Sarıqaya dağı

SarıqayaNaxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərb yamacında, Tiviçay ilə Gilançayın suayrıcında zirvədir. Tivi kəndindən 500 m şimaldadır. Hündürlüyü 1723,6 m-dir. Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun qərb istiqamətli Nəbiyurd şaxəsinin qurtaracağının cənub yamacında zirvə. Alt Eosenin İpr mərtəbəsinin üst hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında müşahidə edilən Ortakənd sinklinal qırışığının maili cənub-şərq sentriklinal hissəsində yerləşir.[1]

Sarıqaya
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1723,6 m
Yerləşməsi
39°09′33″ şm. e. 46°00′21″ ş. u.
Ölkə  Azərbaycan
Rayon
Sarıqaya xəritədə
Sarıqaya
Sarıqaya
  1. Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 247. ISBN 5-8066-1468-9.