Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zövcələr Və Qızlar
"Zövcələr Və Qızlar" - Elizabet Qaskell in, 1864.cü ildə qələmə aldığı sonuncu romanıdır.Viktoriya dövrünün özünəməxsus dadını əks etdirən bu əsərdə, 19.cu əsr, ingiltərənin kənar bir qəsəbəsində yaşayan ailələrin adi həyatları ələ alınır. Bu qəsəbədə həkim işləyən Mr. Gibson evliliyinin ilk illərində yoldaşını itirir və qızı Mollini tək başına böyüdür. Ardınca özü kimi dul və bir qızı olan Mrs. Kirkpatrick adında bir xanımla ailə həyatı qurur. İlk başda bu evliliyə narazı olan Molli, Mrs. Kirkpatrick'in qızı Cynthia'nı tanıdıqdan sonra onunla dostluq münasibətləri qurur və ailə tədricən bir biri ilə yaxınlaşır. Roman, axıcı tərzi ilə zehni yormadan oxunulabilən, məzmun baxımından da hərkəsin özündən izlər tapacağı maraqlı əsərlərdən biridir.
Zövcələr və qızlar (roman)
"Zövcələr Və Qızlar" - Elizabet Qaskell in, 1864.cü ildə qələmə aldığı sonuncu romanıdır.Viktoriya dövrünün özünəməxsus dadını əks etdirən bu əsərdə, 19.cu əsr, ingiltərənin kənar bir qəsəbəsində yaşayan ailələrin adi həyatları ələ alınır. Bu qəsəbədə həkim işləyən Mr. Gibson evliliyinin ilk illərində yoldaşını itirir və qızı Mollini tək başına böyüdür. Ardınca özü kimi dul və bir qızı olan Mrs. Kirkpatrick adında bir xanımla ailə həyatı qurur. İlk başda bu evliliyə narazı olan Molli, Mrs. Kirkpatrick'in qızı Cynthia'nı tanıdıqdan sonra onunla dostluq münasibətləri qurur və ailə tədricən bir biri ilə yaxınlaşır. Roman, axıcı tərzi ilə zehni yormadan oxunulabilən, məzmun baxımından da hərkəsin özündən izlər tapacağı maraqlı əsərlərdən biridir.
Zövq
Zövq — müsbət emosiyaların ayrılmaz hissəsi olan subyektiv yaşam, xüsusilə, bir və ya daha çox ehtiyaclarını ödənilməsini müşayiət edir. Zövqün antonimləri əzab və ağrıdır. Epikür fəlsəfəsindəki zövq anlayışı xoşbəxtlik ilə eyniləşdirilir. Gələcəkdə isə bu nəzəriyyəyə hedonizm adlandırılır. Stoaçılar, əksinə, zövqü bir aslılıq, ehtiras və vərdiş kimi qəbul etdilər. İndi zövq, beyinin müəyyən bir hissəsi tərəfindən idarə olunduğu başa düşülür. İndi zövq, dedikdə beyinin müəyyən bir hissəsi tərəfindən idarə olunan, pozitiv emosional fon yaradan hisslər nəzərdə tutulur. == Zövq prinsipi == Zövq prinsipi — sabitlik prinsipi, nirvana prinsipi və məcburi təkrar prinsipi ilə yanaşı, Ziqmund Freydinin nəzəriyyəsindəki zehni aparatın dörd prinsipindən biridir. Zövq prinsipi psixanın gərginliyini minimum səviyyəyə endirmək istəyini təsvir edir. Buna görə də 1920-ci ildə Freyd paradoksal nəticə çıxarırır, "zövq prinsipi ölümlə bağlı meylə tabedir"" — və hər ikisi orqanizmi minimal səviyyəyə gətirib çıxarmağa çalışır.
