sadomazoxizm
saf-çürük
OBASTAN VİKİ
Bəni-Saf
Bəni-Saf (ərəb. بني صاف‎) — Əlcəzairin Aralıq dənizi sahilində, Əyn-Təmüşənt vilayətində liman şəhəri və kommuna. Ölkənin şimal-qərbində, Vəhrandan təxminən 80 kilometr (50 mil) cənub-qərbdə yerləşir. Şəhərin əsası 1876-cı ildə qoyulmuşdur. Bəni-Safın cənubunda dəmir filizi çıxarılır. 2010-cu ilin məlumatına görə şəhərin əhalisi 43,802 nəfərdir; 2008-ci ilin məlumatlarına görə onun sayı 42,284 nəfər idi. Kommunanın sahəsi 61,3 km2-dir. == İstinadlar == == Xarici keçidlər == Бени-Саф // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.
Inga saffordiana
Inga saffordiana (lat. Inga saffordiana) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Karlos Ruis Safon
Karlos Ruis Safon (25 sentyabr 1964, Barselona) İspaniya yazıçısı. Əsasən roman janrına üstünlük verir. Romanları 45 ölkədə 30-dan çox dilə tərcümə olunub. Xavyer Syerra və Xuan Qomez Xurado ilə birlikdə müasir İspaniya ədəbiyyatının ən tanınmış simalarından biridir.
Kərbəlayı Mirzə Ələkbər Safi
Кərbəlayı Mirzə Ələkbər Safi (1840, Şuşa) — şair. == Həyatı == Kərbəlayı Ələkbər Safi 1840-cı ildə Şuşa şəhərində doğulmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Mərdinli obasındandır. İbtidai təhsilini əmisindən almışdı. Sənətkarlıqla məşğul idi. O, həm də şair idi. Safi təxəllüsü ilə şeirlər yazırdı. "Məclisi-fərəmuşan"ın üzvü idi. Təzkirəçi Mir Möhsün Nəvvab onun haqqında yazır: "Kərbəlayı Ələkbər Məşədi Məhəmmədhüseyn Qarabağinin oğludur və təxəllüsü Safidir. Mərhum Şəhidin qardaşı oğludur.
Lütfullah Safi Gülpayeqani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfullah Safi Gülpaygani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfullah Safi Gülpayigani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfullah Safi Gülpayqani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfullah Safi Gülpeyqani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Mehmed Əsad Saffət Paşa
Mehmed Əsad Saffət Paşa (1814, İstanbul – 1883, İstanbul) — II Əbdülhəmidin səltənətində 6 ay sədrəzəm olmuş Osmanlı dövlət adamı. Mehmed Esat Safvet Paşa Osmanlı hökumətində müxtəlif nazirliklərdə vəzifə yerinə yetirmiş və II. O, Əbdülhəmid dövründə 4 iyun 1878-ci il və 4 dekabr 1878-ci il tarixləri arasında altı ay böyük vəzirlik etmiş Osmanlı dövlət xadimidir. O, Tənzimat dövrünün ən mühüm simalarından biridir. O, “Hürriyyət” qəzetinin yaradıcısı Sedat Simavinin babasıdır. == Həyatı == Atası Sürmənə tayfasından Mehmet Hulusi Ağa olan Mehmed Esad Safvet Paşa 1814-cü ildə İstanbulda anadan olmuşdur. Təhsilinə məhəllə məktəblərində başlamış, Bəyazid mədrəsəsində davam etmişdir. O, 1831-ci ildə 17 yaşında ikən Divan-ı Humayun qələminə girərək məmur kimi fəaliyyətə başlamışdır. Burada onun ilkin adına ənənəyə uyğun olaraq Safvet təxəllüsü verilmişdir. O, tarixə vicdanlı və dəyərli dövlət xadimi kimi düşüb. Hazırcavab xasiyyəti var.
Nikas Safronov
Nikas Safronov (8 aprel 1956, Ulyanovsk) — Rusiyanın Əməkdar Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının akademiki.
