Amangəldi İmanov
Amangəldi İmanov (qaz. Аманкелді Үдербайұлы İmanov; d. 3 aprel 1873 – ö. 18 may 1919) — Qazaxıstanda qazax xalqının milli-azadlıq üsyanın təşkilatçısı və fəal iştirakçısı, kommunist, inqilabçı.
== Həyatı ==
1873-ci il aprelin 3-də Qazaxıstanda kasıb ailədə anadan olub.
1916-cı ildə Turqay vilayətində Amangəldi İmanovun baçılıq etdiyi üsyan, xüsusilə, fərqləndi. Üsyanın yatırılması üçün cəbhə xəttindən də əsgəri birliklər gətirməyə məcbur olurlar. Düşmənlə savaş üçün hazırlanmış əsgəri birliklər çar hökuməti silahsız təbəələrinin üzərinə yeridir. Mərkəzi quberniyalardan Qazaxıstana köçürülmüş ruslarda əsgəri birliklərə kömək etdiyindən Türküstanda onminlərlə dinc sakin öldürülür.
Amangəldi İmanov 1918-ci ildə Rusiya Kommunist (bolşeviklər) Partiyası sıralarına keçdiyindən Albi Jangildinlə birlikdə Sovetlərin mövqeyini müdafiə etdi.