Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rəhmsiz (film, 1952)
Rəhmsiz — 1952-ci ildə məhəbbət janrında çəkilmiş hind filmidir. Film Şarlotta Brontenin yazdığı "Ceyn Eyr" əsərinin əsasında çəkilmişdir. == Rollarda == == Xarici keçidlər == Rəhmsiz — Internet Movie Database saytında.
20 iyul sui-qəsd cəhdi
"Valkiriya" əməliyyatı, həmçinin 20 iyul sui-qəsdi və generalların sui-qəsdi (alm. Attentat vom 20. Juli 1944‎)— alman müqavimətinin, ilk növbədə Vermaxtın Adolf Hitlerin öldürülməsi, dövlət çevrilişi və Nasist hökumətini devirmək məqsədi ilə həyata keçirdiyi sui-qəsd. Sui-qəsdin kulminasiya nöqtəsi 20 iyul 1944-cü ildə Hitlerin həyatına qəsdə uğursuz cəhd idi. Sui-qəsdin uğursuz olması, üzvlərinin əksəriyyətinin edam edilməsi və Alman Müqavimətinin digər üzvlərinə qarşı repressiya ilə nəticələndi. == Valkiriya planı == 1942-ci ilin yazından etibarən Olbrixt məcburi əmək üsyanı kimi fövqəladə hallar və daxili iğtişaşlarla mübarizə aparmaq üçün nəzərdə tutulmuş Valkiriya planı üzərində işləyirdi. Plan Hitler tərəfindən təsdiqlənmişdi. Olbrixt isə çevriliş zamanı bu plandan istifadə etməyi düşündü. Hitlerin öldürülməsindən sonra ehtiyat ordusu Berlində əsas hədəfləri tutmalı, SS-ni tərksilah etməli və nasist rəhbərliyini həbs etməli idi. Ehtiyat ordusunun komandiri general-polkovnik Fridrix Frommun sui-qəsdə qoşulacağı və ya uzaqlaşdırılacağı, bu halda Hoepnerin komandanlığı alacağı güman edilirdi.
İmran Xana sui-qəsd cəhdi
Pakistanın keçmiş Baş naziri və Pakistan Təhrik-e-İnsaf (PTI siyasi partiyası) sədri İmran Xan 2022-ci il noyabrın 3-də Pəncabın Vəzirabad şəhərində uzun sürən hökumət əleyhinə etiraz aksiyası zamanı sui-qəsd zamanı güllələnib. . Silahlı şəxs hərəkatın daha bir neçə liderini yaralayıb və Xanın tərəfdarlarından birini öldürüb. == Sınaq səbəbi == === İmran Xanın devrilməsi === Pakistanda siyasi böhran 2022-ci ildə Pakistan Demokratik Hərəkatının (müxalifət partiyası) İmran Xana qarşı etimadsızlıq təklifi təqdim etməsi ilə başlayıb. Prezident Arif Alvi Xanın tövsiyəsi ilə parlamenti buraxdığı zaman böhran konstitusiya problemi ilə bağlı idi. Ali Məhkəmə Parlamenti bərpa etdi və Xan etimadsızlıq təklifini itirdi və onun yerinə indiki Baş nazir Şehbaz Şərif keçdi. Xan onun devrilməsini “Amerika planı” adlandırıb və yeni hökuməti “idxal edilmiş hökumət” adlandırıb. === Azadi mart 2022 === Azadi Mart 2022 (mart-II) 28 oktyabr 2022-ci il tarixindən başlayaraq Lahordan İslamabadda Xan və tərəfdarlarının hökumətin növbədənkənar seçki keçirməkdən imtina etməsinə etiraz etmək üçün baş tutan yürüşdür. == sui-qəsd cəhdi == Xan 3 noyabr 2022-ci ildə tərəfdarlarına müraciət edərkən silahlı şəxs Xana atəş açıb. Xanın köməkçilərindən birinin dediyinə görə, altı dəfə atəş açılıb. Xanın tərəfdarlarından biri (kod adı İbtisam) silahlı ilə məşğul olmağa cəhd etdi.
Elmar Vəliyevə qarşı sui-qəsd cəhdi
Gəncə iğtişaşları və ya digər adı ilə Gəncə hadisələri — 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş verən iğtişaş. Rəsmi məlumatlara əsasən iğtişaşlardan bir həftə əvvəl, iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov tərəfindən Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdi olundu. Sui-qəsd cəhdindən sonra Yunis Səfərovu müdafiə edən bir qrup şəxs Gəncə şəhərində iğtişaşlar törətdi. İğtişaşlar 2 polisin öldürülməsi, onlarla insanın yaralanması və 54 nəfərin həbs edilməsi ilə yadda qaldı. == Zəmin == 2018-ci il iyul ayının 3-də, saat 20:30 radələrində Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev və onun mühafizəçi Qasım Aşbazov Gəncə meriyasının inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldı və xəstəxanaya yerləşdirildi. Bir müddət sonra 1983-cü ildə Gəncədə anadan olan Rusiya vətəndaşı Yunis Səfərovun dərhal həmin ərazidə xidmət aparan polislər tərəfindən saxladıldığı məlum oldu. Bir müddət sonra bir sıra KİV-ləri həm Elmar Vəliyevin, həmdə Qasım Aşbazov xəstəxanada vəfat etdiyi haqqında xəbərlər yaydı. Amma xəbərlər həqiqətə uyğun deyildi. İyulun 6-da isə Elmar Vəliyevin müalicəsini İsraildə davam etdirəcəyi bildirildi. Elmar Vəliyevə qarşı sui-qəsdə ittiham olunan Yunis Rafiq oğlu Səfərov, 1983-cü il sentyabr ayının 29-da Gəncə şəhərində anadan olub.