Peyami Safa
Peyami Safa (2 aprel 1899, Fateh, İstanbul ili – 15 iyun 1961, İstanbul) — əsasən romanları ilə məşhur olan türk yazıçısı. "Sərvər Bədi" təxəllüsü ilə də çıxış etmiş yazıçı jurnalistika sahəsindəki işləri və cəmiyyət həyatına dair fikirləri ilə də tanınır. == Həyatı == Şair İsmayıl Safanın oğlu kimi anadan olub. Atasının Sivasda sürgündə ölməyinin ardınca, 1901-ci ildə — 2 yaşında yetim qalmış və "Yetimi-Safa" adı ilə xatırlanmışdır. 8 yaşından 17 yaşınacan ağır sümük xəstəliyi keçirmişdir. Həkimlər onun qıçını kəsmək istəmiş, amma Peyami buna icazə verməmişdir. Yazıçının "Doqquzuncu cərrahiyyə palatası" romanını həmin günlərindən bəhs edir. Xəstəlik və müharibə səbəbilə təhsilini davam etdirə bilməmiş və anasına baxmaq üçün Vəfa idadiyyəsindəki təhsilini yarımçıq buraxmışdır. Keteon mətbəəsində işləməyə başlamışdır. Daha sonra Rəhbəri-İttihad məktəbində müəllimlik etmişdir.
Saab 91 Safir
Saab 91 Safir, Saab AB şirkəti tərəfindən buraxılmış olan İsveç istehsalı olan bir əsas təlim təyyarəsidir. Təyyarə, A J Andersson konstruksiya edilmişdir və 1946-1966-cı illər arasında 323 ədəd buraxılmışdır. İlk uçuşunu 20 noyabr 1945-ci ildə həyata keçirmişdir.
Safet Berişa
Safet Berişa (11 Noyabr 1949 – 19 Oktyabr 2016) — Müdafiəçi kimi çıxış etmiş Albaniya futbolçusudur. Berişa Teuta Durres FK, Partizan Tirana FK, Albaniya milli futbol komandasında çıxış etmiş və 20 müxtəlif kubokun sahibi olmuşdur. == Karyerası == === Erkən karyerası === Berişa kiçik yaşlarından ögey valideynləri tərəfindən saxlanılmışdır. Uşaqlıq illəri də Durres şəhərində keçmişdir. Berişa ilk gənclik karyerasına Teuta Durres FK klubunda başlamışdır. 1992-ci ildə o, ailəsi ilə birlikdə İtaliyaya mühacirət olunmuşdur. Əvvəlcə Bari, sonra isə Arezzo şəhərində yaşamağa başlamışdır. Berişa təcili yardım maşını ilə sürücü kimi çalışmağa başlamışdır.
Saff Surəsi
61-ci surə əs-Saff (Səf) surəsi (Mədinədə nazil olmuşdur, 14 ayədir). Surə adını 4-cü ayədə işlənən və sıra, cərgə mənasını verən səf sözündən götürmüşdür.
Saffat Surəsi
37-ci surə əs-Saffat (Səf-səf duranlar) surəsi (Məkkədə nazil olmuşdur, 182 ayədir) Surədə tövhidi bərqərar etdikdən sonra ölümdən sonra dirilmə etiqadını da təsdiq edir. Surə qiyamətə şəkk edənləri qiyamətin qəfildən gələcəyi ilə qorxudur. Surədə mütləq Qiyamət gününün olacağına dəlil verilir - bu, Allah üçün asandır. Allaha səmimi iman gətirənlər müxtəlif rifahlara qovuşacaq, Allahın mərhəmətlərini xatırlayacaq, günahkarları cəhənnəm odunda görəcək və Allah`ın onları günahlardan və vəfasız günahkarların yalançı çağırışından qoruduğu mərhəmətinə görə şükür edəcəklər. Surədə kafirlərin əbədi qalacaqları yer və möminlərin axirət yurdu bəyan edilir. Surə müxtəlif şəraitdə, müxtəlif vaxtlarda və müxtəlif insanlarla baş verən, xəbərin mənasının açıqlandığı əhvalatları nəql etdikdən sonra, müşriklərin Allahın qızları, onların isə oğulları olduğu, mələkləri belə yaratması haqqında uydurmalarını təkzib edir. qadınlar və Neem və cinlər arasında qohumluq əlaqəsi var. And içirəm səfdə düzülənlərə, ۝ inadla maşın sürənlərə, ۝ öyüd-nəsihəti oxuyanlara! ۝ Həqiqətən, sənin İlahın təkdir. ۝ O, göylərin, yerin və onların arasında olanların Rəbbi, günəşin doğduğu Rəbbdir.
