Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qazalaq
Qazalaq — tək at qoşulan, yaylı, ikitəkərli at arabası. == Ümumi məlumat == Tək at qoşulan bu nəqliyyat növü öz quruluşuna görə ikitəkərli at arabasına oxşasa da, ondan yaylı olması ilə fərqlənirdi. Qazalağın cardağı (banı) oxa bərkidilmir. Yayların ustundə dururdu. Onu cardağı dordbucaqlı idi. Taxtadan hazırlanmış cardaqda 4-5 adam otura bilirdi. Təkərləri “Bakı” və “Şamaxı” arabaların təkəri kimi diametrcə cox iri olurdu. Məlumatlara gorə, Azərbaycanda qazalaq ancaq Bakıda hazırlanmışdır. Toy mərasimlərində işlədilən qazalaqları bəzəmək məqsədilə onun yanlarından rəngbərəng xalcalar asılırdı. Sərnişinlərin rahatlığını təmin etmək ucun qazalağın icərisinə kicik doşəkcələr qoyulurdu.
Qazamat
Qazamat — artilleriya atəşindən müdafiə olunmaq məqsədi ilə inşa edilmiş olan qaladır. Haubitsa atışlarından və düşmən aviasiyasının atdığı bombalardan qorunmaq məqsədilə yerin altında qazılmış xəndəkdir. Qazamat sözünün İtalyan dilindəki casamatta sözündən gəldiyi düşünülsə də, mənşəyi dəqiq bilinmir.
Qazayaq
Qazayaq (qaq. Kazayak) Moldovanın Qaqauziya muxtariyyətində bir kənddir. Əhali şərabçılıq ilə məşğul olur.
Qazançay (Bostanabad)
Qazançay (fars. قازانچاي‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 414 nəfər yaşayır (83 ailə).
Qısa qapanma
Elektroenergetika sistemlərində müxtəlif zədələnmələrin və qeyri-normal rejimlərinin əmələ gəlməsi baş verə bilər. Zədələnmələrinin əsas növlərindən biri qısa qapanmalar sayılır. Qısaqapanma dedikdə normal iş rejiminin pozulması ilə nəticələnən üçfazalı elektrik qurğularında fazalar arası qapanma, neytralı bilavasitə və effektiv torpaqlanmış şəbəkə­lər­də fazanın yerlə qapanması və elektrik maşınlarında sarğılararası qa­panma nəzərdə tutulur. Qısaqapanma elektrik dövrələrində fazalar arası və yaxud da fa­za ilə yer arasında izolyasiyanın pozulması zamanı yaranır. İzol­ya­siyanın pozulması bir neçə səbəbdən ola birlər. Məsələn, izol­ya­siyanın köhnəlməsindən, elektrik veriliş xətlərində (EVX) fazaların kənardan tullanmış əşyalar vasitəsilə qapanması, xəttin qırılıb yerə düşməsi, yer qazan zaman kabel xətlərinin mexaniki zədələnməsi, elektrik veriliş xətlərinə ildırımın düşməsi və s. Qısa qapanmalar cərəyanın kəskin artması, eyni zamanda gərginliyin azalması ilə müşayiət olunur. Cərəyanın artması elektrik avadanlıqlarının yolverilməz qızmasına və dinamiki zədələnmələrinə səbəb olur, bu da elektroenergetika sisteminin normal iş rejiminin pozulmasına gətirib çıxarır. Qısa qapanma zamanı cərəyanın artması şəbəkəyə daxil olan bütün elementlərin də gərginlik düşgülərinin artmasına gətirib çıxarır. Bunun nəticəsində şəbəkənin müxtəlif nöqtələrində gərginlik kəskin şəkildə aşağı düşür, qısa qapanma nöqtəsində isə hətta sıfır qiymətinə kimi azalır.
Tonqal qalamaq
Tonqal qalamaq — Novruz bayramının adət ənənələrindən biri. == Haqqında == Çərşənbələrdə (və Novruz axşamında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü — lopa atılması, bayram süfrəsi düzəldilməsi Azərbaycanda qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərinde lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançi ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis — şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od — Günəşin rəmzi kimi düşünülürdü. Çillədən-qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın çağrılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda — mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır.Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar. Od yaşamaq, yaşatmaq rəmzidir. == Tarixi qaynaqlarda Novruz == Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır. Dünyəvi şair Nizamülmülkün "Siyasətnamə"sin də, Ömər Xəyyamın "Novruznamə"sin də və digər şair və yazıçılarımızın əsərlərində Novruz bayramı xalqımızın ən geniş şəkildə qeyd etdiyi bayramlardan biri kimi vurğulanmışdır.
