sabunbişirmə 2021
sabunçuluq
OBASTAN VİKİ
Sabunçu
Azərbaycanda Sabunçu rayonu — Bakıda rayon. Sabunçu (qəsəbə) — Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə. Sabunçu (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Ermənistanda Sabunçu (Talin) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Talin rayonunda kənd. Sabunçu (Qəmərli) — İrəvan quberniyasında kənd. Bulaqlar, çaylar Sabunçu — Bakı şəhəri, Sabunçu qəsəbəsində mineral bulaqlar. Suyu isti və kükürdlüdür. Sabunçu — Zaqatala rayonunda çay. Qaraçayın sağ qoludur.
Bakıxanov (Sabunçu)
Bakıxanov, (1936–1992 Razin) — Bakının Sabunçu rayonunda şəhərtipli qəsəbə. Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu almış, Stepan Razin qəsəbəsi adı verilmiş və 29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi adlandırılmışdır. Qəsəbə Bakı dəmir yolu stansiyasından 10 km məsafədə yerləşir. Ərazisi 12 km²-dir. Bura Bakının ən yaşıl qəsəbələrindən biridir. Bu gün burada geniş abadlıq-quruculuq işlərini müşahidə etmək olar. Burada bir çox bağça, bir neçə park vardır. Qəsəbənin mərkəzi hissəsiylə uzanan xiyaban var. == Tarixi adı == Bakıxanov qəsəbəsi Bakı şəhəri Sabunçu rayonunda yerləşir. Bakıxanov qəsəbəsinin ən qədim yerli adının mənasının araşdırmasında AMEA Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d.
Nardaran (Sabunçu)
Nardaran — Bakının Sabunçu rayonu ərazisində qəsəbə. Bakıətrafı tarixi 32 kənddən biri. Bakıdan 25 kilometr şimalda yerləşir. Kəndin dəniz kənarındakı qayalıq ərazisində qədim mayakın alt hissəsində Ocaqqulu adlı mağara yerləşir. Kənddə təxminən 10 min nəfər yaşayır. Bir çox qədim adət ənənələr burada qorunub saxlanılır. Kəndin adının mənası barədə müxtəlif versiyalar söylənilir. Amma ən çox ehtimal olunan mənalar bunlardan ibarətdir: Tədqiqatçılara görə bu yaşayış məntəqəsinin adı fars dilindəki nər (ikihürgüclü erkək dəvə) və daran (yer məkan) komponentlərindən düzəldilib, "dəvə saxlanan, yetişdirilən yer" mənasındadır. Etnoqrafik materiallar da yaşayış məntəqəsində əhalinin keçmişdə dəvəçiliklə məşğul olduğunu sübut edir. Xalq etimologiyasına əsaslanan tədqiqatçılar isə oykonimi "nar bitkisinin çox olduğu yer" və ya atəşpərəstlik əlaqədar ""od olan yer" kimi izah edirlər.
Sabunçu (Qəmərli)
Sabınçı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. ""İrəvan əyalətinin icmal dəftəri"ndə "Saatlı Sabunçu" formasında, Qafqazın 5 verstlik xəritəsində Sabunçu kimi qeyd edilmişdir. Kəndin başqa adı Şeyxzadə Əli Sabunçu olmuşdur. Toponim türk mənşəli sabunçu tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 25.01.1978-ci il fərmanı ilə dəyişdirilib Araksavan (Araz qəsəbəsi) qoyulmuşdur. İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd.
Sabunçu (Talin)
Sabunçu - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Talın rayonunda kənd. Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı «Sabunçular» formasında da göstərilir. Toponim türk dilində «kotan» mənasında işlənən saban sözünə -çı şəkilçisinin qoşulması əsasında əmələ gələn sabunçu etnonimindən əmələ gəlmişdir. Qaraqalpaqlarda sapun tayfasının olması fikrimizi təsdiq edir. Səfəvi padşahlarından Sultan Hüseyn 1704-cü ildə verdiyi fərmanda Aranda, Muğanda və İrəvan ətrafında yaşayan 36 türk tayfasından birinin sabunçu olduğunu göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm.
Sabunçu (Talın)

Sabunçu (Zaqatala)
Sabunçu — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin bir hissəsi Zaqatala rayonunun Lahıc kəndinə köçürülmüşdür. Sabunçu kəndinin əhalisini Saxurlar təşkil edir. Saxur dilində danışırlar. 2012-ci ilin dekabrında Zaqatalanın ən ucqar dağ kəndlərindən olan Sabunçu kəndində yeni məktəb binası istifadəyə verilib. Əhalinin əsas məşğuliyyəti fındıqçılıq, bağçılıq və maldarlıqdır.
