Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qida məhsulu
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. == Üzvi maddələr == === Zülallar === Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Turizm məhsulu
Turizm məhsulu - səyahət zamanı turistin tələbatının ödənilməsi üçün lazım olan maddi istehlak malları və qeyri-maddi (xidmət formasında) istehlak dəyərinin toplusudur. == Növləri == Bütövlük (tamlıq) - məhsulun tam olması və müştəri tələbatlarını tam ödəməsi Effektlilik - turistin az xərclə, yüksək effekt əldə etməsi Etibarlılıq - məhsulun tərkibinin reklamla uyğunluğu, keyfiyyətin informasiya ilə təsdiq olunması Aşkarlıq - məhsulun istehlakçı və onun yönümü həm turistə, həm də xidmət personalına aydın olmalıdır. Çeviklik - məhsulun və xidmət sisteminin başqa tip istehlakçıya uyğunlaşması Qonaqpərvərlik - insanlarla görüşdən məmnunluq hissini onlara aşılamaq bacarığı, təvazökarlıq, hörmət, personalın gülərüzlüyü, qonaqlara və turistlərə səmimi münasibətindən ibarətdir. == Xidmət tədarükçüləri == Turun təşkili zamanı turistlərə göstərilən kompleks xidmətdə iştirak edən bütün müəssisə və təşkilatlar - xidmət tədarükçüləri adlanır. Turizm firması bu tədarükçülərlə öz münasibətlərini müqavilə əsasında qurur.
Yumurta (qida məhsulu)
Yumurta – qida məhsulu və həyat mənbəyi. Dünyanın heç bir mətbəxi qədim zamanlardan yumurtasız deyildir. İnsanlar yumurta ilə qidalanmağa o qədər qədimdən başlayıblar ki, bəlkə də bu onların ilk qida məhsullarından biri olmuşdur. Qədim insanlar bir çox quşların iri və xırda yumurtalarını oğurlayaraq istifadə edirdilər. Qədim Misirdə insanlar qutanın yumurtasını Tanrı yolunda qurban edirdilər. Orta əsr xristianlarında isə növbətçi durduğun müddətdə yumurta yemək qadağan edilmişdir. Çində indiki dövrümüzə qədər qıcqırdılmış yumurtaların resepti saxlanılır, hansı ki, bu qərb insanlarına açıqlanmır. == Tarix == Beləliklə yüz illik, yaxud min illik yumurtalar gilin, duzun, samanın və başqa inqridentlərin də tərkibində uzun müddət qalmaq bacarığına malikdir. Yüz illik yumurtaların sarı hissəsi qara–yaşıl rəngə boyanır, ağı isə qəhvəyi rəngə çevrilir. Bütün bu qarışım ammonyak kimi iy verməsinə baxmayaraq Çinlilər bunu sevir.
Rəsullu
Rəsullu — Azərbaycanda daha çox işlədilən soyad və təxəllüs. Bu soyadı və təxəllüsü olan tanınmış insanlar Kəndlər Rəsullu (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Rəsullu (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Düz Rəsullu — Azərbaycan Respublikasının Gədəbəy rayonunda kənd.Digər Rəsullular — Azərbaycan soylarında, nəsillərindən biri. Düz Rəsullu bələdiyyəsi — Azərbaycan Respublikasının Gədəbəy rayonunda bələdiyyə.
Məhsul
Məhsul, məmulat, ərzaq ya da yeyinti — ölkə, region və şəxsi təsərrüfatın torpaq sahəsində müəyyən kənd təsərrüfatı bitkisinin yetişdirilərək əldə edilən nəticənsiin ümumi həcmi. Əksər məhsullar tоnla ölçülür.
