Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eynallı
Eynallı — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Ağstafa rayonunun Eynallı kəndi Köçəsgər kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Eynallı kənd Soveti yaradılmışdır.
Eyvazlı
Eyvazlı — Azərbaycanda daha çox işlədilən soyad. Kəndlər Eyvazlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Eyvazlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Eyvazlı (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd.
Reyhanlı
Reyhanlı (Vedibasar) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.
Eyham
Eyham — kinayə məqsədilə işlənən ikibaşlı söz, incə işarə. Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində İsgəndərin, Cəfər Cabbarlının "Sevil"ində Gülüşün dilində dəfələrlə belə eyhamlar işlənmişdir.
Eynallı bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Eyvazlı (Ağdam)
Eyvazlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Quzanlı qəsəbə inzibati ərazi dairəsində kənd.
Eyvazlı (Pərsabad)
Eyvazlı (fars. عيوض لو‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 248 nəfər yaşayır (39 ailə).
Eyvazlı (Qubadlı)
Eyvazlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Eyvazlı kəndi Qubadlının Ermənistanla həmsərhədd olan ən yaxın yaşayış məntəqəsidir. Həmçinin bura Qubadlının ən kiçik üçüncü yaşayış yeridir. Kənd Bərgüşad çayının sahilində və dağların arasında yerləşir. Əhalisi əsasən əkinçilik və toxuculuqla məşğul olurdu. Ermənistan 1923-cü ildə bu kəndi dinc yolla zəbt etmək istəsə də, buna nail ola bilməyib (Həmin dönəmdə Zəngilan və Ordubadın bəzi kəndləri ermənilərə verilmişdir). 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Əhalisi == === Tanınmışları === Valeh Bərşadlı — general, Azərbaycan Respublikasının 1-ci Müdafiə naziri. Məmməd İsgəndərov — siyasətçi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri.
Eyvazlı soyu
Eyvazlı soyu — Azərbaycan xalqının Seyidli oymağına aid nəsillərindən biri. == Tarixi == Eyvazlı soyu öz adını Seyidli oymağının sakini Eyvazın adından almışdır. O, XVIII əsrdə Seyidli oymağında yaşamışdır.Eyvazın Həsən adlı yeganə övladı olmuşdur. Həsən (1788-1848) Seyidli oymağında yaşamışdır. Molla məktəbində oxumuşdur.O, Yetərlə evlənmiş, Alı, Hüseyn, İsmayıl, Eyvaz adlı dörd övladı dünyaya gəlmişdir. Hazırda Eyvazlı nəsli Eyvazov soyadı ilə tanınır. Bu nəsil daha çox həkimləri, müəllimləri ilə şöhrət qazanmışdır. Məşədi İsmayıl Eyvazov, Nağı Eyvazov, Zeyni Eyvazov, Əli Zeyni oğlu Eyvazov, Nürəddin Eyvazov, Zirəddin Eyvazov, tanınmış həkim Rizvan Eyvazov, tibb elmləri namizədi, dosent Taryel Eyvazov, Molla Nəsir Eyvazov, Heydər Eyvazov, Rəşid Eyvazov, Kamil Eyvazov, Famil Eyvazov, Asif Eyvazov və başqaları bu nəslin layiqli övladlarıdırlar. == Şəkillər == Eyvazlılar == İstinadlar == == Mənbə == Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri.
Fərman Eyvazlı
Fərman Allahverdi oğlu Eyvazov — yazıçı, jurnalist, "Azərnəşr"də tərcüməçi (1965-1976), Azərbaycan Jurnalistlər İttifaqında şöbə müdiri (1967-1996), Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Fərman Eyvazlı 6 Mart 1931-ci ildə Ağstafa rayonunda anadan olub. 1956-cı ildə Moskva Maksim Qorki İnstitutunun Ədəbiyyat ixtisasından məzun olub. Fərman Eyvazlı 26 noyabr 1996-cı ildə Bakı şəhərində vəfat etmişdir. == Ədəbi fəailyyəti == Ədəbi fəaliyyətə 1950-ci illərdə başlayan yazıçının ilk şeiri ,,İlk Səsim’’, Azərbaycan Gəncləri qəzetində yayımlanmışdır. 1986-cı ildə ,,Drujba Narodov’’ jurnalında baş müxbir, 1961-cı ildə Radio və Televiziya Komitəsində aparıcı kimi çalışmışdır. 1965-ci ildə ,,Azərnəşr’’də tərcüməçi, 1967-ci ildə Azerbaycan Jurnalistlər Birliyinde şöbə müdiri olub. 1962-ci ildə Azərbaycan Yazıçılar Birliyinə, 1970-ci ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv olmuşdur. == Əsərləri == Mən niyə qayıtmadım, Bakı, 1961. Qaçaq Kərəm, Bakı, 1986-1987-1990.