Qazanxan yaşayış yeri
Qazanxan yaşayış yeri- Şərur rayonunun Arbatan kəndi yaxınlığında son orta əsrlərə aid yaşayış yeri. == Ümumi məlumat == Arxeoloji qazıntı işləri aparılmamışdır.Kəşfiyyat səciyyəli tədqiqatlar zamanı maddi mədəniyyət nümunələri toplanmışdır.Orta əsrlər üçün xarakterik olan tapıntılar Qazanxan yaşayış yerini 9-17-ci əsrlərə aid etməyə imkan verir.
Qısa qapanma (albom)
Qısa qapanma — Qaraqanın 2009-cu ildə çıxan albomu.
Azərbaycanda tonqal qalamaq adəti
Tonqal qalamaq — Novruz bayramının adət ənənələrindən biri. == Haqqında == Çərşənbələrdə (və Novruz axşamında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü — lopa atılması, bayram süfrəsi düzəldilməsi Azərbaycanda qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərinde lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançi ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis — şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od — Günəşin rəmzi kimi düşünülürdü. Çillədən-qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın çağrılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda — mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır.Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar. Od yaşamaq, yaşatmaq rəmzidir. == Tarixi qaynaqlarda Novruz == Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır. Dünyəvi şair Nizamülmülkün "Siyasətnamə"sin də, Ömər Xəyyamın "Novruznamə"sin də və digər şair və yazıçılarımızın əsərlərində Novruz bayramı xalqımızın ən geniş şəkildə qeyd etdiyi bayramlardan biri kimi vurğulanmışdır.
Afrika Oyunlarında medal qazanmış ölkələrin siyahısı
Afrika Oyunlarında medal qazanmış ölkələrin əlifba sırasına görə siyahısı — aşağıdakı kimidir:
Qitələrarası kubok qazanan baş məşqçilərin siyahısı
Qitələrarası kubok qazanan baş məşqçilərin siyahısı — 1960-2004-cü illərdə CONMEBOL və UEFA tərəfindən təşkil edilən və UEFA Çempionlar Liqası çempionu ilə Libertadores Kuboku çempionunun qarşılaşdığı Qitələrarası Kubokda çempion olan futbol komandalarının baş məşqçilərinin siyahısı. Qitələrarası kubok qazanan ilk komanda "Real Madrid", ilk baş məşqçi isə Miqel Munos olub. İlk 18 oyun cüt oyunlu sistemlə keçirilib. 1980-ci ildə baş məşqçisi Xuan Martin Muxika olan "Nasyonal" komandası, "Nottingem Forest" komandasını ilk tək oyunlu sistemlə keçirilən çempionatda məğlub edərək yeni sistemdəki ilk çempion oldu. Sonuncusu 2003-cü ildə keçirilən kubokun isə son çempionu olan "Porto" komandasının baş məşqçisi Viktor Fernandez idi. Argentinalı Karlos Byanki 1994-cü ildə "Veles Sarsfild" komandasının, 2000 və 2003-cü illərdə "Boka Xuniors" komandasının baş məşqçisi ikən kuboku başı üzərinə qaldırdı və turnirdə 3 çempionluq qazanan ilk və tək baş məşqçi oldu. Dörd baş məşqçi bu kuboku bir dəfədən artıq qazanmaq uğuru əldə etsə də, dördü də bu uğuru eyni komanda ilə iki il ardıcıl çempion olmaqla əldə etmişdi. "Santos" komandasının baş məşqçisi ikən 1962 və 1963-cü illərdə kuboku qazanan Luis Peres (ləqəbi — Lula) turnir tarixində həm iki dəfə çempion olan, həm də ardıcıl iki dəfə çempion olan ilk baş məşqçi olmuşdu. Elenio Errera "İnter Milan" komandasının baş məşqçisi ikən 1964 və 1965-ci illərdə komandasına çempionluq qazandırdı. Arriqo Sakki 1989 və 1990-cı illərdə "Milan" komandası ilə kuboku qazandı.