Düz Rəsullu
Düz Rəsullu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənddir. Düz Rәsullu inzibati әrazi dairəsinin mərkəzidir. Düz Rәsullu inzibati әrazi dairəsinə Düz Rәsullu, Gәrmәşöylü, Göyәmli, Hüseynqulular, Rәhimli, Tәkyemişan kəndlәri daxildir. Düz Rəsullu Gədəbəyin mәrkәzindәn 43 km şimal-qərbindә, Murğuz dağ silsilәsinin şimali.Şərq әtәyindәdir. Әhalisi 2011-ci il məlumatlna görə 509 nəfərdir. Kənd sakinləri heyvandarlıq vә әkinçiliklә (kartofçuluq) mәşğuldur. Kənddə tam orta mәktәb, musiqi mәktәbi, kitabxana, tibb mәntәqәsi, mәdәniyyәt evi, poçt, ATS var. == Tarixi == Düz Rəsullu kəndinin dəqiq salınma tarixi məlum deyil. Kəndin ağsaqqallarının ata-babalarından eşitdiklərinə görə Düz Rəsullu kəndinin 300 ildən çox qədim tarixi var. Kəndin əsasını Qazax rayonunun Dəmirçilər kəndindən köçüb gəlmiş Rəsul adlı şəxs salıb.
Mosullu oymağı
Mosullu oymağı — Ağqoyunlu və Səfəvi imperiyalarında fəaliyyət göstərmiş ən aktiv türk tayfalarından biri. Səfəvi imperiyası zamanı Qızılbaş tayfalarını təşkil edən tayfalardan biri olmuşdur. Səfəvi imperiyasında daha çox Türkman adı ilə anılan Mosullu tayfa bir neçə şahın anasının çxıdığı tayfa olmuşdur. Adın kökəni Mosul bölgəsindən gəlməkdədir. == Tarix == Türk tarixçisi Tufan Gündüz və Con E. Vudsun bildirdiyinə görə, Mosullu tayfası Ağqoyunlu imperiyasına hakimlik edən 3 əsas tayfadan biri olmuşdur. Digər iki tayfa isə Pörnək və Bayandurlu tayfası idi. Onların əsas nəzarət etdikləri ərazilər Diyarbəkir ilə İrəvan ətraflarında olmuşdur. Onlar ilk əvvəllərdə, yəni 1451-ci ildə Ağqoyunlu bəyliyində varislik üstündə münaqişə meydana çıxdığı zaman Qara Yuluq Osman bəyin oğlu Həmzə bəy ilə Şeyx Həsəni dəstəkləmiş, lakin daha sonralar öz dəstəklərini Uzun Həsənə yönəltmişdirlər. 1475-ci ildə Uzun Həsənin qardaşı Üveysin məğlub edilməsindən sonra Urfa şəhəri Mosullu tayfasına verilmişdir. Səfəvi imperiyasının formalaşmasında da Mosullu tayfası mühüm rol oynamışdır.
Qazma məhlulu
Qazma məhlulu — Geotexniki mühəndislikdə qazma məhlulu torpaqdakı buruq quyularını qazmağa kömək etmək üçün istifadə edilir. Qazma mayesi tez-tez istifadə olunan neft və təbii qaz və həmçinin də kəşfiyyat qazma quyusunda artezian quyularındakı kimi çox sadə buruq quyularında istifadə olunur. Qazma mayesi tez-tez gilli məhlul da adlandırılır. Qazma mayesinin üç əsas növü var:su əsaslı qazma məhlulu (hansı ki dipers və qeyri-dispers ola bilir) , adətən neft əsaslı gilli məhlul adlanan qeyri sulu məhlullar və qazların geniş çeşidi istifadə oluna bilən qazəmələgətirici qazma məhlulu. Qazma məhlulunun əsas funksiyasına quyu lüləsinə daxil olan lay mayelərinə olan təzyiqin qarşısını almaq, qazma zamanı qazma baltasını təmiz və sərin saxlamaq, qazma suxurlarını çıxarmaq daxildir. Xüsusi iş üçün istifadə olunan qazma mayesi laydakı zərərdən qaçmaq və korroziyanı məhdudlaşdırmaq üçün seçilib. == Qazma məhlulunun tipləri == Qazma məhlullarının bir çox növləri gündəlik istifadə olunur. Bəzi quyular tələb edir ki, dəliyin müxtəlif hissələrində qazma məhlulunun müxtəlif növlərindən istifadə olunsun və ya bəzi növləri digərləri ilə kombinasiyada istifadə olunsun. Ümumiyyətlə mayenin müxtəlif növləri bir neçə geniş kateqoriyaya bölünür: Hava:Sıxılmış hava ya quyunun dairəvi yeri ilə aşağı ya da qazma kəmərinin özünün aşağısına vurulur. Hava/su: Su əlavə etməklə özlülüyü artırmaq, quyunu yumaq, daha soyuq olmasını təmin etmək və təmizliyinə nəzarət etməkdir.
