Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cavad Cavadlı
Cavad Ələsgər oğlu Cavadov (12 aprel 1926, Dəmirçi – 22 iyun 2015, Bakı) — Azərbaycan dissident ədəbiyyatının yaradıcısı, şair, jurnalist, yazıçı, publisist == Həyatı == Cavad Ələsgər oğlu Cavadov (Cavadlı) 1926-cı il aprelin 12-də Naxçıvan Muxtar Respublikasının Şərur (rayonun adı o zaman Noraşen, sonra isə İliç olmuşdur) bölgəsinin Dəmirçi kəndində yoxsul bir ailədə anadan olmuşdur. Şairin doğum tarixi pasportunda həmin ilin 25 mayı, haqqında yazılmış məqalələrdə aprelin 22-i, hətta qış ayları kimi də göstərilmişdir. Aprelin 12-i onun atası tərəfindən qeyd olunan mənbə kimi daha dəqiq hesab olunur. Şair özü də belə hesab edir. Tərcümeyi-halında C.Cavadlı bu məsələyə toxunaraq aydınlıq gəirir: «Pasportumda mayın 25-də (həmin günü özüm seçmişəm) anadan olduğum göstərilib. Gec də olsa, ailə şəcərəsi əldə ediləndən sonra atamın öz əli ilə ərəb və latın əlifbaları ilə yazısında həmin rəqəm 12 aprel göstərilib. Dəqiq doğum tarixinin 12 aprel 1926-cı il kimi qəbul edilməsi doğrudur». Cavad Cavadlı ilk təhsilini ailədə atasından almış, sonra Dəmirçi kənd məktəbində oxumuşdur. C.Cavadlının atasının babası da qabaqcıl ziyalı, xalq həkimi olmuşdur. Cavadlı bu haqda yazır: «Atamın babası Molla Qasım İran şahının yerli nümayəndəsi olub.
Mədaxil Cavadlı
Cavadov Mədaxil Məqatil oğlu (Mədaxil Cavadlı) — şair, publisist, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Mədaxil Cavadlı 1 mart 1958-ci ildə Ağsu rayonunun Sanqalan kəndində anadan olmuşdur. Kənd səkkizillik məktəbi, Sumqayıt şəhərində 44 saylı peşə məktəbini bitirmişdir. Bakı Sənaye Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir (1976-1978). Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir (1978-1980). Marksizm-leninizm universitetinin dinləyicisi olmuşdur (1982-1984). Hazırda Sumqayıt şəhərində 14 saylı orta məktəbdə direktor müavinidir (1994-cü ildən). Eyni zamanda Rusiya Federasiyasında nəşr olunan "Gülüstan" qəzetinin Sumqayıt şəhəri üzrə təmsilçisidir (2000). == Yaradıcılığı == XX əsrin 90-cı illərindən dövri mətbuatda lirik şeirləri ilə çıxış edir. "Bu yurdun alınmaz dağları qala", "Sevgi məktubları", "Ümid işığı" və s.
Nemət Cavadlı
Nemət Cavid oğlu Cavadlı (3 iyun 1995; İmişli, Azərbaycan — 1 noyabr 2020; Daşaltı, Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Nemət Cavadlı 1995-ci il iyunun 3-də İmişli şəhərində anadan olub. 2001-ci ildə N.Nərimanov adına 1 saylı hümanitar-fənlər təmayüllü məktəb-liseyə daxil olmuşdur.2012-ci ildə məzun olmuşdur.2013-2014-cü illərdə Bakı şəhərində hərbi xidmətdə olmuşdur. 2015-ci ildə gizirlik kursuna daxil olmuşdur.Kursu bitirdikdən sonra Qusar rayonunda gizir kimi hərbi fəaliyyətə başlamışdır. == Hərbi xidməti == Nemət Cavadlı 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Nemət Cavadlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin,Cəbrayılın, Kəlbəcərin və Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Nemət Cavadlı noyabrın 1-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Nemət Cavadlı "Qarabağ" ordeni ilə təltif edildi. edildi.
