Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Karizma (albom)
Karizma – Mustafa Sandal-ın 2009-cu ildə çıxardığı albomdur. == Mahnı haqqında == "Karizma" albomu Türkiyəyə məxsus "Seyhan Müzik" leyblı tərəfindən istehsal edilmişdir. Alboma daxil olan "Ateş Et Ve Unut", "Adı İntikamdı", "Demo" və "Var Mısın Yok Musun" mahnılarına klip çəkilmişdir. Albomda ilk klip "Ateş Et Ve Unut" mahnısına çəkilmişdir. Bu mahnı musiqi tərzi və sözləri ilə Mustafa Sandalın ilk mahnılarından fərqlənir. "Var Mısın Yok Musun" mahnısını Elit Kaya ilə duet olaraq ifa etmişdir.
Karişma Kapur
Karişma Kapur (25 iyun 1974, Bombey) — Hindistan kino aktrisası. == Həyatı == Karişma Kapur 25 iyun 1974-cü ildə Hindistanın Mumbay şəhərində məşhur hind aktyoru Rac Kapurun oğlu aktyor Randhir Kapur və aktrisa Babitanın ailəsində dünyaya gəlmişdir. Karışmanın kiçik bacısı Karina Kapur da məşhur hind aktrisasıdır. Filmoqrafiyasında 60-a yaxın film və serial var. Filmfare Awards (1997, 1998, 2001, 2002) mükafatı və Milli kinomükafatı (1998) laureatıdır. 1991-ci ildə "Sevgi əsiri" filmində Nilima rolu ilə debüt edib. Bu filmdən sonra daha çox komediya filmlərinə dəvət alan aktrisa Salman Xan və Qovinda kimi aktyorlarla çəkilib. 1996-cı ildə Amir Xanla çəkildiyi "Raca Hindustani" filmindəki rolu ilə daha çox məşhurlaşıb. Bu film ona ən yaxşı qadın rolu nominasiyasında ilk Filmfare Award mükafatını qazandırır. 2001-ci ildə "Qardaşın axtarışında" filmindəki roluna görə Karizma ikinci dəfə mükafata layiq görülür.
Anna Karima
Anna Karima (bolq. Анна Карима; 1871 – 6 mart 1949, Sofiya) — Bolqar yazıçısı və tərcüməçisi. == Bioqrafiya == 1871-ci ildə Berdyanskda inqilabçı Todor Velkovun ailəsində anadan olub. O, orta məktəbi Sofiyada bitirib. 1888-ci ildə sonra boşandığı Yanko Sakazovla evlənİR. Bu evlilikdən onun üç övladı olub. Artıq gənclik illərində Karima ədəbi fəaliyyətlə maraqlanır. Hekayələr və romanlar yazır. Onun ilk hekayəsi, An Adi tarix, 1891-ci ildə The Day jurnalında nəşr olunur. 1892–1895-ci illərdə o, Holiday jurnalının redaktoru olur. Onun "Atla", "Məhv olmuş həyat" və "Divarın üstündə" pyesləri Milli Teatrda tamaşaya qoyulur.
Karima Edebayb
Karima Edebayb (14 fevral 1985) — İngilis aktrisa və model. == Həyatı == Mərakeş, Kipr Rum və İrlandiya kökləri var. Daha əvvəl Topshop adlı butikdə vəzifə yerinə yetirən Karima, 14 Fevral 2006-cı ildə məşhur Tomb Raider (Lara Croft) adlı videooyun seriyasının yeddinci Lara Croft modeli seçildi. Onun rolu, oyunu radio və televiziyada "bir xarakter olaraq" tanıtdırmaqdan ibarətdir, buna görə Adebibe Lara Croft'ın döyüş sənətindən nitqə qədər olan qabiliyyətlərini öyrənməlidir.2004-cü ildən əvvəl "Alien vs. Yırtıcı" filmdəki bakirə qurbanı rolunu oynadı.