanlar onun toxumunu və ya jımıxını yedikdə zəhərlənir. Bəzi məlumatlara görə onun toxumunun ölüm dozası atlara 30-50 qram, qaramala 350-400 qram, donuzlara 60 qram, qoyunlara 30 qram, buzovlara 20 qram həcmindədir.
Rutilus
Rutilus — Şüaüzgəclilər yarımsinfinə, Çəkikimilər dəstəsinə aid olan cins.
Rutilus caspicus
Xəzər külməsi (lat. Rutilus caspicus ) — Chordata tipinin növüdür. Çox saylı yerli növdür. == Xarakterik morfoloji əlamətləri == Beli yaşılımtıl, böyürləri və qarnı gümüşüdür. Kürütökmədən əvvəl erkək fərdlərin bədəni xırda epitel çıxıntıları ilə örtülü olur. Azərbaycan sularından ovlanmış ən iri fərdinin uzunluğu 37 sm, kütləsi 700 q, yaşı isə 6 il olmuşdur. == Yaşayış yeri və həyat tərzi == Yarımkeçici balıq olub, dənizin çaylara yaxın sahələrində yaşayır. Kürü tökmək üçün Kiçik Qızılağac körfəzinə, Dəvəçi limanına və Xəzərə tökülən çaylara girir. Varvara, Mingəçevir, Yenikənd, Şəmkir, Naxçıvan su anbarlarında, Kür ətrafı göllərdə daim şirin suda yaşayan populyasiyaları vardır. Ömrünün uzunluğu orta hesabla 5-6 ildir, cinsi yetkinliyə 2-3 yaşlarında çatır, fərdi inkişaf forması tam çevrilmə şəklindədir.
Rutilus frisii
Kütüm (lat. Rutilus frisii) — Şüaüzgəclilər yarımsinfinə, Çəkikimilər dəstəsinə aid olan növ. İki yarıpm növü vardır: Kütüm (Rutilus frisii frisii) — Qara və Azov dənizlərimdə yayılmışdır. Kütüm (Rutilus frisii kutum) — Xəzər dənizinin cənub və mərkəzi hissələrində yayılmışdır75 sm uzunluğa və 6 kq çəkiyə qədər böyüyə bilirlər. Beli tünd, bir az yaşıl, böyürləri gümüşü, qarnı isə ağ olur. Dənizin çayların mənsəbinə yaxın ərazilərində yaşasalarda kürüləmə zamanı çaylara üz tuturlar. Yetkinliyə 4—5 yaşında, 40 sm uzunluğa sahib olarkən çatırlar Dənizdə yaşayan canlılarla, əsasən ilbiz, yengəc, krevetka və s. ilə qidalanır.
Rutilus rutilus
Adi külmə (lat. Rutilus rutilus) — Çəkilər fəsiləsinə Külmə cinsinə aid balıq növü. Çoxlu sayda yarımnövlər əmələ gətirir. Külmələrə Bütün Avropada, Şərqi İngiltərədən tutmuş Alpdan şimladakı ərazilərdə, Sibirin bütün göl və çaylarında, Xəzər və Aral dənizinin hövzəsində rastlamaq mümkündür. Bel nahiyəsi qaradır, mavi və zeytuni yaşıl nöqtələrə sahib olur. Böyür və qarın nahiyəsi isə gümüşü rəngdədir. Bel və quyruq üzgəci yaşıl-boz, sinə üzgəcləri sarımtıl, qarın və anal üzgəcləri isə qırmızı olur. Bununla yanaşı bəzi fərdlər sarı göz və üzgəclərə sahiblər. Pulcuqları gümüşü, üzərlərində, yan və bel nahiyələrində qırmızı nöqtələr olur. Adətən sürülər halında zəif axın olna ərazilərdə, yosunların çox olduğu bölgələrdə dolaşırlar.
Rutul
Rutul — Rusiya Federasiyasının Dağıstan Respublikasında kənd, Rutul rayonunun inzibati mərkəzi.