Məzdək Eyvazlı
Məzdək Əli oğlu Eyvazlı (26 fevral 1996; Bakı, Azərbaycan — 29 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Məzdək Eyvazlı 26 fevral 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Lökbatan qəsəbəsində yerləşən 288 saylı məktəbin 1-ci sinfinə daxil olan Məzdək 2013-cü ildə həmin məktəbi bitirmiş və həmin il Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşdur. 2017-ci ildə universiteti bitirmiş və Gədəbəyə hərbi xidmətə yollanmışdır. 2018-ci ildə hərbi xidmət müddətini bitirmişdir. Məzdək 2019-cu ildə "Azərsu" Açıq Səhmdar Cəmiyyətində işləməyə başlamışdır. Məzdək Eyvazlı 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra elan edilən səfərbərlikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon üzrə ünvanına yaxınlaşmış, adını könüllü olaraq müharibəyə getmək üçün yazdırmışdır. 21 sentyabr 2020-ci ildə səfərbər olunmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Məzdək Eyvazlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Reyhanlı (Vedibasar)
Reyhanlı — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8 km məsafədə yerləşir. 1728-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Rehanlı, Rikanlı, Reyqanlu formalarında da göstərilir. Toponim reyhanlı türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 4 aprel 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilərək Ayqavan qoyulmuşdur. == Əhalisi == Burada 1918-ci ildə 442 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar 1919-cu ildə deportasiya olunmuşdur.
Rüfət Eyvazlı
Rüfət Arzu oğlu Eyvazlı (16 sentyabr 1994; Zabrat, Bakı, Azərbaycan — 12 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əsəd Əsədli 1994-cü il sentyabrın 16-da Bakının Zabrat qəsəbəsində anadan olub. 192 saylı orta məktəbi bitirib. Futbol həvəskarı idi. Zabrat həvəskar futbol klubunun üzvü olub. Orta təhsilini Sabunçu rayon Zabrat qəsəbəsi, 192 saylı tam orta mektəbdə başlayıb. 1-ci sinfi burada oxuduqdan sonra, imtahan verərək Səttar Bəhlulzadə adına Xarici Dillər Gimnaziyasına qəbul olunur. 2012-ci il Oktyabr ayında Füzuli rayonunda hərbi xidmətə başlayıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əsəd Əsədli Hadrutun azad edilməsində savaşıb. 2020-ci il oktyabrın 12-da Xocavənddə mərmi qəlpəsindən şəhid olub.
Elşad Eyvazlı
Elşad Eyvazlı (azərb. Eyvazlı Elşad Səməndər oğlu‎) — Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü,, Azərbaycan Respublikası əməkdar jurnalisti == Həyatı == Eyvazlı Elşad Səməndər oğlu 1973-cü ildə Kəlbəcər rayonunda anadan olub. 1990-cı ildə Kəlbəcər rayonu Sarıdaş kənd orta məktəbini bitirib. Ali təhsilini “Təfəkkür” Universitetinin jurnalistika fakültəsində bakalavr və magistatura mərhələləri üzrə başa vurub. Bakı Dövlət Universitetinin doktorantıdır. Jurnalist fəaliyyətinə 1998-ci ildə “Azərbaycan gəncləri” qəzetində başlayıb. “Hər gün”, “Bizim əsr”, “Fədai”, “525-ci qəzet”, “Üç nöqtə”, “Xəzər” və başqa qəzetlərdə çalışıb. 2006-cı ildən Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin sədridir. 01.09.2009-cu ildən “Modern” Media Qrupun direktoru, 01.03.2018-ci ildən “Azedu.az” Təhsil Saytının rəhbəridir. 2019-cu ildən mərkəzi ofisi Ankarada yerləşən və dünyanın 45 ölkəsində təmsil olunan GLOBAL JOURNALİSM COUNCİL beynəlxalq jurnalist təşkilatının xarici məsələlər üzrə Məclis sədridir.
