Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kənan Doğulu
Kənan Doğulu (31 may 1974, İstanbul) — Türkiyə müğənnisi. == Həyatı == 5 yaşından bu sənətə bağlanan musiqiçinin istəyinin belə erkən yaranması ona atası Yurdaər Doğulu dan keçib. Hazırda məşhur musiqiçilər sırasında adı hallanan Kənanın atası oğlunu da bu istiqamətdə savadlandıra bilib. Hazırda oxumaqla yanaşı, piano, gitara və fleyta kimi alətlərdə çalmağı bacaran Kənan Doğulu həm də xaricdə təhsil alıb. Orta musiqi məktəbini bitirdikdən sonra öz istəyi ilə Amerikada peşəkar musiqi dərsləri alıb. Daha sonra o, təhsilini İstanbul Dövlət Universitetinin musiqi bölməsində davam etdirib. Əksər çıxışlarında özünü müşayiət edən müğənninin adı bu illər ərzində ən çox albom çıxaran sənətçilər sırasında hallanır. Onun ilk albomu 1993-cü ildə "Yaparım, bilirsin" adı ilə işıq üzü görüb. Yüksək tirajlı toplunun işıq sürəti ilə satıldığını görən müğənni növbəti ildə "Sımsıkı" albomu və bunun ardınca 8 müxtəlif adda toplusunu satışa çıxarıb. Üç ildir şəxsi səsyazma studiyasını açan türkiyəli sənətçi bunu "Dogulu production" adlandırıb.
Kenan Doğulu 3
Kenan Doğulu 3 — Kənan Doğulunun 1996-cı ildə çıxartdığı albomu.
Ulduz doğuldu (film, 2018)
Ulduz doğuldu (ing. A Star Is Born) — 2018-ci ildə Bredli Kuperin prodüsserliyi və rejissorluğu ilə çəkilmiş, aktyorun rejissor debütü olan ABŞ musiqili romantik dram filmidir. Filmin ssenarisi Kuper, Erik Rot və Uill Fetters tərəfindən yazılmışdır. 1937-ci ildə çıxarılmış eyni adlı filmin remeyki olan filmdə Kuper, Ledi Qaqa, Endryu Days Kley, Deyv Şappell və Sem Elliot rol almışlar. Filmdə içki və narkotik düşkünü olan məşhur musiqiçinin (Kuper) gənc müğənni qızla (Qaqa) tanış olması və sevməsindən bəhs edilir. Bu, 1937-ci ildə çıxarılmış orijinal filmin (əsas rollarda Cenet Geynor və Fredrik Març) üçüncü remeykidir. Daha əvvəl isə filmin, 1954-cü ildə və (əsas rollarda Cudi Qarlend və Ceyms Meyson) və 1976-cı ildə (əsas rollarda Barbra Streyzand və Kris Kristofferson) remeykləri çıxarılmışdı. Üçüncü Ulduz doğuldu remeyki haqqında müzakirələrə 2011-ci ildə başlanılmış və həmin vaxt Klint İstvudun rejissor kürsüsünə əyləşəcəyi, Beyonsenin isə baş rolu canlandıracağı elan edildi. Bundan sonra film inkişaf cəhənnəminə düşmüş, Beyonsenin partnyoru kimi bir neçə aktyorun, o cümlədən, Kristian Beyl, Leonardo Di Kaprio, Uill Smit və Tom Kruzun adları hallandırılmışdır. 2016-cı ilin martında Kuperlə filmdə rol almaq və rejissorluq etmək üçün müqavilə imzalanmış, həmin ilin avqustunda isə Ledi Qaqa layihəyə qoşulmuşdur.
Ulduz doğuldu (film musiqisi, 2018)
Ulduz doğuldu (ing. A Star Is Born) – 2018-ci ildə çıxarılmış eyni adlı musiqili filmin Ledi Qaqa və Bredli Kuper tərəfindən ifa edilmiş musiqi albomudur. Albom 5 oktyabr 2018-ci ildə “Interscope Records” leyblı tərəfindən çıxarılmışdır. Qaqa və Kuper albom üzərində aralarında filmdə Kuperin qrupunda çalışmış kimi göstərilən Lukas Nelson da olan bir neçə kantri musiqiçisi ilə birlikdə çalışmışlar. Daha çox pop yönümlü mahnılar üzərində isə Qaqa və DJ White Shadow birlikdə çalışmışlar. Alboma həm də, Ceyson İzbell, Mark Ronson, Dayan Uorren və “Miike Snow” qrupundan Endryu Vayt ilə birlikdə çalışmışlar. == Ərəfə və inkişaf == 2015-ci ilin martında Warner Bros. Bredli Kuperin 1937-ci ildə çıxarılmış “Ulduz doğuldu” filminin dördüncü remeykinin rejissorluğunu edəcəyini bildirir. 2016-cı ilin avqustunda Ledi Qaqanın layihəyə qoşulmasından sonra, 2017-ci ilin əvvəllərində studiya layihə üçün qırmızı işıq yandırdı. Kuper tanınmış kantri musiqiçisi Cekson Meyni canlandırır.