Safflorit
Safflorit – Co As2 — Rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir. == Xassələri == Qalayı-ağdan qurğuşunu-bozadək, çox vaxt tünd-boz çalarlı oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – tünd-boz; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 6,9-7,4; Sərtlik – 4,5-5,5; Kövrəkdir; Ayrılma – {110} üzrə orta; Sınıqlar – qeyri-hamar; Morfologiya – kristallar: prizmatik, az hallarda uzunprizmatik; İkiləşmə: {011} üzrə beşləşmələr, {101} üzrə altışüalı ulduz tipli qarşılıqlı nüfuzetmə ikiləşmələri və üçləşmələr – «safflorit ulduzcuqları»; Mineral aqreqatları: nazik- və kobud çubuqlvari, radial-şüalı, lifli, konsentrik-zolaqlı, massiv. == Mənşəyi və yayılması == Əsasən nikel-kobalt və gümüş-nikel-kobalt filizlərindən təşkil olunmuş hidrotermal damarlarda qeyd edilir. Gec hidrotermal minerallardan biri kimi peqmatitlərdə, skarn-dəmir filizi yataqlarında rast gəlir. Mineralın tək-tək tapıntıları çökmə süxurlarda aşkar edilmişdir. Birlikdə rast gəldiyi minerallar: arsenopirit, qlaukodot, alloklazit, xloantit, rammelsberqit, nikelin, şmaltin, kalsit, kvars və b. Yineralın tapıldığı yerlər: Kobalt (Kanada); Şneyeberq, Unter-Ramstadt (Almaniya); Yaximov (Çexiya); Nordmarken (Norveç) və b. Azərbaycanda Daşkəsən rayonunun dəmir və kobalt yataqlarında (Daşkəsən, Şimali-Daşkəsən, Şimal-Şərqi Daşkəsən) qeyd olunur. Saffloritin nadir rast gələn dənələri Balakən rayonunda kolçedan-polimetal (Filizçay) və mis-pirrotin (Cixix-Saqator və b.) yataqlarının filizlərində də aşkar edilmişdir.
Safgulu Orucov
Orucov Səfqulu Əziz oğlu — azərbaycanlı mühəndis, Xəzər dənizində ilk üzən qurğunu Hollandiyadan gətirən mühəndislər dəstəsinin rəhbəri. == Həyatı == Səfqulu Orucov 5 sentyabr 1930-cu ildə Bərdə rayonunun Qaradırnaq kəndində anadan olmuşdur . 1955-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Neft Akademiyası) dağ-mədən mühəndisliyi ixtisası üzrə bitirdikdən sonra "Xəzərdənizneftkəşfiyyat" trestinin 1 №-li Qazma Kontorunda əmək fəaliyyətinə başlamışdır. 1976-cı ilədək həmin trestdə müxtəlif vəzifələrdə çalışmış, qazmaçı köməkçisindən baş mexanik vəzifəsinədək yüksəlmişdir. 1970-ci ildə V.İ.Leninin anadan olmasının "100 illiyi" münasibətilə əməkdə fərqlənməyə görə medalla təltif edilmişdir. 1967-ci ildə Hollandiyada və AFR-də, 1980-ci ildə Yaponiyada, 1985-ci ildə isə Polşa Xalq Respublikasında xidməti ezamiyyətlərdə olmuşdur. 1988-ci ildə Sualtı-Texniki İşlər və Dənizin Neftlə Çirklənməsindən Mühafizəsi üzrə İxtisaslaşdırılmış İdarəsinə (indiki XDDQXİİ) rəis təyin edilmişdir. Xəzər dənizində ilk üzən qurğunu Hollandiyadan gətirən mühəndislər dəstəsinin rəhbəri olmuşdur. Dənizdə neft çıxarılması ilk dəfə SSRİ-də 1947-ci ildə Xəzər dənizindəki Neft daşlarında həyata keçirilmişdir. Lakin 1967-ci ilə kimi Xəzər dənizinin 30 metrə qədər dərinliyinə dəmir özəl atıb onun üzərinə qüllə qoymaqla dərinliyi 3 000 metrə qədər olan neft quyuları qazılırdı.