Eybalı Mehrəliyev
Mehrəliyev Eybalı Qara oğlu (1930, Bico – oktyabr 2011, Bakı) — coğrafiya elmləri doktoru, professor. == Həyatı == 1930-cu ildə Ağsu rayonunun Bico kəndində anadan olmuşdur. 1951-ci ildə ADPİ-nu bitirmişdir. İnstitutda laborant, Coğrafiya İnstitutunda kiçik elmi işçi, EA-nın İqtisadiyyat İnstitutunda kiçik və böyük elmi işçi, S.Dadaşov adına Tikinti Materialları Elmi-Tədqiqat İnstitutunda iqtisadi tədqiqatlar şöbəsinin müdiri, Neft Akademiyasında və İqtisadiyyat İnstitutunda dosent işləmişdir. APİ-nin dekanı olmuş, Kosmik tədqiqatlar EİB-nin laboratoriya müdiri işləmiş, Coğrafiya İnstitutunda "Əhali coğrafiyası" şöbəsini yaratmış və ona rəhbərlik etmişdir. E.Q.Mehrəliyev 1958-ci ildə Bakıda namizədlik, 1992-ci ildə Kiyevdə doktorluq dissertasiyası müdafiə etmişdir. 150-yə yaxın elmi məqalənin, 4 monoqrafiyanın, 4 kitabçanın, 14 çap olunmuş elmi işin, 14 elmi-tədqiqat hesabatının müəllifidir. Dövlət İdarəçilik Akademiyasında işləyirdi. 2011-ci ildə oktyabr ayında Bakı şəhərində vəfat etmişdir.
2013 Reyhanlı partlayışları
2013 Reyhanlı partlayışları (türk. 2013 Reyhanlı saldırıları) - 2015-ci ilin 11 may tarixində Türkiyənin Hatay vilayətinin Reyhanlı mahalında yerli vaxtla saat 13:55-da baş vermiş bombalı intihar hücumu. Terror aktı nəticəsində 52 nəfərin həlak olduğu və 146 nəfərdən çox şəxsin yaralandığı bildirilir.
Aşağı Reyhanlı (Çaldıran)
Aşağı Reyhanlı (fars. ريحانلوي سفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 15 nəfər yaşayır (5 ailə).
Fərman Eyvazlı (yazıçı)
Fərman Allahverdi oğlu Eyvazov — yazıçı, jurnalist, "Azərnəşr"də tərcüməçi (1965-1976), Azərbaycan Jurnalistlər İttifaqında şöbə müdiri (1967-1996), Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Fərman Eyvazlı 6 Mart 1931-ci ildə Ağstafa rayonunda anadan olub. 1956-cı ildə Moskva Maksim Qorki İnstitutunun Ədəbiyyat ixtisasından məzun olub. Fərman Eyvazlı 26 noyabr 1996-cı ildə Bakı şəhərində vəfat etmişdir. == Ədəbi fəailyyəti == Ədəbi fəaliyyətə 1950-ci illərdə başlayan yazıçının ilk şeiri ,,İlk Səsim’’, Azərbaycan Gəncləri qəzetində yayımlanmışdır. 1986-cı ildə ,,Drujba Narodov’’ jurnalında baş müxbir, 1961-cı ildə Radio və Televiziya Komitəsində aparıcı kimi çalışmışdır. 1965-ci ildə ,,Azərnəşr’’də tərcüməçi, 1967-ci ildə Azerbaycan Jurnalistlər Birliyinde şöbə müdiri olub. 1962-ci ildə Azərbaycan Yazıçılar Birliyinə, 1970-ci ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv olmuşdur. == Əsərləri == Mən niyə qayıtmadım, Bakı, 1961. Qaçaq Kərəm, Bakı, 1986-1987-1990.
Yuxarı Reyhanlı (Çaldıran)
Yuxarı Reyhanlı (fars. ريحانلوي علي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 215 nəfər yaşayır (42 ailə).
Ağbulaq-Eynalı (Ərdəbil)
Ağbulaq-Eynalı — İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Kəlxoran kəndistanında, Ərdəbil şəhərindən 15 km şərqdədir.
Eynalı kanat yolu
Eynalı kanat yolu — Təbriz şəhərində Pasdaran yolunun üzərində yerləşən kanat yolu üç mərhələli layihədir. 2010-cu ildə istifadəyə verilmiş birinci mərhələdə kanat yolunun uzunluğu 1450 metrdir. Kanat yolu bir saata 1000 sərnişin daşımaq gücünə malikdir. Kanat yolu vasitəsilə Təbriz şəhərini quş baxışı seyr etmək mümkündür.
