ANJELİKA

“anqelos” sözündəndir və məlakə, xəbər verən mənasındadır.
ANJELA
ANNA
OBASTAN VİKİ
Anjelika Savrayuk
Anjelika Savrayuk (23 avqust 1989, Lutsk) — Ukrayna əsilli İtaliyanı təmsil edən bədii gimnast. Anjelika Savrayuk İtaliyanı 2008 Pekin və 2012 London Olimpiadalarında təmsil etdi. == Karyerası == Anjelika Savrayuk birinci dəfə Olimpiya Oyunlarında 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa Santoni və Elisa Blançi ilə birgə finalda 34.425 xal topladı və fəxri 4-cü yeri tutdu. Dörd il sonra Böyük Britaniyanın London şəhərində baş tutan Olimpiya Oyunlarında Anjelika Savrayuk qrup yarışlarında komanda yoldaşları Romina Laurito, Marta Pacnini, Elisa Santoni, Elisa Blançi və Andreyea Stefanesku ilə birgə gümüş medal qazandı.
Anjelika Savçenko
Anzhelika Vitaliivna Savchenko (ukr. Анжеліка Віталіївна Савченко; 11 avqust 1982, Dnepr) — Ukraynalı teatr və kino aktrisası, İvan Franko adına Milli Akademik Dram Teatrının aktrisası. O, Ukraynanın əməkdar və xalq artistidir. == Həyatı == Anjelika Savçenko 11 avqust 1982-ci ildə Dnepropetrovskda anadan olub. 1998-ci ildə Dnepropetrovsk Dövlət Teatr və İncəsənət Kollecinə daxil olub. O, ilk rolunu ikinci kurs tələbəsi olarkən Qorki adına Rus Dram və Komediya Teatrında Vadim Pinskinin rejissoru olduğu Tennessi Uilyamsın "Şirin gənclik quşu" tamaşasında oynayıb. 2002-ci ildə məzun olduqdan sonra o, İvan Franko adına Milli Akademik Dram Teatrına işə qəbul olunub, bu günə kimi də orada çalışır. == Rolları == === İvan Franko adına Milli Akademik Dram Teatrı === Aleksandr Fredronun Xanımlar və Husarlar ında. Miss Zoya rolunda Edit Piaf. Kreditlə həyat müəllifi Yu.
Anjelika, mələklər markizası (film, 1964)
Anjelika, mələklər markizası (fr. Angélique, marquise des anges / Angélique) — 1964-cü ildə Ann və Serj Qolonun əsəri əsasında çəkilmiş Fransa filmidir. Film 1966-cı ildə Almaniyanın "Qızıl ekran" (ing. Golden Screen) mükafatına layiq görülmüşdür. Filmin 2013-cü ildə remeyki çəkilmişdir. == Məzmun == Filmdəki hadisələr XVII əsri əhatə edir. Anjelika adlı bir xanımı onun razılığı olmadan Joffrey de Peyraka ərə verirlər. Joffrey de Peyrak varlı zadəgan ailəsindəndir və qəsrdəki saxladığı qızılları ilə məşhurdur. Zaman keçdikcə onlar arasında sevgi münasbəti yaranır. Lakin onların sevgisinə və yaşadıqları əsrarəngiz həyata Fransa kralı Lüdovik IV paxıllıq edir.
Anjelika və Sultan (film, 1968)
Anjelika və Sultan (fr. Angelique Et Le Sultan) — 1968-ci ildə Ann və Serj Qolonun əsəri əsasında çəkilmiş Fransa filmidir. "Anjelika və Sultan" filminin heyətini şəxsən Tunisin ilk prezidenti Həbib bin Əli Burqiba qarşılamışdır. Sultanın rolunu isə görkəmli Tunis aktyoru Əli Ben Ayed canlandırmışdır. == Məzmun == Filmin əvvəlki hissəsində Anjelikanı qaçırdaraq gəmi ilə aparırlar. Joffrey de Peyrak isə şəxsi gəm heyəti ilə onları izləməyə başlayır. Joffrey de Peyrak gəmini ələ keçirir, lakin Anjelikanın burada olmadığını görür. Dəstələr Anjelikanı sultanın hərəmxanasına aparmışlar. Bunu başa düşən Joffrey de Peyrak dəstələrin izi ilə düşüb, uzun və ağır sınaqlardan keçməyə məcbur olur... == Həmçinin bax == Anjelika, mələklər markizası [[Fransa[ filmlərinin siyahısı]] İtaliya filmlərinin siyahısı Almaniya Federativ Respublikası filmlərinin siyahısı == İstinadlar == == Xarici keçidlər == Filmi izlə (azərbaycan dilində) Anjelika və Sultan — Internet Movie Database saytında.