ZÖVQ-SƏFA

1. блаженство, наслаждение; 2. удовольствие; 3. вкус;
ZÖVQ
ZÖVQLƏNMƏK
OBASTAN VİKİ
Zövq
Zövq — müsbət emosiyaların ayrılmaz hissəsi olan subyektiv yaşam, xüsusilə, bir və ya daha çox ehtiyaclarını ödənilməsini müşayiət edir. Zövqün antonimləri əzab və ağrıdır. Epikür fəlsəfəsindəki zövq anlayışı xoşbəxtlik ilə eyniləşdirilir. Gələcəkdə isə bu nəzəriyyəyə hedonizm adlandırılır. Stoaçılar, əksinə, zövqü bir aslılıq, ehtiras və vərdiş kimi qəbul etdilər. İndi zövq, beyinin müəyyən bir hissəsi tərəfindən idarə olunduğu başa düşülür. İndi zövq, dedikdə beyinin müəyyən bir hissəsi tərəfindən idarə olunan, pozitiv emosional fon yaradan hisslər nəzərdə tutulur. Zövq prinsipi — sabitlik prinsipi, nirvana prinsipi və məcburi təkrar prinsipi ilə yanaşı, Ziqmund Freydinin nəzəriyyəsindəki zehni aparatın dörd prinsipindən biridir. Zövq prinsipi psixanın gərginliyini minimum səviyyəyə endirmək istəyini təsvir edir. Buna görə də 1920-ci ildə Freyd paradoksal nəticə çıxarırır, "zövq prinsipi ölümlə bağlı meylə tabedir"" — və hər ikisi orqanizmi minimal səviyyəyə gətirib çıxarmağa çalışır.
Zövq prinsipi
Zövq prinsipi (alm. Lustprinzip‎) — Ziqmund Freydin nəzəriyyəsindəki psixi aparatın sabitlik prinsipi, nirvana prinsipi və məcburi təkrarlama prinsipi ilə yanaşı dörd prinsipindən biri, Zövq prinsipi psixikanın gərginliyi minimum səviyyəyə endirmək istəyini təsvir edir. Buna görə də, 1920-ci ildə "Zövq prinsipindən kənar" əsərində Freyd paradoksal bir nəticəyə gəlir və deyir ki, "zövq prinsipi ölüm instinktinə tabedir" - hər ikisi bədəni minimum səviyyəyə - ideal olaraq sıfıra - psixi yüklənməyə gətirib çıxarmağa çalışırlar.
Beytüs-səfa
Beytüs-səfa – ədəbi məclis. XIX əsrin 60 illərində Şamaxıda şair Məhəmməd Səfanın evində yaradılmışdı; məclisin adı da bununla əlaqədardır (ərəbcədən tərcümədə: Səfanın evi deməkdir). Seyid Əzim Şirvani, Molla Ağa Bixud, Ağababa Zühuri, Qafar Rağib, Ələkbər Qafil, Molla Mahmud Zuyi və b. şairlər məclisin fəal üzvləri idi. Məclisə Seyid Əzim Şirvani və Mollağa Bixud başçılıq edirdilər. “Beytüs-Səfa” Şuşadakı “Məclisi-üns”, “Məclisi-fəramuşan”, Bakıdakı “Məcməüş-şüəra” ilə sıx əlaqə saxlayırdı. Məclisdə ədəbiyyat, incəsənət, fəlsəfə məsələlərinə dair söhbətlər aparılır, klassiklərin əsərləri mütaliə olunur, onların məşhur şerlərinə nəzirələr yazılırdı, yeni yaranan qəzəllər xanəndələr tərəfindən oxunaraq, yayılırdı.
