Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qonaqlıq
Qonaqlıq və ya Ziyafət ictimailəşmə, danışma və istirahət məqsədləri üçün bir ev sahibi tərəfindən dəvət edilmiş şəxslərin bir yığıncağına deyilir, ya da festival və ya digər xüsusi münasibətin çərçivəsində xatirə günü kimi ifadə olunur.
Qulaqlıq
Qulaqlıq — Radio, musiqi dinləmək üçün qulaqlara keçirilən cihaz. == Baş üçün qulaqlıq == Baş Üçün Qulaqlıq ing. Headphones bu qulaqlıq ümumiyyətlə kompüterlər üçün istifadə edilir. Çox yer tutduğundan və portativ olmadığına görə mobil cihazlarda çox üstünlük verilmir. Qulaqlıq firmaları bu problemi həll etmək üçün qulaqlıqlara qatlanma və dönmə xüsusiyyətləri əlavə edir. == Qulaqlıq haqqında == Bundan başqa, qulaqlıqlar səsyazmalar üçün də istifadə olunurlar. "qulaqlıqlar" adı "baş telefonlar" termininin danışıq sinonimidir. "telefon" adı (telephone, yunan. tele — uzağa, uzaqda, və phone — səs) ilk dəfə hələ Filipp Reysi (Philipp Reis) 1861-ci ildə tətbiq etdi. Amma birinci radioqəbuledicilərdən birində 1899-cu ildə, yaradılmışlar.
Çolaqlı
Baqqal — Azərbaycan Respublikasının Şəki rayonunun Cəfərabad kənd inzibati ərazi dairəsində kənd.
Dolaşıq qatıqotu
Dolaşıq qatıqotu (lat. Galium humifusum) - qatıqotu cinsinə aid bitki növü.
Dolaşıq çətiryarpaq
Zolaqlı balinalar
Zolaqlı balinalar (lat. Balaenopteridae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Zolaqlı delfin
Zolaqlı delfin və ya Zolaqlı prodelfin(lat. Stenella coeruleoalba) — kifayət qədər araşdırılmayan, kiçik bir delfin növü. Əsasən Dünya okeanının bütün mülayim və tropik qurşaqlarında yayılmışdır. Təsnifatı mübahisə doğurur. 1999-cu ildə DNT analizləri onların müxtəlif delfin növləri arasında oxşarlıqlar müəyyən etmişlər == Təsviri == Əsasən balıq, kril, osminoqlarla qidalanırlar. Yan zolaqlarına görə fərqlənirlər. Əvvəllər ovlanma səbəbi ilə sayları azalırdı. Hazırda isə torlar və okean sullarının kirlənməsindən əziyyət çəkirlər. == İstinadlar == == Xarici keçidlər == ARKive — images and movies of the striped dolphin (Stenella coeruleoalba) Arxivləşdirilib 2006-03-22 at the Wayback Machine Whale and Dolphin Conservation Society Whale Trackers — An online documentary series about whales, dolphins and porpoises.
Zolaqlı diaqram
Zolaqlı diaqram– hər bir qiyməti düzbucaqlı zolaq şəklində təsvir olunmuş diaqram növü. İstifadəçinin seçdiyi parametrlərdən və müəyyən dərəcədə proqram təminatının imkanlarindan asılı olaraq, zolaqlı dioqramlar displeyə və çapa istər şaquli, istərsə də üfüqi formada verilə bilər və bir-birindən rənglə, kölgə ilə və ya naxışla fərqləndirilə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Zolaqlı durnabalığı
Qara durnabalığı (lat. Esox niger) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin durnabalığılar fəsiləsinin durnabalığı cinsinə aid heyvan növü.
