SALZ
SAMAN
OBASTAN VİKİ
SAM
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və sa qısaca SAM — Azərbaycan Respublikasında aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirən dövlət qurumudur; dövlət elmi-tədqiqat təşkilatıdır. Strateji Araşdırmalar Mərkəzinin direktoru: fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədov, direktor müavini: filologiya üzrə fəlsəfə doktoru Gülşən Paşayeva (2018-ci ilin iyul ayınadək). 2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla mərkəz ləğv olunub. == Yaranma tarixi == Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2007-ci ildə imzaladığı, 648 №-li fərmanı ilə (Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2008-ci il tarixli Sərəncamı ilə, siyasi elmlər doktoru Elxan Nuriyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. == Missiyası == Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin missiyası Azərbaycanda və yerləşdiyimiz regionda baş verən hadisələri izləmək, analiz etmək, habelə aparılmış araşdırmalar və ya verilmiş sifarişlər əsasında dövlət orqanlarına və ölkə rəhbərliyinə məsləhətlər və tövsiyələr təqdim etməkdir.
Sam Dastyari
Səhənd „Sem“ Dəstyari (28 iyul 1983, Sari) — Azərbaycan əsilli Avstraliya siyasətçisi. 2013-cü ildən 2018-ci ilə qədər Yeni Cənubi Uelsi Avstraliya senatında təmsil etmişdir.
Sam Mirzə
Sam mirzə Şah İsmayıl oğlu Səfəvi (28 avqust 1518 – 1567) — Səfəvi şahzadəsi, təzkirəçi, ədəbiyyatşünas. == Həyatı == 10 sentyabr 1517-ci ildə, Şah İsmayıl Xətai və Şahbəyim Taclı Bəyimin övladı olaraq dünyaya gəlmişdir. Bəhram Mirzə Səfəvini əvəz edərək iki dəfə Xorasan hakimi və Ərdəbil hakimi olmuşdur. Şah İsmayılın qəfil ölümündən sonra 10 yaşında hakimiyyətə keçən oğlu Təhmasib mirzə feodalların, qızılbaş əmirlərinin əlində oyuncağa çevrilmişdi. İlk on il hədsiz hərcmərclik və qızılbaş tayfa başçıları arasında kəskin qanlı döyüşlər dövrü idi. Əmirlər və tayfa başçıları arasında bu qanlı çəkişmələrlə yanaşı, bir tərəfdən də osmanlılar tez-tez Azərbaycana hücum edirdi. Şahlığının 10-cu ilində — 20 yaşlarında hakimiyyəti möhkəmlətmək, ölkəni daha çox nizama salmaq istərkən Təhmasib daxildə və xaricdə böyük çətinliklərlə üzləşir. Əmirül-üməra Hüseyn xan Şamlı ən yaxşı torpaqları şamlıların əlində toplamağa çalışmaqla yanaşı, vaxtilə lələsi olduğu Sam Mirzəni hakimiyyətə keçirmək üçün Şah Təhmasibi zəhərləmək istəyir. Şah bunu eşidərək Hüseyn xanı yanına çağırtdırıb, tikə-tikə doğratdırır. Elə bu zamanlar Sam Mirzə qardaşına xəyanət edərək özünü Osmanlı sultanı Sultan Süleymanın vassalı sayır.