Amsar (Rutul)
Amsar — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd. Kənd əhalisinin sayı 460 nəfərdir (2010). 1 yanvar 2014-cü ilə olan rəsmi təxminə əsasən Amsar və Qala kəndlərini əhatə edən Amsar kənd sovetliyində 790 nəfər əhali yaşayır. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən kənd əhalisini etnik rutullar təşkil edir.
Mişleş (Rutul)
Mişleş — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən kənd əhalisini etnik saxurlar təşkil edir.
Qala (Rutul)
Qala — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd. 1 yanvar 2014-cü ilə olan rəsmi təxminə əsasən Amsar və Qala kəndlərini əhatə edən Amsar kənd sovetliyində 790 nəfər əhali yaşayır. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən kənd əhalisini etnik rutullar təşkil edir.
Rutul dili
Rutul dili (rutulca: мыхIабишды чIел – mıx'abişdı ç'el) Azərbaycanda və Dağıstanda danışılan ləzgi dillərindən biridir. Azərbaycanda əsasən Şəki və Qax rayonlarında, Dağıstanda isə Rutul rayonunda yerləşən rutul kəndlərində işlənilir. Danışanların sayı 40 min nəfərə yaxındır. Rutul dili Dağıstanın rəsmi dillərindən biri sayılır. Bu dildə yazı 1990-cı ildə yaransa da, ədəbi dil hələ də inkişaf mərhələsindədir. Dağıstanda orta məktəblərdə öyrənilir, həm pedaqoji texnikumlarda, həm də ali məktəblərdə ixtisas kimi tədris olunur. Rutul dilində "Rutul xəbərləri" qəzeti nəşr olunur, gündəlik 30 dəqiqəlik radio verilişi və aylıq televiziya verilişi yayımlanır. Rutul dilinin 5 ləhcəsi vardır: ədəbi dilinin bünövrəsi olan Muxad, həmçinin Şinaz, Müxrək, İxrək və Borç-Xnov. Son iki ləhcə saxur dilinə yaxın olan cənub-qərb qrupuna daxildir, qalanları isə buduq və qrız dilinə oxşar şərq qrupuna. Azərbaycanda danışılan ləhcələr üzrə ciddi tədqiqat aparılmayıb.
Rutul memarlığı
Rutul memarlığı — yaşayış məskənlərini çətin keçilən yerlərdə quran rutulların ənənəvi memarlığıdır, çünki tez-tez baş verən müharibələr və düşmən basqınları onları müdafiələrini gücləndirmək üçün qala divarları, xəbərdaredici və müdafiə qüllələri tikməyə məcbur etmişdi. == Rutulların ənənəvi yaşayış məskənlərinin tarixi == ən erkən — yüksək daş sütunlar üzərində ucaldılmış, köməkçi tikililərdən ayrı duran bir mərtəbəli və ya bir otaqlı tikililər; həyəti və yardımçı tikililəri olmayan iki mərtəbəli tikililər; kiçik açıq həyəti olan bir mərtəbəli və ya iki mərtəbəli ev, burada təsərrüfat və yardımçı otaqlar . === Orta əsr yaşayış məskənləri === L. İ. Lavrovun fikrincə, erkən orta əsrlərdə Şərqi Qafqazda (Cənubi Dağıstanda) əsas yaşayış növü daş tikili, Şimali Qafqazın Xəzər dənizinə qədər dağətəyi ərazilərində isə turlu evlər olmuşdur . M. İ. İlyin qeyd edir ki, " darbazi " tipli tavanlı yaşayış evi paleolit dövrünə aid mağara yaşayış yerlərindən və ibtidai qazıntılardan irəli gələn təkmilləşdirilmiş qazıntı növüdür. Bununla belə, Cənubi Dağıstanın memarlığının heç də bütün materialları dağ evlərinin təkamül yolunun universallığını təsdiq etmir . == Memarlığın inkişafı == Dağlıq ərazilərin məlum təcrid olunması, yaşayış növünün dəyişdirilməsi proseslərinin XIX əsrə qədər orada getməsinə kömək etdi. son dərəcə yavaş və qeyri-bərabər. Bu, bir sıra hallarda müxtəlif vaxtlarda tikilmiş yaşayış binalarını eyni inkişaf mərhələsinə aid hesab etməyə imkan verir. Cənubi Dağıstanda nəinki qala evləri, hətta bir otaqlı yaşayış məskənləri də orijinal formada praktiki olaraq qorunub saxlanmayıb. Yaşayış binasının daha da fərqləndirilməsi evin ən yaşayış yerində (mətbəx, kiler, qonaq otağı, kunatskaya və s.) Ayrı-ayrı funksional binaların ayrılması ilə əlaqələndirildi.
