Liliya Sakmar
Liliya Sakmar (başq: Лилиә Һаҡмар, doğumu: 3 oktyabr 1962, Yumaşevo aulu, Baymak rayonu, Başqırdıstan MSSR) — Başqırd şairi, dramaturqu, jurnalisti, tərcüməçisi, Başqırdıstan Respublikası və Rusiya Federasiyası Jurnalistlər Birliyinin üzvü (1996), Başqırdıstan Respublikası və Rusiya Federasiyası Yazıçılar Birliyinin üzvü (2000), Beynəxalq Ədəbiyyat Fondunun üzvü (2009)
== Həyatı ==
Liliya Zeynulla qızı Kaibova (təxəllüsü Liliya Sakmar) 3 oktyabr 1962-ci ildə Başqırdıstan MSSR-in Baymak rayonunun Yumaşevo aulunda anadan olmuşdur.
1984-cü ildə Başqırdıstan Dövlət Universitetinin filologiya fakültəsinin başqırd-rus bölməsini bitirmişdir. Universiteti bitirdikdən sonra Xaybullinsk rayonunda İsyanqıldinsk orta məktəbində rus dili və ədəbiyyatı müəllimi, rayon komsomol komitəsinin katibi, Bayquskar kəndində kitabxanaçı vəzifələrində işləmişdir.
1989-cu ildən Ufada qadınlar üçün “Başqırdıstan qızı” dərgisinin, gənclər üçün “Yaşlek” qəzetinin, daha sonra respublikanın mədəniyyət və incəsənət təmayüllü “Tamaşa” (2015-ci ilə qədər) jurnalının redaktoru və baş redaktorun müavini vəzifələrində çalışmışdır.
Yaradıcılığı
Bədii yaradıcılığa orta məktəbdə oxuduğu illərdə başlayan Liliya Sakmar altı bədii kitabın, çox sayda mahnı mətninin müəllifidir. “Sınmış telefon” (Боҙоҡ телефон), “Ulduz körpüsü” (Йондоҙло күпер) adlı dram əsərləri Başqırdıstan teatrlarının səhnəsində tamaşaya qoyulmuşdur. “Ural Batır” operasının librettosunun müəllifidir. “Türk Dünyası” dərgisi ilə sıx əməkdaşlıq edir.
Əsərləri Ukrayna, rus, türk, tatar və başqa dillərə çevrilmişdir.
== Mükafatları ==
Teşekkür belgesi.