Yanğınsöndürən Sam
Şevval Sam
Türkdəniz Şevval Sam (16 Noyabr 1972, İstanbul), Türk aktrisa və müğənni. Sənətçi Ləman Samın qızıdır. == Həyatı == Şevval Sam, 11 noyabr 1973-cü ildə İstanbulda doğuldu.Anası Ləman Sam müğənni, atası Səlim Sam isə musiqiçidir. Özündən iki yaş böyük olan Şahnaz adlı böyük bacısı var. İbtidai və orta məktəbdə təhsil alan Hasan Ali Yücel İbtidai məktəbində, İstanbul Zincirlikuyu İnşaat Texniki və İnşaat Peşə Liseyinin bərpa şöbəsində orta məktəbdə oxudu. Ali təhsilini Marmara Universiteti Gözəl Sənətlər Fakültəsi Qrafika şöbəsində tamamladı. 1993–1999 arasında, Beşiktaşın əfsanəvi keçmiş futbolçusu, Sarı Fırtına ləqəbli Mətin Təkin ilə evləndi və bu evlilikdən Tarık Emir adlı bir oğlu oldu. Şevval Sam müxtəlif filmlərdə və seriallarda rol alıb. == Diskoqrafiya == Albomları Sek (2006) Istanbul's Secrets (2007) Qaradəniz (2008) Has Arabesk (2010) // Tək (2012) Tanqo (2012) Torpaq iyi (2015) Nanninom (2016) Single'ları "Aşk olsun" (2017) "Dinmir" (Nejat Özgür ilə) (2019) Qonaq olduğu albomlar Güldünya Mahnıları (2009; ailə içi şiddətə son kampaniyası daxilində "Kibritçi Qız" adlı mahnını səsləndirdi.) 7 ərli Hörmüz (2010;kinoteatr filmi üçün "Bu Gecə lazımdır", "Sadəcə Qullar" mahnılarını səsləndirdi.) Fikrət Şeneş Mahnıları (2019;"Sənsiz illərdə" adlı mahnını səsləndirdi.) == Filmoqrafiya == Filmlər Qağayılar və İstanbul(2002) (Dr. Pınar) Həyatın Kənarında(2007) Bu filmdə qonaq aktrisa olan Şevval Sam ben seni sevduğumi adlı mahnısını səsləndirdi.
Sam Horn
Samuel Lee Horn (2 noyabr 1963-cü ildə anadan olub) keçmiş peşəkar Amerikalı beysbol oyunçusudur. Səkkiz mövsümün bir hissəsini Major League Baseball- da (MLB) keçirmiş və Boston idman komandalarının flaqman stansiyası olan New England Sports Network- ün aparıcısı olmuşdur.
III Sam mirzə
III Sam mirzə — 1747-ci ildə Nadir şah əleyhinə Ərdəbil və Təbrizdə baş verən üsyana Səfəvi hakimiyyətini bərpa etmək uğrunda mübarizə aparan yalançı şahzadə III Sam Mirzə başçılıq edirdi. III Sam Mirzə şəhərlilərin böyük bir hissəsini öz tərəfinə çəkərək silahlı dəstələr yaratdı və onların köməyi ilə bir sıra uğurlar əldə edə bildi. Lakin III Sam Mİrzə üsyanı Nadirin əmisi oğlu Əmiraslan xan tərəfindən Təbrizdə qətlə yetirildi və üsyan yatırıldı.
II Sam mirzə
II Sam mirzə — 1743-cü ilin son rübündən etibarən I Sam mirzə tərəfindən mərkəzi hakimiyyətə qarşı qiyama Ərdəbildən Şirvana gəlmiş növbəti yalançı şahzadə — II Sam mirzə başçılıq etməyə başladı. Ona Qazıqumuqlu Surxay xanın oğlu Məhəmməd xan kömək edirdi. Nadir şah Şirvanda olan hadisələrdən narahat olduğu üçün oğlu Nəsrullah Mirzəni böyük bir qoşunla yenidən Şirvana göndərdi. Lakin döyüş nəticəsində Nəsrullah Mirzə döyüşdə ağır məğlubiyyətə uğradı. Bu məğlubiyyətdən sonra Nadir şah təcili tədbirlər görməyə məcbur oldu – şah Osmanlı dövləti ilə sülh müqaviləsi imzalayıb, əsas qüvvələrlə Azərbaycandakı üsyaları yatırtmağı qərara aldı. Yeni hərbi qüvvələr almış Nəsrullah Mirzənin qoşunu 1743-cü ilin sonlarında Ağsu yaxınlığında üsyançılarla döyüşə girdi. Ağsu yaxınlığında Şahbağı adlanan yerdə baş vermiş döyüş nəticəsində II Sam mirzəni məğlub edildi. Məhəmməd xan Dağıstana, II Sam mirzə isə Kaxetə qaçdı. II Sam mirzəni həbs edən Kaxet valisi Teymuraz onu Bərdəyə – Nəsrullah mirzənin düşərgəsinə göndərdi. 1743-cü ilin dekabrında II Sam mirzənin bir gözünü çıxartdıran Nəsrullah mirzə onu eşşəyə mindirərək, Qarsa göndərdi ki, "orada meydana çıxan yalançı "qardaşı" Səfi mirzə ilə görüşsün".