Rutul mətbəxi
Rutul mətbəxi (rut. Myhabishdy mutabikh) — rutul xalqının milli mətbəxi; Şimali Qafqazın ən qədim mətbəxlərindən biri. Mətbəxin əsas komponentləri İslam dininin qaydaları və təbii şəraitlə müəyyən edilir: dağ iqlimində quzu, mal əti, quş əti, çay (Samur) balıqları, turş süd məhsulları (pendir, kəsmik), həmçinin rutul mətbəxində meyvə və tərəvəzlər. Ədviyyatlar, eləcə də müxtəlif göyərtilərdən geniş istifadə olunur: cəfəri, vəzəri, yaşıl və qara reyhan, şüyüd, keşniş, isti və ətirli bibər, cilantro, nanə, kərəviz, tərxun, kəvər, yaşıl soğan, sarımsaq, kəklikotu və s. d. == Ənənəvi yeməklər == Acika, pomidor, sürtgəcdən keçirilmiş qırmızı bibər, keşniş, göy güldəfnə və digər ədviyyatlı otlar (təzə və ya qurudulmuş), sarımsaq, az miqdarda süfrə duzu əlavə edilməklə, xəmir kütləsi şəklində dadlı bir ədviyyatdır. Qırts - ət ( yak-atsyd gyrts ), ot ( uk-atsyd gyrts ) və ya kəsmik ilə tort. Qırtsbır - ət, tərəvəz, bitki mənşəli və ya kəsmik ilə doldurulmuş köftələr. Dolma yarpaq (kələm və ya üzüm) və ya tərəvəz (bibər) doldurulmuş yeməkdir. Duguied yamaq - plov.
Rutul rayonu
Rutul rayonu – Rusiya Federasiyasının Dağıstan Respublikasında inzibati-ərazi vahidi.
Butik
Butik (fr. Boutique) — şık geyim, zərgərlik və ya digər adətən lüks əşyaları satan kiçik mağaza.
Butin
Butin (C4H6) — Alkinlər sinfindən doymmamış karbohidrogen.
Ertil
Ertil — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Fruvil
Fruvil (fr. Frouville) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Valle-dü-Sosseron. Əhalisi — 372 nəfər (2006).Bələdiyyə Paris şəhərinin təxminən 36 km şimal-qərbində, Serji bələdiyyəsinin 15 km şimal-şərqində yerləşir.
Metil
Metil — bir karbon atomuna birləşmiş üç hidrogen atomundan ibarət, metandan əldə edilən bir alkildir — CH3. Kimyəvi formullarda metil əsasən Me olaraq qısaldılır. Bu karbohidrogen qrupu bir çox üzvi birləşmələrdə mövcuddur. Molekullarda əksərən stabil bir qrupdur. Metil qrupu adətən daha böyük bir molekulun tərkib hissəsi olsa da, anion, kation və ya radikal kimi üç formada tapıla bilər. Anionda səkkiz, kationda yeddi, radikalda isə altı valent elektronu var. Hər üç formada metil çox reaktivdir və nadir hallarda müşahidə oluna bilir. == Metil kationu, anionu və radikalı == === Metil kationu === Metilium kationuna (CH3+) qaz fazasında rast gəlinir, digər fazalarda mövcud deyil. Bəzi birləşmələr metilium kationunun mənbəsi hesab olunur və üzvi kimyada praktikada geniş tətbiq olunur. Nümunə üçün, metanol protonlaşma zamanı elektrofil metil yaradan reagent verir: CH3OH + H+ → CH3+ + H2OEynilə, metil yodid və metil triflata metil katalizinin ekvivalenti kimi baxılır, çünki onlar zəif nukleofillərlə SN2 reaksiyalarına dərhal məruz qalırlar.