Sabunçu (qəsəbə)
Sabunçu — Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə. Bakının ən qədim kəndlərindən sayılır. Vaxtilə Sabunçu Bakının əsas sənaye istehsalı və neft mərkəzlərindən biri idi. AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən qəsəbədə təxminən 31.4 min nəfər əhali yaşayır.
Sabunçu bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sabunçu qəsəbəsi
Sabunçu — Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə. Bakının ən qədim kəndlərindən sayılır. Vaxtilə Sabunçu Bakının əsas sənaye istehsalı və neft mərkəzlərindən biri idi. AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən qəsəbədə təxminən 31.4 min nəfər əhali yaşayır.
Sabunçu rayonu
Sabunçu rayonu (əvvəlki adı: Lenin rayonu) — Bakı şəhərinin rayonu. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin Lenin rayonu Sabunçu rayonu adlandırılmışdır. 29 aprel 1992-ci ildə Lenin rayonu adı dəyişdirilərək Sabunçu rayonu adlandırılmışdır. Həmçinin Sabunçu rayonunun mərkəzi olan Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu almış, Razin qəsəbəsinə adı verilmiş və 1992-ci ildə Bakıxanov qəsəbəsi adlandırılmışdır. Sabunçu rayonu 10 qəsəbədən ibarətdir. Rayonda 5016 ailə olmaqla 20859 nəfər məcburi köçkün və 1635 ailə olmaqla 8318 nəfər qaçqın məskunlaşmışdır. Rayonda 46 məktəb, 3 internat və 25 səhiyyə müəssisələri fəaliyyət göstərir. Sabunçu rayonu ərazisində müxtəlif mülkiyyət hüququna məxsus 75 sənaye, 53 tikinti, 9 nəqliyyat, 2 kənd təsərrüfatı və 370 ticarət obyekti və sair fəaliyyət göstərir. AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən rayonda 231.271 nəfər əhali yaşayır. Məşğul əhalinin əsas hissəsi mədənçıxartma sənayesindən, rayonda fəaliyyət göstərən neft avadanlıqlarının istehsalı müəssisəsindən, çörək, fındıq və digər istehsal, ticarət, ictimai iaşə xidmət sahələrində çalışır.Hazırda rayon üzrə məşğul əhalinin sayı 30273 nəfər, o cümlədən sənayedə çalışanların sayı 8777 nəfər, tikintidə 1378 nəfər, büdcə təşkilatlarında 1210 nəfər, təhsildə 4860 nəfər, səhiyyədə 4296 nəfər, digər sahələrdə 9752 nəfərdir.
Zəfəran (Sabunçu)
Zəfəran — Bakı şəhərinin Sabunçu rayonunun Bilgəh qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Sabunçu rayonunun Bilgəh qəsəbə inzibati ərazi vahidi tərkibindəki Zəfəran qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. Yaşayış məntəqəsi 1930-cu illərin əvvəllərində təşkil edilmiş zəfəran sovxozunun fəhlələri üçün salınmışdır. 1965-ci ildən Zəfəran adlanmışdır. Oykonim zəfəran bitkisinin adı ilə bağlıdır. Qəsəbə Bilgəh qəsəbəsi yaxınlığında yerləşmişdir.
Sabunçu Dəmiryol Stansiyası
Sabunçu Dəmiryolu Stansiyası — Bakı şəhərinin Sabunçu rayonunda yerləşən sərnişin və yük qatarlarının keçdiyi dəmiryol stansiyası. Sabunçu Dəmiryol Stansiyası Bakı-Moskva dəmiryolu xəttinin üzərində inşa edilmişdir. Dəmir yolunun inşasına 1878-ci ildə başlanılır və 1879-cu ildə başa çatır. Dekabrın 17-dən etibarən Balaxanı, Suraxanı, Sabunçu stansiyalarında daşınmaq üçün yüklər qəbul edilir. 20 yanvar 1880-ci ildə dəmir yolunun rəsmi açılışı olur. Dünyada ilk dəfə olaraq neft məhz bu yolla sisternalarla daşınmağa başlanılmışdır. Bakı-Suraxanı-Sabunçu dəmir yolunun uzunluğu cəmi 20 km olmuşdur. 1925-ci ilin mart ayında Bakı-Sabunçu dəmir yolu xəttinin yenidənqurulması və ellektriklləşdirilməsi işlərinə başlanmışdır. Cəmisi 14,5 ay ərzində həmin işlər başa çatdırılmışdır. 1926-cı il iyulun 26-da Abşeronun məşhur neft rayonları olan Sabunçu və Suraxanıya ilk elektrik qatarları hərəkət etməyə başlamışdır.