Safine-ye Süleymani
Safine-ye Süleymani (azərbaycanca: Süleymanın gəmisi) — Səfəvi sülaləsindən olan şah I Süleymanın (1666–1694) Siamda yerləşən Ayutiya krallığına göndərdiyi elçiliyin səyahətnaməsi nəzərdə tutulur. Səyahətnamənin mətni elçiliyin katibi Məhəmməd Rəbi ibn Məhəmməd İbrahim tərəfindən qələmə alınmışdır. Səyahətnamədə əks olunanlar Səfəvi imperiyasının bu dövrdə Hind okeanının şərq bölgələrindəki varlığı barədə mükəmməl məlumat verir. Həmçinin səyahətnamədəki məlumatlar əsasında Siamın XVII əsrin sonlarında tarixini öyrənmək üçün də istifadə edilə bilər. Bu səyahətnamə dünyanın bu xüsusi bölgəsi ilə Səfəvi imperiyasının əlaqələrinin tarixindən bəhs edən yeganə qaynaqdır. == Tərcümələri == Muhammad Rabi' ibn Muhammad Ibrahim (1972). The Ship of Sulaiman (azərbaycanca: Süleymanın gəmisi). Con O' Kane tərəfindən tərcümə edilmiş və Nyu-York şəhərində yerləşən Kolumbiya Universiteti Nəşriyyatında nəşr edilmişdir. Bu tərcümə Britaniya Muzeyində saxlanılan əlyazma əsasında həyata keçirilmişdir. Həmçinin əsərin tərcüməsinə tərcüməçi tərəfindən qeydlər və giriş qismi əlavə edilmişdir.
Safiya Qəddafi
Safiya Qəddafi (1952, Əl-Bayda) — Liviyanın Birinci xanımı. Safiya Farkaş Qəddafi Liviyanın şərqində yerləşən Əl Beda şəhərində anadan olub. O, Liviya prezidenti Müəmmər Qəddafinin ikinci həyat yoldaşıdır. Onlar 1971-ci ildə ailə həyatı qurublar. Safiya Qəddafi 6 oğul və 1 qız anasıdır. 2008-ci ildə Afrika qadınları təşkilatının vitse-prezidenti seçilib.
Safiyat Əsgərova
Safiyat Əsgərova (1907, Axtı, Dağıstan vilayəti, Rusiya imperiyası – 1955, Moskva) — Dağıstanda ilk kino aktrisası, səssiz film ulduzu olmuşdur. == Bioqrafiyası == Safiyat Əsgərova 1907-ci ildə Dağıstan vilayəti, Samur dairəsi, Axtı kəndində anadan olmuşdur. Safiyatın yaradıcılıq meyllərini uşaqlıqdan izləmək olur. Musiqini, xoreoqrafiyanı, təsviri sənəti çox sevdiyi məlumdur. Safiyat yaradıcı bir ailədə böyümüşdür. Atası Nuxbek Əsgərov Axtın teatrının rəssamı olmuşdur. Qardaşı Dağıstan heykəltəraşlıq sənətinin banisi Xasbulat Əsgər-Sarıcadır. Digər qardaşı Beybulat Əsgərov tamaşaların qurulması ilə məşğul olmuş, dekorasiyanı qurmuşdur. Daha sonra Azərbaycan kinokilm studiyasının rejissoru və direktoru olur. Üçüncü qardaş Aslanbek uzun illər Mosfilm-də operator işləyir.