Qəmər Cavadlı
Qəmər Cavadlı (23 avqust 1960, Bakı) — jurnalist, tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru. Qafqaz Müsəlmanları İdarəsinin ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavinidir. == Həyat və fəaliyyəti == Cavadlı Qəmər xanım Aydın qızı – 1960-cı ildə Bakıda anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. AR Mədəniyyət nazirliyinin sosioloji tədqiqatlar şöbəsində, Qafqaz Müsəlmanları İdarəsinin mətbuat və informasiya xidmətində çalışıb. 1991–94-cü illər ərzində "İslam" qəzetində və "Qafqazinform" mərkəzində əməkdaşlıq edib. 1995–97-ci illərdə Türkiyə Diyanət Başkanlığına xidməti ezam olunub. 2002–13 illər ərzində Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi olmuşdur. Q.Cavadlı 2010-cu ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin qərarı ilə QMİ-nin ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini vəzifəsinə təyin olunub. Müsəlman dini idarələri tarixində bu statusu qazanan ilk qadındır.
Zeynəb Cavadlı
Zeynəb Cavadlı — Azərbaycanın bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası. == Həyatı == Əslən Naxçıvanlı olan Zeynəb Cavadlı 1991-ci ildə Bakıda anadan olmuşdur. == Karyerası == O, 1999-2012-ci illərdə Azərbaycan bədii gimnastika yığmasının tərkibində çıxış etmişdir. 2012-ci ildə aldığı zədə səbəbindən idmançı kimi fəaliyyətini yekunlaşdıraraq, məşqçilik karyerasına başlamışdır. Bir müddət Türkiyənin "İstanbul Genclik Spor Kulübü" və "Anabilim Jimnastik Kulübü"ndə çalışmış, 2013-cü ildən etibarən isə özünün gimnastika məktəbini açmışdır. == Ailəsi == Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl-Məktuma ərə getmişdir. Onlar 2015-ci ildə Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə yarışlarda tanış olmuş və elə həmin il də evlənmişlər. 2016-cı ilin iyun ayında isə onların qız övladı dünyaya gəlib. Körpəyə Səid Əl Məktumun nənəsi Sananın adı verilmişdir. Zeynəb Cavadlı Səid Əl-Məktumun sayca üçüncü həyat yoldaşıdır.
Canallı
Canalı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gəncə-Qazax düzənliyindədir. Əsl adı Canəlilidir. Toponim Azərbaycan dilinin ahəng qanuna əsasən Canallı formasına düşmüşdür. XIX əsrin ortalarına aid mənbələrdə canəlili qazax tayfalarından biri kimi qeyd olunmuşdur. Kənd canəlili (yaxud canalılı) tayfasının məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == Canallı oyk, sadə. Qazax r-nunun Əzizbəyli i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Qazax tayfalarından biri olan canalıların adını daşıyır.
Cağanlı
Cağanlı (Çaldıran) —
Cuvarlı
Cuvarlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 17 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Cuvarlı Füzuli rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Etnotoponimdir. Azərbaycanlıların cuvarlı tayfasının adındandır. Keçmişdə Azərb.-da su bölgüsünə nəzarət edən şəxslər də cuvar (suçu) adlanırdı. Azərbaycanda Cuvarlı toponimindən və etnonimindən yaranmış Cuvarlı və Cuvarlinski familiyaları ilə bir çox tanınmış görkəmli şəxsiyyətlər olmuşdur. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Gavanlı
Gavanlı (Əsədabad)
Havarlı
Havarlı — Azərbaycan Respublikasının Yevlax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Şirvan düzündədir. Kəndin ərazisində havar adlanan qamış növünün bitməsi ilə əlaqədar olaraq yaşayış məntəqəsi belə adlandırılmışdır..
