Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəkələmə
Kəkələmə — normal nitqin pozulması. Kəkələmə xəstəlik olmasa da, bu ciddi bir problemdir. Kəkələmə çox zaman 3-5 yaşlar arasında olan uşaqlarda inkişaf edir. Oğlanlarda qızlarla müqayisədə bu pozulma daha tez-tez hallarda inkişaf edir. Bu günə kimi tibbdə kəkələmənin inkişaf etmə mexanizmi dəqiq təyin olunmayıb. Kəkələmənin inkişaf etmə səbəbləri arasında: uşağın baş beyinin funksiyalarının müxtəlif səbəblərə görə (doğum travması, asfiksiya, baş-beyin travmaları - beyinin silkələnməsi və s., beyini zədələyən infeksiyaların keçirilməsi və s.) pozulması; ağır psixoloji travmalar - güclü qorxu (və ya bəzən güclü sevinc) və s. insan psixikasına mənfi təsir edən uzunsürən vəziyyətlər. == Uşaqlarda kəkələmə == Bəzən kəkələmə uşaqlarda özünü kəkələyən ailə üzvünə bənzətmə reaksiyası kimi inkişaf edir. Lakin bu halda da uşaq müalicə olunmalıdır. Kəkələyən uşaqlar həmyaşıdlarla ünsiyyətdə, uşaq bağçasında, məktəbdə müxtəlif problemlərlə üzləşir ki, bu da onların davranışına, xasiyyətinə mənfi təsir edir.
İşıqla rəngləmə
İşıq qrafikası (ing. light graphic) və ya işıqla rəngləmə (ing. light painting) — fotoqrafiya üslubu(texnikası) olub işıqla çəkmək(rəngləmək) texnikasıdır. == Ümumi məlumat == Tam qaranlıq şəraitində fotoaparat ştativ üzərində yerləşdirilir. Kamerada uzun davametmə quraşdırılır və kamera qarşısında fənər və ya xüsusi cihazlarla naxış, ornament və ya obyektlər çəkilir. İşıqlandırma üçün məişət fənərləri (işıqdiodlu və ya halogen lampalı)istifadə olunur. Fotoçəkiliş zamanı multiekspozisiya rejimi istifadə olunur. İşıq qrafikasının iki əsas metodu mövcuddur – statik və dinamik.
Telefon dinləmə
Telefon dinləmə (ing. Telephone tapping) — xəttə xüsusi qurğu qoşmaqla telefon danışıqlarınagizli qulaq asılması; verilənləri əldə etmək, dəyişdirmək və ya daxil etmək üçün məlumat kanalının müəyyən hissəsinə gizli qoşulma.
Yeniləmə
Yeniləmə (ing. Refresh) dəyişdirilmiş informasiyanı göstərmək üçün pəncərənin içərisinin yenilənməsi; ekranın yenidən çəkilməsi . Veb səhifənin kontentinin yerləşdiyi maşından yenidən yüklənməsi. Kompüter displeylərində sabit görüntünü təmin etmək üçün ekranda görüntünün tez-tez yenidən yaradılması. Dinamik operativ yaddaşda (DRAM) olan verilənləri saxlamaq üçün onun mikrosxeminin yenidən yüklənməsi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yeniləmə sürəti
Yeniləmə sürəti (ing. Refresh rate) — videoaparaturada: sabit, titrəməyən “şəkil” halında bütün ekranın görüntüsünün yenidən çəkilməsi tezliyi. Televiziya ekranlarında və rastr displeylərində ekranın iç üzündəki fosfor örtüyünü işıqlandıran elektron şüası ekranın bütün sahələrini təxminən 60 Hs (saniyədə 60 dəfə) sürətlə yeniləyir. Sətirləri növbələnən (INTERLACING) displeylərdə qonşu sətirlər bir sətirdən bir yenidən çəkilir, yəni əslində hər bir ayrıca sətir saniyədə yalnız 30 dəfə yenilənir, ancaq effektli yeniləmə sürəti (saniyədə 60 dəfə) saxlanılır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Varikoz genəlmə
Vena genişlənməsi ya Varikoz genəlmə venaların genişlənərək divarının nazikləşməsi, elastikliyini itirməsi ilə əlaqəli venoz sistemində rast gəlinən patoloji prosesdir. == Növləri == Adətən varikoz genəlmə dedikdə Aşağı ətrafların varikoz genəlməsi başa düşülür. lakin əmələgəlmə nahiyəsindən asıli olaraq varikoz genəlmə bir neçə növlərə malikdir: Aşağı ətrafların varikoz genəlməsi həm müstəqil həm də yanaşı gedən xəstəlik olub, aşağı ətraflarda: topuq, baldır, bud nahiyələrində dərialtı venaların genişlənməsi, damar divarının nasikləşməsi, tromblaşmış vena düyünlərinin üzə çıxması ilə xarakterizə olunur. Varikoz genəlmə venoz təzyiqin artması nəticəsində xüsusən qapı venasında təzyiqin artması — portal hipertenziya zamanı qida borusu venalarının, qarın nahiyəsində dərialtı venaların meduza şəkilli genəlməsinə səbəb olur. Bu cür varikoz genəlmə müstəqil deyil, hər hansı bir xəstəlik: qaraciyər serrozu, şişi zamanı meydana çıxmış olur. Düz bağırsaq venalarının genəlməsi, babasil ya hemorroy xəstəliyi adlanır. Kişilərdə xaya venalarının varikoz genəlməsi, varikosel adlanır. Varikosel kişi sonsuzluğuna səbəb ola bilir.
İran Helikopterlərə Dəstək və Yeniləmə Şirkəti
Iran Helicopter Support and Renewal Company (IHSRC) (fars. پشتیبانی و نوسازی هلیکوپترهای ایران‎, qısaca پنها, PANHA) - İran vertolyot istehsalçısıdır. == Tarix == İranın bəzi İtalyan helikopterlərini Agusta şirkətindən almasından sonra bu helikopterlərə dəstək və təmir zavodu yaratmaq vacib oldu. Bu zavod İran Birgə Helikopter Sənayesi adını aldı. Daha sonra Belldən çox sayda helikopter alındıqdan sonra yeni aviasiya donanmasının dəstəklənməsi üçün bu zavodun genişləndirilməsi planlaşdırıldı. Bu genişlənmənin bir hissəsi olaraq üç böyük bölmənin yaradılması nəzərdə tutulurdu. 1. (NMP) Təmir və Saxlanma Mərkəzi 2. (HDMC) Əsas Donanma Təmir Mərkəzi 3. (NICP) Nəqliyyat və Dəstək Mərkəzi 1979-cu ildə İran inqilabından, ABŞ-nin İrana tətbiq etdiyi embarqodan və İran-İraq müharibəsinin başlamasından sonra PANHA helikopterləri müharibədə dəstəkləmək və saxlamaq məqsədi ilə fəaliyyətə başladı.