Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Optimallıq meyarı
Optimallıq meyarı (optimallaşdırma meyarı) — tapılan həll yolunun optimallığının dəyərinə görə qiymətləndirilən problemin həllinin xarakterik göstəricisi, yəni müəyyən edilmiş tələblərin maksimum dərəcədə ödənilməsi. Bir tapşırıqda bir neçə optimallıq meyarı müəyyən edilə bilər. == Optimizasiya tapşırıqları == Optimizasiya — verilən kriteriyalar üçün problemin (parametrlər dəsti) ən yaxşı və ya optimal həll yolunu tapmaqdır. Bir obyekti xarakterizə edərkən tələblərin bütövlüyünü təmin edəcək belə meyarı seçmək çətindir. Və hərtərəfli bir həll yolu tapmaq və çox sayda meyar təyin etmək vəzifəni çox çətinləşdirir. Bu səbəbdən fərqli tapşırıqlarda meyarların sayı fərqli ola bilər. Tək meyarlı optimallaşdırma problemləri (bir optimallaşdırma meyarı ilə) bəzən skaler, çox meyarlı isə vektor optimallaşdırması adlanır. Bundan əlavə, optimallaşdırılan obyekti (tapşırığı) xarakterizə edən parametrlərin sayı da fərqli ola bilər və parametrlər davamlı və ya diskret olaraq dəyişə bilər (diskret optimallaşdırma). Məhdud halda praktik problemlərin həlli meyarları "qiymət" və "keyfiyyət" (sözdə "qiymət-keyfiyyət") olan iki meyarlı optimallaşdırma probleminə endirilə bilər. Bu açıq şəkildə həm iqtisadi (qiymət), həm də istehsal və texniki (məhsul keyfiyyəti) tələbləri nəzərə almağa imkan verir.
Meyari-təriqət
Meyari-təriqət - bu əsər Seyid Yəhya Bakuvinin yazdırdığı təriqət ədəbidir. Əsər haqqında bizə məlumat verən Ömər Fuadi əsəri bizə aşağıdakı kimi təqdim edir: "Seyid Yəhya Bakıda xalqı irşad edərkən Anadoluda irşada qabil bir çoxlarının olduğuna vaqif olub, eli-lədun və mərifətullahın orada qüvvət tapacağını, onların vasitəsi ilə bir çox insanın irşad olunacağını Allahın feyzi və ilhamı ilə bildirmişdir. O, olduğu yerdən durub, Anadoluya doğru üzünü tutmuş və oranın irşadı üçün dua etmişdir. Anadoludan gəln bir çox kimsə ona mürid olmuşdur." Şeyx Şaban Vəlinin söylədiyi bir rəvayətdə qırxadək elmi təbəqədən olan şəxsin Anadoludan gələrək, Seyid Yəhyanın təriqətinə daxil olduqları bildirilir. Bu qırx alim-dərviş Seyid Yəhyanın icazəsi ilə hədis kitablarını araşdırmış, sünnə, müstəhab və ədəbə dair xüsusiyyətləri müəyyənləşdirib ,Meyari-təriqət adı ilə dərvişlərin riayət edəcəkləri qaydalara dair bir əsər yazmışlar. Tədqiqatçılar qeyd edirlər ki ,ehtimal ki, bu yazlan təriqətnamə ərəb dilində olmuşdur. Sonradan sufi böyükləri tərəfindən türkcəyə tərcümə edilərək oxudulmuşdur. Hələlik məlum olan isə Seyid Yəhyanın yazdırdığı adı keçən "Meyar" silsiləsində ilk dəfə Ömər Fuadı tərəfindən türk dilinə tərcümə edilmişdir. Meyarii-təriqətin əlyazma nüsxəsi Süleymaniyyə kitabxanası,Əsəd əf.,25418-dədir.
Memarlıq
Memarlıq və ya arxitektura (lat. architectura от q.yun. αρχι — böyük, əsas və q.yun. τέκτων — inşaatçı, dülgər) — bina və arxitektura ansambllarının layihələndirilməsi və tikilməsi.Memarlıq insanların istirahəti və fəaliyyəti üçün tələb olunan məkan mühitini əmələ gətirən bina və qurğulardır. Memarlıq sənəti isə bina, körpü, qəsr və digər tikililərin etibarlılıq və qanunlarına uyğun olaraq yaradılması sənətidir. == Etimologiya == "Memarlıq" sözü Azərbaycan dilinə ərəbcə "abadlıq edən" mənasını daşıyan "mimar" (معمار) sözündən gəlmişdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə elmi-memari (علمی-مئماری) adlandırılmışdır. "Arxitektura" sözü qədim yunan dilində olan "ἀρχιτέκτων" (arxi- – "baş") +‎ tekton – "inşaatçı") sözündən gəlmişdir. Mənası — yüksək usta memar deməkdir. == Haqqında == İnsanın həyat və fəaliyyəti üçün məkan mühitini əmələ gətirən bina və qurğular sistemidir.