Zövq prinsipi
Zövq prinsipi (alm. Lustprinzip‎) — Ziqmund Freydin nəzəriyyəsindəki psixi aparatın sabitlik prinsipi, nirvana prinsipi və məcburi təkrarlama prinsipi ilə yanaşı dörd prinsipindən biri, Zövq prinsipi psixikanın gərginliyi minimum səviyyəyə endirmək istəyini təsvir edir. Buna görə də, 1920-ci ildə "Zövq prinsipindən kənar" əsərində Freyd paradoksal bir nəticəyə gəlir və deyir ki, "zövq prinsipi ölüm instinktinə tabedir" - hər ikisi bədəni minimum səviyyəyə - ideal olaraq sıfıra - psixi yüklənməyə gətirib çıxarmağa çalışırlar.
Aşağı Hövc (Xudafərin)
Aşağı Hövc (fars. هوج سفلي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Deyr əz-Zövr
Deyr əz-Zor (ərəb. دير الزور‎) — Suriyada şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Osmanlı dövründə Deyr əz-Zor vilayətinin inzibati mərkəzi idi.
Molla Məhəmməd Zövi
Molla Məhəmməd Zövi (1843, Şamaxı, Kaspi vilayəti – 1910, Cavad, Cavad qəzası) — XIX əsr Azərbaycan şairi. == Həyatı == Molla Məhəmməd Zövi 1843-cü ildə Şamaxıda doğulmuşdur. Doğma yurdunda mədrəsə təhsili aldıqdan sonra Muğana köçüb, uzun müddət müəllimlik etmişdir. Seyid Əzim Şirvaninin dərin rəğbətini qazanan Zövi "Beytüs-səfa" ədəbi məclisinin üzvlərindən olmuşdur. Onun şeirlər divanı AMEA Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır.
Deyr əz-Zövr mühafəzəsi
Deyr əz-Zövr vilayəti
Deyr əz-Zövr döyüşləri (2023)
Şəhr-i Zov
Şəhr-i Zov — İranın Rəzəvi Xorasan ostanının Kəlat şəhristanının Zavin bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,053 nəfər və 959 ailədən ibarət idi.
Dövr
Dövr ərəb sözüdü (دور), цикл (rusca), cycle (ingiliscə), devir, devre(türkcə) yəni devrə, dolanma, bir şeyin öz oxu ətrafında hərəkəti, bir şeyi təkrarlama, gəzib dolanib əvvəlki vəziyyətə qayıtma. Dövr (astronomiya) — Günəş dövrülüyü Dövr (məclisin baş tərəfi) — Dövr (geologiya) — Geologiyada bir geoloji sistemin çöküntülərinin əmələ gəlməsi üçün lazım olan vaxt (zaman).
Mövüc
Mövüc - (tumlu üzüm qurusu) Abşeronda geniş yayılan çərəz növüdür. Azərbaycan kulinariyasında mövücdən geniş istifadə olunur. Üzüm tumlu qurudulanda mövüc, tumsuz qurudulanda isə kişmiş adlanır. Ən yaxşı üzüm qurusu səbzə, şahani, ağ kişmiş, qara kişmiş və s.-dir. Üzümün növündən asılı olaraq, mövüc və kişmiş açıq-qəhvəyi, tünd qəhvəyi, qaramtıl rənglərdə ola bilir. == Hazırlanması == Mövüc hazırlamaqdan ötrü üzüm salxımı 15-20 dəqiqə müddətində isti duzlu suya salınır. Bundan sonra salxımlar qurudulur. Quruyandan sonra gilələyib qışa saxlayırlar. Digər bir qaydaya görə isə ağ şanı üzüm növünü yalnız günün altında qurutmaqla mövüc hazırlanır. Digər üsula görə, üzümü tamam yetişdikdən sonra qurutmaq lazımdır.
Növcü
Növcü — Azərbaycan Respublikasının Ağsu rayonunun Növcü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Ağsu rayonunun Növcü kənd inzibati ərazi dairəsi tərkibindəki Növcü kəndinin bir hissəsi Yuxarı Növcü kəndi adlandırılmış və rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Kəndin adının mənşəyi Lerik rayonun Nücü kəndi ilə bağlıdır.