Zolaqlı kaftar
Zolaqlı kaftar (lat. Hyaena hyaena) — yırtıcılar dəstəsinin kaftarlar fəsiləsinə aid məməli heyvan cinsi. Kritik vəziyyətdədir. Təbii şəraitdə nəslinin kəsilmə təhlükəsi var. Arealın kənarında olan nadir növdür. == Xarici görünüşü == Bədəninin uzunluğu 110–120 sm, quyruğunun uzunluğu isə 30 sm-dir. Kütləsi 30–39 kq olur. Bədəni qısa, quyruğu uzun, qulağı böyükdür. Görkəmcə itə oxşasada bir çox cəhətlərinə görə ondan fərqlənir. Çiyin-boyun nahiyyəsində at yalına bənzər uzun, cod tükləri var.
Zolaqlı kefal
Zolaqlı kefal (lat. Liza tricuspidens) — liza cinsinə aid balıq növü.
Zolaqlı kenquru
Zolaqlı kenquru, və ya Zolaqlı vallabi-dovşan (lat. Lagostrophus fasciatus) — kisəli məməlilərə aid kiçik kenquru növü. Kenqurular fəsiləsi, Zolaqlı kenqurular cinsinə aid tək növ. == Təsviri == Bədəninin uzunluğu 40–45 sm, quyruğunun uzunluğu 37,5 sm, çəkisi — 1,3–2 kq təşkil edir. Yumşaq və uzun xəzi boz rəngdədir. Bel nahiyyəsindən qara zolaqlar keçir. Sifəti iti quruluşa malik olub tüksüzdür. Qulaqları qısadır. Uzun quyruğu isə bütünlüklə tüklə örtülüdür. Vallabi-dovşan adı ona dovşan yerişi ilə hərəkətinə görə verilmişdir.
Zolaqlı kərtənkələ
Zolaqlı kərtənkələ (lat. Lacerta strigata) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. Uzunluğu 25 sm çatır. Cavan kərtənkələlərdə adətən rəng qəhvəyi-zeytunu olur. 5 xətdən ibarət zolaq keçir. Böyüklərdə isə parlaq-yaşıl olur və üstəlik qara nöqtələr müşahidə edilir. Çütləşmə zamanı baş, boğaz mavi rəng alır. Otlaqlar, çöllüklər və su tutarlarının kənarlarını daha çox sevirlər. Əsasən Cücülər və Onurğasızlarla qidalanırlar. Sürətli canlıdır.
Zolaqlı lavrak
Zolaqlı lavrak və ya Zolaqlı xanı (lat. Morone saxatilis) — xanıkimilər dəstəsinə, Lavrakkimilər fəsiləsinə daxil olan növ. Atlantik okeanının Şimali Amerika sahillərində, Müqəddəs Lavrentiya çayı mənsəbindən Luizinannaya qədər olan ərazidə yayılmışdır. Xəzər dənizində yaşayan balıqların siyahısında adı çəkilir. Zolaqlı lavrak gümüşü rəngli uzadılmış bədən quruluşuna sahibdir. Maksimal uzunluğu 200 sm-dir. İndiyənə kimi qeydə alınan ən böuük nümunə 57 kq-dır. Yetkin fərdlərin böyük əksəriyyəti 120 sm olur. Belə ehtimal edilir ki, bu balıqların ömür müddəri 30 ildir. Miqrasitya edən balıq növüdür.
Zolaqlı siçanaoxşar
Zolaqlı siçanaoxşar (lat. Colius striatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin siçanaoxşarkimilər dəstəsinin siçanaoxşarlar fəsiləsinin siçanaoxşar cinsinə aid heyvan növü.
Zolaqlı suiti
Zolaqlı suiti (lat. Histriophoca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.
Zolaqlı tinamu
Zolaqlı tinamu (lat. Crypturellus casiquiare) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Zolaqlı çaqqal
Zolaqlı çaqqal (lat. Canis adustus və ya Lupulella adusta) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü.
Zolaqlı çılpaqgöz
Zolaqlı çılpaqgöz (lat. Ablepharus bivittatus) — çılpaqgözlülər fəsiləsinə aid növ. == Xariçi görünüş == Kiçik kərtənkələ olaraq 6 sm uzunluğa malikdir. Quyruğu 1,5 dəfə böyükdür. Dişilərlər erkəklərdən həcmcə böyük olur. Göz qapağları yoxdur. == Həyat tərzi == Onlar əsasən dağlıq ərazilərdə qayaların üzərində, hündürlüyü 2100 m olan ərazilərdə yaşayırlar. Təklükə zamanı uçqunların altında gizlənirlər. Günlük aktiv həyat sürürlər. Əsasən Cücülərlə qidalanırlar.