Meytablı
Meytablı — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Abaka (memarlıq)
Abak — sütunun yuxarı hissəsinin zolağını təşkil edən düz bir taxta. Onun başlıca funksiyası arxa və ya yuxarıdakı arxitreyv ağırlığını almaq üçün bir dayanma olmaq və kapitaldan daha geniş olmaq üçün böyük dəstəkləyici bir səth təmin etməkdir.
Barokko (memarlıq)
Barokko memarlığı — Avropa və Amerika ölkələri memarlığının inkişafında təxminən 150–200 il davam etmiş cərəyan. Bu memarlıq cərəyanı XVI əsrin sonunda başlamış və XVIII əsrin sonunda qurtarmışdır. Barokko üslub kimi bütün incəsənət növlərində öz yerini tutmasına baxmayaraq, rəsmdə, teatrda (və onunla bağlı ədəbiyyatda, musiqidə) və memarlıqda özünü daha parlaq göstərə bilmişdir. Barokko XVII əsrdə – XVIII əsrin başlanğıcında meydana gəlmişdir. Qeyd etmək lazımdır ki, bu stili başqa stillərnən qarışdırmaq qeyri mümkündür. Barokko bir növ öz yaranış dövrünü təcəssüm edir. Barokko memarlığının fərqləndirici xüsusiyyətləri onun əzəməti, böyüklüyü və lüks olmasıdır. Barokko üslubu memarlıqda Renessansı əvəz etmışdır. Yeni əyri xətt formaları meydana çıxmış, dolğun və qəliz rəng çalarlarının istifadəsinə başlanmışdır. Həmin dövrdə parklarda fəvvarələrdən və fişənglərdən ibarət şəlalələr yaradılır, interyerdə güzgülərə, parketə, zərxaraya böyük diqqət yetirilirdi.
Dirsək (memarlıq)
Mötərizə və ya dirsək bir memarlıq elementidir: struktur və ya dekorativ bir ünsür sayılır. Taxta, daş, gips, metal və ya digər materiallardan hazırlana bilər. Ümumiyyətlə ağırlıq daşımaq üçün və bəzən “... bir bucağı gücləndirmək” üçün divardan proyeksiya edilir. Bir corbel və ya konsol dirsək növləridir. Mexanika mühəndisliyində bir dirsək bir hissəni digərinə, əsasən daha böyük hissəyə bərkidmək üçün hər hansı bir ara komponentdir. Dirsəyi dirsək edən şey, ikisi arasında ara olması və birini digərinə bərkidməsidir. Dirsəklər forma baxımından çox fərqlidir, lakin prototipik bir dirsək bir rəfi (daha kiçik komponent) bir divara (daha böyük komponentə) bağlayan L şəkilli metal parçadır: şaquli qolu bir elementə (ümumiyyətlə böyük) sabitlənir və üfüqi qol kənara doğru uzanır və başqa bir elementi (ümumiyyətlə kiçik) saxlayır. Bu rəf dirsəyi, memarlıq dirsəyi ilə effektiv şəkildə eynidır: divara quraşdırılmış şaquli bir qol və üstünə və ya altına başqa bir elementin bağlanması üçün kənara doğru uzanan üfüqi bir qol. Uzanmış qolun daha böyük bir ağırlığı dəstəkləməsini təmin etmək üçün, bir dirsəkdə ümumiyyətlə üfüqi və şaquli qollar arasında çarpaz bir üçüncü qol olmalı və ya dirsək möhkəm bir üçbucaq formasında olmalıdır.
Evklides (Meqaralı)
Meqaralı Evklides (yun. Εὐκλείδης ὁ Μεγαρεύς, m. ö. 450 – 360) — qədim yunan filosofu, Sokratın öyrəncisi, Meqara məktəbinin yaradıcısı. Diogenes Laertiusa görə, Aristippus üç hissədən ibarət olan “Liviyanın tarixi” və bir çox dialoqların müəllifi olmuşdur. Evklides zamanımıza çatmayan dialoqların yazarı olmuşdur. Onun çoxlu tələbələri var idi. == Fəlsəfəsi == Euklides hesab edirdi ki, dünyada yalnız Xeyir vardır, ona Həqiqət, Ağıl, Tanrı da deyilir. İnsan həyatının ən yüksək məqsədi onu dərk etməkdir. Dünyadakı bütün başqa şeylər və olaylar əslində yoxdur, onların var olması aldadıcıdır.
