ZAVALLI

sif.
1. Dolu, istilik və s. nəticəsində zədələnmiş (ağac, bitki, meyvə və s. haqqında). Zavallı alça. Zavallı yarpaqlar.
2. Acınacaq halda olan, yazıq, biçarə, başıbəlalı, bədbəxt. Zavallı adam. Zavallı uşaq.
[Maral:] Məktəbi bitirmək üzrə ikən zavallı babam tərki-həyat etdi. H.Cavid.
Mən ürəyimdə heyifsiləndim ki, zavallı qızı məktəbdən məhrum edəcəklər. T.Ş.Simurq.
O, insanın arıq, zəif üzünə, ağarmış saçlarına baxır və bu zavallı arvadın nə qədər böyük əzablarla yaşayıb bu yaşa dolduğunu düşünürdü. S.Rəhman.

// İs. mənasında.
Zavallı bu kənddə özü [Telli] kimi qərib və adamsız idi. S.Hüseyn.
Zavallının iztirabı artmışdı və üz-gözü qıpqırmızı olmuşdu. B.Talıblı.
[Durna:] İncə, sənin bu sözlərin Aydəmirçin çox ağır.
Zavallını məhv edər. C.Cabbarlı.
Bilmirlər zavallının qədrini, qiymətini; Duymurlar qəlbindəki böyük məhəbbətini. S.Rüstəm.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZAVALLI yazıq — biçarə — başıbəlalı — bədbəxt
  • ZAVALLI zavallı bax yazıq 1

Antonimlər (əks mənalı sözlər)

  • ZAVALLI ZAVALLI – XOŞBƏXT Mən səndən nə istəyə bilərəm zavallı qadın (C.Məmmədov); Sən nə qədər xoşbəxtsən, Reyhan
ZAVAL
ZAVALLI-ZAVALLI
OBASTAN VİKİ
Zavallı (film)
Zavallı (ing. Loser) — 2000-ci il ABŞ istehsalı yeniyetmə, romantik-komediya filmi. Filmin rejissoru və senari müəllifi Emi Hekerlinqdir. Baş rollarda Ceyson Biqqs, Mina Suvari və Qreq Kinnir çəkilib. Film Orta Qərbi ABŞ-nin kiçik qəsəbəsindən Nyu-York Universitenə təhsil almaq üçün gələn Pol Tanekdən bəhs edir. Zavallı — Internet Movie Database saytında.

Digər lüğətlərdə