Rəsullu (Daşkəsən)
Rəsullu — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndi Gədəbəy rayonunun Çay Rəsullu kəndindən köçüb gəlmiş ailələr saldığı üçün belə adlandırılmışdır. == Tarixi == Yerli məlumata görə, kəndi Gədəbəy rayonunun Çay Rəsullu kəndindən köçüb gəlmiş ailələr salmışlar. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qabaqtəpəçayın (Şəmkirçayın qolu) sahilində, dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Rəsullu kənd kitabxana filialı fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Rəsullu (İmişli)
Rəsullu — Azərbaycan Respublikasının İmişli rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndi rəsullu nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. == Coğrafiyası == Kənd düzənlikdə yerləşir.
Çay Rəsullu
Çay Rəsullu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Çay Rəsullu oyk. Gədəbəy r-nunun eyniadlı i.ə.v.-də kənd. Axınca çayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini 19-cu əsrin birinci yarısında Abşerondan və Şamaxı şəhərindən gələn köçkünlər yaratmışlar. İlk əsası Alı adlı bir qoca və onun beş oğlu tərəfindən qoyulan Cay Rəsullu və Bəydəmirli kəndləri sonralar ətraf kəndlərin məskunlaşmasında böyük rol oynamışlar. Oykonim çay və Rəsullu (etnotoponim) komponentlərindən düzəlib, "çay kənarındakı Rəsullu kəndi" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 927 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Mərhum İsmayılov Fərhad - görkəmli ziyalı; Mərhum Qəhrəmanov İlyas - müxtəlif yüksək vəzifələrdə işləmiş ziyalı; Şair Cəfər; Habil şınıxlı - görkəmli musiqiçi, bəstəkar Quliyev Cahangir - ustad aşıq Quliyev Qəzənfər Nazim Bəydəmirli — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı. İqtisad elmləri namizədi.
Boş məhsul
Riyaziyyatda boş məhsul və ya sıfır məhsul heç bir vuruğun vurulmamasının nəticəsidir. Konvensiyaya görə, boş cəm də olduğu kimi — heç bir rəqəmin əlavə edilməməsinin nəticəsi — sıfırdır. Rəqəmlər nəzərdə tutulduqda, boş məhsul birə bərabər olur. Boş məhsul termini hesab əməliyyatlardan bəhs edərkən ən çox yuxarıdakı mənada istifadə olunur. Bununla belə, termin kompüter proqramlaşdırmasında çoxluq-nəzəri kəsişmələri müzakirə edərkən istifadə olunur.
Məhsul (Zaqatala)
Məhsul — Azərbaycan Respublikasının Zaqatala rayonunun Əliabad qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zaqatala rayonunun Əliabad qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Məhsul qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Məhsul (biznes)
'Marketinqdə məhsul' — bazara təqdim edilə bilən və istehlakçıların ehtiyaclarını ödəyəcək bir məhsul və ya xidmət. Məhsullar maddi və qeyri-maddi olaraq bölünür. Sonunculara səyahət agentliyi xidmətləri və ya iş mühasibatı kimi xidmətlər daxildir. Bazarda olan bütün məhsullar təmiz mallardan təmiz xidmətlərə qədər dəyişə bilər. Təmiz xidmətlər, bir məhsulun əldə edilməsini müşayiət edən bütün fayda və satınalmaların əhəmiyyətli bir hissəsi hesab olunur, buna görə də xidmətin inkişafı və əlaqədar rəqabət işin vacib bir hissəsinə çevrilir. == Məhsulun təsnifatı == Bir məhsul maddi və ya qeyri -maddi olaraq təsnif edilə bilər. Maddi bir məhsul, bina, nəqliyyat vasitəsi, qadjet və ya geyim kimi toxunmaqla qəbul edilə bilən fiziki bir obyektdir. Qeyri-maddi məhsul, sığorta polisi kimi yalnız dolayı yolla qəbul edilə bilən bir məhsuldur. Xidmətlər geniş şəkildə dayanıqlı və ya qısamüddətli ola biləcək qeyri-maddi məhsullar kimi təsnif edilə bilər. === İstifadəyə görə === Sears, Roebuck və Company onlayn məhsul kataloqlarında məhsullarını "şöbələr" olaraq təsnif edir və sonra məhsullarını funksiyası və ya markası ilə potensial müştərilərə təqdim edir.Hər bir məhsulun Sears hissə nömrəsi və istehsalçının model nömrəsi mövcuddur.