Federal memarlıq
Federal, üslublu memarlıq — 1780-1830-cu illər arasında Şimali Amerikada yaranıb genişlənən memarlıq adı. Xüsusilə 1785-ci ildən 1815-ci ilə qədər bu memarlıq üslubu üstünlük təşkil etmişdir. Bu üslub öz adını yarandığı dövrü ilə - ölkənin federal müddəti ilə bölüşdürmüşdür. Federal üslubu ismi eyni zamanda, Birləşmiş Ştatlarında mebel dizaynı ilə birlikdə istifadə olunur. Üslub daha çox orta sinif klassisizm, almandilli torpaqlarda Biedermeier üslubu ilə uyğunluq təşkil edir. Eyni zamanda Britaniyada Regency üslubuna uyğundur. == İstindalar == == Xarici keçidlər == Federal-üslub memarlıq anlayışı Arxivləşdirilib 2008-02-22 at the Wayback Machine Federal-üslub memarlıq ilə tanışlıq Federal Style, 1780-1820 - Coleman-Hollister Evi Federal üsluba Nümunələr (1780-1820) Federal üslubun tədqiqat biblioqrafiyası, federal Evlərin fotoşəkilləri.
Funksionalizm (memarlıq)
Funksionalizm — XX əsr memarlıq cərəyanıdır. Almaniyada ("Bauhauz" məktəbi) və Niderlandda yaranmışdır. Funksionalizm 1910-1920-ci illərin konstruktivizmi və avanqard bədii hərəkatı əsasında formalaşdı və 1930-cu illərdə müstəqil bir memarlıq üslubu kimi formalaşdı. Məsələn, Rusiya inqilabının, utopik anlayışları və idealist fikirləri funksionalizmin hüdudlarında əks etdirən konstruktivizmdən fərqli olaraq, memarlar formulaya uyğun olaraq konkret utilitar-konstruktiv vəzifələri həll etdilər: funksiya - tikinti - forma - keyfiyyət. Qərbi Avropa funksionallığı ideyaları yeni materialların və tikinti texnologiyalarının istehsalında elmi və texnoloji tərəqqinin ehtiyaclarından əmələ gəlmişdir. Funksionalizm prinsipləri bina və tikililərin sənaye və məişət proseslərinə və onlarda olan funksiyaların (utilitar, kommunikativ, sosial-mədəni) ciddi şəkildə uyğunlaşdırılmasını nəzərdə tutur. Funksionalizmin mənşəyi ənənəvi ingilis evinin "rasional memarlıq" ənənələrinə, V. Morrisin və "İncəsənət və sənətkarlıq" emalatxanalarına, J. Hoffman, L. Bauer və K. Moserin Vyana emalatxanalarına, G. Muteisusun nəzəri görüşlərinə və alman Verkbundun fəaliyyətinə əsaslanır. Funksionalizm prinsipləri ən çox Almaniyada bauhauz məktəblərində və Niderlandda de steil dərnəyində inkişaf etmişdir. Xüsusi əhəmiyyət daşıyan Gottfried Semper və onun "Praktik Estetika", P. Behrens və O. Vaqerin əsərləri olmuşdur.Fəaliyyətlilik, məqsədləri, ərazi şəraiti və ətraf mühit tələblərindən asılı olaraq ev tikməyə imkan verdi. Məsələn, İngiltərədə əhalinin sıxlığı olan ərazilərdə çoxmərtəbəli binaların inşası üstünlük təşkil edirdi.
Fəxrəddin Meydanlı
Fəxrəddin Meydanlı (Fəxrəddin Seyfəddin oğlu Əzizov; d. 10 aprel, 1954, Boyat, Ucar rayonu, Azərbaycan SSR) — Şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin (2004), Azərbaycan Yazıçılar Birliyinin (2006) və Azərbaycan Aşıqlar Birliyinin (2010) üzvü. == Həyatı == Fəxrəddin Meydanlı 1954-cü ilin 10 aprel tarixində Azərbaycan SSR-nin Ucar rayonunun Boyat kəndində müəllim ailəsində anadan olmuş, 1961-1971-ci illərdə Boyat kənd orta mətəbində oxuyaraq, tam orta təhsil almışdır. O, orta məktəbi bitirdikdən sonra iki il M.Füzuli adına kolxozda çalışmış və 1973-cü ildə D.Bunyat-zadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) «Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı» fakultəsinin «Əməyin iqtisadiyyatı» ixtisası üzrə qiyabi şöbəsinə daxil olaraq, 1980-ci ildə təhsilini başa vuraraq iqtisadçı ixtisasına yiyələnmişdir.1975-ci ilin may ayından 1977-ci ilin may ayınadək Stavropol diyarındakı 1904 №-li Xüsusi Texniki Tikinti Botalyonunda Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 1977-ci ilin dekabr ayından 1983-cü ilin dekabr ayınadək Azərbaycan SSR Yerli Sənaye Nazirliyinin Bakı şəhərindəki Evlərdə Zəhmət Kombinatında mühasib, Kombinatın Əmək və əmək haqqının təşkili şöbəsində normalaşdırıcı mühəndis və əmək haqqı üzrə böyük mühəndis vəzifələrində çalışmışdır. 1983-cü ilin dekabr ayında köçürmə yolu ilə Azərbaycan SSR Yerli Sənaye Nazirliyinin mərkəzi aparatının Əmək və əmək haqqının təşkili şöbəsinin aparıcı iqtisadçısı vəzifəsinə, 1987-ci ilin mart ayında isə həmin Nazirliyin Maliyyə şöbəsinin müdiri vəzifəsinə təyin edilməklə 1989-cu ilin mart ayınadək orada işləmişdir. 1989-cu ilin mart ayında köçürmə yolu ilə Azərbaycan SSR Maliyyə Nazirliyinin mərkəzi aparatının Dövlət büdcəsinin icmallaşdırılması şöbəsində Maliyyə və statistika yarımşöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, mərkəzi aparatın ayrı-ayrı Baş İdarə və İdarələrində müxtəlif vəzifələrdə çalışmaqla, 2003-cü ilin sentyabr ayınadək orada çalışmışdır. 2003-cü ilin sentyabr ayından 2008-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatında Əmək pensiyaları şöbəsinin müdir müavini vəzifəsində işləmişdir. 1 may 2008-ci il tarixindən hal-hazıradək isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ-SOCAR) İqtisadiyyat və Uçot İdarəsinin Vergilər şöbəsində aparıcı iqtisadçı vəzifəsində çalışır. == Bədii yaradıcılığı == Hələ uşaqlıq çağlarından poeziyaya olan tükənməz həvəsi Fəxrəddin Meydanlı, ötən əsrin 70-ci illərinin əvvəllərindən onun özünü də şeir yazmağa sövq etmişdir.