Qövr
Qövr vilayəti və ya Qur vilayəti (fars. غور‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin ərazisi 36.479 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən əhalisi 625.2 min nəfər, inzibati mərkəzi Çağçaran şəhəridir. Əhalisini əsasən taciklər, həzaralar, aymaqlar, özbəklər və puştunlar təşkil edir.
Qövs
Qövs-Dairə çevrəsinin və ya digər əyri xəttin bir hissəsi. Dairənin qövsü. Qövs cızmaq. 2-Xüsusi terminologiyada: qövs lampaları, generatorları, fənərləri. Elektrik işıq mənbələri, qövs və közərmə lampaları XIX əsrin ikinci yarısında ixtira edilmişdir.
Hövz mahalı
Hövz və ya Hovuz mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. == Tarixi == Ağsu və İsmayıllı rayonlarının ərazisində mövcud olmuşdur. Mahalın naibi Mərdan bəy idi. == Əhalisi == Burada 1821-ci ildə 1 oba (Alpout) və 38 kənddə (Basqal, Zərgəran, Tircan, Pirəbülqasım, Keyvəndi, Mücülü, Sərdahar, Zərnava, Gəndəxanı, Biznan, Kürdivan, Tağlabiyan, Zeyvə, Hinqar, Bilistan, Nüydi, Kəlfərəc, Sulut, Kalva, Sarsura, Kiçitan, Muğanlı, Varna, Qalazeyvə, Göylüc, Şamdalan, Pirqaraçuxa, Bəyliyan, Girdə, Gürcivan, Yenikənd, Nuran, Zərqava, Xasıdərə, Şəbiyan, Surxanı, Çiyni, Acıdərə) 641 ailə yaşayırdı. == İqtisadiyyatı == Hovuz mahalının sakinləri əkinçilik, bağçılıq, kömürçülük, ipəkçilik, kələğayı toxuculuğu, sərraclıq, çarvədarlıq, ticarət, misgərlik, dəmirçilik, papaqçılıq, dabbaqlıq, əyiricilik, xarratlıq, bənnalıq, boyaqçılıq, həkimliklə məşğul olurdular. == İstinadlar == == Həmçinin bax == Şirvan xanlığı == Xarici keçidlər == Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03. Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru.
Novı-Sonç
Novı-Sonç (pol. Nowy Sącz; mac. Újszandec; idiş Tzanz, צאנז‎; ukr. Новий Сонч; alm. Neu-Sandez‎) — Polşanın cənubunda şəhər. XIII əsrdə salınmışdır.
Zevs
Zevs (yun. Ζεύς belə ki; Δίας, Dias, klassik ifadədə: dzeu̯s) — Yunan mifologiyasında tanrı Kron və Reyanın oğlu, baş olimp tanrısı, ildırımın və şimşəyin yaradıcısı, səmanın və bütün dünyanın, insanların tanrısı, 3 böyük tanrıdan biridir. Əlində şimşək olan saqqallı kişi kimi təsvir olunur. İldırım, öküz və qartal onun atributları hesab olunur. Roma mifologiyasında Yupiter kimi tanınır. == Zevs == Tanrı Kron bir vaxtlar onun özünün atası Uranın hakimiyyətini ələ keçirdiyi kimi, uşaqlarının da onun hakimiyyətini ələ keçirə biləcəklərindən ehtiyat edərək onları udmuşdur. Bu səbəbdən ilahə Reya Zevsi Krondan gizlin olaraq Krit adasındakı Psixro mağarası adlanan bir yerdə dünyaya gətirmişdir. Reya əri Kronu aldadaraq ona yemək üçün Zevsi yox, bələnmiş daş parçasını vermişdir. Keçi Amalfeya körpə Zevsi əmizdirmiş, Kuretlər onu qorumuş, nimfa Adrasteya və İdeya isə onu Kretada balla bəsləyib böyütmüşlər. Mağaranı gözətçilər qoruyarmış və hər dəfə körpə Zevs ağlarkən, onlar nizələrini qalxanlarına vurub taqqıldadaraq onun səsinin Kron tərəfindən duyula bilməsinə mane olmuşlar.