Məhsul (dəqiqləşdirmə)
Məhsul Məhsul (qəzet) Məhsul (biznes) Məhsul (Zaqatala) — Azərbaycanın Zaqatala rayonunda qəsəbə. 5 oktyabr 1999-cu ildə ləğv olunub. Məhsul (stadion) – Bakı şəhəri, Yasamal rayonunda stadion.
Məhsul (qəzet)
Məhsul — 1931-ci ildən bəri nəşr olunan qəzet. == Fəaliyyəti == Biləsuvar rayonu İcra Hakimiyyətinin orqanı olan "Məhsul" qəzeti 1931-ci ildə təsis edilmişdir. Qəzet ilk dəfə " Qırmızl pambıqçı" adı ilə fəaliyyət göstərmişdir. Qəzetin ilk redaktoru Hüseyin Natiq olmuşdur. Qəzet keçən əsrin əllinci illərində "Yeni Muğan" adı ilə çap olunmuşdur. Qəzetin redaktoru 1955-1957-ci illərdə Əliyev Musaxan İsaxan oğlu idi. Qəzet 1957- ci ildən hal-hazıra kimi "Məhsul" adı nəşr olunur. 1957-2000-ci illərdə qəzetin baş redaktoru Əzizov Həmdulla Abdulla oğlu olmuşdur. 2000-2003-cü illərdə qəzetin redaktoru Quliyev Böyükbəy Həbib oğlu, 2003-2009-cu illərdə Şahbazov Surxay Qəhrəman oğlu və 2009-2016-cı illərdə Əhmədov Muxtar İsmayıl oğlu işləmişdir. 2017-ci ildən hal-hazıra kimi "Məhsul" qəzetinin baş redaktoru vəzifəsində Bağırov Qənbərəli Əliqulu oğlu fəaliyyətini davam etdirir.
Məhsul yerləşdirmə
Məhsul yerləşdirmə (ing. product placement, hərfi tərcümə məhsulun yerləşdirilməsi) — filmlərdə, televiziya proqramlarında, kompüter oyunlarında, musiqi kliplərində, kitablarda, illüstrasiya və rəsmlərdə qəhrəmanların istifadə etdiyi rekvizitlərin əsl kommersiya analoquna malik olmasından ibarət olan gizli reklamın qəbulu. Ən çox reklam edilən məhsulu, onun loqosunu birbaşa nümayiş etdirməklə yanaşı, məhsulu müsbət mənada qeyd etməkdə də özünü göstərə bilər. Peşəkar ədəbiyyatda məhsulun yerləşdirilməsi adətən PP abbreviaturası ilə qeyd olunur. 2006-cı ilin aprelində Broadcasting & Cable, reklam verənlərin üçdə ikisinin məhsul yerləşdirməsindən istifadə etdiyi statistikasını açıqladı, bunun 80%-i televiziya proqramlarından gəlir. Məhsulun yerləşdirilməsində bir neçə əsas komponenti ayırmaq adətdir: mənbə (müştəri şirkət), mesaj (PP-nin növləri və növləri nəzərdə tutulur), kanal (hər hansı bir televiziya məhsulu), alıcı (seçilmiş kanalın hədəf auditoriyası). == İstinadlar == == Ədəbiyyat == Березкина О. П. Product Placement. Технология скрытой рекламы. — Спб.: Питер, 2009. — 208 с.