Safiyə Sultan
Səfiyyə Sultan (təq. 1550 – 10 noyabr 1618, İstanbul) — 12. Osmanlı sultanı III Muradın xanımı və III Mehmedin anası, Validə sultan. == Saraydan öncəki həyatı == Sofia Bellicui Baffo adı ilə 1550-ci ildə Venesiyada dünyaya gəldi. Çox varlıqlı bir ailənin tək övladı olan Sofia dövrünə görə mükəmməl bir təhsil almışdı. Atası Leonardo Baffo Korsika adasının qubernatoru idi. Hələ 12 yaşındaykən Aralıq dənizində gəmiylə səyahət edərkən Osmanlı quldurlarına əsir düşmüşdür. Bir il sonra İstanbuldakı Pera kölə bazarına gətirilən Sofianın gözəlliyi dövrün hasəki sultanı Nurbanu Sultanın qulağına qədər gəlib çatır. Manisa sancaqbəyi olan oğlu şahzadə Muradın (III. Murad) dövlət işlərindən uzaq passiv xarakterindən narahat olan anası Nurbanu Sultan bir sərvət ödəyərək 13 yaşlı Sofianı kölə bazarından satın alaraq saraya gətirir. === Saraya gəlişi === 2 il boyunca dayanmadan hərəmxana təhili alan Sofianın adı dəyişdirilərək, mənası "arı, duru, saf gözəllik" olan Səfiyyə qoyulur.
Safiyə Sultan (II Mustafanın qızı)
Safiyə Sultan (Osmanlıca: صفية بن مصطفى ساني) (13 dekabr 1696, Ədirnə – 15 may 1778, İstanbul) — 22-ci Osmanlı sultanı II Mustafanın qızı. == Həyatı == Əminə Sultan 1696-cı ildə Ədirnə sarayında dünyaya gəlmişdir. Anasının kim olduğu bilinmir. O əsnada atası II Mustafa Belqrad üzərinə səfərə çıxmışdı. Taxta yeni çıxan atasının üçüncü övladı idi. Böyük bacıları Əminə və Ayşə Sultan kimi, 7 mart 1702-ci ildə uşaq yaşlarında Mərzifonlu Mustafa Paşanın oğlu və Adana sancaqbəyi olan Maktulzadə Əli Paşa ilə nişanlandı. Tamamilə siyasi səbəblərdən baş tutan bu evlilik planı, o əsnada atasının taxtdan endirilməsi və bir müddət sonra vəfat etməsi səbəbilə təxirə salındı. Toy mərasimi 8 may 1710-cu ildə baş tutdu. Bu evlilikdən bir oğlu dünyaya gəldi. Ancaq 1 ay sonra Əli Paşa Diyarbəkir bəylərbəyi oldu və əyalətə göndərildi.
Safiyə Sultan (IV Muradın qızı)
Safiyə Sultan (1634, Topqapı sarayı – 1685, İstanbul) — 17. Osmanlı sultanı IV Muradın qızı. == Həyatı == Safiyə Sultan 1634-cü ildə Topqapı sarayında dünyaya gəldi. Atası Sultan Murad, anası isə Hasəki Ayşə Sultandır. Hələ 6 yaşında ikən atası vəfat etdi və əmisi Sultan İbrahimin taxta çıxmasıyla Safiyə Sultan nənəsi Validə Kösəm Sultanın, onun 1651-ci ildə öldürülməsindən sonra isə Validə Turhan Sultanın himayəsinə verildi. Validə Turhan Sultanın istəyilə 1659-cu ildə vəzir Abxaz Siyavuş Paşanın oğlu Sarı Hüseyn Paşayla (ö. 2 mart 1688) nigahlanan Safiyə Sultanın bu nigahdan 2 övladı dünyaya gəldi. Safiyə Sultan 1685-ci ildə doğuş əsnasında vəfat etdi və cənazəsi Sultan Əhməd türbəsinə atasının yanına dəfn olundu. == Övladları == Sultanzadə Mehmed Rəmzi bəy (d. 1660 — ö.
Safonovo
Safonovo — Rusiya Federasiyasında yerləşən şəhər. Smolensk vilayətinə daxildir.
Safra ailəsi
Safra ailəsi (port. Família Safra) — Braziliyanın ən varlı ailələrindən biri. Əsas fəaliyyətləri bank sahəsindədir. Safra ailəsinin ən məşhur üzvləri bunlardır: Yakob Safra (d. 1891 – ö. 1963) Edmond Safra (d. 1932 – ö. 1999) Moise Safra (d. 1935 – ö. 2014) Cozef Safra (d.

Значение слова в других словарях