CEHİZ

is. Ərə gedərkən ata evindən qıza verilən əşyalardan ibarət hədiyyə.
[Telli:] Məni yandıran cəhət burasıdır ki, İslam ikinci arvadını mənim cehizimlə aldı. S.Hüseyn.
Gəlinlər, qızlar nişanlının cehizini həyətin ortasında duran ikitəkərli arabaya yükləyirdilər. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CEHİZ CEHİZ [Turac:] Demək, özünə əlaltından cehiz düzəldirmişsən? (İ.Əfəndiyev); DƏDƏMALI (məh.) Molla Nəsrəddin: Bu qızılları ki, sayırdım, o mənim arvadı

Etimologiya

  • CEHİZ Ərəbcədir və təchiz sözü ilə kökdaşdır. Bizdə onun yerinə qoşunqu (qoşuntu) işlədilib, (gəlin gedəndə ona qoşulan şeylər)
CECİM
CEHİZLİ

Digər lüğətlərdə