Ümumi Daxili Məhsuldur
Ümumi Daxili Məhsul (ing. gross domestic product) — verilmiş zaman müddətində ölkə daxilində istehsal olunan əmtəə və xidmətlərin bazar dəyəridir. ÜDM, xüsusi zaman intervalı müddətində istehsal olunan mal və xidmətlər daxildir. Keçmişdə istehsal edilən məhsullara aid sövdələşmələr ÜDM-də əks olunmur. Adətən bu interval il və ya rüblərdir. ÜDM istehsalın həcmini ölkənin coğrafi hüdudları daxilində ölçür. Məsələn, Rusiya şirkəti Azərbaycanda fəaliyyət göstərirsə, onun yaratdığı dəyər Azərbaycanın ÜDM-də əks olunur və əksinə Azərbaycan şirkəti Türkiyədə fəaliyyət göstərirsə, onun istehsal etdiyi məhsul və ya göstəridiyi xidmət Türkiyənin ÜDM-də əks olunacaq. ÜDM ölkədə istehsal olunan və qanuni yolla satılan bütün əmtəə və xidmətləri əhatə edir. ÜDM bir neçə əsas məhsulun deyil, istehsal olunan hər məhsulun dəyərini özündə əks etdirir. == Nominal və real ÜDM == Nominal ÜDM – hesablamada istehsal edilən məhsulların aktual bazar qiyməti götürülür.
Düz Rəsullu bələdiyyəsi
== Tarixi == Düz Rəsullu bələdiyyəsi - Azərbaycan Respublikasının Gədəbəy rayonunun ərazisində 1999-cu ildə yaradılmış bələdiyyədir. == Əhatə dairəsi == Düz Rəsullu bələdiyyəsinin əhatə etdiyi ərazilərə Azərbaycan Respublikasının Gədəbəy rayonunun Bəydəmirli, Çay Rəsullu, Düz Rəsullu, Gərməşöylü, Göyəlli, Göyəmli, Hüseynqulular, Kollu, Rəhimli , Şınıx , Təkyemişan və Turşsu kəndlərinin əraziləri daxildir. Düz Rəsullu bələdiyyəsi həmin ərazi sərhədləri daxilində özünüidarəetmə formasında fəaliyyət göstərir. Gədəbəy rayonunun Düz Rəsullu bələdiyyəsi Azərbaycan Respublikasının Konstitusiyasına, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət kollegial orqan olub qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetməni həyata keçirmək məqsədilə yaradılmışdır, Düz Rəsullu və Şınıx bələdiyyələrinin hüquqi varisidir.Bələdiyyənin ünvanı: Gədəbəy rayonunun Düz Rəsullu kəndidir. 23 dekabr 2019-cu il Bələdiyyə seçkilərinin nəticələrinə görə Qurbanov Ələddin Nurəddin oğlu Düz Rəsullu bələdiyyəsinin sədri seçilmişdir.
Gil Məhlulu (1935)
Əmir bəy Mosullu
Əmir bəy Mosullu — Səfəvilər dövlətində hərbi və siyasi xadim. I Təhmasibin lələsi, əmir, Xorasanın bəylərbəyi. == Haqqında == Əmir bəy türkmanların mosullu tayfasındandır. Onun atası və babası Ağqoyunlular dövlətində yüksək vəzifələr tutublar. 1505-ci ildə Əlvənd Mirzə öldükdən sonra Diyarbəkir hakimi olub. Sonradan Dulqədiroğulları bəyliyi hökmdarı Əlaüddövlə Bozqurd bəyin qızı Diyarbəkir qalasını ələ keçirir. 1507-ci ildə Şah ismayıl Xətai Əlbistanı aldıqdan sonra Əmir bəy Diyarbəkirin açarını və bir çox zinət əşyalarını şaha gətirərək tayfasından olan əksəriyyət kimi o da, Səfəvilər dövlətinin xidmətinə keçir. Səfəvilər dövlətində tezliklə yüksəklərə doğru irəliləyir. Əvvəlcə o mərkəzi idarəetmədə möhrdar vəzifəsini tutur. 1510-cu ildə Xorasanı özbəklərdən almış orduya komandan təyin edilir.
Ümumi Daxili Məhsul
Ümumi Daxili Məhsul (ing. gross domestic product) — verilmiş zaman müddətində ölkə daxilində istehsal olunan əmtəə və xidmətlərin bazar dəyəridir. ÜDM, xüsusi zaman intervalı müddətində istehsal olunan mal və xidmətlər daxildir. Keçmişdə istehsal edilən məhsullara aid sövdələşmələr ÜDM-də əks olunmur. Adətən bu interval il və ya rüblərdir. ÜDM istehsalın həcmini ölkənin coğrafi hüdudları daxilində ölçür. Məsələn, Rusiya şirkəti Azərbaycanda fəaliyyət göstərirsə, onun yaratdığı dəyər Azərbaycanın ÜDM-də əks olunur və əksinə Azərbaycan şirkəti Türkiyədə fəaliyyət göstərirsə, onun istehsal etdiyi məhsul və ya göstəridiyi xidmət Türkiyənin ÜDM-də əks olunacaq. ÜDM ölkədə istehsal olunan və qanuni yolla satılan bütün əmtəə və xidmətləri əhatə edir. ÜDM bir neçə əsas məhsulun deyil, istehsal olunan hər məhsulun dəyərini özündə əks etdirir. == Nominal və real ÜDM == Nominal ÜDM – hesablamada istehsal edilən məhsulların aktual bazar qiyməti götürülür.