I Sam Mirzə
I Sam Mirzə — Özünü Səfəvi şahı Sultan Hüseynin oğlu kimi qələmə verən şahzadə. 1743-cü Nadir şaha qarşı üsyan qaldıran I Sam Mirzə 50 minlik qoşunla Surxay xanın müşaiyətində Şirvanın mərkəzi olan Ağsu (yaxud dövrün mənbələrində Yeni Şamaxı) şəhərini zəbt etdi. Əhali onu rəğbətlə qarşıladı. O, Nadir Şah tərəfindən qoyulmuş vergilərdən azad etdi. 1743-cü ildə Nadir şahın oğlu Nəsrullah mirzə başda olmaqla qızılbaş qoşunu Kür çayı sahilində I Sam mirzənin qüvvələrini haqladı və son nəfərinə qədər qırdı. Nəsrullah mirzə yalançı şahzadənin burnunu və qulaqlarını kəsdirmişdi.
Sam J. Jones
Sem C. Cons (ing. Sam J. Jones; d. 12 avqust 1954, Çikaqo) — ABŞ aktyoru.
Sam mirzə Səfəvi
Sam mirzə Şah İsmayıl oğlu Səfəvi (28 avqust 1518 – 1567) — Səfəvi şahzadəsi, təzkirəçi, ədəbiyyatşünas. == Həyatı == 10 sentyabr 1517-ci ildə, Şah İsmayıl Xətai və Şahbəyim Taclı Bəyimin övladı olaraq dünyaya gəlmişdir. Bəhram Mirzə Səfəvini əvəz edərək iki dəfə Xorasan hakimi və Ərdəbil hakimi olmuşdur. Şah İsmayılın qəfil ölümündən sonra 10 yaşında hakimiyyətə keçən oğlu Təhmasib mirzə feodalların, qızılbaş əmirlərinin əlində oyuncağa çevrilmişdi. İlk on il hədsiz hərcmərclik və qızılbaş tayfa başçıları arasında kəskin qanlı döyüşlər dövrü idi. Əmirlər və tayfa başçıları arasında bu qanlı çəkişmələrlə yanaşı, bir tərəfdən də osmanlılar tez-tez Azərbaycana hücum edirdi. Şahlığının 10-cu ilində — 20 yaşlarında hakimiyyəti möhkəmlətmək, ölkəni daha çox nizama salmaq istərkən Təhmasib daxildə və xaricdə böyük çətinliklərlə üzləşir. Əmirül-üməra Hüseyn xan Şamlı ən yaxşı torpaqları şamlıların əlində toplamağa çalışmaqla yanaşı, vaxtilə lələsi olduğu Sam Mirzəni hakimiyyətə keçirmək üçün Şah Təhmasibi zəhərləmək istəyir. Şah bunu eşidərək Hüseyn xanı yanına çağırtdırıb, tikə-tikə doğratdırır. Elə bu zamanlar Sam Mirzə qardaşına xəyanət edərək özünü Osmanlı sultanı Sultan Süleymanın vassalı sayır.