Qavaqlı
Qavaqlı (Qoşaçay)
Şahablı
Şahablı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Şahablı kəndi rayon mərkəzindən 13 km cənub-şərqdə, Qırxbulaq çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Adın mənşəyi == Toponim Şahablı nəsil adı əsasında əmələ gəlmişdir. Patronomik oykonimdir. Quruluşca düzəltmə toponimdir (fars. شهاب ‎ (shahâb, meteor); ərəb. شهاب‎ (šihāb, meteor)) Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3 iyun 1968-ci il tarixlı fərmanı ilə kəndin adı dəyişdirilərək Şahap (Şaqap) qoyulmuşdur. == Əhalisi == Kənddə 1873-cü ildə 437 nəfər, 1886-cı ildə 606 nəfər, 1897-ci ildə 853 nəfər, 1904-cü ildə 827 nəfər, 1914-cü ildə 910 nəfər, 1916-cı ildə 966 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar.
Canalı
Canalı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gəncə-Qazax düzənliyindədir. Əsl adı Canəlilidir. Toponim Azərbaycan dilinin ahəng qanuna əsasən Canallı formasına düşmüşdür. XIX əsrin ortalarına aid mənbələrdə canəlili qazax tayfalarından biri kimi qeyd olunmuşdur. Kənd canəlili (yaxud canalılı) tayfasının məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == Canallı oyk, sadə. Qazax r-nunun Əzizbəyli i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Qazax tayfalarından biri olan canalıların adını daşıyır.
Gavalı
Gavalı (lat. Prunus) — gülçiçəyikimilər fəsiləsinin prunoideae yarımfəsiləsinə aid bitki cinsi. Dəfnəgilənar (lat. Laurocerasus Duham.) Dərman dəfnəgilənarı və ya Aptek dəfnəgilənarı (lat. Laurocerasus officinalis M. Roem.) Şaftalı lat. Persica Adi şaftalı (P. vulgaris) Qansun şaftalısı (P. kansuensis) Davud şaftalısı (P. dawidiana) Potanin şaftalısı (P. potanini) Qəribə şaftalısı (P. mira). === Quru qara gavalı === Quru qara gavalının bağırsaqları işlədici təsiri məlumdur. Tərkibində olan zəngin kalium və maqneziuma görə, ateroskleroz, hipertoniya, böyrək, qaraciyər, və revmatizm xəstəliyi olanlara məsləhətdir. Güclü antioksidant xüsusiyyətlərə malikdir. Sümükləri möhkəmləndirir.
Havalı
Havalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zərnəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Havalı kəndi Araz çayının sahilində, düzənlikdədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Cənubi Azərbaycandan gəlmiş Hava (Həvva adının yerli tələffüz forması) adlı bir qadının övladları bina etdiyi üçün belə adlandırılmışdır. Oykonimi Azərbaycan toponimiyasında "yaxşı iqlimli" mənasında işlənən yelli topokomponentinin sinonimi kimi də qəbul etmək olar. 1993-cü ilin oktyabr ayında Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Cavab
Cavab — verilən suala və ya hər hansı hadisəyə qarşı göstərilən reaksiya. Cavab həmçinin qarşıya qoyulan sual və ya məsələ ilə bağlı müvafiq olaraq verilən məlumat da ola bilər. Cavab qısa və ya dolğun ola bilər. Hesab edilir ki, cavab verilən suala adekvat olmalıdır. == Suallara cavablar == Verilən suallara cavab "hə" və ya "yox" formasında ola bilər. Bəzi hallarda susmaq da cavab forması sayılır.
Cananlı (Təbriz)
Cananlı — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Xudafərin bölgəsinin Mincivan kəndistanında, Xudafərin qəsəbəsindən 8 km cənubdadır.
Cağanlı (Çaldıran)
Cağanlı (fars. جگنلو‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (21 ailə).