Məmməd Səfa
Məmməd Səfa (25 iyul 1960, Şabran rayonu) — azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2018), ADMİU-nun professoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən), Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi (2023). Məmməd Səfa 25 iyul 1960-cı ildə Şabran rayonunda (keçmiş Dəvəçi) anadan olmuşdur. 1967–1977-ci illərdə Şabran şəhər 2 nömrəli tam orta məktəbində təhsil alıb. 1977–1980-ci illərdə Bakı mədəni-maarif texnikumunuda özfəaliyyət teatr kollektivi rəhbəri ixtisası üzrə Əfrasiyab Məmmədovdan dərs alıb. Buranı fərqlənmə diplomu ilə bitirib. Texnikumu bitirdikdən sonra təyinatla Şabran Mədəniyyət Evində işləmişdir. 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstutunun Dram və Kino aktyorluğu fakültəsinə daxil olub. 1980–1984-cü illərdə M. A. Əliyev adına ADİİ-nin aktyorluq fakültəsində Nəsir Sadıqzadə, Fuad Hacıyev və Zəminə Hacıyeva kimi sənətkarlardan dərs alıb. Fəaliyyətini 1985-ci ildən görkəmli teatr xadimi Vaqif İbrahimoğlunun yanında Tədris Teatrında davam etdirmişdir. Burada Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" (Şahbaz bəy), Fridrix Şillerin "Qaçaqlar" (Şpigelberq), Stoyan Boyaqiyevin "Avtobus" (ər), Mar Bayciyevin "Duel", Qriqori Qorinin "Herostratı unudun" əsərlərinin tamaşalarında oynayıb.
Səfa Abasov
Abasov Səfa ( tam adı Səfa İslam oğlu Abasov; d.10 iyun 1946; Azərbaycan, Bakı) — Azərbaycan kimyaçısı, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Heterogen kataliz" laboratoriyasının müdiri, kimya elmlər doktoru (1993), professor (2009). Səfa Abasov 1946-cı il iyunun 10-da Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsini bitirmişdi. Metanın dehidrotsikloheksabirləşmə və karbohidrogenlərin izomerləşməsində istifadə edilən yüksək dispersli Pt və Pt/Re katalizatorların xemosorbsiya və katalitik xassələri mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən AMEA-nın Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitunda böyük elmi işçi vəzifəsində çalışır. 2013-cü ildən “Hetrogen kataliz” laboratoriyasına rəhbərlik edir. S.İ.Abasovun bir sıra beynəlxalq konqreslərin və konfransların (Fransa, Yaponiya, Çin, Rusiya və digər) iştirakçısı olmuşdur, 150-dən artıq elmi məqalə və müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun rəhbərliyi ilə 1 nəfər elmlər doktoru və 3 nəfər elmlər namizədi işini müdafiə etmişdir. Tədqiqatları katalizatorların və onların iştirakı ilə gedən proseslərin öyrənilməsinə həsr olunmuşdur.
Səfa Axundov
Səfa Fətulla oğlu Axundov (19 iyun 1958, Masallı rayonu, Azərbaycan SSR – 1992, Şuşa, Azərbaycan) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Səfa Axundov 19 iyun 1958-ci ildə Masallı rayonunda anadan olmuşdur. İlk təhsilini Saatlı rayonunda almışdır, sonra Cəlilabad rayonuna köçdüklərindən təhsilini burada davam etdirmişdir. Səfa uşaqlıq vaxtlarından təyyarəçi olmaq arzusunda idi, bu istəyi onu Bakı Aeroportuna gətirir. Daha sonra isə Orenburq Mülki Aviasiya Məktəbinə daxil olur. 1979-cu ildə bu məktəbi bitirərək Yevlax rayonundakı aeroportda pilot təyin edilir. Evli idi, iki oğlu yadigar qaldı. 1987-ci ildə Riqada yaşayan Səfa Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə biganə qalmayaraq Azərbaycana dönür. 1989-cu ildə Zabrat "Azal-aero" Aviaşirkətinə məxsus Mİ-8 helikopterinə 2-ci pilot təyin edilir. 1992-ci il 28 yanvar Şuşaya iki uğurlu uçuş etmişdi.