Kapella (memarlıq)
Kapella – Kilsəyə nisbətdə daha kiçik xristian məbədi və ya müqəddəs ibadətgahı. Adətən böyük kilsə, kollec, xəstəxana, saray, həbsxana və ya qəbiristanlıq bir təşkilat yaxud məntəqə ilə əlaqəli olur. Zaman-zaman böyük kilsələrin içərisində bir müqəddəsin adına həsr olunmuş kiçik ibadət yerləri, kapellar da mövcud olur. Əsasən isə kiçik yaşayış məntəqələrində və ya yol kənarında dini etiqadları yerinə yetirmək üçün hazırlanmış dua etməyə və şam yandırmağa münasib xüsusi yerlər kimi təsvir olunur.
Konstruktivist memarlıq
Konstruktivizm, Konstruktsionizm və ya Konstruktivist memarlıq — müasir memarlığın bir növü olub, daha çox Sovet Sosialist Respublikaları İttifaqında 1920-ci və 1930-cu illərin əvvəlində geniş yayılmışdır. Bu növ memarlıq inkişaf etmiş texnologiyanı və mühəndislik elmlərini dövürün Kommunist ideologiyasına uyğun bir sosial məqsədlə birləşdirməyi və bu məqsəd istiqamətində dizaynlar etməyi hədəfləmişdir. Hər nə qədər bir-biri ilə rəqib olan bir neçə qrup olsa da, 1932-ci ildə tamamilə popyularlığını itirənə qədər, bir çox dizaynı tətbiq etmək fürsətini əldə etmiş və tamamlanmışdır. Həmçinin, 1932-ci ildən sonra gözdən düşməsinə baxmayaraq, sonrakı illərdə və dövrlərdə yeni memarlıq istiqamətlərinə olduqca əhəmiyyətli təsirləri olmuşdur. == Konstruktivizm haqqında == Kontstruktizm Rus futurizmindən irəli gələn daha geniş kontstruktiv incəsənət cərəyanından meydana çıxmışdır. Kontstruktiv incəsənət üç ölçülü kubist təxəyyülünü kinetik ünsürləri olan tamamilə mücərrəd qeyri-obyektiv “konstruksiyalara” tətbiq etməyə təşəbbüs göstərmişdi. 1917-ci il Rusiya inqilabından sonra o, öz diqqətini yeni rejimin tələb etdiyi yeni sosial tələblər və istehsalat məsələlərinə çevirdi. İki müxtəlif düşüncə tərzi meydana çıxdı. Birincisi fəza və ahənglə əlaqəli Antuan Pevsner və Naum Qabonun “Realist manifest”ində ümumiləşmişdi. İkincisi isə Maarifçilik Komissarlığı daxilindəki mübarizəni təmsil edirdi.
Kopenhagen meyarları
Kopenhagen meyarları namizəd ölkələrin Avropa İttifaqının bir hissəsi ola bilməsi üçün yerinə yetirməli olduqları şərtlərə istinad edir. Bu meyarlar 1993-cü ildə Kopenhagendə Avropa Şurası tərəfindən müəyyən edilmiş, daha sonra 1995-ci ildə Madriddə Avropa Şurası tərəfindən gücləndirilmişdir. Kopenhagen meyarları həmçinin 1993-cü ildə Danimarkada Avropa Şurası tərəfindən müəyyən edilmiş qaydalara istinad edir.