Zivə
Zivə (Məlkari dehistanı)
Zövlə
Zövlə — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Lənkəran rayonunun Zövlə kəndi Separadi kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Zövlə kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin adı talış dilindən tərcümədə "kömürçülər" deməkdir. == Əhalisi == Kəndin əhalisi 2474 nəfərdir. Kəndin əsl əhalisi qədimdə İranın Mazandaran bölgəsindən gələnlər olub.
Zövnə
Zövnə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Osyedərə kənd inzibati ərazi vahidinin Zövnə kəndi Züvüc kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Toponim olaraq "Zövnə" sözünün mənasının bəzi hallarda talış dilindən tərcümədə "su çox olan yer" kimi izah olunması yanlışdır. Belə ki, talışca Zövnə sözünün qurluşunda su anlamını ifadə edən kəlmə yoxdur. Həmçinin kəndin ərazisində su ehtiyatlarının az olması da bu cür izahın məntiqə uyğun olmadığı qənaətinə gəlməyə əsas verir. Zövnə sözü cənub bölgəsində Zuvand, Züvüc, Zövlə və Zevin kəndlərinin adlarını ifadə edən sözlərlə eyni kökdən olub "güclü", "qüvvətli" mənalarını bildirir. == Tarixi == Zövnə kəndinin çox qədim tarixi vardır. Ərazidə tapılan küp qəbirlər, daşdan yonulmuş qədim qoç heykəlləri və qəbir abidələri bunu daha dəqiq sübuta yetirir. Hindona, Lara və sair yerlərdə belə qədim qəbir abidələrinə çox rast gəlinir.Kəndin əsasının kim tərəfindən və nə zaman qoyulduğu dəqiq bilinmir. Kəndin kiçik olmasına baxmayaraq bir neçə tayfa vardır.
Züvüc
Züvüç — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Züvüc kəndi Osyedərə kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Züvüc kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimiyası == "Züvüç" sözünün talış sözü olması və "güclü", "qüvvətli" mənasında işlənməsi ehtimal edilir. == Tarixi == 8 fevral 2000-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Züvüc kəndi Osyedərə kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Züvüc kənd inzibati ərazi vahidi yaradılmış, Osyedərə kənd inzibati ərazi vahidinin Arta, Çeşman və Zövnə kəndləri Züvüc kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Züvüç kəndinin tarixi çox qədim zamanlarla səsləşir. Bu kəndin əsasını İrəc adlı şəxs qoymuşdur. Həmin məşhur nəslin davamçılarından hətta qonşu ölkələrdə də yaşayanlar var. 1938-ci ilədək Züvüç kəndi və onunla qonşuluqdakı 11 kənd Vərgədüz (indiki Yardımlı) rayonunun tərkibində olub. Bu kəndlər sonradan məsafə baxımından xeyli uzaq Zuvand (indiki Lerik) rayonuna birləşdirilmiş və beləliklə inzibati ərazi vahidlərinin bölgü prinsipi pozulmuşdur. Züvüç sözü talışca "güclü", "qüvvətlı" mənasını bildirir.
Şövt
Şot (fars. شوط‎) — İranın Qərbi Azərbaycan ostanının şəhərlərindən biri və Şot şəhristanının inzibati mərkəzidir. 2016-cı ilin siyahıya alınması əsasında bu şəhər 25,381 nəfər və 7,219 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. == Coğrafi yerləşimi == Şot şəhəri Zəgmar çayından 4 kilometr cənubda yerləşir. Şimal-qərbdən Maku, şimal-şərqdən Puldəşt (Ərəblər), cənub-qərbdən Siyahçeşmə (Qaraeyni) və cənub-şərqdən Qaraziyaəddin şəhərləri ilə qonşudur.
Həsənkəndi (Şövt)
Həsənkəndi (fars. حسن كندي‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd.