Mugil
Kefal (lat. Mugil) — kefallar fəsiləsinə aid balıq cinsi. Kefal balıqlarının Xəzər dənizində 2 növü yaşayır — qızılı kefal (singil) və sivriburun kefal. Hər iki növ 1930-cu illərdə Qara dənizdən gətirilərək Xəzərə buraxılmışdır. Xəzər dənizinin iqlim və qida şəraiti həddindən artıq əlverişli olduğu üçün kefallar qısa müddətdə yeni şəraitə uyğunlaşaraq Xəzərin hər yerində geniş yayılmışlar. Bu tədbirdə məqsəd Xəzərin ixtiofaunasının növ tərkibini dəniz balıqları hesabına zənginləşdirilməsi olmuşdur. Vətəgə əhəmiyyəti olan bu balıqlar Xəzərdə çoxalaraq, əsas ov obyektinə çevrilmişlər. Çox cəld və müxtəlif səs qıcıqlandırıcılarına qarşı həssas balıqdır. Xəzər dənizi şəraitinə uyğunlaşmış hər iki növün öz xarakterik xüsusiyyətləri var.
Putin
Vladimir Vladimiroviç Putin (rus. Владимир Владимирович Путин; 7 oktyabr 1952[…], Leninqrad, SSRİ[…]) — Rusiya Federasiyasının Dövlət və Siyasi Xadimi, Rusiya Federasiyasının 2-ci və 4-cü Prezidenti (2000–2008-ci illərdə və 7 may 2012-ci ildən), Rusiya Federasiyası Hökumətinin sədri (1999–2000; 2008–2012-ci illərdə), Təhlükəsizlik Şurasının sədri (1999-cu ildə), Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru (1998–1999). == Həyatı == Vladimir Putin 7 oktyabr 1952-ci ildə Leninqradda anadan olub. Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1975-ci ildən SSRİ DTK-də xidmətə başlayıb. Bir müddət Almaniyada işləmişdir. 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyib. === Ailəsi === 1983-cü ilin iyulunda Lyudmila Aleksandrovna ilə evlənib. İki qızları var: Mariya (1985-ci ildə Leninqradda) və Katerina (1986-cı ildə Drezdendə anadan olublar.) Mariya Sankt-Peterburq Dövlət Universitetində bioloji-təbiət, Katerina şərq fakültəsində təhsil alıblar (2003-cü ildə qəbul olunublar). V. Putinin qızları haqqında məlumat mətbuatda az verilir.
Qatil
Qatil — qətli törədən cinayətkar şəxsə verilən addır. Öldürən, adam öldürən, cani deməkdir.
Ramil
Ramil — kişi adı.
Rubia
Boyaqotu; Qızılboya (lat. Rubia) – boyaqotukimilər fəsiləsindən bitki cinsi. Heç şübhəsiz, Azərbaycanda qədim zamanlardan becərilən və xüsusi əhəmiyyət kəsb edən texniki bitkilərdən biri də boyaqotu bitkisi olmuşdur. Boyaqotu adı ilə tanınan bu bitkidən toxuculuqda qırmızı rəng kimi istifadə edildiyi üçün ona qızıl boya adının verilməsi də təsadüfi deyildir. Azərbaycanda yabanı halda bitdiyini və toxuculuqda rəng üçün geniş istifadə edildiyini nəzərə alsaq, onun bu ərazidə hələ eramızdan çox-çox əvvəl becərildiyini ehtimal etmək olar. Lakin ilk orta əsrlərdə bu bitkinin Azərbaycanda geniş becərilməsi tamamilə qanunauyğun bir haldır. Bu dövrdə feodalizmin təşəkkülü, şəhərlərin yaranması və inkişafı bu şəhərlərdə toxuculuğun geniş miqyas alması və bununla əlaqədar olaraq rəngə olan tələbat boyaq kökünün daha bol istehsalını tələb edirdi. Ona görə də ölkədə boyaqotu bitkisinin əkin sahəsi də artırdı. Əsrlər boyu boyaqotu bitkisinin becərilməsində elə bir əsaslı dəyişiklik olmamışdır. Başqa bitkilər kimi, boyaqotu bitkisi xam torpaqda daha çox məhsul verir.