Mehralı Qasımov
Qasımov Mehrəli Süleyman oğlu (30 oktyabr 1993, Bakı) — Ukrayna Respublikasının Azərbaycandakı Fəxri Konsulu, "Ukrayna Mərkəzi"nin təsisçisi. == Həyatı == Mehrəli Qasımov 30 oktyabr 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2009–2013-cü illərdə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində bakalavr, 2013–2015-ci illərdə eyni fakültədə magistr təhsili almışdır. 2022–2023-cü illərdə Böyük Britaniyanın Kraliyyət ailəsinin üzvü Prince Michael of Kent-in rəhbərlik etdiyi The Institute of Certified Financials Managers Universitetində İnsan Resurslarının İdarə edilməsi üzrə təhsil almışdır. 2009 –2013-cü illərdə Ukraynada fəaliyyət göstərən "SOCAR Energy" (Satış şöbəsi), 2013–2015-ci illərdə "SAP Azerbaijan" (Satış üzrə menecer), 2015–2020-ci illərdə "DeGolyer&MacNaughton Corp. USA" (Direktor müavini) şirkətlərində çalışmışdır. 2020-ci ildən Ukrayna Xarici İşlər Nazirliyində (Ukraynanın Azərbaycandakı Fəxri Konsulu) çalışır. Ukrayna ilə Azərbaycan arasında bir çox strateji, iqtisadi-ticarət layihələrinin reallaşdırılmasında xüsusi rol oynayır.Azərbaycanda "Ukrayna Mərkəzi"nin təsisçisidir. == Mükafatları == Ukrayna Prezidenti Volodimir Zelenskinin Sərəncama görə, Qasımov Mehrəli Süleyman oğlu III dərəcəli "Xidmətə görə" ("За заслуги") ordeniilə təltif edilib. == İstinadlar == == Xarici keçidlər == Ukraine opens first honorary consulate in Azerbaijan Ukrainian Honorary Consulate in Shamakhi, Azerbaijan The first Honorary Consulate of Ukraine opens in Azerbaijan Ukraine opens its first honorary consulate in Azerbaijan Arxivləşdirilib 2022-01-15 at the Wayback Machine We do believe in the bright future of Ukraine, being independent, and use all our international experience to bring it closer".
Memarlıq doktoru
Elmlər doktoru (rus. доктор наук) — elm sahələri üzrə doktoranturada verilən ən yüksək elmi dərəcə. == Haqqında == Elmlər doktoru elmi dərəcəsi 13 yanvar 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə təsis edilib. Bu dərəcə müvafiq elm sahəsində fəlsəfə doktoru dərəcəsi olan və doktorluq dissertasiyası müdafiə etmiş şəxslərə verilir. Elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya müəllifin aparmış olduğu tədqiqatlar əsasında bütövlükdə, həmin elm sahəsində yeni perspektivli istiqamət kimi qiymətləndirilən, elmi müddəaları ifadə edən və əsaslandıran, yaxud xalq təsərrüfatı üçün siyasi və sosial-mədəni əhəmiyyət kəsb edən böyük elmi problemin həllini nəzəri cəhətdən ümumiləşdirən müstəqil iş olmalıdır.
Memarlıq tənqidi
Memarlıq tənqidi və ya memarlığın tənqidi, ümumiyyətlə bir bina haqqında onun tarixi prosesdəki əhəmiyyətini tədqiq edən və ya özünəməxsusluğunu vurğulayan və ya əhəmiyyətli bir sahədə və ya məqsədlə həyata keçirilməsinə dair bir yazı və ya fikirdir. İnkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə çıxan bir çox qəzetdə, incəsənət və memarlığın işıqlandırıldığı hissələrdə memarlıq tənqidinə də yer verilir. Bu, ümumiyyətlə qəzetlərin incəsənət hissəsində olsa da, bəzi hallarda əmlak hissələrində və ya digər hissələrində də ola bilər. Ada Louise Huxtable qəzetlərdə memarlıq tənqidçisi kimi fəaliyyətə başlayan ilk şəxslərdən biri olmuşdur. 1963-cü ildən ABŞ-nin New York şəhərində çıxan beynəlxalq əhəmiyyətli bir qəzet olan New York Times üçün məqalələr yazmağa başlamışdır. 1930–1950-ci illər arasında Lewis Mumford, əsasən memarlıq tənqidi istiqamətindəki əsərlərini New Yorker jurnalında yazmışdır.
Memarlıq üslubu
Memarlıq üslubu — memarlıq xüsusiyyətlərin və əlamətlərinin məcmusudur. Memarlıq üslubunu, müəyyən dövrün və yerin xarakterik xüsusiyyətləri, funksional, konstruktiv və incəsənət tərəflərinin fərqliliyi formalaşdırır və onun ikişafı iqlim, dini və mədəni amillərdən asılıdır. Memarlığın inkişafı zamandan birbaşa asılı olmasına baxmayaraq, həmişə üslublar ardıcıllıqla dəyişmir. Müəyyən dövrlərdə, fərqli üslubların eyni zamanda mövcudluğu tarixdə müşahidə olunmuşdur (məsələn, barokko və klassisizm, modern və eklektika, funksionalizm, konstruktivizm və ar-deko).