Müasir dövr
Müasir dövr əksər tarixçilərin Fransa İnqilabı Sənaye İnqilabı ilə başladığını qəbul etdiyi və bu gün də davam edən tarixi dövrlərin sonuncusudur. == Bu dövrdə baş verən hadisələr == === Siyasi hadisələr === Fransız İnqilabının təsiri ilə millətçilik hərəkatı yarandı. Bu cərəyan milli dövlətlərin yaranmasına və imperiyaların dağılmasına səbəb oldu. Respublika və demokratiya indiki formasını aldı. Müstəmləkə yarışı Birinci Dünya Müharibəsinə, Birinci Dünya Müharibəsi isə İkinci Dünya Müharibəsinə səbəb oldu. ABŞ müstəqilliyini əldə etdi. Kommunizm yarandı. Meyci inqilabı ilə Yaponiya dünyanın super güclərindən birinə çevrilməyə başladı. Alman ittifaqı əldə edildi. Rusiya imperiyası dağıldı, onun yerində SSRİ quruldu.
Məlikli (Şövt)
Məlikli (fars. ملك لو‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Nurabad (Şövt)
Nurabad (fars. نوراباد‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd.
Növcü (dəqiqləşdirmə)
Növcü — Azərbaycan Respublikasının Ağsu rayonunda kənd. Yuxarı Növcü — Azərbaycan Respublikasının Ağsu rayonunda kənd.
Növcü bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Azov
Azov ya da Azaq (tatar. Azaq, başq. Аҙау, Аҙаҡ, türk. Azak, rusca köhnə adı: Азак [Azak]) — Rusiya Federasiyasında yerləşən şəhər Rostov vilayətinə daxildir == Tarixi == Azaq türk qalası – indiki Rostov vilayətində (Rusiya), Don çayı sahilində liman şəhəri kimi tanınan Azovdur. Şəhərin adı dənizin adı ilə əlaqədardır. Vaxtilə Skiflər bu dənizə Karqaluk, ərəblər Bəhrəl-Azov, türklər Assak, venesiya kolonizatorları Tana dənizi, yaxın çərkəzlər Azoğ, kalmıklar Uzak demişlər.1. Qıpçaq və bulqarlarda Azaq şəxs adına rast gəlinirdi. Məhz bu mənada dənizin tarixinin qıpçaq xanı Azaqın adı ilə bağlı olması və ya əksinə dənizin adının xanın adından doğması ehtimalı çox düşündürücüdür. Qara dənizin şimalında yerləşən qədim türk şəhəri Azaqdan 1067-ci ilə aid rus salnamələrində qıpçaq (türk) şəhəri kimi bəhs olunur. Övliya Çələbi "bu kədər şəhrinin" qalasının əvvəlcə balıq ovlamaq üçün nəzərdə tutulduğunu, get-gedə sağlam müdafiə qalası şəklinə düşdüyünü, indi gecə-gündüz kazaklarla və kalmık tatarları ilə şiddətli savaş etdiklərini göstərir.
Borc
Borc - bir tərəfin müvəqqəti olaraq pul, yaxud ölçü, çəki, say və s. ilə müəyyən edilən əşyaları digər tərəfin mülkiyyətinə verməsini və onların mütləq həmin ölçüdə geriyə qaytarılmasını bildirən müqavilə.
Bove
Bove (fr. Beauvais, pikard Bieuvais, lat. Bellovacum, Bratuspantium, Caesaromagus) — Fransanın şimalında şəhər, region — O-de-Frans, Uaza departamentinin paytaxtı. Amyen şəhərindən 62 km cənub-qərbdə və Paris şəhərindən 78 şimalda, Teren və Avelon çaylarının birləşməsində yerləşir. 2014-cü ilə görə əhalinin sayı — 54 738 nəfər. == Tarixi == Qədim dövrlərdə Bellovak tayfasının paytaxtı idi. 52-ci ildə Yuli Sezarın fəthindən sonra Sezaqromaus adını aldı. Sonradan yenidən "Bellovaclar şəhəri" adlandırıldı (Civitas de Bellovacis). IX əsrdən etibarən Fransadakı ən güclülərdən biri olan (1013-cü ildən bəri Fransanın həmyaşıdları) olan Noyon yepiskoplarına çevrilən Beauvais-in Sayları qeyd edildi. 1346-cı ildə mühasirəyə alınan şəhər İngilislərə qarşı cəsarətlə özünü müdafiə etdi; Jan Lipyerin qəhrəman fədakarlığı ilə xilas oldu .