Sinan Şamil Sam
Sinan Şamil Sam (23 iyun 1974, Hamburq, Almaniya Federativ Respublikası – 30 oktyabr 2015, İstanbul) — Almaniya azərbaycanlılarından olan ağır çəkili peşəkar boksçu. Əsli Türkiyənin Qars şəhərindəndir. == Həyatı == Əsli Cənubi Azərbaycandan Amasyanın Penbek kəndinə, oradan da 1926-cı ildə Qarsın Akyaka Şahnalar kəndində yerleşən Oruc Samın nəvəsi idi. Sinan Şamil Sam 1974-cü ildə Almaniyanın Frankfurt şəhərində anadan olub. Həvəskar boks üzrə doqquzqat Türkiyə çempionu olub. 1992-ci ildə dünya çempionu adını qazanıb. 1999-cu ildə böyüklər arasında da dünya çempionu olmağı bacarıb. 15 aprel 2000-ci ildə peşəkar boksa başlayıb. 12 oktyabr 2002-ci ildə polşalı Przemyslaw Saletı məğlub edərək Avropa çempionu olub. "Boğazın buğası" ləqəbi ilə tanınıb.
Sam Mirzə üsyanları
Sam Mirzə üsyanları - Nadir şaha qarşı Səfəvilər sülaləsinə mənsub olduğunu iddia edən 3 nəfər ilk olaraq 1743, ikinci də 1743, üçüncü isə 1747-ci ildə üsyan qaldırdı. == I Sam Mirzə üsyanı == I Sam Mirzə üsyan qaldıran zaman etsi : Özünü Səfəvi şahı Sultan Hüseynin oğlu olaraq elan etdi. Qazıqumuxlu Surxay xanla müttəfiq oldu Yeni Şamaxıya-Ağsuya hücum edərək oraları tutdu. Nadir şahın qoyduğu vergiləri ləvğ etdi. Nadir şahın oğlu Nəsrullah Mirzəylə baş verən Şamaxı döyüşündə məğlub oldu və edam edildi. == II Sam Mirzə üsyanı == II Sam Mirzə 1743-cü ilin sonunda Şirvanda üsyan qaldırdı : Ağsunu tutdu Şabranla-Dərbənd arasında toqquşmalar baş verdi. Ağsu yaxınlığındakı döyüşdə II Sam Mirzə məğlub olaraq Kartli-Kaxetiyə, Gürcüstana qaçdı. Gürcü çarı Teymuraz onu əsir alaraq Əfşarlara geri verdi. == III Sam Mirzə üsyanı == Əhalinin köməyi ilə Təbrizi tutdu Nadir şahın ölümündən sonra yenipullar zərb etdirdi.
102 saylı Samux-Şəmkir seçki dairəsi
102 saylı Samux–Şəmkir seçki dairəsi
2010 Lissabon sammiti
2010 Lissabon sammiti — NATO-ya üzv dövlətlərin dövlət və hökumət başçılarının 2010-cu il 19–20 noyabr tarixlərində Portuqaliyanın paytaxtı Lissabonda keçirilən toplantısı. Üzv dövlətlər 1999-cu ildə Vaşinqton sammitində qəbul edilmiş əvvəlki planın başa çatmasından sonra ittifaqın yeni onillik planı olan yeni "Strateji Konsepsiya"nı qəbul etdilər. İttifaqın terrorizm və kiberhücumlar kimi müasir çağırışlarına cavab verən Strateji Konsepsiyasını qəbul etməklə yanaşı, üzvlər raketdən müdafiə sistemini birgə inkişaf etdirmək barədə razılığa gəliblər. Üzvlər təşkilatın bu ölkədəki əməliyyatları ilə bağlı Əfqanıstan prezidenti Həmid Kərzai ilə görüşüb. Onlar 2014-cü ilə qədər qoşunların tədricən ölkədən çıxarılması barədə razılığa gəliblər. NATO Əfqanıstan qüvvələrinə və polisinə təlim və məsləhət vermək üçün Əfqanıstanda qalmaq öhdəliyini təkrarlayıb. == Görüş == Sammit Millətlər Parkı (Parque das Nações) ərazisindəki Lissabon Beynəlxalq Sərgi Salonunda (Feira Internacional de Lisboa) baş tutub. Bu, 2009-cu ilin avqustunda NATO-nun baş katibi vəzifəsinə başlayan Anders Foq Rasmussenin sədrliyi ilə keçirilən ilk sammit idi. == Gündəlik == === Strateji Konsepsiya === Sammitə daxil olan üzv dövlətlərin 1999-cu ildən bəri ilk dəfə olaraq yeni Strateji Konsepsiya qəbul edəcəyi gözlənilirdi. Sammitdən əvvəl baş katib Rasmussen özü planın layihəsini hazırlayıb.