Fövqəldünya və ya qəsdsiz məntiqi səhv (film, 1992)
== Məzmun == Rejissorun bu filmini modern rejissor işi adlandırmaq olar. Film Ruhi Xəstəliklər Xəstəxanasında çəkilmişdir. Müəlliflər burada müalicə olunan ruhi xəstələri dəli kimi deyil, əsl ağıllı insanlar kimi göstərməyə çalışmışlar. == Festivallar və mükafatlar == 1) 1992-ci ildə Aşqabadda I Beynəlxalq "Gümüş Aypara" kinofestivalı Filmə Baş Mükafat və Diplom verilmişdir.2) 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival-müsabiqəsi Ən yaxşı sənədli filmə görə rejissor Yavər Rzayevə Priz və Diplom verilmişdir. Ən yaxşı operator işinə görə Rafiq Quliyevə və İsrafil Ağazadəyə Priz və Diplom verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Yavər Rzayev Ssenari müəllifi: Yavər Rzayev Operator: Rafiq Quliyev, İsrafil Ağazadə (İsrafil Ağayev kimi) Bəstəkar: Eldar Mansurov Səs operatoru: Marat İsgəndərov, Teymur Abdullayev Məsləhətçi: Ağabəy Sultanov Prodüser: Cavanşir Kamandar, Anatollu Qasımov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Gürcü zadəganlarının Rusiya hakimiyyətinə qarşı çevriliş cəhdi (1832)
Gürcü zadəganlarının Rusiya hakimiyyətinə qarşı çevriliş cəhdi (gürc. 1832 წლის შეთქმულება) — Gürcüstan dövlətçiliyini və Baqrationilər sülaləsinin hakimiyyətini bərpa etmək üçün Gürcüstanın çar ailəsi və zadəganları tərəfindən hazırlanmış çevriliş və ya sui-qəsd hadisəsi olmuşdur. == Arxa plan == 1801-ci ildə imzalanmış Georgiyevsk müqaviləsinə əsasən Şərqi Gürcüstan (Kartli-Kaxetiya) Rusiya imperiyasına ilhaq edildi. Gürcüstanın zadəgan ailələri isə Rusiyanın digər vilayətlərinə sürgün edildilər. Rus hakimiyyətindən narazı olan gürcülər, Rusiyanın bölgədən çıxmasını və gürcü zadəganlarının yenidən hakimiyyətə gəlməsini istəyirdilər. Şərqi Gürcüstanın son hökmdarı XII Georginin oğlu knyaz Okropir də müstəqilliyə can atan zadəganlar içərisində idi. Okropir və digər yoldaşları Moskva və Sankt-Peterburqdakı gürcü tələbələr ilə toplantılar keçirərək onlara rus hakimiyyəti altındakı ölkələrinə qarşı vətənpərvərlik hissi aşılamağa çalışırdılar. Beləliklə, Tiflis şəhərində Baqrationilər sülaləsini hakimiyyətə gətirmək isətəyən və gizli fəaliyyət göstərən cəmiyyət yarandı.Okropir 1830-ci ildə Gürcüstana səfər etdi. O, səfəri zamanı Gürcüstandakı sui-qəsdçilər və filosof Solomon Dodaşvili ilə görüşlər keçirdi. Həmçinin sui-qəsd planı Qərbi Gürcüstandakı Rusiya tərəfindən ləğv edilmiş İmereti çarlığından olan gürcülər və Abxaziyanın hakim sülaləsi olan Şervaşidzelər tərəfindən də dəstəklənirdi.
Cehiz
Cehiz — ailə quran qızın özü ilə birgə ər evinə gətirdiyi əşyalara deyilir. Bir çox ölkələrdə qız uşağı hələ yetkinlik yaşına çatmamışdan onun üçün cehiz toplanır. Cehiz adətən, müxtəlif növ mebellərdən, texnikadan, xalça və yataq dəstlərindən, məişət əşyalarından və s. ibarət olur. Cehizin Avropa, Cənubi Asiya, Afrika və dünyanın digər hissələrində uzun tarixi var. Onun əsas funkisyaları: ərin yeni bir ev qurması üçün ona dəstək olmaq; əri vəfat etdikdə həyat yoldaşını təmin etmək. Avropada cehiz böyük ailələrin güc və sərvət qurmağa imkan verirdi və nikah vasitəsilə ittifaq siyasətində böyük rol oynamışdır. == Hekayəsi == Orta və ya çox varlı ailələrin cehiz ilə nikah erkən yaşda (14-16 yaş), Orta əsrlərdə isə demək olar ki, dərhal qız doğum sonra toplaması başladı. O vəfat etsə (uşaq ölümü halları yüksək olduğundan) cehiz digər qıza keçirdi. Cehiz əsasən yorğan, yastıq, ədyal, pərdələr, müxtəlif qab dəstləri, bəzək əşyaları, qızıl, büllur, xalçalar və s ibarətdir.
Çəkisiz/çəkili indekslər