Türkiyə Superkubokunu qazanan baş məşqçilərin siyahısı
Türkiyə Superkubokunu qazanan baş məşqçilərin siyahısı (türk. Türkiye Süper Kupası kazanan teknik direktörler listesi) — Super Liqa çempionu ilə Türkiyə Kuboku çempionunun qarşılaşdığı Türkiyə Superkubokunu mövsümlərə görə qazanan baş məşqçilərin siyahısı. 1966-ci ildən 1999-cu ilə qədər "Prezident kuboku" adı ilə təşkil edilən turnir 1999-2005-ci illər arasında təşkil olunmamışdı. 2006-cı ildən "Superkubok" adı ilə təşkil edilməyə başlamışdır. Oynanılan otuz yeddi matçda iyirmi səkkiz fərqli baş məşqçi kubokun sahibi olmuşdur. Kuboku qazanan ilk baş məşqçi "Qalatasaray" komandası ilə kubokun sevincini yaşayan Gündüz Qılınc, ilk xarici baş məşqçi isə "Beşiktaş" komandası ilə kuboku qazanan Lyubişa Speycdir. Kuboku ən çox qazanan baş məşqçi isə Əhməd Suat Özyazıçıdır. O, bu kuboku 4 dəfə qazanmışdır.İki baş məşqçi iki il ardıcıl çempion olmuşdur. Bu baş məşqçilər 1976-1977-ci illərdə "Trabzonspor" komandası ilə çempion olan Əhməd Suat Özyazıçı və 1996-1997-ci illərdə "Qalatasaray" komandası ilə kuboku əldə edən Fateh Terimdir. İki baş məşqçi iki fərqli komanda ilə müvəffəqiyyət qazanmışdır.
UEFA Superkubokunu qazanan baş məşqçilərin siyahısı
UEFA Superkuboku — 1972-ci ildə əsası qoyulmuş hər il keçirilən futbol turniridir. Hazırda kubok uğrunda UEFA Çempionlar Liqası qalibi ilə UEFA Avropa Liqası qalibi qarşılaşır. Kubok qarşılaşması 1972-ci ildən 1999-cu ilədək UEFA Kuboklar Kubokunu qazanan komanda ilə UEFA Çempionlar Liqasını qazanan komanda arasında keçirilirdi. 2000-ci ildən 2010-cu ilədək turnirdə UEFA Çempionlar Liqasının qalibi ilə UEFA Kubokunun qalibi qarşılaşıb. 2010-cu ildə UEFA Kubokunun adı UEFA Avropa Liqası olaraq dəyişdirildi. Qalib 1997-ci ilədək hər iştirakçı komandanın stadionunda bir dəfə oynanılmaqla, iki oyunun nəticəsinə görə müəyyənləşirdi. 1998-ci ildən neytral stadionda bir oyun keçirilir. Superkubok oyunu 1998-ci ildən 2012-ci ilədək Monakodakı "II Lui" stadionunda keçirilib. UEFA Superkubokunu qazanmış ilk məşqçi 1972-ci ildə Amsterdamın "Ayaks" komandasına qələbə qazandırmış rumıniyalı Ştefan Kovaç olmuşdur. Ancaq bu görüş UEFA tərəfindən rəsmən tanınmayıb.
UEFA İntertoto Kubokunu qazanan məşqçilərin siyahısı
UEFA İntertoto Kuboku turniri Çempionlar Liqası və ya UEFA Kuboku yarışmasına qatılmağa müvvəffəq olmayan Avropa klubları üçün yay aylarında Avropa Futbol Assossasiyası tərəfindən təşkil edilən futbol turniri idi. Bu turnir UEFA Kubokuna qatılmaq üçün alternativ yol sayılırdı. Turnir 1995-ci ilədək UEFA tərəfindən tanınmadı və 2009-cu ildə fəaliyyəti dəyandırıldı..1995-ci ildə ilk dəfə təşkil olunan turniri iki komanda qazandı və qalib komandalar UEFA Kuboku turnirinə qatılmağa müvəffəq oldular. İlk qalib məşqçilər isə fransız Jaki Duqperoks və yuqoslaviyadan Slavolub Muslin oldu. Növbəti mövsümdən etibarən 2005-ci ilədək hər mövsüm turniri iki deyil üç klub qazanmağa nail oldu. Burada isə fransız məşqçilərin üstünlüyü nəzərə çarpırdı. 2006-cı ildə yarışın formatında dəyişiklik edilərək 5 tur oynanılan turnir 3 tura endirildi və üçüncü turu keçən klublara UEFA Kubokunun ikinci təsnifat mərhələsində oynama şansı verildi. İntertoto Kuboku turniri klublara UEFA Kuboku turnirində iştirak etmək üçün ən uzun yolu təqdim edirdi. 2006-cı ildə turniri Qlen Royderin başçılığı altında "Nyukasl Yunayted" klubu qazandı. Alman məşqçi Yup Haynkes turniri 2 dəfə və ardıcıllıqla (2003-2004) qazanan yeganə məşqçidir.
Qabandağ
Qabandağ — Abşeron rayonu ərazisində dağ. Hündürlüyü 670 m. Qabandağ — İsmayıllı rayonu ərazisində dağ. Hündürlüyü 2210 m.