Meyvəlı, Fındıqlı
Meyvəli - Rizə vilayətinin Fındıklı rayonunda kənd.
Modern memarlıq
Modern memarlığı — memarlıq üslubu, 1890–1910-cu illərdə Avropada yayılmışdır. == Yaranma tarixi == İncəsənət modern üslubunda işləmiş ilk memarlarından biri, Belçikalı Viktor Horta olub. Öz layihələrində, o, yeni materiallar, əsasən metal və şüşə istifadə etmişdir. Dəmirdən hazırlanmış struktur daşıyanlara fantastik, bitkiyə bənzər, formalar verirdi. Fransada modern fikiri Hektor Qimar yayıldırıb. Amma ən çok klassik anlayışdan Antonio Qaudi getdi.
Müasir memarlıq
Müasir memarlıq – XXI əsrin memarlığı. Müasir memarlıqda üstünlük təşkil edən üslub yoxdur. Müasir memarlar hay-tek, postmodernizm və ənənəvi üslubların yeni təriflərindən istifadə edirlər.
Neoklassik memarlıq
Neoklassik memarlığı — memarlıq üslubu. == Məzmun == Memarlıqda klassisizm ənənələri ilə bağlı ən çox yayılmış neoklassik cərəyanların 3 mərhələsi fərqlənir: Təqribən 1910–1920-ci illərin ortaları; 1930-cu illər; 1950-ci illərin axırlarından başlanan mərhələ.1-ci dövrdə eklektizm və modern memarlığındakı forma sərbəstliyinə və bəzəklərin ifrat çoxluğuna qarşı klassik formalar əsas götürülürdü. 1910-cu illər rus memarlığında klassika dövrünün memarlıq prinsiplərinə meyl göstərilirdi (İ.A.Fomin, İ.V.Joltovski və başqaları). 1910–1920-ci illərdə Neoklassik memarlıq ABŞ və Böyük Britaniyanın rəsmi memarlığı daxilində inkişaf edir, dəbdəbəliyi və monumentallığı ilə fərqlənirdi (Vaşinqtonda Linkoln memorialı, 1914–1922). 1930-cu illərdə İtaliya və Almaniyada Neoklassik memarlıq vasitələrindən faşist ideologiyasının təbliği üçün istifadə edilmişdi (Romada universitet şəhərciyi, Berlində imperiya dəftərxanası və sair). 1950-ci illərin axırlarından Neoklassik memarlıq əsasən ABŞ memarlığında geniş yayılmışdır (memarlar: E.Stoun, V.Qropius, E.Saarinen və başqaları). Neoklassik memarlıq prinsipləri həmçinin 1930-cu illərin 2-ci yarısı — 1950-ci illərin əvvəllərində sovet memarlığında da əksini tapmışdı. == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
Portal (memarlıq)
Portal (lat. porta — qapı, darvaza) — iri tikililərin arxitektur tərtibata malik əsas girişi. Adətən detallı ornamentlərlə işlənmiş geniş çərçivəyə malik olur, amma sadə tərzdə də hazırlana bilər. "Portal" anlayışı həm də kaminin dekorla işlənmiş ön hissəsini və tunnellərin giriş-çıxışlarını ifadə etmək üçün də işlədilir. == Məzmun == Qədim Misir və antik dövr memarlığı üçün yastı bəndli və sadə bəzəkli, qədim Mesopotamiya tikililəri üçün tağlı portal xarakterik olmuşdur. XI əsrdən roman, rotika və qədim rus memarlığında içəriyə doğru çıxıntılarla daralan portallar, Renessans və barakko dövrlərində üzərində antablement və fronton daşıyan pilyastr və sütunlarla haşiyələnmiş portallar geniş yayılmışdır. Azərbaycanda haşiyəli, sivri açırım içərisində yerləşən kiçik girişdən ibarət, incə bəzəkli portal kompazisiyası tətbiq olunmuşdur. Yaxın və Orta Şərq memarlığında yayılmış qoşa minarəli portal kompozisiyasının Azərbaycanda yarandığı ehtimal edilir.
Postmodern memarlıq
Postmodern memarlıq - 1960-cı illərdə yaranmış yeni memarlıq üslubu. 1980-ci ildə məşhur oldu.
Qotik memarlıq
Qotika (it. gotica) — german qəbiləsi qotların adından götürülmüşdür) — Qərbi Avropa ölkələrinin bir çoxunda yayılmış 12-13-cü əsr memarlıq üslubudur. Yüksəklərə millənən memarlıq formalarının üstünlük təşkil etməsi ilə, çatma günbəzləri olan daş karkasın səciyyəvi konstruktiv sistemi ilə, daş üzərində naxışların, heykəllərin bölgüsü ilə, rəngli şəbəkələrin istifadəsi ilə xarakterizə olunur.