2015 G-20 Antalya sammiti
2015 G-20 Antalya sammiti - G-20 dövlətlərinin 10-cu toplantısıdır.
2015 G20 Antalya sammiti
2015 G-20 Antalya sammiti - G-20 dövlətlərinin 10-cu toplantısıdır.
2017 G-20 Hamburq sammiti
2017 G20 Hamburq sammiti — G20-nin sayca on ikinci görüş olub, Almaniyanın Hamburq şəhərində, 7-8 iyul 2017 tarixində baş tutmuşdur. == İştirakçılar == 2017 G20 Hamburq sammitində iştirak edən liderlərin siyahısı: === Daimi qonaqlar === === Beynəlxalq Təşkilatlar === == Summit gündəmdə == Hər zamanki sammit mövzuları olan Qlobal İqtisadi İnkişaf, Beynəlxalq Ticarət və Finans Marketlərinin Təmzinlənməsi mövzularına əlavə olaraq G20 Sammitində aşaqdakı mövzular da müzakirə olunmuşdur. === Daha Əhatəli Böyümə === G20-nin sonuncu məruzəsi, ticarət əlaqələrinin inkişaf etməkdə olan ölkələrə qarşı qarşılıqlı və ayrı-seçkilik olmamasına ehtiyac olduğunu vurğulayaraq, liberalizasiyanın prioritetinə və azad bazar iqtisadiyyatının qurulma yolunda təşviqinə önəm vermək. === Davamlı İnkişaf üçün 2030 Gündəmin həyata keçirilməsi === Birləşmiş Ştatların Paris Konvensiyasından çəkilməsinə baxmayaraq, Almaniyanın sədri BMT-nin Davamlı İnkişaf Məqsədləri (SDG) ruhunda "ətraf mühitin davamlılığı, gender bərabərliyi və sosial inklüzivliyi üçün yenilənmiş ictimai siyasət maraqlarından" xüsusilə də bərpa olunan enerjinin təqdimatı və inkişaf etmiş və inkişaf etməkdə olan bütün ölkələrdə daha çox qalıq yanacaq ayrılması. ==== Hind-Norveç əməkdaşlığı və birgə investisiya ==== Hindistanın Baş naziri Narendra Modi Norveçin Pensiya Fondunu ölkəsinin Milli İnfrasktur İnvestisiya platformasına investisiyalar üçün dəvət etmişdi. === Qadınların iqtisadi gücləndirilməsi === === Qaçqınlar və Avropa miqrant böhranı === === Terrorla mübarizə və milli təhlükəsizlik === G20 liderləri birgə bəyanatında terror qruplarına maliyyələşdirmənin boğulmasına və internet üzərindən təbliğatın yayılmasına mane olmaq üçün addımlar atmağa söz verdilər. Hindistanın baş naziri Narendra Modi, Pakistan torpaqlarında fəaliyyət göstərən terror təşkilatlarını adlandıraraq bu qrupların hamısının eyni ideologiyanı və məqsədi - nifrət yaymaq və insanları öldürməyi paylaşdığını söyləyib. İndoneziya prezidenti Joko Widodo, üzv dövlətləri terrorla mübarizəyə birləşməyə çağırdı və önləyici və radikalizasiya proqramlarını da vurğuladı. ABŞ və Rusiya, Trump ilə Putin arasında Hamburqda danışıqlardan sonra Suriya atəşkəsi razılaşmasına çatdı. Almaniyanın Federal Kansleri Angela Merkel, G20 zirvəsinin bağlanış mətbuat konfransında jurnalistlərə etdiyi şərhdə, "G20'nin Trump və Putin arasında ilk görüşünün reallaşdığının marjında olduğunu sevindim.