Corc
Corc — Dünyada çox işlədilən ad və soyad.
Kovo
Kovo (it. Covo — Berqamo) İtaliyanın Lombardiya bölgəsində, Berqamonun inzibati mərkəzinə tabe olan kommuna. Əhalisi 3157 sakin, əhali sıxlığı 263 p./km². Sahəsi 12 km² ərazini əhatə edir. Poçt kodu - 24050. Telefon kodu - 0363.
Love?
Love? — Cennifer Lopezin yeddinci studio albomudur.
Qovuç
Henri Corc
Henri Corc (ing. Henry George; 2 sentyabr 1839[…], Filadelfiya, Pensilvaniya – 29 oktyabr 1897[…], Nyu-York, Nyu-York ştatı) — Burjua radikalizmi və ya sol libertarizm kimi təsnif edilən Amerikalı siyasi iqtisadçı, publisist və siyasətçi. Corcizmin banisi. == Bioqrafiyası == Henri Corc Filadelfiya şəhərində ən kasıb orta sinif ailəsində anadan olub. Ailənin 10 uşağının ikincisi idi. 14 yaşındaykən Corc üçün məktəb dayanmış və 15 yaşında, 1855-ci ilin aprelində, "Hindoo" gəmisində kabin oğlanı olaraq Melburn və Kalkuttaya üzərək dənizə getmişdi. 14 aylıq səyahətdən sonra Filadelfiyaya qayıtdı və burada şagird çilingəri kimi işə başladı. Bir müddət sonra qızıl mədənlərində pul qazanmaq fikri ilə Kaliforniyaya köçdü, lakin uğursuz oldu və çap işinə qayıtmaq məcburiyyətində qaldı. Bir çapçı kimi çalışdıqdan sonra Henri Corc tezliklə özünü jurnalistikada sınamağa qərar verdi. Günlərinin sonuna qədər bu ərazidə qaldı, redaktor və qəzet sahibi kimi ömrünü başa vurdu.
Herseq Novi
Herseq Novi (mont. Херцег Нови, Herceg Novi) — Monteneqroda şəhər. Eyniadlı bələdiyyənin mərkəzidir. Əhalisi 12.739 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Konstaninensku Corc
Konstaninensku Corc ( bəzən Konstaninsko, rum. George (Gogu) Constantinescu; 4 oktyabr 1881, Krayova – 11 dekabr 1965) — Rumıniyalı alim, mühəndis və ixtiraçıdır. O, 130-dan çox rəsmi qeydiyyatdan keçmiş ixtira sahibidir. Davamlı mexanikanın bir hissəsi olan "Səs dalğalarının nəzəriyyəsi" (ing. theory of sonics) yaradıcısıdır və nəticədə titrəmələr vasitəsilə mexaniki enerjinin ötürülməsini təsvir edə bilmişdi. Rumıniya Akademiyasının fəxri üzvü. == Bioqrafiya == Corc Konstaninensku Krayovʼda Mihai Bravu bağına yaxın ərazidə "Həkim evi"də doğulmuşdur. Uşaqlıq dövründə atasının, həmçinin Corc (1844-cü il təvəllüdlü), riyaziyyat və texnika elmləri professoru olub və Sorbonne Universitetində riyaziyyat sahəsində ixtisaslaşmış bir şəxs olaraq, ona təsiri böyük olmuşdur. 1912-ci ildə kiçik Konstaninensku İngiltərəyə köçdü. O , 1965-ci il dekabr ayının 11-dən 12-ə keçən gecə Koniston yaxınlığında Oxen House’da öz evində dünyasını dəyişdi.