1. SAYMAQ (sayıb miqdarını müəyyən etmək) Həmid.. Bakıya qayıtmaq üçün günlərini sayırdı (H.Abbaszadə); HESABLAMAQ (məc.) Mirhadi ha götür-qoy elədi, hesabladı ciblərində yetmiş manatdan artıq olmadı (H.Abbaszadə); SADALAMAQ [Xanpərvər bəyim:] Ay kişi, borcdan gələsi nə var ki, onun ucundan tutub bir belə sadalayırsan? (N.Vəzirov); SANMAQ Yasəmən: ..günlərimi sanmışam ki, yay fəsli haçan gələcəkdir.. (S.S.Axundov).
2. SAYMAQ [Göyərçin:] Əgər son bu işləri aça bilsən, əlbəttə səni sayar və irəliyə çəkib böyük qulluq sahibi edərlər (S.Rəhimov); VECİNƏ ALMAQ (çox vaxt inkar kimi işlənir) Bizim Həzi də belə şeyi vecinə alan deyil (S.Rəhimov); ƏDD ETMƏK Hətta Fərhad oxumuş olduğu üçün onu özündən daha mərhəmətli, insaniyyətpərvər və safdil ədd edirdi (C.Cabbarlı); HÖRMƏTİNİ GƏTİRMƏK.