2017 G20 Hamburq sammiti

2019 G-20 Osaka sammiti
2019 G-20 Osaka sammiti — İyirmilər qrupu (G-20) ölkələrinin 14-cü görüşü. 28-29 iyun 2019-cu il tarixlərində Yaponiyanın Osaka şəhərində Osaka Beynəlxalq Sərgi Mərkəzində keçirilmişdir. Bu, Yaponiyada baş tutan ilk G-20 sammitidir.
2019 G20 Osaka sammiti

Achillea sambucifolia
Tanacetum macrophyllum (lat. Tanacetum macrophyllum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. == Sinonimləri == Achillea latifolia Salisb. Achillea sambucifolia Desf. Achillea sambucifolia C.C.Gmel. Chamaemelum leucocephalum (Cass.) E.H.L.Krause Chamaemelum macrophyllum (L.) E.H.L.Krause Chrysanthemum macrophyllum Waldst. & Kit. Chrysanthemum microphyllum (DC.) Caball. Gymnocline leucocephala Cass. Gymnocline macrophylla (Waldst.
Adnan Sami
Adnan Sami (urdu عدنان سمیع‎); (doğ.15 avqust 1973) — Pakistan müğənnisi. == Həyatı == Adnan Sami 15 avqust 1973-cü ildə London şəhərində doğulub.
Aglaia samoensis
Aglaia samoensis (lat. Aglaia samoensis) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliekimilər fəsiləsinin aqlaiya cinsinə aid bitki növü.
Aktrisa Janna Samarinin portreti
Aktrisa Janna Samarinin portreti (fr. Portrait de Jeanne Samary) - Fransız impressionist rəssamı Pyer-Ogüst Renuar tərəfindən 1877-cı ildə çəkilmiş rəsm əsəri. Janna Samarinin bu portreti rəssamın bütün yaradıcılığında ən impressionist portretlərdən biri hesab olunur, eyni zamanda gülümsünən və dalğın qadın zərif mavi-yaşıl donunda çəhrayı fonda təsvir edilmişdir. Rəssamın iş üslubu çox sərbəstdir, bəzən bu hal lap saymazyanalığa qədər öz əksini tapır, lakin elə bunun özü qeyri-adi təzəlik, ruhən aydınlıq və sakitlik ovqatı yaradır.
Albizia saman
Albizia saman (lat. Albizia saman) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güləbrişin cinsinə aid bitki növü.