Zolaqlı ördək
Zolaqlı ördək (lat. Salvadorina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Zolaqlı balina
Zolaqlı balina (lat. Balaenoptera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zolaqlı balinalar fəsiləsinə aid heyvan cinsi. == Xariçi görübüşləri == Bura daxil canlıların 50–90 arası zolaq olur. Əsl balinalardan fərqli onların bel üzgəclərinə malikdir. Qozbel balinadan fərqli olaraq isə sinə ətrafında yerləşən üzgəcləri qısadır. Bu cinsə daxil olan Göy balina dünyanın ən nəhəng canlısıdır. Qidalarının əsasını xərçənglər və xırda balıqlar təşkil edir.
1 dollarlıq əməkhaqqı
1 dollarlıq əməkhaqqı (ing. One-dollar salary) — ABŞ-də ölkənin böhran yaşadığı dövrlərdə həyata keçirilən iqtisadi konsepsiya.ABŞ-də ölkənin böhran yaşadığı bir neçə dövr olmuşdur. Bu dövrlərin əksəriyyəti isə son vaxtlara təsadüf edir. Birinci və İkinci dünya müharibələri, Koreya müharibəsi ölkəni bərbad vəziyyətə gətirib çıxarmışdı və hökumət öz gücünün köməkliyi ilə bu vəziyyətdən çıxa bilmirdi. Bu zaman, yəni XX əsrin əvvəlində "One-dollar salary" konsepsiyasını yaratmaq qərarına gəlirlər. Bu ideya çərçivəsində ölkə rəhbərliyi məşhur biznesmen və sahibkarları məsləhətçi qismində dəvət edirdi və onlar da öz növbəsində səfərbər olmalı, ölkə iqtisadiyyatını idarə etməli idilər. Dəvət edilmiş sahibkarlar müxtəlif vəzifələri tutur, məsləhətçi qismində fəaliyyətə başlayaraq nazir olaraq bitirirdilər. Onları birləşdirən ümumi cəhət isə 1 dollarlıq əməkhaqqı idi. Belə düşünülürdü ki, hər bir sahibkar artıq sərvətə sahibdir və buna görə də göstərdikləri xidmət qarşılığında əmək haqqı almağa ehtiyacları yoxdur. Dövlət onların hər birinə eyni – 1 dollar əməkhaqqı təyin etmişdi və bununla da əlaqədar olaraq "Dollar-a-year men" ifadəsi yaranmışdır.
Milyon dollarlıq gözəlçə
Milyon dollarlıq gözəlçə (ing. Million Dollar Baby) — Klint İstvudun idman draması. Əsas rolları Klint İstvud və Hilari Suonk tərəfindən ifa olunur. Film dörd "Oskar" alıb ( ən yaxşı film, rejissor, aktrisa — Hilari Suonk, ikinci plan aktyoru — Morqan Friman). === Süjet === 31 yaşındakı xörəkpaylayan Meqqi Ficerald (Hilari Suonk) boks bölməsinə gəlir: zal, köhnə məşqçi və Promoter Frenk Dann (Klint İstvud) aidir. Lakin Dunn, onunla çalışmaqdan imtina edir, çünki o "qızlarla məşq etmir." Buna baxmayaraq Meqqi özü səylə məşq edir və təcricən çoxlarının hörmətini qazanır həm də Danın dostu keçmiş boksçu Eddi Düprini (Morqan Friman) də. Düpri yavaş-yavaş çox qadir şagird Meqqi ilə, məşqə başlayır. === Rollarda === === Nominasiya və mükafatlar === == Xarici keçidlər == Filmin rəsmi saytı Milyon dollarlıq körpə — Internet Movie Database saytında.
