Sarıqaya — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərb yamacında, Tiviçay ilə Gilançayın suayrıcında zirvədir. Tivi kəndindən 500 m şimaldadır. Hündürlüyü 1723,6 m-dir. Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun qərb istiqamətli Nəbiyurd şaxəsinin qurtaracağının cənub yamacında zirvə. Alt Eosenin İpr mərtəbəsinin üst hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında müşahidə edilən Ortakənd sinklinal qırışığının maili cənub-şərq sentriklinal hissəsində yerləşir.[1]
Sarıqaya | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1723,6 m |
Yerləşməsi | |
39°09′33″ şm. e. 46°00′21″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | |
|