Aleksandr Samoyloviç
Aleksandr Nikolayeviç Samoyloviç (17 (29) dekabr 1880, Nijni Novqorod – 13 fevral 1938, Moskva) — Rusiya şərqşünası, türkoloqu. == Həyatı == A.Samayloviç 29 dekabr 1880-ci ildə Nijni-Novqorodda dünyaya gəlmişdir. Peterburq universitetində Smirnov, Bartold, Rozen kimi müəllimlərdən dərslər almış şərq dillərini öyrənmişdir. 1903-cü ildə məzun olduqdan sonra Melioranskinin yönləndirməsi və tələbə ikən Türkmənistanda qatılmış olduğu elmi səfərin təsiri ilə Türkmən ləhcəsi üzəində araşdırmalara başladı və 1906-cı ildə Melioranskinin ölümündən sonra universitetdə onun dərslərini davam etdirdi. Bundan sonrakı ildə Tatar ədəbiyyatı kafedrasına dosent vəzifəsinə təyin edildi. 1908-ci ildə Rusiya Arxeologiya Cəmiyyətinə və ardından Rus Coğrafiya Cəmiyyətinə üzv seçildi. Eyni dövrdə Şərq Muzeyində konservator vəzifəsini icra etdi. 1910-cu ildə Sankt-Peterburqda təsis edilən Şərq Dilləri Akademiyasında Türk dili müəllimli vəzifəsinə təyin edildi. Bir il sonra tələbə ikən getdiyi Anadoluya təkrar gedərək araşdırmalar apardı. 1912-ci ildə Krımda müəllimlərə tatar dilinin qrammatikasını öyrətdi; bu dönəmdə dialekt üzərində də çalışmış dil və etnoqrafiya üçün materiallar toplamışdır.
Aleksandra Samoylova
Aleksandra Samoylova — rus qadın voleybolçu. 1989-cu ilin mayında dünyaya anadan olmuşdur. Voleybolçunun son klubu Lokomotiv Bakı olmuşdu. Bu komandada ara-sıra heyətə salınır. Rusiya milli komandasına çağrılmır.
Alvani Samebo
Alvani Samebo Tiflis quberniyasının Tianeti qəzasında kənd adı. == Toponimkası == Alvani Samebo — Tiflis quberniyasının Tianeti qəzasında kənd adı. Batumi əyalətinin Artvin dairəsində Alvanqala və Alvani-Kam, Alazan çayının aşağı axarında "Alvan düzü", Türkiyə ərazisində Alvankala toponimləri ilə mənşəcə eynidir.Qədim türkmənşəli Alban tayfa adının fonetik formasıdır. Qədim mənbələrdə "Alvan" formasındadır. Rus mənbələrində "Alvanğə" şəklindədir.
Amerika Samoası
Amerikan Samoası (samoa Amerika Sāmoa, həmçinin Amelika Sāmoa və ya Sāmoa Amelika) — Sakit okeanın cənubunda yerləşən ada ölkəsidir. Paytaxtı Paqo Paqo şəhəridir. Ən böyük və inkişaf etmiş adası isə Tutuila adasıdır. == Tarix == Avropalılar buranı kəşf etməzdən əvvəl Manua Adaları yerli tayfalar tərəfindən idarə edilirdi. 1722-ci ildə hollandiyalı dənizçi Yakob Roqqeveen Manua Adalarını kəşf edir. 1768 və 1787-ci illərdə bu adalara səyahət etmiş fransalı səyyahlardan 11-i öldürüldü. Sonralar bu adalar qaçaq dənizçilər və məhkumlar üçün sığınacaq olur. London Missioner Cəmiyyətinin missionerləri 1830-cu ildə bu adalara gəldilər. Missionerlərin təsiri artdıqca Tatuila ve Manua adalarına gələn xristian missionerlərin sayı da artır. 1889-cu ildə ABŞ, İngiltərə və Almaniya Samoanın bitərəf zona olması barədə birgə müqavilə imzalayır və adalar bu üç dövlətin protektoratına verilir.
Amerika samuru
Amerika çay samurları
Amerikan Samoası

Amerikan Samoası Milli Parkı
Amerikan Samoası Milli Parkı — ABŞ-yə məxsus Amerikan Samoasında üç adada: Tutuila, Ofu-Oloseqa və Tau adalarında yerləşən milli park. Sahəsi 3600 ha-dır (2600 ha quru, 1000 ha su). ABŞ-nin Milli Park Xidməti tərəfindən idarə olunur. == Haqqında == Bu ABŞ-nin ekvator xəttindən cənubda yerləşən yeganə milli parkıdır. Bu milli park ekvatorial meşələri əhatə etmiş olub, yürüyüş, trekking, dalğıclıq kimi idman sahələri ilə məşhurdur. Amma əsas məqsəd Amerikan Samoasının təbiətini qorumaqdır. Amerikan Samoası Milli Parkı üç ayrı adadan ibarətdir: Tutuila, Ofu-Oloseqa və Tau. Parkın ən böyük adası Tutuila adasıdır və bura motorlu qayıqla çatmaq mümkündür. Bu adada iki yürüyüş zolağı möcuddur. Ofu adasına getmək üçün Tutuila adasındakı kiçik beynəlxalq hava limanında təyyarəyə minmək lazımdır.