Səfa Cəmiyyəti
Səfa Cəmiyyəti — XX əsrin əvvəllərində Bakıda fəaliyyət göstərmiş, xeyriyyə cəmiyyəti. Cəmiyyətin məqsədi imkansız uşaqları təhsilə cəlb etmək, əhalinin yoxsul təbəqəsinə tibbi yardım göstərmək, xalqın mədəni səviyyəsini yüksəltmək olub. Səfa Cəmiyyətinin 50 üzvü olub. Cəmiyyət üzvlük haqqı, fərdi ianələr və teatr tamaşalarından yığılan vəsait hesabına fəaliyyət göstərirdi. Məqsədləri imkansız uşaqları təhsilə cəlb etmək, əhalinin yoxsul təbəqəsinə tibbi yardım göstərmək, xalqın mədəni səviyyəsini yüksəltmək olub. Cəmiyyət Böyük Çəmbərəkənd küçəsində yerləşən binada fəaliyyət göstərirdi. İkimərtəbəli məktəb binası 1910-cu ildə ziyalılardan Əlibala Zərbəliyev tərəfindən tikilib. O, həm də cəmiyyətin xəzinədarı idi. Məktəbdə Hüseyn Cavid, Seyid Hüseyn və Səməd Mənsur və digərləri dərs deyiblər. İlk vaxtlar məktəbdə 60 nəfər, 1914 ildə isə 160 nəfər şagird təhsil alırdı.
Səfa Mirzəhəsənov
Hüseyn-Səfa Qvaməddin oğlu Mirzəhəsənov — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). Hüseyn-Səfa Mirzəhəsənov 27 iyun 1959-cu il Balakən rayonunda anadan olmuşdur. Azərbaycan Respublikasının Əməkdar Artisti, Azərbaycan Respublikasının Xalq Artisti Azərbaycan Respublikası Prezidentinin mükafatı — 30 aprel 2014-cü il, 6 may 2015-ci il, 6 may 2016-cı il, 1 may 2017-ci il, 9 may 2018-ci il, 10 may 2019-cu ildə, 7 may 2020-ci il. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 7 may 2021-ci il Zirzəmi (film, 1990) Nə gözəldir bu dünya...
Səfa Mirzəyev
Səfa Mirzəyev (tam adı: Mirzəyev Səfa Abbas oğlu; 12 may 1952, Bakı) — Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri(1997-2022), Həqiqi dövlət müşaviri; hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru, dosent; Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu. Səfa Mirzəyev 1952-ci il mayın 12-də anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1978–1990-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini və dosent vəzifələrində çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur. 1990–1992-ci illərdə SSRİ Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib. 1992-ci ildən Milli Məclis Aparatında işləyir. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub. 6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri idi. 1995-ci ildə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olmuşdur.
Səfa Qaraxanov
Səfa Qəhrəmanov
Səfa Hüseyn oğlu Qəhrəmanov (30 mart 1949, Minəxorlu, Ağcabədi rayonu – 5 may 2008, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (2006). Səfa Hüseyn oğlu Qəhrəmanov 1949-cu il mart ayının 30-da Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olmuşdur. Hələ uşaqlıqdan musiqiyə həvəsi olmuş, tibb texnikumunda təhsil alarkən respublika üzrə keçirilən musiqi müsabiqələrində iştirak etmişdir. 1970-ci ildə Yaşıl Teatrda keçirilən "Qızıl payız" muğam festivalının iştirakçısı olmuş, Xan Şuşinski, Əhməd Bakıxanov, Sahib Şükürov, İslam Rzayev, Adil Gəray kimi sənətkarların qarşısında çıxış edərək müsabiqədə qalib gəlmişdir. Bundan sonra o, Əhməd Bakıxanovun ansamblına dəvət almış, bir müddət sonra isə hərbi xidmətə yollanmışdır. 1978-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik şöbəsini, 1990-cı ildə isə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif işi fakültəsini bitirmişdir. Muğam ustası Nəriman Əliyevin tələbəsi olmuşdur. Hələ musiqi texnikumunda təhsil alarkən səhnə fəaliyyətinə başlayan Səfa Qəhrəmanov milli muğamlarımızı, xalq və bəstəkar mahnılarını məharətlə ifa etmişdir. 1975-ci ildə ilk dəfə olaraq peşəkar xanəndə kimi Əhsən Dadaşovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Ansamblı ilə televiziyada "Mirzə Hüseyn segahı"nı ifa etmişdir. Səfa Qəhrəmanov 1992-ci ildən həm də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti idi.
