Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dürmək
Dürmək — Azərbaycan milli mətbəxinə daxil olan qəlyanaltı növlərindən biri. Adətən səhər yeyilir. Tez və asan hazırlanması ilə seçilən yeməkdir. == Haqqında == Dürməyin iki forması məlumdur: bükmə dürmək və cibli dürmək. Bükmə dürməkdə yaxma ərzaq (pendir, göyərti, qızardılmış ət, yumurta və s.) yuxanın bir qırağına qoyulur, yuxanı alt tərəfdən bir az içliyin üzərinə büküb dürməkləyirlər. Alt tərəfi də qatlandığı üçün içlik tökülmür. Silindr şəklində bükülmüş, bürmələnmiş bu yemək çox ləzzətli olur. Çox vaxt quymaq, halva, eləcə də pendir, yağ, şor və s. ağartı məhsulları bu qayda ilə dürmək edilərək yeyilir. Azərbaycanın bir çox bölgələrində yas üçün bişirilən halvalar yuxaya bükülərək süfrəyə qoyulur.
Bürüşük akasiya
Bürüşük akasiya (lat. Acacia pravissima) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Yeni Cənubi Uelsdən Viktoriyaya qədər yayılmışdır. == Sinonimləri == Acacia pravissima F. Muell. ex Benth.
Yumru Sürümçək
Yumru Sürümçək — yaşayış yeri Sirab kəndinin şimal-qərbində, Şorsu çayının sahilində yerləşir. Aşkar edilən keramika məmulatı saman qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə bişirilmiş kasa və küpə tipli qablardan ibarətdir. Keramika məmulatının əksəriyyəti forma verməyən parçalardan ibarətdir.
Ağ çürümə
Ağ çürümə – bitkilərin göbələk xəstəliyi. Törədicisi Sclerotinia libertiana göbələyidir. İnfeksiya mənbəyi səpin və əkin materialı, torpaq , bitki qalıqlarıdır. Xiyar, kələm, qabaq, sarımsaq, yerkökü, günəbaxan, tütün, çətənə, paxla, tərəvəz və s. bitkilərə yoluxur. Əsasən, vegetasiya dövründə və saxlanma zamanı baş verir. Meyvə köklü bitkilərin toxumluqlarına böyük zərər verir. Zədələnən orqanlar üzərində əmələ gələn sulu, qonur ləkələr qara sklerosili pambıgabənzər ağ kiflə örtülür. === Mübarizə tədbirləri: === Düzgün növbəli əkinə riayət etmək, məhsulu vaxtında yığmaq və düzgün rejimdə saxlamaq; istixananın havasını rütubətləndirmək. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Bərmək mahalı
Bərmək mahalı — Quba xanlığında mahal. İndiki Xızı Adını burada yaşayan Bərmək tayfasından və ya Bərmək – bər məhsul, mak – kahin və ya Qubadakı Bərmək mahalı Harunərrəşidin vəziri Cəfər Bərməkinin qəbiləsi aldığı Xızı-Bərmək mahalı Xəzər dənizi, Bakı kəndləri və Sumqayıt çayı hüdudlarında böyük bir sahə tutur.Alim-səyyah F.F.Simonoviç 1796-cı ildə Xızı-Bərmək mahalında 24 kəndin adını göstərir. A.Bakıxanovun “Gülüstani irəm” əsərinin adını xüsusilə çəkmək lazımdır. Onun əsərində Quba xanlığının “Xızı bərmək” mahalı haqqında dəyərli məlumatlar verilir. == Kəndlər == Alim-səyyah F.F.Simonoviç 1796-cı ildə Xızı-Bərmək mahalında 24 kəndin adını göstərmişdi. Həmin kəndlər aşağıdakılardı: 1. Siyəzən 2. Xızı 3. Findiqan 4. Dərəzarat 5.
Sintetik hürümə
Sintetik hürmə İnsan səsini sintez edən cihazlar çoxdan məlumdur. Məsələn, telefon vasitəsilə "danışan saatlarda" saatı məhz sintezator səsləndirir. Hal-hazırda isə Böyük Britaniyanın Şeffil universitetindən olan Rojer Mur it səsinin sintezatorunu yaratmışdır. Bu cihazda heyvanın ağ ciyərləri, boğazı və səs telləri proqramlı şəkildə modelləşdirilmişdir. Belə ki, itin ölçülərindən və əhvalı-ruhiyyəsindən (həyəcanlı, şən və ya ac olmasından) asılı olaraq səslər dəyişir. Cihaz yeni it - robotlar modellərində tətbiq olunacaqdır. R.Mur hesab edir ki, onun cihazı hər-hansı bir məməlinin səsini də oxşada bilər.