Əhali
Əhali — Yer kürəsində və ya dünyanın konkret hansısa hissəsində (ölkə, qitə, region, ölkələr qrupu) daima yenidən istehsal nəticəsində yenilənən və yaşayan insanların toplusu. Bizim eranın əvvəlində Yer kürəsində təqribən 230 mln, birinci minilliyin sonunda — 275 mln, 1800-cü ildə — 1 mlrd, 1900-cü ildə — 1,6 mlrd, 1960-cı ildə — 3 mlrd, 1999-cu ildə 6 mlrd nəfər yaşayırdısa, 1 iyul 2009-cu ildə bu rəqəm 10 768 167 712 nəfər oldu. 2050-ci ilə proqnoz — 9,2 мilyard nəfər götürülür. 1970-ci ilədək əhali hiberbolik templə artırdı. Hal-hazırda Yer kürəsi əhalisinin artım tempinin azaldığı hiss edilir. == Dünyanın əhalicə ən böyük ölkələri == 2016-cı ilin iyul ayına əhalisi 80 milyondan çox olan ölkələr: == Əhali göstəriciləri == əhalinin sayı və onun artım dinamikası demoqrafik proseslərin intensivliyi: doğum, ölüm, təbii artım, kəbin yerləşmə, urbanizasiya, miqrasiya yaş-cins tərkibi və ailə göstəriciləri təhsil səviyyəsi irq, dil, etnos və din tərkibi ac adamların sayı, onların kəmiyyət və keyfiyyət göstəriciləri.Hayns fon Fyorster, Andrey Korotayev, Sergey Kapitsa və digərlərinin tədqiqatlarında isbat edildi ki, axırıncı 100 min ildə (XX əsrin 60–70-ci illərinə qədər), dünya əhalisinin artımı sayının kvadratı tempi ilə artırdı. Bu hiberbolik qanun adlandırıldı.
Reyhanlı-i Vusta (Çaldıran)
Reyhanlı-i Vusta (fars. ريحانلوي وسطي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 38 nəfər yaşayır (11 ailə).
Bəyamlı (Mahnişan)
Bəyabad (fars. بياملو‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 20 nəfər yaşayır (5 ailə).
Əhali coğrafiyası
Əhali coğrafiyası - iqtisadi coğrafiyanın əhalinin tərkibini, yerləşməsini, məskunlaşmasını və yaşayış məntəqələrini öyrənən sahəsi.
Əhali iqtisadiyyatı
Əhali iqtisadiyyatı — demoqrafik proseslərin iqtisadiyyata təsirini araşdıran demoqrafiyanın bir qolu. İqtisadi demoqrafiya əvvəlcə həm sosial-iqtisadi şəraitin demoqrafik proseslərə təsirini, həm də demoqrafik amilin sosial-iqtisadi dinamikaya təsirini nəzərə alırdı. Hələ 1970-ci illərdə iqtisadi demoqrafiya, istehsal və istehlak prosesi ilə əlaqədar olaraq əhalinin yaş-cins quruluşunu araşdıran demoqrafik elmin bir hissəsi kimi başa düşülürdü . Bununla birlikdə, tədricən ilk istiqamət (tez-tez birbaşa təsir adlanır) "təmiz" demoqrafiyanın tədqiqat obyektinə çevrildi, iqtisadi demoqrafiyanın üstünlüyü isə demoqrafik proseslərin iqtisadi qiymətləndirilməsi (əks təsir) oldu. == Tarixi == İqtisadi demoqrafiya “demoqrafiya” termininin yalnız XIX əsrdə tətbiq olunduğunu nəzərə alsaq, nisbətən gənc bir elmdir. 1940-cı illərdə xarici elm adamları (əvvəlcə Amerikalı demoqraf S. Volfbayn) tərəfindən aparılan tədqiqatlar, sözdə iş dövrü cədvəllərinin və ya əhalinin iqtisadi fəaliyyət cədvəllərinin ortaya çıxmasına səbəb oldu. Fransız sosioloq Alfred Sovi ("üçüncü dünya" konsepsiyasının müəllifi) 1960-cı illərdə. çox ibtidai metodlarla da olsa nəslin "gəlirliliyini" tədqiq etdi. 1960-cı illərin əvvəllərində. Macar alimi E. Valkoviç iqtisadi yaş piramidalarının çox qiymətli metodu inkişaf etdirdi.
Əhali sıxlığı
== Dünya ölkələrinin əhali sıxlığı göstəriciləri ==