Səfa İsazadə
Əbu-Səfa
Əbu-Səfa (ərəb. حقل أبو سعفة‎) — Səudiyyə Ərəbistanı və Bəhreyndə neft yatağı. İran körfəzi sularında, Rəs-Tənnurə limanından 50 kilometr (31 mil) şimal-şərqdə yerləşir. 1963-cü ildə açılmışdır. 1966-cı ildən inkişaf etmişdir. Yağın sıxlığı 876 kq/m3, özlülüyü 12,2 cps, S 2,6% təşkil edir. İlkin neft ehtiyatları 1 milyard tondur. Neft və qaz potensialı yura çöküntüləri ilə bağlıdır. "Qatif Project" tərəfindən hazırlanmışdır. 2000-ci illərdə gücü artırmaq üçün 1,2 milyard dollar xərclənmişdir.
Səfa Gəray
Səfa Gəray (1637 – 1703, Karnobat[d]) — XXIX Krım xanı. Krım xanı I Səlamət Gərayın nəvəsi, nurəddin Səfa Gərayın (ö. 1637) oğludur. Əmisi oğlu I Səlim Gərayın səltənətində nurəddin, Murad Gərayın səltənətində isə kalqay ünvanları almışdır. Avstriya cəbhəsində gedən döyüşlər əsnasında vəzifədən alınan III Səadət Gərayın yerinə xanlığa gətirilmişdir (dekabr 1691). Əmisi Adil Gərayın oğlu Dövləti kalqay, digər əmisi III İslam Gərayın oğlu Şahini isə nurəddin təyin etdi. Vəzifəyə gəldikdən sonra ağır vergilər təyin etmiş, sarayda rüşvət həddindən çoxalmışdır. Yerli tatar əsilzadələrinə təyin etdiyi ağır vergilər ona qarşı ayaqlanmalarına səbəb oldu. Avstriya cəbhəsinə yollanmaq üzrə ordu toplamağa çalışan Səfa Gəray əsilzadələrin ayaqlanması ilə taxtdan çəkilməyə məcbur oldu. Beləcə, əsilzadələrin dəvəti və Sultan Əhmədin də istəyilə Səlim Gəray üçüncü dəfə Krım xanlığına gətirildi (21 oktyabr 1692).
Səfa Zengin
Səfa Zəngin (türk. Sefa Zengin; 26 may 1968, Malatya ili) — Türkiyənin teatr, kino, serial aktyoru və səsləndirmə sənətçisi. 1995-ci ildə İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr fakültəsini bitirib. 1994-2001-ci illərdə Dormen Teatrında peşəkar aktyor kimi çalışıb. İstanbul Bilgi Universitetinin aktyorlarından ibarət Teatr Kandela tərəfindən səhnələşdirilən "Karmakarşık", "Popcorn", "Kare As" və "Oyun" tamaşalarına quruluş verib. O , 2003-2004-cü illərdə rol aldığı Qurdlar Vadisi serialında oynadığı psixoloji problemləri olan Ərdal Kömürcü personajı ilə böyük kütlənin rəğbətini qazandı. İstanbul Teatrında "İkinin biri", Aktyorlar Teatr Qrupunda "Troyalı Kadınlar", Volkan Severcan Yapımda "Korkuyorum Sevgilim" adlı tamaşalarda rol aldı. O, teatr və effektiv danışıq texnikasını öyrətməklə yanaşı, serial, film, reklam, sənədli və bədii filmləri səsləndirməkdədir. Hazırda Şahnəkarlar Teatrında "Canlı yayım" və "Bavul" tamaşalarında oynamaqdadır.