Baş Bərmək dağı
Beşbarmaq dağı və ya Baş Bərmək dağı — erkən orta əsrlərdə Qafqaz Albaniyası dövrü Xors-Xurs qayası adlanan və Xorsvem kimi göstərilən Beşbarmaq tarixi Şeşpara ərazisinin başlanğıcı sayılır. Karbonat tərkibli breksiyalaşmış əhəngdaşlarından (dolomitlərdən) ibarət qaya parçası "səhra aysberqi"ni xatırladır və Bakı-Siyəzən avtomobil yolunun 95 km-də ucalır. Beşbarmaq dağı dəniz səviyyəsindən 445 m yüksəklikdədir.Dağın əmələ gəlməsində ilkin versiyalardan biri kimi tektonik hərəkətlərin təsirindən karbonat tərkibli süxurların sıxılması və nəticədə belə bir mənzərənin yaranması göstərilir. Qaya üzərində çoxlu sayda karst tipli boşluqlara, yuvacıqlara rast gəlmək mümkündür.Qayaya şərq və qərbdən baxarkən o, insan əlində olan barmaqları xatırladır və çox güman ki, elə buna görə də bu qayaya Beşbarmaq adı verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il iyunun 8-də “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb. == Xıdır Zində piri == Bu qayanın digər adı isə Xıdır Zində piridir. Qeyri-adi görünüşü ətraf ərazilərdə yaşayanlar tərəfindən oranın ibadət olunan pirə çevrilməsinə səbəb olmuşdur. Pir Bakı-Siyəzən magistral yolundan 5 km qərbdədir. Magistral yoldan pirə qədər olan torpaq yol yaz-payız fəslində palçıqlı, yayda tozlu, qışda isə sürüşkən olur və gediş-gəlişi çətinləşdirir. Ərazidə su qıtlığı müşahidə olunur, belə ki, qurbanlıq kəsilən yerdə debiti çox az olan cəmi bir bulaq var.
Baş Bərmək səddi
Beşbarmaq səddi — Xəzərsahili keçidini bağlayan üçüncü sədd. Gilgilçaydan cənubda Qafqaz silsiləsindən ayrılmış Beşbarmaq dağının sərt enişli ətəyindən başlayıb dəniz sahili qumsallığınacan uzanırdı. Beləliklə, qərbdən Beşbarmaq dağı şərqdən gil davarla qapanmış uzunsov sədd dar sahil keçidini bütünlüklə kəsmişdi. Beşbarmaq, Gilgilçay səddi və Dərbənd - Azərbaycanın şimal-şərq sərhədlərində ilkin orta əsrlərdə çəkilmiş bu üç sədd dövrün istehkam tikintisinin yüksək inkişaf səviyyəsi ilə yanaşı, siyasi-hərbi durumunu da əks etdirir. Fərziyyəyə görə, onlar III-VII əsrlərdə (əvvəl Beşbarmaq, sonra Gilgilçay, axırda isə Dərbənd müdafiə səddi) çəkilmişdi. İnşa texnikasına görə Beşbarmaq və Gilgilçay səddləri Dərbənd səddinə nisbətən saya və qədimdir.
Yumru Sürümçək yaşayış yeri
Yumru Sürümçək — yaşayış yeri Sirab kəndinin şimal-qərbində, Şorsu çayının sahilində yerləşir. Aşkar edilən keramika məmulatı saman qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə bişirilmiş kasa və küpə tipli qablardan ibarətdir. Keramika məmulatının əksəriyyəti forma verməyən parçalardan ibarətdir.
Brümer
Brümer (fr. brumaire, lat. brume sözündən — duman) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş, 1793 cü ilin 1 yanvarına qədər qüvvədə olmuş təqvimə əsasən II ay (22/23 oktyabr — 20/21 noyabr).
Burime
Burime (fr. bouts-rimés — "qafiyəli sonluqlar") — əvvəlcədən verilmiş qafiyələrə və ya mövzulara uyğun zarafatcıl şeirlərin yazılmasından ibarət olan ədəbi oyun. Burimenin yaradılmasını 17-ci əsr fransız şairi Dülonun adı ilə bağlayırlar. Menagianaya görə, 1648-ci ildə Dülo şikayətlənir ki, onun şeirləri olan kağızıarı, 300 sonetini oğurlayıblar. Ətrafdakıların onun bu qədər çox şeir yazmasına təəccübləndiyini görəndə isə, bildirir ki, onlar hazır şeirlər deyildi, sadəcə qafiyələr idi.
Burnək
Burnək - 1728-ci ildə İrəvan əyalətinin Maku nahiyəsində kənd adı Əsli Purnək. XVI əsrdə Qızılbaş tayfalarının birinin adıdır. Mənşəcə Ağqoyunluların Purnək tayfasının (34, 160) adındandır.
Deyv Brubek
Deyv Brubek — Amerikalı caz bəstəkarı və pianoçu == Həyatı == Deyv Brubek 6 dekabr 1920-ci ildə Kaliforniya ştatının Konkord şəhərində anadan olub. O, 1950-60-cı illərdə Kaliforniya cazının ən görkəmli nümayəndələrindən olan kvarteti yaradıb. Bu kollektivin ifa etdiyi məşhur əsərlərdən biri bəstəkar Pol Dezmondun 1959-cu ildə bəstələdiyi “Take Five” caz kompozisiyası olub. Deyv Brubek 1988-i ildə Moskvada Mixail Qorbaçov tərəfindən o vaxtkı ABŞ prezidenti Ronald Reyqanın şərəfinə təşkil etdiyi qəbulda çıxış edib. Dünya şöhrətli cazmen Mixail Qorbaçova müraciətlə belə deyib: “Mən rus dilində danışmıram. Amma sizin hərəkətlərinizdən görürürəm ki, ifa etdiyim musiqi ürəyinizcədir”. Deyv Brubek “Time” jurnalının üz qabığına düşən ilk caz musiqiçisidir. O, 6 dekabr 2012-ci ildə ABŞ-nin Konnektikut ştatındakı xəstəxanalardan birində düunyasını dəyişib.
Okan Buruk
Okan Buruk (19 oktyabr 1973, İstanbul) — türk peşəkar futbol meneceri və keçmiş oyunçu. O, hazırda Super Liqa təmsilçisi "Qalatasaray"-ın baş məşqçisidir. Keçmiş yarımmüdafiəçi kimi "Qalatasaray", "İnter Milan", "Beşiktaş" və "İstanbul Başakşehir" kimi klublarda çıxış edib.