Ümumi milli məhsul
Ümumi milli məhsul (ing. gross national product) — ölkə vətəndaşlarının ölkə daxilində istehsal etdikləri bütün son əmtəə və xidmətlər ilə, ölkədən kənarda yaşayan vətəndaşların ölkəyə transfer etdikləri iqtisadi amillərin gəlirlərinin məcmu bazar dəyəridir. ÜMM-da, Ümumi Daxili Məhsuldan fərqli olaraq, vətəndaşların həm ölkə daxilində, həm də xaricində əldə etdikləri bütün gəlirlər nəzərə alınır. == Ölkələrin dünya üzrə ÜMM reytinqi == == ÜMG == Alıcılıq qabiliyyəti pariteti — milyonlarla beynəlxalq dollar (top 15).
Ümumi regional məhsul
Ümumi regional məhsul (ÜRM) — dəyərin ölçülməsi göstəricisi, aralıq istehlak həcminin cəmi ümumi gəlirdən çıxarılması yolu ilə hesablanır. Milli səviyyədə ÜRM milli hesablar sisteminin əsas göstəricilərindən biri olan ümumi milli məhsula uyğun gəlir. == Hesablama metodları == İstehsalat mərhələsində ümumi regional məhsul regionun iqtisadi ərazisində (məhsullara vergilər çıxılmaqla) bütün yerleşik qurum vahidləri tərəfindən yaranan ümumi əlavə dəyərinin cəmidir. İstehsal prosesində istehsal və istehsal sahələri səviyyəsində hesablanmış mal və xidmətlərin və məhsulların istehsal xərcləri və istehsal prosesində tamamilə tükənən malların dəyəri ilə yaranan aralıq istehlak arasındakı fərq kimi. "Ümumi" termini göstərir ki, göstərilən göstərici əsas kapitalın istehlakını azaldan əvvəl müəyyənləşdirilir. Ümumi regional məhsul əsas bazar qiymətləri (nominal ümumi regional məhsul), eyni zamanda müqayisəli qiymətlərlə (real regional ümumi məhsul) hesablanır. == ÜDM və ÜRM == Ümumi regional məhsulun göstəricisi onun iqtisadi məzmununda ümumi daxili məhsulun göstəricisinə çox yaxındır. Bununla yanaşı, ümumi daxili məhsul (federal səviyyədə) və ümumi regional məhsul (regional səviyyədə) göstəriciləri arasında əhəmiyyətli fərq var. Rusiyada ümumi regional məhsulların məbləği ÜDM ilə bərabər deyil, çünki dövlət qurumları tərəfindən bütövlükdə cəmiyyətə təqdim edilən qeyri-bazar kollektiv xidmətlərinə (müdafiə, hökumət və s.) Əlavə dəyər daxil deyildir. 2004-cü ilin yekunlarına əsasən ümumi regional məhsul (ÜDM) məlumatları əsas qiymətlərlə nəşr olunur; Daha əvvəl yayımlanan məlumatlar bazar qiymətləri ilə həyata keçirilmişdir.
Bol Məhsulun Təminatı (1961)
Bol məhsulun təminatı qısametrajlı sənədli filmi rejissor Əlibala Ələkbərov tərəfindən 1961-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film bol məhsulun yetişdirilməsi, bəhərli olması üçün ən vacib şərt-aqrotexniki və zootexniki qaydalara düzgün və dəqiq əməl edilməsindən danışır. == Məzmun == Film bol məhsulun yetişdirilməsi, bəhərli olması üçün ən vacib şərt-aqrotexniki və zootexniki qaydalara düzgün və dəqiq əməl edilməsindən danışır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.