SAYMAQ

f.
1. Rəqəmləri sıra ilə demək, sadalamaq, sanamaq. Yüzə qədər saymaq.
– Salman ona qədər saydı. S.Rəhimov.
[Yusif Hümmətə:] Barmağınla sayırsan ki, filanıfilanı doldurmuşuq, yaxşı eləmisiniz. B.Bayramov.

// Miqdarını bilmək üçün hesablamaq. Günləri saymaq.
– Koroğlu da başladı pulu saymağa. Koroğlu”.
…Bir qoca rus arvadı pullarını sayırdı. Ə.Haqverdiyev.
[Şahin Firəngizə:] Onu demək istəyirəm ki, çox oxumuşam, hamısını bəlkə də saya bilmərəm. B.Bayramov.

2. Bir-bir adlarını çəkmək, eyni cinsdən olan şeyləri adbaad sıra ilə demək; sadalamaq. Kitabları saymaq. Uşaqları saymaq.
– Sinədə yarələrim saydı, dedi, min cərrah; Səhv edib, hələ bu mindən birinin sayı deyil. S.Ə.Şirvani.
…Saydığımız ağalar ən hörmətli üləma və sadat zümrəsindəndirlər. C.Məmmədquluzadə.

3. məc. Ehtiram etmək, hörmətini saxlamaq, hörmət etmək; hesablaşmaq. Sayanın quluyam, saymayanın ağası. ( Ata. sözü ).
Əsgər indi səni sayacaq. Ə.Əbülhəsən.
Quliyev bu adamların onu bir o qədər də saymadıqlarını başa düşürdü. Ə.Sadıq.

4. Ehtiyat etmək, çəkinmək.
[Nəbi:] Qubernat, naçalnik gəlsə, saymaram; Düşmənin qanından içsəm, doymaram. Qaçaq Nəbi”.

5. məc. Bilmək, hesab etmək.
[Hacı Qara:] Mənim sözlərimi zarafat sayırsınız? M.F.Axundzadə.
Özünü yenidən dünyaya gəlmiş sayırdı. Mir Cəlal.
Samirə mənim bu arzumu adi zarafatlarımdan biri sayırdı. M.Hüseyn.

◊ Saymaqla bitməz (qurtarmaz) – həddindən çoxdur, sayı-hesabı yoxdur.
Saymaq ilə bitən deyil göstərdiyin hünərlər; Bülbül deyir bağçalarda dastanını hər səhər. S.Vurğun.

Синонимы

  • SAYMAQ hesablaşmaq — üzülüşmək
  • SAYMAQ hörmətləmək
  • SAYMAQ hesablamaq
  • SAYMAQ 1. SAYMAQ (sayıb miqdarını müəyyən etmək) Həmid.. Bakıya qayıtmaq üçün günlərini sayırdı (H.Abbaszadə); HESABLAMAQ (məc

Омонимы

  • SAYMAQ SAYMAQ I f. Hesablamaq. Uşağa birdən yüzə qədər saymağı öyrətmək. SAYMAQ II f. Hörmət etmək

Этимология

  • SAYMAQ Sözün ilkin kökü sa feilidir. Ruscaya считать kimi tərcümə edilib (indiki sınmaq feilinin də qədim kökü sı sözü olub), onun üzərinə -n şəkilçisi artır
SAYMA
SAYMAMAZLIQ
OBASTAN VİKİ
Say saymaq
Say saymaq – Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Novruz bayramı günlərində eləcə də digər günlərdə uşaqların oynadıqları oyunlardan biridir. Uşaqlar oyuna başçı seçirlər. Başçı uşaqlarıcərgəyə düzür, müəyyən say rəqəmi seçir. Əsasən 15, 25, 35, 45, 55, 65, 75, 85, 95 rəqəmlərin götürürlər. Uşaqlardan bir-bir bu rəqəmləri tez-tez söyləmək tələb edilir. Çaşana hamı bir yerdə: - deyir, onu utandırırlar.

Значение слова в других словарях