1. Dağılmaq, ora-bura tökülmək, qeyri-müntəzəm halda tökülmək. Kitablar yerə səpələnib.
– Son dəftəri yoxlayıb qurtaran müəllim cib saatını çıxarıb baxdı, stol üstünə səpələnmiş ( f.sif. ) dəftərləri toplayıb sahmana saldı.
Lalənin ləçəkləri yerə səpələndi.
[Zakirin] saçları dağılıb üzünə səpələnmişdi.
// Tökülüşmək. Sərnişinlər qatardan yerə səpələndilər.
– Rüstəm kişi dəstə-dəstə yollar boyu səpələnib irəliləyən kolxozçu qadın və kişiləri gördü.
Gələn atlılar sağa-sola səpələndilər.
2. Çilənmək.
Qırov səpələndi çölə, yamaca; Göylərdə buz kimi dondu ulduzlar.
Göydən xırda yağış səpələnirdi.