Balaxanı-Sabunçu Polis Meysterliyi
Balaxanı-Sabunçu Polis Meysterliyi və ya Balaxanı-Sabunçu Polis İdarəsi — Bakı şəhərinin Balaxanı-Sabunçu ərazisindəki neft mədənlərini mühafizəsini təmin edən Azərbaycan Xalq Cümhuriyyətinin polis qurumu. == Haqqında == Polis meysterliyi XIX əsrin sonunda Bakıda neft sənayesinin sürətlə inkişaf etdiyi bir vaxtda, 1897-ci ildə yaradılmışdır. Qurum, 17 aprel 1917-ci il tarixində Bakı Xalq Komissarları Soveti polismeysterliyi tərəfindən ləğv edilmişdir. Qurum, Bakı Qafqaz İslam Ordusu tərəfindən azad olunduqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə yenidən bərpa edilmiş, şəhərin neft mədənləri rayonlarında qayda yaradılması ona həvalə olunmuşdu. Polis meysterliyinin ərazisi 7 polis məntəqəsinə (Sabunçu, Ramana, Zabrat, Balaxanı, Suraxanı, Binəqədi, Corat) bölünmüşdü. Məntəqələrə pristavlar başçılıq edirdilər 1920-ci il mayın 14-də Bakı İnqilab Komitəsinin qərarı və Bakı Şəhər Milis İdarəsinin əmri ilə Balaxanı-Sabunçu Polismeysterliyi ləğv edilib, Balaxanı-Sabunçu Milis idarəsi adlandırılıb. Bununla belə, xidməti ərazisinin böyüklüyü və xüsusi əhəmiyyəti nəzərə alınaraq, Bakı Şəhər və Qəza Milis İdarəsinə tabe edilməklə ona müəyyən müstəqillik verilib. == Mədəniyyətdə == Polis meysterliyi, Azərbaycan kinosunun pioneri olan Aleksandr Mişonun Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları adlı qısametrajlı sənədli filminin diqqət mərkəzidir. == Mənbə == Balaxanı-Sabunçu Polis Meysterliyi // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild.
Balaxanı-Sabunçu Polis İdarəsi

Sabunçu Dəmir Yolu Vağzalı
Sabunçu Dəmiryolu Stansiyası — Bakı şəhərinin Sabunçu rayonunda yerləşən sərnişin və yük qatarlarının keçdiyi dəmiryol stansiyası. Sabunçu Dəmiryol Stansiyası Bakı-Moskva dəmiryolu xəttinin üzərində inşa edilmişdir. Dəmir yolunun inşasına 1878-ci ildə başlanılır və 1879-cu ildə başa çatır. Dekabrın 17-dən etibarən Balaxanı, Suraxanı, Sabunçu stansiyalarında daşınmaq üçün yüklər qəbul edilir. 20 yanvar 1880-ci ildə dəmir yolunun rəsmi açılışı olur. Dünyada ilk dəfə olaraq neft məhz bu yolla sisternalarla daşınmağa başlanılmışdır. Bakı-Suraxanı-Sabunçu dəmir yolunun uzunluğu cəmi 20 km olmuşdur. 1925-ci ilin mart ayında Bakı-Sabunçu dəmir yolu xəttinin yenidənqurulması və ellektriklləşdirilməsi işlərinə başlanmışdır. Cəmisi 14,5 ay ərzində həmin işlər başa çatdırılmışdır. 1926-cı il iyulun 26-da Abşeronun məşhur neft rayonları olan Sabunçu və Suraxanıya ilk elektrik qatarları hərəkət etməyə başlamışdır.
Sabunçu birinci seçki dairəsi
Sabunçu ikinci seçki dairəsi
Sabunçu üçüncü seçki dairəsi
26 saylı Sabunçu birinci seçki dairəsi
27 saylı Sabunçu ikinci seçki dairəsi
28 saylı Sabunçu üçüncü seçki dairəsi
Balaxanı-Sabunçu Polis İdarəsi Süvari Qorodovoylarının At Oynatmaları (1898)
Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları ― qısametrajlı sənədli filmi rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmişdir. Kinosüjetdə polislərin atla təlim keçmələri göstərilmişdir. == İstinadlar == == Mənbə == Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu — 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10-11.