Brayda zolaqlı balina
Brayda zolaqlı balina (lat. Balaenoptera brydei) — Balinakimilər dəstəsinə Zolaqlı balinalar (Balaenopteridae) fəsiləsinə aid balina növü. Növün adı norveçli gəmi sahibi Yohan Bryodenin şərəfinə adlandırılmışdır. == Yayılması == Brayda zolaqlı balinaları digər Zolaqlı balina cinsinə daxil olan balinalardan fərqli olaraq, əsasən tropik qurşaqlar arasında yayılmışdır. Qütblərə miqrasiyası müşahidə edilməmişdir. == Xariçi görünüşü == Brayda zolaqlı balinalar ölçü baxımından kiçik balinalara daxildilər. Uzunluqları 12–14 metr, çəkiləri isə 16–25 ton arasında dəyişir. Bu canlının üzəri tünd-boz rəng çalarlarında olur. Bel üzgəci digər zolaqlı balinalardakı kimidir. Bu növün digər növlərdən əsas fərqi baş nahiyyəsində üç şiş olmasıdır.
Brayde zolaqlı balina
Brayda zolaqlı balina (lat. Balaenoptera brydei) — Balinakimilər dəstəsinə Zolaqlı balinalar (Balaenopteridae) fəsiləsinə aid balina növü. Növün adı norveçli gəmi sahibi Yohan Bryodenin şərəfinə adlandırılmışdır. == Yayılması == Brayda zolaqlı balinaları digər Zolaqlı balina cinsinə daxil olan balinalardan fərqli olaraq, əsasən tropik qurşaqlar arasında yayılmışdır. Qütblərə miqrasiyası müşahidə edilməmişdir. == Xariçi görünüşü == Brayda zolaqlı balinalar ölçü baxımından kiçik balinalara daxildilər. Uzunluqları 12–14 metr, çəkiləri isə 16–25 ton arasında dəyişir. Bu canlının üzəri tünd-boz rəng çalarlarında olur. Bel üzgəci digər zolaqlı balinalardakı kimidir. Bu növün digər növlərdən əsas fərqi baş nahiyyəsində üç şiş olmasıdır.
Dağlıq dazısı
Dağlıq dazısı (lat. Hypericum montanum) — dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü.
Dağlıq kenqurusu
Dağlıq kenqurusu (lat. Macropus bernadus) — kenquru cinsinə aid heyvan növü.
Dağlıq mahalı
Dağlıq mahalı — Gəncə xanlığının mahallarından biri. == Mahal haqqında qısa bilgi == Sahəsi - Əhalisi - Yaranması — 1747-ci il Paytaxtı— Sərhədləri — == Mahalın tarixi == 1831-ci ildə dairədə keçirilmiş kameral təsvir sənədləri Yelizavetpolun 6 mahaldan ibarət olmasını qeyd edir; Dağlıq mahalı-dairənin cənub-qərbində, Gəncə dağlarında yerləşir.
Dağlıq öküzotu
Dağlıq öküzotu (lat. Arnica montana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin öküzotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Dağ öküzotu çoxillik ot bitkisidir. Kökümsovu sürünən, üfüqi budaqlanan, uzunluğu 15 sm-ə qədər, xarici tərəfdən qəhvəyi və ya tünd-qəhvəyi olub, çoxsaylı sapşəkilli kökü vardır. Kökümsovu 1–2 sm dərinlikdə və ya səthdə yerləşir. Yarpaqları qarşı-qarşıya, oturaq, bütövkənarlı, tərsyumurtaşəkilli, yuxarı hissədən dəmir parıltılı, aşağı hissədən çılpaq, uzunluğu 15–17 sm olmaqla, iri çətirlərdən ibarətdir. Gövdəsi tək (bəzən 2–3), hündürlüyü 60 sm-ə qədər, düzgövdəlidir. Çiçəkləri zəngşəkilli, ikicərgəli, yarpaqlarının forması uzunsov-neştərvari, rəngi isə yaşılımtıl-bozdur. Kənar çiçəkləri 14–20 dilcikli və 3 dişciklidir. Orta çiçəkləri boruşəkilli, ikicinsli və çoxsaylıdır.