Səfa Zəngin
Səfa Zəngin (türk. Sefa Zengin; 26 may 1968, Malatya ili) — Türkiyənin teatr, kino, serial aktyoru və səsləndirmə sənətçisi. 1995-ci ildə İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr fakültəsini bitirib. 1994-2001-ci illərdə Dormen Teatrında peşəkar aktyor kimi çalışıb. İstanbul Bilgi Universitetinin aktyorlarından ibarət Teatr Kandela tərəfindən səhnələşdirilən "Karmakarşık", "Popcorn", "Kare As" və "Oyun" tamaşalarına quruluş verib. O , 2003-2004-cü illərdə rol aldığı Qurdlar Vadisi serialında oynadığı psixoloji problemləri olan Ərdal Kömürcü personajı ilə böyük kütlənin rəğbətini qazandı. İstanbul Teatrında "İkinin biri", Aktyorlar Teatr Qrupunda "Troyalı Kadınlar", Volkan Severcan Yapımda "Korkuyorum Sevgilim" adlı tamaşalarda rol aldı. O, teatr və effektiv danışıq texnikasını öyrətməklə yanaşı, serial, film, reklam, sənədli və bədii filmləri səsləndirməkdədir. Hazırda Şahnəkarlar Teatrında "Canlı yayım" və "Bavul" tamaşalarında oynamaqdadır.
Səfa məscidi
Səfa məscidi və ya Parlı məscid — Türkiyənin Diyarbəkir ilində yerləşən Ağqoyunlu abidəsi. Məscid Diyarbəkir şəhər divarının şimal-qərb qanadında, Mələk Əhməd küçəsinin şimalında, Ulu məscidinin qərbində yerləşir. Kompleks şəklində inşa edilən Səfa məscidi məscid və mədrəsədən ibarətdir. Mədrəsə məscidin qarşısındadır. Türkiyənin Diyarbəkir ilinin Sur ilçəsində yerləşən Səfa məscidinin günümüzə gəlib çatan hər hansı bir kitabəsi yoxdur. Bu səbəbdən abidənin dəqiq tikilmə tarixi və kim tərəfindən tikildiyi bizə məlum deyil, lakin abidənin Ağqoyunlu dövründə inşa edildiyi bilinir. Ehtimal olunur ki, Səfa məscidi Şah İsmayılın babası Şeyx Cüneydin xahişi ilə Uzun Həsən tərəfindən tikdirilmişdir. Cami-üs Safi adını şeyxə olan hörmətdən götürdüyü güman edilir. Məscid həmçinin Şeyx Səfa, İpariə, İparla, Palo adlarıyla da tanınır. Övliya Çələbi də öz səyahətnaməsində ondan İpariyyə məscidi kimi bəhs etmişdir.
Mirzə Haqverdi Səfa
Mirzə Haqverdi Mirzə Əli oğlu Kəbirli (1805-1881) — şair, qazı. Mirzə Haqverdi Səfa 1805-ci ildə Şuşa şəhəridə doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Mir Möhsün Nəvvab onun haqqında yazır: "Mərhum Mirzə əlinin oğludur ki, sabiqdə Şuşa qazisi idi. Mirzə Haqverdi ziyadə dəqiq və zərif bir vücud idi və əşarü kəlamından belə anlaşır ki, Şeyx əttar və Şəms Təbrizi kimi böyük və fazil ədiblərin asari-cəlilələrindən feyzü kamalat əxz edib, onların tutduğu təriqü məsləkdə müdavimət edib şer deyərmiş və əşarının çoxusu fars dilində yazılıbdır". Mirzə Haqverdi Səfa Cəfərqulu xan Nəvanın və Qasım bəy Zakirin həcvlərinə tuş gəlmişdi. O, şeirlərini əsasən fars, ərəb dillərində yazmışdı. Mirzə Haqverdi Səfa 1881-ci ildə vəfat edib. Ənvər Çingizoğlu.
