Толковый словарь азербайджанского языка

Всего статей – 45193, статей на «X» – 1027
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
XA XE XI XL XO XR XU
 

XAB

is. [fars.] klas. 1. Yuxu. Gecələr gözlərim xabı görməmək; Ol siyah nərgisiməstanədəndir.
подробнее

XABANÉRA

[isp.] İspaniyada geniş yayılmış Kuba xalq rəqsi və onun havası.

XACƏ₁

is. [fars.] köhn. Sarıqlı əfəndi, molla, seyid.
подробнее

XACƏ₂

is. [fars.] bax xədim 1-ci mənada. Cariyələr Qətibənin yanında gələn iki nəfər xacəni qıdıqlayıb gülürdülər.
подробнее

XACƏBAŞI

is. köhn. Keçmişdə: hərəmxana qadınlarına nəzarət edən xədimlərin başçısı.
подробнее

XAÇ

is. Xristianlığın rəmzi sayılan və bir-birini perpendikulyar olaraq qət edən iki mildən ibarət sitayiş obyekti.
подробнее

XAÇAÇURAN

is. Xristian dini mərasimlərindən birinin adı, xaçı suya salma. Xaçaçuran bayramı.

XAÇÇİÇƏKLİ(LƏR)

is. bot. Ləçəkləri xaç şəklində olan bitkilər fəsiləsi.
подробнее

XAÇLAMA

“Xaçlamaq”dan f.is.

XAÇLAMAQ

f. Xaç suyuna salma mərasimi icra etməklə xristian etmək.
подробнее

XAÇLI

sif. 1. Xaç taxmış, xaçı olan. Xaçlı keşiş.
подробнее

XAÇNİŞAN

is. tar. Xaçlı (2-ci mənada) (səlib müharibələri iştirakçısı olan rıtsar paltarlarına tikilən xaç nişanına görə onlar belə adlanırdılar).

XAÇPƏRƏST

is. Xristian. İki-üç həftə bundan qabaq xaçpərəstlərin pasxa bayramı idi.
подробнее

XAÇVARİ

sif. Xaç şəklində olan, xaçaoxşar, xaç kimi. Xaçvari nişan. Xaçvari yol.

XAÇVARİLİK

is. Xaçvari şəkildə olan şeyin halı, görünüşü.

XADİM

is. [ər.] 1. köhn. Xidmət edən, xidmətçi.
подробнее

XADİMƏ

is. Xidmətçi qadın, qulluqçu. Müdir qadınla bir neçə xadimədən başqa [monastırda] kimsə qalmamış.
подробнее

XADİMLİK

is. Xidmətçilik.

XAH

[fars.] klas. İstər, istərsə. Təfavüt eyləməz sənsiz mənə, ey sərvi-səngin-dil; Məkanın xah külxan, xah səhra, xah bağ olsun.
подробнее

XAHİŞ

is. [fars.] Bir arzunu, ehtiyacı yerinə yetirmək üçün edilən müraciət, təmənna; rica, təvəqqe, istək.
подробнее