Antil adaları
Antil adaları (isp. Antillas) - Karib dənizi və Meksika körfəzi suları ilə yuyulan, Şimali Amerika və Cənubi Amerika arasında yerləşən adalar qrupu. == Ümumi məlumat == Arxipelaqın sahəsi 228 662 km², əhalisi 42 mln. təşkil edir. Böyük Antil adalarına (Kuba, Haiti, Yamayka, Puerto-Riko) və Kiçik Antil adalarına (Virciniya adaları, Küləktutan adalar, Küləktutmayan adalar, Trinidad, Tobaqo və Barbados adaları) ayrılır. Antil adalarında Antiqua və Barbuda, Barbados, Haiti, Qrenada, Dominika, Dominikan Respublikası, Kuba, Sent-Vinsent və Qrenadina, Sent-Lüsiya, Sent-Kits və Nevis, Trinidad və Tobaqo, Yamayka dövlətləri, həmçinin Böyük Britaniya, ABŞ, Fransa və Niderlanda məxsus ərazilər yerləşir. Adaların bir hissəsi Venesuelanın tərkibindədir. == Coğrafiyası == Adalar materik və vulkan mənşəlidir. Səthinin çox hissəsi dağlıqdır (maksimum hündürlüyü təqribən 3175 m); düzənliklər, əsasən, Kuba və Haitinin cənub-şərq hissəsində, həmçinin Virciniya və Küləktutmayan adalardadır. Vulkan mənşəli adalar Küləktutan adalar arxipelaqında üstünlük təşkil edir (fəaliyyətdə olan vulkanlar var.
Antil cərəyanı
Antil cərəyanı — Atlantik okeanın ərazisindən keçən isti dəniz cərəyanı. Baham adalarının şimalında Florida cərəyanı ilə birlikdə Qolfstrim cərəyanını təşkil edir. Şimal Ekvatorial cərəyanının Antil adalarına çatması və Koriolis qüvvəsinin təsiri nəticəsində şimala doğru istiqamətlənir. Suyunun temperaturu fevralda +25 °C, avqustda isə +28 °C olur. Sürəti 0,9 — 1,9 km/s təşkil edir. Duzluğu 36—37‰ olur.
Arctostaphylos rudis
Arctostaphylos rudis (lat. Arctostaphylos rudis) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin ayıqulağı cinsinə aid bitki növü.
Bulbophyllum futile
Bulbophyllum futile (lat. Bulbophyllum futile) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum putii
Bulbophyllum putii (lat. Bulbophyllum putii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Rübail
Rübail Nəcəf oğlu Allahverdiyev (d.21 may 1940, Kirovabad, Azərbaycan SSR - ö. 29 oktyabr 2017, Gəncə) – Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, biologiya elmləri namizədi, professor, Əməkdar müəllim. == Həyatı == Rübail Nəcəf oğlu Allahverdiyev 21 may 1940-cı ildə Gəncədə anadan olmuşdur. Burada 6 saylı orta məktəbi bitirmişdir. 1959-1964-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Baytarlıq fakültəsində təhsil almışdır. Təhsilini bitirdikdən sonra institutda iki il komsomol katibi işləmiş, daha sonra 1966-1969-cu illərdə aspiranturada oxumuşdur. “Kadr uğrunda” qəzetinin redaktoru, 1971-1975-ci illərdə AKTİ-də partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. 1970-ci ildə “Camışlarda sərbəst və zülal təbiətli amin turşularının ontogenezdə dəyişməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi adını almışdır.1976-cı ildə AKTİ-nin dosenti elmi adını almışdır. 1982-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2010-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Yoluxmayan xəstəliklər kafedrasının professoru adına layiq görülmüşdür.
Atıl-batıl
Atıl-batıl (lat. Zosima) - çətirçiçəkkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Yovşanyarpaq atıl-batıl (lat. Zosima absinthifolia (Vent.) DC. (=Z.orientalis Hoffm.)) Şərq atıl-batılı (lat. Zosima orientalis Hoffm.) == İstinadlar == == Həmçinin bax == Atıl-batıl:The Plant List saytında takson barədə məlumat.