Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pnevmakok peyvəndi
Yaxınlaşdırma peyvəndi
Yaxınlaşdırma peyvəndi və ya ablaktirovka (rus. аблактиро́вка; əsli lat. ablacto) — bağçılıqda peyvənd üsullarından biri. Bu, yaxınlıqda böyüyən bitkilərin tumurcuqlarının (alma, armud, üzüm) birləşməsidir. Tam birləşdikdən sonra, kök ana bitkidən ayrılır.
Pnevmokok peyvəndi
Pnevmokok peyvəndi (və ya vaksini) Streptococcus sətəlcəm bakteriyasına qarşı peyvənddir. Bu peyvəndin istifadəsi bəzi sətəlcəm, meningit və sepsis hallarının qarşısını ala bilər. İki növ pnevmakokk peyvəndi var: eyni kökdən törəmiş və polisaxarid. Əzələ daxilinə və ya dərinin altına iynə ilə vurulur. Ümumdünya Səhiyyə Təşkilatı uşaqlara, AIDS/QİÇS xəstələrinə eyni kökdən törəmiş peyvəndin istifadəsini tövsiyə edir. Tövsiyə olunan üç və ya dörd doz ağır pnevmakokk xəstəliyinin qarşısının alınmasında 71 ilə 93% arasında təsirlidir. Polisaxarid peyvəndlərin sağlam yetkinl insanlara təsirli olsa da, iki yaşdan kiçik, xüsusən də zəif immunitetə malik uşaqlara təsiri yoxdur. Bu peyvəndlər ümumiyyətlə təhlükəsizdir. Eyni kökdən törəmiş peyvənd körpələrin təxminən 10%-də iynədən sonra qızdırma, yuxu dəyişikliyi və ya iynənin yerində qızartı əmələ gətirir. Kəskin allergiya nadir hallarda olur.