Qotika (memarlıq)
Qotika (it. gotica) — german qəbiləsi qotların adından götürülmüşdür) — Qərbi Avropa ölkələrinin bir çoxunda yayılmış 12-13-cü əsr memarlıq üslubudur. Yüksəklərə millənən memarlıq formalarının üstünlük təşkil etməsi ilə, çatma günbəzləri olan daş karkasın səciyyəvi konstruktiv sistemi ilə, daş üzərində naxışların, heykəllərin bölgüsü ilə, rəngli şəbəkələrin istifadəsi ilə xarakterizə olunur.
Cəyirli
KəndlərCəyirli (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Cəyirli (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Cəyirli (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Cəyirli (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd.
Meyvəli
Meyvəli (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində qəsəbə. Meyvəli (Fındıqlı) — Rizə vilayətinin Fındıklı rayonunda kənd.
Məzarlıq
Qəbiristanlıq - Ölülərin dəfn edildiyi ümumi ərazi. == Sözün mənşəyi == Azərbaycan dilində qəbir sözü qədim Akkad dili və İvrit dili ilə qohumdur. Belə ki, Akkad dilində qebēru , qebru, qubūru, qubirtu, qabbiru, naqbaru və İvrit dilində qever sözləri eyni məna ilə istifadə olunub.İbtidai-icma quruluşu zamanı, ölülər evlərin yaxınlığında, arasında və ya içərisində dəfn edilirdi. Bu dövrlərdə geniş məzarlıqlar mövcud olmamışdır. Orta əsrlərdə Taun, Vəba kimi xəstəliklərin sürətlə yayılması nəticəsində cəsədləri, insanların yaşadığı ərazilərin kənarında dəfn edilməyə başlanıldı. Xəstəlik təhlükəsindən bəzi cəsədlər yer altı katakombalara yerləşdirilirdi. Katakoba şəklində dəfn adəti qədim zamanlardan olsa da, Paris şəhərində XIX (19-cu) əsrə aid katakombalar vardır. Burada xəstəlikdən ölmüş insanlar dəfn edilmişdir. Bir sıra qəbirstanlıqlar vardır ki, orada məşhur insanların dəfn olunmamsı səbəbindən bütün dünyada məşhurdur. Paris şəhərində yerləşən Per-Laşez qəbiristanlığında 400-dən artıq məşhur şəxs dəfn olunmuşdur.
Meyami
Meyami — İranın Simnan ostanının Şahrud şəhristanının Meyami bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,057 nəfər və 1,116 ailədən ibarət idi.
Meşari
Meşari (alb. Meshari) - alban dilində çap edilmiş ilk kitab. Hal-hazırda tək bir nüsxəsi mövcuddur. Kitab 188 səhifədən ibarət olmuşdur və yazılar səhifələrdə iki sütunla yazılmışdır. == Tarixi == Kitab təxminən 1555-ci ildə Venesiyada katolik yepiskopu Gön Buzuku tərəfindən nəşr edilmişdir. Meshari 1740-cı ildə Skopyedə aşkar edildi, bir müddət sonra isə onun haqqında məlumatlar itdi. 1910-cu ildə kitabın bir nüsxəsi Katolik Yepiskopu Luzi Skiroi tərəfindən yenidən aşkar edildi. 1930-cu ildə kitabın fotonüsxəsi, 1968-ci ildə isə elm adamlarının rəyləri ilə kitab yeni formada nəşr olundu. Hal-hazırda orijinal kitab Vatikan Kitabxanasındadır. Vatikan nüsxəsində kitabın titul vərəqi və ilk 16 səhifəsi yoxdur.
Cəyirli (Bərdə)
Cəyirli — Azərbaycan Respublikasının Bərdə rayonunun Güloğlular inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Əhalisi 853 nəfərdir (2009).
Cəyirli (Göyçay)
Cəyirli — Azərbaycan Respublikasının Göyçay rayonunun Cəyirli kənd inzibati ərazi dairəsində kənd. == Toponomikası == Cəyirli yaşayış məntəqəsinin Şamaxı rayonun Cəyirli kəndindən ayrılıb gəlmiş ailələr burada saldığı üçün kənd belə adlandırılmışdır. Cəyirli – qəadim türk mənşəli tayfadır. Oykonim “cəyirli” türkdilli tayfasının adını özündə əks etdirir. == Coğrafiyası == Rayon mərkəzindən cənubda, Göyçay çayı sahilində, Göyçay – Ucar avtomobil yolu üzərində, Şirvan düzündə yerləşir. == Əhalisi == Əhalisinin sayı 1258 (2009) nəfərdir. == Məşğuliyyəti == Kənd əhalisi əsasən heyvandarlıq, üzümçülük, taxılçılıq, pambıqçılıq və bağçılıqla məşğul olur. == Faydalı qazıntıları == Göyçay çayı dərəsinin və Cəyirli kəndinin yaxınlığında çay daşı, çınqıl, qum çıxarılır.
