SARIKÖYNƏK¹

сущ. зоол. виргъи (кӀуф хъипи, кӀелдай са нуькӀ); // виргъидин.
SARIKÖKLÜ
SARIKÖYNƏK²
OBASTAN VİKİ
Sarıköynək
Sarıköynək (lat. Oriolus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sarıköynəklər fəsiləsinə aid heyvan cinsi. Sarıköynək qaratoyuq boydadır. Çəkisi 70-90 qramdır. O həmişə sıx yarpaqların arasında gizlənir. Tüklərinin rəngi parlaq olduğundan tez gözə çarpır. Erkəklərinin rəngi qızılı-sarı, quyruğu qaradır, qara qanadlarının üzərində sarı ləkələri var. Sarıköynək öz yuvasını palıd və tozağacı meşələrində, ağacların bir-birindən aralı durduğu, günəş şüalarının yaxşı düşdüyü yerlərdə qurur. Bəzən çay kənarında da yaşayır. Balaca zənbilə oxşayan yuvasının içərisini mamır, yun, lələk ilə döşəyir və ora mayın axırında və ya iyunun əvvəllərində yumurta qoyur.
Sarıköynək (Gədəbəy)
Sarıköynək — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Dəyirmandağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Gədəbəy rayonunun Gərgər kənd Sovetinin Sarıköynək kəndi Dəyirmandağ kənd Sovetinin tərkibinə verilmişdir. Kəndin keçmiş adı Əliyli (Əlikli) olmuşdur. Yaşayış məntəqəsi Şəmkir rayonundan köçmüş ayıblı və mirismayıllı, Kəlbəcər rayonundan gəlmiş zalılar (zallar) adlı nəsillərə mənsub ailələr tərəfindən Əlikli təpəsinin (Şehtəpəsi də adlanır) yaxınlığında salınmışdır. Yerli məlumata görə, kəndə Sarıköynək adını xalq sənətkarı Aşıq Ələsgər vermiş, sonralar bu ad rəsmiləşdirilmişdir. Sarıköynək sarı rəngli quşun adıdır. Kənd orta dağlıq ərazidə yerləşir. 2009-cu il]]in siyahıyaalınmasına əsasən kənddə 441 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Sarıköynək (dəqiqləşdirmə)
Sarıköynək — sarıköynəklər fəsiləsinə aid quş cinsi. Sarıköynəklər — sərçəkimilər dəstəsinə aid quş fəsiləsi. Sarıköynək (Gədəbəy) — Gədəbəy rayonunda kənd.
Sarıköynəklə Valehin nağılı (film, 1980)
"Sarıköynəklə Valehin nağılı" — Lütfi Məmmədbəyli tərəfindən 1980-ci ildə çəkilən Televiziya tamaşası. Televizya tamaşasıƏli İsmayılov səhnələşdirmişdi Azərbaycan Televiziyası tərəfindən çəkilmişdir. Televizizya tamaşası uşaqlıqdan bir-birilərini sevən və ailə quran Sarıköynəklə Zemfira Nərimanbəyova Valehin İlham Əsgərov acı taleyi haqqındadır. Lakin onların bir-birinə olan məhəbbəti hər bir çətinliyə qalib gəlir və onların xoşbəxtliyinə heç bir qüvvə mane ola bilmir. Televiziya tamaşası yazıçı İlyas Əfəndiyevin eyniadlı romanı əsasında çəkilmişdir. Televiziya tamaşasında "Gün keçdi", "Alma almaya bənzər", "Həyat bizi sınayır" və. s filmlərin musiqisindən istifadə edilmişdir. Televiziya tamaşasında kinokamera ilə çəkilən səhnələr də vardı.
Sarıköynəklər
Sarıköynəklər (lat. Oriolidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi.

Значение слова в других словарях