Sarıköynək — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Dəyirmandağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Gədəbəy rayonunun Gərgər kənd Sovetinin Sarıköynək kəndi Dəyirmandağ kənd Sovetinin tərkibinə verilmişdir.[1]
Sarıköynək | |
---|---|
40°33′ şm. e. 45°43′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kəndin keçmiş adı Əliyli (Əlikli) olmuşdur. Yaşayış məntəqəsi Şəmkir rayonundan köçmüş ayıblı və mirismayıllı, Kəlbəcər rayonundan gəlmiş zalılar (zallar) adlı nəsillərə mənsub ailələr tərəfindən Əlikli təpəsinin (Şehtəpəsi də adlanır) yaxınlığında salınmışdır. Yerli məlumata görə, kəndə Sarıköynək adını xalq sənətkarı Aşıq Ələsgər vermiş, sonralar bu ad rəsmiləşdirilmişdir. Sarıköynək sarı rəngli quşun adıdır.[2]
Kənd orta dağlıq ərazidə yerləşir.
2009-cu il]]in siyahıyaalınmasına əsasən kənddə 441 nəfər əhali yaşayır.[3]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Gədəbəy rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |