Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnciklik
İnciklik — insanın haqsız yerə səbəb olmuş kədərə, təhqirə reaksiyası, eləcə də mənfi çalarlı emosiyalar və bunun doğurduğu hisslər. Buraya incimiş insanın qəzəbi və heç bir şeyin düzəldilə bilməyəcəyi bir vəziyyətdə özünə təəssüf hissi daxildir. O, ədalət anlayışı ilə sıx bağlıdır. Belə ki, insana ədalətsizlik üz verəndə o, inciyir. Tədqiqatçılar inciklik təcrübəsini fitri emosiya hesab etmirlər. Körpələrin arsenalında fitri qəzəb hissi var, lakin onlar hələ də mürəkkəb inciklik hissini mənimsəməyiblər. İnciklik adətən 2–5 yaş arasında öyrənilir, müntəzəm və ya yaradıcı şəkildə digər uşaqlardan, bəzən daha böyük uşaqlardan modellərdən mənimsənilir. Qəzəb duyğuları əvvəllər heç vaxt anadangəlmə olanlar siyahısında görünməmişdir. Hal-hazırda, bir çox təcrübəli psixoloqlar qeyd edirlər ki, uşaqlarında inciklik emosiyaları dərhal, sözün əsl mənasında doğuşdan yaranır.
İncirlik Hərbi Hava Bazası
İncirlik Hərbi Hava Bazası (türk. İncirlik Hava Üssü; ing. Incirlik Air Base; IATA: UAB, ICAO:LTAG) — Adana ilinin İncirlik bölgəsində yerləşən hərbi hava bazasıdır. Adana şəhər mərkəzinin 8 km şərqində və Aralıq dənizinə 56 km məsafədədir. İlk olaraq ABŞ Hərbi Hava Qüvvələri və Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən baza Kral Hərbi Hava Qüvvələri tərəfindən də istifadə edilir. İncirlik Hərbi Hava Bazası Türkiyə Silahlı Qüvvələrinə aid Hərbi Hava bazalarından birisidir, üzərindəki bütün infrastrukturla birlikdə mülkiyyəti Türkiyə Cümhuriyyəti dövlətinə aiddir. Avropada taktiki nüvə silahı olan altı NATO bazasından biridir. 1951-ci ildə tikintisinə başlanılan İncirlik Bazası 1951-ci ilin dekabrında Türkiyə Silahlı Qüvvələri və ABŞ Hərbi Hava Qüvvələrinin ortaq xidməti üçün istifadəyə verildi. == Tarixi == İncirlik Hərbi Hava Bazasının qurulma qərarı 1943-cü ilin dekabrında ikinci Qahirə Konfransında verilsə də, tikintisinə İkinci Dünya müharibəsindən sonra başlanıldı. ABŞ Ordusu Mühəndislər Birliyi 1951-ci ilin bahar aylarında İncirlik Hərbi Hava Bazasının tikintisinə başladı.
İncilli
İncilli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Keçmiş adı Hüseyn Əncəlu olmuşdur. Kənd XIX əsrdə Cənubi Azərbaycandan köçüb gəlmiş əncə tayfasının məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == İncilli oyk. Cəlilabad r-nunun Xəlilli i.ə.v.-də kənd. Qarabalaca çayının sahilində, Burovar silsiləsinin ətəyindədir. Keçmiş adı Hüseyn Əncəlu olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Cənubi Azərbaycandan çəltik tarlalarında muzdla işləməyə gəlmiş mənşəcə qıpçaqların əncə tayfasına mənsub ailələr salmışdılar. Bu ailələrin başçısı isə Hüseyn adlı şəxs olmuşdur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 645 nəfər əhali yaşayır.
Barnaba İncili
Barnaba İncili — son orta əsrlərdə yazılmış və (bu əsərdə) İsanın həvarilərindən biri olan erkən xristian şagirdi Varnavaya aid edilmiş qeyri-kanonik, psevdopiqrafik incildir. XVIII əsrin əvvəllərində bu mətnin iki əlyazması aşkarlanmışdır. Bəzi müstəqil tədqiqatçıların fikrinə görə, "Barnaba İncili" təxminən XV əsrdə müsəlman nöqteyi-nəzərindən yazılmış saxta (psevdoapokrif) mənbədir. Bu mətn haqqında diskussiya, xüsusilə 1980-ci illərin sonlarında aktivləşmiş və xristian-müsəlman dialoqunun mühüm tərkib hissələrindən birinə çevrilmişdir. Bəzi müsəlman apologetlər bildirirlər ki, böyük ehtimalla "Barnaba İncili" İsanın missiyası haqqında həqiqi məlumatların saxlandığı yeganə mənbələrdəndir və kanonik incillər də daxil olmaqla, digər mənbələr hamısı Həvari Pavelin davamçıları tərəfindən saxtalaşdırılmışdır. 2012-ci ilin fevralında Türkiyə KİV-i "Barnaba İncili"nin qədim əlyazma nüsxəsinin tapılması və həmin nüsxədə İsanın Məhəmmədi davamçısı kimi göstərməsi haqqında geniş kampaniya aparmışdır. Bu kampaniya "Barnaba İncili"nə olan marağın yenidən artmasına səbəb olmuşdur. Qeyd edək ki, bu mətni erkən xristian əlyazmalarından biri olan Barnaba məktubu ilə qarışdırmaq olmaz. == Mətnin tarixi == Barnaba İncili haqqında ən qədim sənədlər Madriddə BNM MS 9653 kodlu mavr əlyazmasında tapılan və Tunisdə 1634-cü ildə İbrahim-Əl Təybili tərəfindən yazılan sənədlər qəbul edilir. Bibliyada Məhəmməd haqqında kəhanətdən bəhs edəndə o yazırdı: "Müqəddəs Barnaba İncili — harakı bir nəfər işıq tapa bilər." (isp.
Barnabas İncili