Davamlı inkişaf
Dayanıqlı inkişaf (ing. sustainable development) — hazırkı zamanın tələblərini ödəyən, lakin gələcək nəsillərin öz şəxsi tələbatlarını ödəməyi təhlükə altına qoymayan və bu zaman digər ölkələrin milli suverenliyinə təhlükə yaratmayan inkişaf. == Əsas anlayışları == Ona iki əsas anlayış daxildir: tələbatlar anlayışı, xüsusi olaraq birinci dərəcəli prioritetlərin predmeti olmalı olan kasıb əhali təbəqəsinin mövcudluğu üçün lazım olan tələbatlar; məhdudiyyətlər anlayışı, ətraf mühitin indiki və gələcək tələbatları ödəmək bacarığına qoyulan, cəmiyyətin təşkili və texnologiyaların vəziyyəti ilə şərtlənən. Bu anlayış ilk dəfə KOSR-un "Bizim ümumi gələcəyimiz" (bax) məruzəsində yaranmışdır. BMT BA 42/186 və 42/187 qətnamələri ilə bu məruzə dayanıqlı inkişaf strategiyalarının reallaşması üçün rəhbər sənəd kimi bəyənmişdir. KOSR-da qəbul edilmiş Ətraf mühit və inkişaf üzrə Rio-deJaneyra Bəyannaməsi (bax) bütövlükdə dayanıqlı inkişaf konsepsiyasının reallaşması məqsədlərini açıqlayır və onun dövlət və dövlətlərarası siyasət səviyyəsinə keçməsi vacibliyini təsdiq edir. UNSED-ə hazırlığın gedişində BMT çərçivəsində dayanıqlı inkişaf üzrə xüsusi komissiyanın (bax) yaradılması vacibliyi haqda qarşılıqlı anlaşmaya nail olunmuşdur. == Tarixi == XX əsrin sonunda insan təbiət münasibətlərinin tənzimləndiyi davamlı cəmiyyətə keçid haqqında bir çox təlim və konsepsiyalar yaradılmışdır. Hazırda dünya birliyi tərəfindən ən çox bəyənilən və tətbiq edilən inkişaf konsepsiyalarından biri "Davamlı inkişaf" ("Sustainable development") konsepsiyasıdır. Bu konsepsiyanın yaranması və qəbul edilməsi BMT-nin təbiəti mühafizə fəaliyyəti ilə əlaqədar olmuşdur.
Davamlı çirkləndirici
Davamlı çirkləndirici — paslanmayan kimyəvi maddələr. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Gavanlı (Miyanə)
Gavanlı (fars. گونلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 539 nəfər yaşayır (118 ailə).
Gavanlı (Əsədabad)
Qovanlı və ya Gəvənli (fars. گوانلو‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 44 nəfər yaşayır (12 ailə).
Havarlı bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Lavaşlı (Sulduz)
Lavaşlı (fars. لواشلو‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 96 nəfər yaşayır (23 ailə).
Qavaqlı (Marağa)
Qavaqlı (fars. ‎‎‎قواقلو‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 13 nəfər yaşayır (4 ailə).
Çaparlı
Çaparlı (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Çaparlı (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd.
Françesko Kavalli
Françesko Kavalli (14 fevral 1602[…], Krema[d], Kremona əyaləti – 14 yanvar 1676[…], Venesiya) — əsl adı Pietro Françesko Kaletti-Bruni olan və erkən barokko dövrünə aid olan italyan bəstəkarı. Kavalli əslində bəstəkarın ağası Federiko Kavalliyə soyadı idi. Kavalli dövründə İspaniyaya məxsus olan Lombardiya əyalətinin Krema şəhərində anadan olmuşdu. 1616-cı ildən bəri Venesiyanın Müqəddəs Mark bazilikasında əvvəl ifaçı, sonra orqanist sonra da kapellanın rəhbəri kimi çalışmışdı. Kavalli əsasən opera bəstəkarı kimi tanınmışdı. İlk opera bəstəsini ("Le nozze di Teti e di Peleo") 1639-cu ildə, Venesiyanın ilk opera evi San-Kassiano teatrının açılmasından bir qədər sonra yazmışdı. 1660–1662-ci illərdə Parisa təcrübəyə göndərilmiş və orada "Ercole amante" operasını yazmışdı. 1676-cı ildə Venesiyada 72 yaşında vəfat etmişdi. Kavalli bəstələrinə melodik ariyalar, librettolarına isə xalq musiqisi nümunələrini daxil edirdi. Onun operaları güclü dramatik effektç böyük musiqi asanlığı və italyan operasına xas olan qroteskli yumor ifadə edir.