Balaxanı-Sabunçu rayonu
Sabunçu rayonu (əvvəlki adı: Lenin rayonu) — Bakı şəhərinin rayonu. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin Lenin rayonu Sabunçu rayonu adlandırılmışdır. == Tarixi == 29 aprel 1992-ci ildə Lenin rayonu adı dəyişdirilərək Sabunçu rayonu adlandırılmışdır. Həmçinin Sabunçu rayonunun mərkəzi olan Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu almış, Razin qəsəbəsinə adı verilmiş və 1992-ci ildə Bakıxanov qəsəbəsi adlandırılmışdır. == Mədəniyyəti == Sabunçu rayonu 10 qəsəbədən ibarətdir. Rayonda 5016 ailə olmaqla 20859 nəfər məcburi köçkün və 1635 ailə olmaqla 8318 nəfər qaçqın məskunlaşmışdır. Rayonda 46 məktəb, 3 internat və 25 səhiyyə müəssisələri fəaliyyət göstərir. Sabunçu rayonu ərazisində müxtəlif mülkiyyət hüququna məxsus 75 sənaye, 53 tikinti, 9 nəqliyyat, 2 kənd təsərrüfatı və 370 ticarət obyekti və sair fəaliyyət göstərir. == Əhalisi == AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən rayonda 231.271 nəfər əhali yaşayır. == Etnik tərkib == == İqtisadiyyatı == Məşğul əhalinin əsas hissəsi mədənçıxartma sənayesindən, rayonda fəaliyyət göstərən neft avadanlıqlarının istehsalı müəssisəsindən, çörək, fındıq və digər istehsal, ticarət, ictimai iaşə xidmət sahələrində çalışır.Hazırda rayon üzrə məşğul əhalinin sayı 30273 nəfər, o cümlədən sənayedə çalışanların sayı 8777 nəfər, tikintidə 1378 nəfər, büdcə təşkilatlarında 1210 nəfər, təhsildə 4860 nəfər, səhiyyədə 4296 nəfər, digər sahələrdə 9752 nəfərdir.
Cümə məscidi (Sabunçu)
Sabunçu Cümə məscidi — Azərbaycanda Sabunçu qəsəbəsində yerləşən XIX əsrə aid yerli əhəmiyyətli tarix-memarlıq abidəsi, məscid. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Sabunçu Cümə məscidi qəsəbənin qədim hissəsində 1897-ci ildə Əli bəy Aşurbəyov tərəfindən tikdirilib. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi. Sabunçu Cümə məscidi də bu dövrdə ibadətə bağlanıb. 1992-ci ilə qədər məscidin binasından anbar və müxtəlif təyinatlı sex kimi istifadə ediblər. Bu dövrdə məscidin binasında 2 dəfə yanğın da baş verib. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra 1992-ci ildə məscidin fəaliyyəti bərpa edilib.
Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları (film, 1898)
Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları ― qısametrajlı sənədli filmi rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmişdir. Kinosüjetdə polislərin atla təlim keçmələri göstərilmişdir. == İstinadlar == == Mənbə == Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu — 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10-11.
Sabunçuoğlu Şərafəddin
Şərafəddin Sabunçuoğlu (osman. شرف الدّین صابونجی اوغلی; 1385, Amasya – 1468) — orta əsr Osmanlı cərrahı və həkimi. O, 17 yaşından tibblə maraqlanmağa başlayıb və ölümünə qədər 14 il rəhbərlik etdiyi Amasya Darüşşifa xəstəxanasında tibb və tibbi tədqiqatlar ilə məşğul olub. İlk türk cərrahiyyə əsərinin müəllifidir. Sabunçuoğlu Şərafəddin 1385-ci ildə Amasyada anadan olub. Babası Sabunçuoğlu Hacı İlyas Çələbi və atası Əli Çələbi o dövrün xəstəxanalarından biri olan Amasya Bimarhanesinin baş həkimi olan məşhur həkimlər idi. O, çox gənc yaşlarından ustad-şagird münasibəti formasında həkimliyi öyrənməyə başlayıb. Təməl tibb təhsilini Amasya xəstəxanasında (Amasya Darüşşifâsı) həkim Burhanəddin Əhməddən alıb. O, hələ 17 yaşında ikən tibb ilə məşğul olmağa başlayıb və o vaxtdan ömrünü mütaliəyə, araşdırmalara və təcrübələrə həsr edib. O, ölümünə qədər Amasya xəstəxanasında çalışmış və 14 ilə yaxın müddətdə həmin xəstəxananın baş həkimi olub.

Значение слова в других словарях