Bernaba İncili

Yəhyanın İncili
Yəhyanın İncili və ya Yəhyanın nəql etdiyi Müjdə — Əhdi-Cədidin ilk dörd hissəsini əmələ gətirən kanonik incillərdən sonuncusudur. Balıqçılıqla məşğul olan, İsanın on iki həvarisindən ən gənci olan Həvari Yəhya tərəfindən yazılmışdır. == Mənbə == İncil onlayn: http://www.korpu.net/BibleNorth.html Arxivləşdirilib 2013-09-18 at the Wayback Machine Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009.
İohannın İncili

Matfey İncili
Matfey İncili — Əhdi-cədidin və üç sinoptik İncilin ilk kitabı. Kitab İsrailin Məsihi olan İsanın öz xalqına (yəhudilərə) üz tutması, amma onlar tərəfindən qəbul olunmaması və dirildiyi zaman müridlərini başqa millətlərə göndərməsindən bəhs edir. Matfey yəhudi adət-ənənəsinin getdikcə yəhudilikdən uzaqlaşan kilsədə yox olmasını istəmədiyini vurğulamağa çalışır. İncil özündə evangelist cəmiyyəti və digər yəhudilər arasında hökm sürən mübarizə və münaqişələri əks etdirir. Kitabda, eyni zamanda, fariseylər tənqid olunur və onların İsadan üz döndərməsi ucbatından Tanrı Krallığının onlardan alınıb əvəzində kilsəyə verilməsindən danışılır. İsanın ilahiliyi bu cəmiyyəti erkən xristianlardan fərqləndirən əsas cəhətdir. Mark sözünə İsanın vəftiz edilməsi və sınağa çəkilməsi ilə başlayırsa, Matfey İsanın tarixi köklərinə üz tutaraq, onun doğulduqdan bəri Tanrının oğlu olmasını və Əhdi-ətiqdə bəhs edilən Məsihin zühurunu gerçəkləşdirməsini göstərir. İsanın "Davud oğlu" adlandırılması onun sadəcə İsrailə göndərilən, insanlara şəfa verən və möcüzələr yaradan Məsih olmasına istinad edir. O, "İnsan oğlu" olaraq dünyanı mühakimə etməyə qayıdacaq; müridləri bunu anlasa da, düşmənləri bundan xəbərsizdir. "Tanrının oğlu" kimi isə, o, Tanrının özünü zahirə çıxarır və itaətkarlığı ilə oğulluğunu sübut edir.
Türkiyə İzcilik Federasiyası
Türkiye İzcilik Federasyonu (ing. Scouting and Guiding Federation of Turkey) — Türkiyə Milli izcilik Federasiyasıdır. Federasiya 1950-ci ildən Ümumdünya Skaut Hərəkatı Təşkilatının, 1987-ci ildən isə Dünya Qız Bələdçiləri və Qız Skautları Assosiasiyasının üzvüdür.Türkiyə izcilik Federasiyasda 278 klub və 240160 min izci var.Türkiyə İzcilik Federasiyası, Türkiyədəki izcilik hərəkatınıa əsaslanan bir qurum olaraq fəaliyyət göstərir. İzcilik, gənclərin fiziki, mənəvi və sosial inkişafına nail olmağı, onlara liderlik bacarığını öyrətməyi və ictimai fəaliyyətləri hədəfləyən hərkatdı.TİF, Türkiyə ərazisindəki bir çox izci klublarını özündə birləşdirən bir birlikdir. İzcilik və izci təşkilatları gənclərə müstəqil fikirlər, liderlik bacarığı, əməkdaşlıq və təbiət və sair fəaliyyətləri təşviq edir. Bu təşkilatlar, düşərgələr, təlimlər və digər tədbirlər vasitəsilə gənclərə peşəkar bacarıqlar öyrədir. == Tarixi == Türkiyədə izciliyin başlaması 1909-cu ildə İstanbulda Qalatasaray və Kabataş liseylərində idman müəllimi işləyən Əhməd və Əbdürrəhman Robenson qardaşları və Nafi Arif Kansu və Ethem Nejatla əlaqələndirilir. İlk dəstələr Osmanlının sonlarında Darüşşafaka, Qalatasaray və İstanbul liseylərində təşkil edildi. Eyni dövrdə Osmanlı İmperiyasının ərazilərində, xüsusən də Livan və Suriyada müstəqil izci dəstələri yaradılıb. İzcilik qurulduğu zaman "Keşşaflıq" adında olub.