Cəyirli (Qobustan)
Cəyirli — Azərbaycan Respublikasının Qobustan rayonunun Cəyirli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Cəyirli kəndinin adı eyniadlı tayfanın adı ilə bağlıdır. Cəyirli tayfası Tulunc yaylasında oturaq həyata keçmiş, və beləliklə Cəyirli kəndi yaranmışdır. Cəyirlilər Çakirli, Çəkirli şəklində adlarla bilinən Qaraqoyunlu tayfalarından biridir. Öz adını Cəlayirilər dövründə Əmir Cagirdən aldığı güman edilən bu tayfa onun ölümündən sonra oğlu Bəstam Cagir tərəfindən idarə edilmişdir. Ərdəbil bölgəsinin bu tayfanın qədim yurdu və Qızılbaş tayfasından olduğu qeyd edilmişdir. Tayfanın ən böyük əmiri Əmir Bəstam illərlə Qara Yusif Türkmanla vuruşdu və axırda onun əmir əl-ümərası oldu.(Onun) oğlanlarından Əmir Bayəzid Cahanşah padşahın divan əmiri (əmir-i divan) idi və ölümündən sonra qardaşı Əbülfəth bəy onu əvəz etdi. Bəyazid bəyin oğlu Ömər bəy isə Cahanşahın böyük əmiri olmuş,Həsənəlinin məğlubiyyətindən sonra Əbu Səidin xidmətinə keçmişdir.Sonda isə Həsən padşah tərəfindən əsir alınmışdır. Tayfanın nümayəndələrindən Əli bəy Cahan şahın böyük əmiri idi və Səncəq döyüşündə Həsən padşahın qoşunu tərəfindən öldürüldü.Bu tayfa ilə bağlı olan oykonimlər İmişli, Göyçay, Cəbrayıl və Masallı bölgələrində "Çaxırlı" şəklində saxlanılmışdır. Lakin Cagirlu tayfası ilə bağlı oykonimlərə vaxtı ilə Göyçay,Cavanşir,Nuxa,Şamaxı və Yelizavetpol qəzalarında Cagirli,hazırda isə Bərdə, Şəki, Göyçay, Şəmkir və Qobustan bölgələrində Cəyirli formasında rast gəlinir.
Cəyirli (Şəki)
Cəyirli — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şəki rayonunun Sucma inzibati ərazi vahidində kənd. Şəki yaylasındadır. Etnotoponimdir. == Əhalisi == Kəndin əhalisi 2046 nəfər təşkil edir ki, onun da 1039 nəfəri kişi, 1007 nəfəri isə qadındır. .
Cəyirli bələdiyyəsi
Cəyirli bələdiyyəsi (Şəki) — Şəki rayonuda bələdiyyə
Həsən Xəyallı
Həsən Xəyallı (Həsən Məhərrəm oğlu Hacıyev; 1902, Daşkənd, Yeni Bəyazid qəzası – 10 aprel 1966, Daşkənd, Basarkeçər rayonu) — Azərbaycan şairi. == Həyatı == Həsən Xəyallı 1902-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Kiçik yaşlarından dayısı Hacı Rəhimdən, anası Başxanım Şəfiqızından dini təhsil almış və eyni zamanda saza-sözə çox böyük maraq göstərmişdir. Göyçə ədəbi mühitində böyüyən Həsən Xəyallı hazırcavablığı ilə erkən yaşlarından hamının diqqətini cəlb etmişdir. Həsən Xəyallı öz zəngin yaradıcılığı ilə Göyçə ədəbi mühitinə yeni nəfəs, yeni çalar gətirmiş sənətkarlardan olmuşdur. Müxtəlif sənət adamları ilə dostluq etmiş, (xüsusən Aşıq Ələsgər ocağından Növrəs İman, Aşıq Nəcəf, Aşıq Musa ilə) deyişib dərdləşmişdir. Bədii yaradıcılıqla məşğul olmaqla bərabər, dinin mükəmməl bilicisi kimi də el arasında böyük şöhrət qazanmışdır.1942-ci ildə Böyük Vətən müharibəsinə getmiş və Krım cəbhəsində döyüşmüşdür. Qüdrətli söz sənətkarı, ustad şair ömrünün 64-cü baharında, 10 aprel 1966-cı ildə əbədiyyətə qovuşmuşdur, məzarı doğma Daşkənd kəndindədir. Ölümündən sonra şeirləri mərkəzi qəzet və jurnallarda çap olunmuş, haqqında radio və televiziyada verilişlər hazırlanmışdır. Həsən Xəyallının "Alındı", "Gəl alım", "Olar" rədifli şeirləri böyük sənətkar olduğunu, aşıq şeiri üslubunda əvəzsiz nümunələr yaratdığını göstərir.