Səfvət əs-səfa
Səfvət əs–səfa, Səfvətüs–səfa, Səfvət əl–səfa, Səfvətül səfa (fars. صفوة الصفا‎) — Şeyx Sədrəddinin tövsiyəsi və verdiyi məlumatlara əsasən atası və mürşidi olan Şeyx Səfiəddin haqqında İbn Bəzzaz tərəfindən fars dilində yazılmış kitab. Əsərin tam adı əl-Məvahib əl-saniyə fi mənaqib əl-Səfəviyyə və ya Məvahibüs–səniyyə fi mənakıbis–Səfəviyyə dir. İbn Bəzzaz bu həcmli əsəri Şeyx Səfiəddin Ərdəbilinin vəfatından 24 il sonra təxminən hicri 759–cu (miladi 1358–ci) ildə bitirmişdir. Şah I Təhmasibin əmriylə Əbül–Fəth Hüseyni tərəfindən yenidən redaktə edilmiş, bu vaxt mətnə Səfəvîlərin İmam Musa əl–Kazımın soyundan gəldiklərini ifadə edən bəzi ibarələr əlavə edilmişdir. Əsərin Mirzə Əhməd b. Kərim-i Təbrizi xətti ilə litoqrafiya üsulu ilə nəşrində (Bombay 1911–ci il) bu nüsxə əsas götürülmüşdür. Məhəmməd ibn Hüseyn Katib Nişati 1542–1543–cü (hicri 949–cu) ildə "Səfvət əs–səfa"nı Azərbaycan dilinə tərcümə edərək mətnini şərti olaraq "Şeyx Səfi təzkirəsi" adlandırmaşdır.Kitab hekayət adlandırılmış kiçik hissələr şəklində qurulmuşdur ki, həmin hekayələr də bilavasitə Şeyx Səfiəddinin müasiri olmuş müridləri və davamçıları, yaxınları və qohumları, xüsusilə də Şeyxin xəlifəsi olan oğlu Şeyx Sədrəddinin dilindən söylənmiş xatirə və söhbətlər əsasında qələmə alınmışdır. İbn Bəzzaz (fars. ابن بزاز‎‎ ; ö.
Səfa Gəray (kalqay)
Səfa Gəray (krımtat. Safa Geray)(v. 1591, Bağçasaray, Krım xanlığı) — Krım xanı II Mehmed Gərayın oğlu, Krım nurəddini və kalqayı. == Həyatı == Doğum tarixi bilinmir. Krım xanı II Mehmed Gərayın oğludur. Haqqındakı ilk məlumat Osmanlı sultanı III Muradın əmriylə taxtdan endirilən atası II Mehmed Gərayla birlikdə ölkədən qaçması barədədir. Perekop qalasına sığınan ailəsi burada dəstək qazana bilmədi. Əmisi kalqay Alp Gəray tərəfindən burada atası edam olundu. Səfa Gəray isə qardaşları Səadət Gəray və Murad Gərayla birlikdə ölkədən qaçaraq noqaylara sığındılar (may 1584). O əsnada İstanbula girov tutulan əmisi II İslam Gəray Osmanlı sultanı III Muradın əmriylə xan elan edilsə də, hələ də Krıma gəlməmişdi.
Səfa Gəray (Qazan xanı)
Safa-Gəray (tatar Safa Gäräy, Сафа Гәрәй, صفا گرای‎; krımtat. Safa Geray; 1510, Baxçasaray — 1549, Kazan) — Kazan xanı (1524—1531, 1536—1546, iyul 1546—mart 1549). Krım çarı Fetih Gəray və noqay mirzə Xədicənin nəvəsi Cəlal Sultanın oğlu, Sahib Gərayın (1521—1524) bacısı oğlu və xələfi 1524-ci ildə dayısı sahib Gərayın Krıma getdikdən sonra o 13 yaşında taxta çıxıbdı. Bulat Şirinin himayəsi altında ölkəni idarə edibdi. Özünü osman sulatnın vassalı elan edib və Moskva əlehinə vuruşub (1536—1537, 1541—1542, 1548). 1531-ci ildə Kazandan sürgün edilib. Hakimiyyətə Can Əli gəlib. 1535-ci ildə isə krım hərbiçilərin köməyi ilə yenidən hakimiyyətə qayıdıb. O Can Əlinin arvadı, noqayın qızı Sümbullə evlənir (1549—1554). 1546-cı ildə qaynatası Yusiflə müharibə edir.Yusifin qardaşı Yunisin köməkliyi ilə Noqayı alır.

Значение слова в других словарях