Anna Samoxina
Anna Samoxina (14 yanvar 1963, Quryevsk[d], Kemerovo vilayəti – 8 fevral 2010) — Məşhur sovet və rus aktrisası Anna Samoxina bir çox filmlərdə və seriallarda çəkilib. O, Rusiya kinosunun ən məşhur şəxsləri ilə tərəf müqabili olub. Məşhur sovet və rus aktrisası Anna Samoxina 48 yaşında vəfat edib. O, mədə xərçəngindən əziyyət çəkirmiş.
Aristarxus Samoslu
Samoslu Aristarxus (yun. Ἀρίσταρχος ὁ Σάμιος, təq. e.ə. 310 – təq. e.ə. 230, İsgəndəriyyə) — qədim yunan riyaziyyatçısısı, astronomu və filosofu. Peripatetik məktəbin təmsilçisi, Stratonun ən tanınmış öyrəncilərindən biri idi. İlk dəfə yerin günəşin ətrafında fırlandığını iddia etmiş, yerdən günəşlə aya qədər məsafəni ölçməyə cəhd etmişdir. Aristarxus, İskəndəriyyədə yaşamışdır. O, astronomiya elmi ilə məşğul idi.
Azərbaycan Sambo Federasiyası
Azərbaycan Sambo Federasiyası (ASF) — Azərbaycanda sambo idmanının inkişafı məqsədilə yaradılmış federasiya. == Haqqında == Azərbaycanda 1974-cü ildə Ələkbərov Arif Baba oğlunun təşəbbüsü ilə Sambo və Cudo Federasiyası yaradılmış və o, 10 il ardıcıl olaraq bu Federasiyaya rəhbərlik etmişdir. Arif Baba oğlunun təşəbbüsü ilə (1973–1981) Bakı şəhərində beynəlxalq sambo turniri keçirilmişdir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, 1992-ci ildə Azərbaycan Sambo Federasiyası təsis edilmişdir. 1992-ci ilin noyabr ayının 16-da Sumqayıt şəhərində ASF-nin I təsis Qurultayı keçirilmişdir. Qurultayda Zəlimxan Məmmədli ASF-nin ilk rəsmi prezdenti seçilmişdir O, 10 il ASF-yə rəhbərlik etmişdir. 1993-cü ildən ASF Avropa Sambo Federasiyası (FES) və Beynəlxalq Həvəskar Sambo Federasiyasının (FİAS) həqiqi üzvüdür. 2003-cü ildən Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məhəmməd oğlu Məmmədovdur. Hazırda ASF-nin məqsədyönlü fəaliyyəti nəticəsində sambo idman növünün respublikamızda coğrafi mövqeyi daha da genişləndirilmiş, Bakı, Sumqayıt, Gəncə, Əli-Bayramlı, Mingəçevir, Yevlax, Lənkəran şəhərlərində, Naxçıvan Muxtar Respubliaksında, Quba, Qusar, Dəvəçi, Siyəzən, Xızı, Samux, Zaqatala, Ağsu, Şamaxı, Qobustan, İsmayıllı, Kürdəmir, Goranboy, Ağdam, Masallı, Cəlilabad, Ağcabədi, Bərdə rayonlarında inkişaf etdirilir və idmançılar rayon, şəhər, respublika səviyyəli yarışlarda iştirak edirlər.

Digər lüğətlərdə