Azərbaycanın Olimpiya Oyunlarında medal qazanan idmançılarının siyahısı
== Siyahı ==
Gazania
Hazaniya (lat. Gazania) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. Hazaniya orta qurşaq şəraitində birillik bitki kimi becərilən çoxillik ot bitkisidir. Hündürlüyü 40 sm-ə çatan budaqlı,sallaq,boz-yaşıl yarpaqlı və uzun çiçək saplağında yerləşən iri hamaşçiçəkləri (diametri 8 sm-ə qədər) olan bitkidir.Qılçıq gülləri növündən asılı olaraq qırmızı,narıncı və ya ağ rəngli olur.Boruşəkilli gülləri qara rəngdədir.Növ və hibridlər hündürlüyünə,hamaşçiçəyin ölçüsünə,qılçıq güllərin miqdarına və rənginə görə bir-birindən fərqlənir.Hazaniya bitkisi toxumla çoxaldılır.Solmuş bitkiləri qopartmaq lazımdır.Hazaniya qayalıq sahələrdə yaxşı bitir.Əgər payızda bitkini çıxarıb dibçəyə köçürsək,yazda çiçəkləmə müşahidə ediləcəkdir. == Məlumat mənbəsi == Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016.
UEFA Kuboku və Avropa Liqasını qazanan məşqçilərin siyahısı
Avropa futbol assosiasiyası tərəfindən yaradılmış bu turnir 1972-ci ildən 2009-cu ilədək UEFA Kuboku olaraq adlanmışdır. 2009–2010 mövsümündən başlayaraq isə turnirin adında dəyişiklik edilmiş və yarış UEFA Avropa Liqası olaraq adlanmağa başlamışdır. İngilis məşqçi Bil Nikolson turniri qazanan ilk baş məşqçi olmuşdur. Turnir yarandığı ildən ilk 25 il ərzində final qarşılaşması hər klubun ev stadionunda oynanılmaqla, iki matçdan ibarət idi. Amma 1998-ci ildə ilk dəfə olaraq, "İnter Milan" və "Latsio" komandaları arasında oynanılan final matçı neytral stadionda - Parisdə yerləşən Park de Prens stadionunda keçirildi. Yalnız 5 məşqçi turniri 1 dəfədən artıq qazanıb. İspan məşqçi Unay Emeri ard-arda üç dəfə 2014, 2015 və 2016-cı illərdə "Sevilya" klubu ilə Avropa Liqasının qalibi olmuşdur və 2021-ci ildə dördüncü dəfə "Vilyarreal" klubu ilə bu uğuru təkrarladı. İtalyan məşqçi Covanni Trapattoni turniri 1977-ci ildə Yuventusla, 1991-ci ildə İnter Milanla və 1993-cü ildə yenidən Yuventusla turniri ümumilikdə 3 dəfə qazanmağa müvəffəq olmuşdur. Luis Malovni Real Madridin baş məşqçisi kimi ardıcıl olaraq, 2 dəfə - 1985-ci və 1986-cı illərədə turniri qazanmışdır. Həmçinin Sevilyanın baş məşqçisi Xuande Ramosda 2006-cı və 2007-ci illərdə turniri qazanmışdır.
Çempionlar Kubokunu və UEFA Çempionlar Liqasını qazanan məşqçilər
Çərşənbə günü saat 18.00-da Məzəm-Su 15 maçında Məzəm komandası 9-6 hesabı ilə qələbə çalmışdır. Maçın adamı Muradov Rəhman olmuşdur.Hikmət Osmanov isə göstərdiyi düüüüd oyuna görə ən zəif marafon yarışçısı seçilib. Bu siyahıya UEFA Çempionlar Kuboku və Çempionlar Liqasını məşqçi olaraq qazanan şəxslər daxildir. İspaniyalı məşqçi Xose Vilyalonqa Lorente 1955-56 sezonunda "Real Madrid"lə UEFA Çempionlar Kubokunu qazanaraq bu uğuru əldə edən ilk məşqçi olmuşdur. 1970-80-cı illərdə ingilis klubları və məşqçiləri arasında rəqabət getməsinə baxmayaraq, ən çox italyan məşqçilər bu uğura nail olmuşlar. 1992-93 sezonunda bir sıra dəyişikliklərdən sonra turnirin adı UEFA Çempionlar Liqası adlandırılmışdır. Bu yenilikdən sonra ilk final olan 1993 finalında belçikalı Raymon Qotals Olimpik Marsel klubunu çempion edərək kubokun yeni formatında çempionluq yaşayan ilk məşqçi olmuşdur. 1976-77, 1977-78 və 1980-81 sezonlarında Liverpul ilə 3 dəfə çempion olan Bob Peysli kuboku ən çox qazanan məşqçidir. Bundan əlavə 16 məşqçidə kuboku 2 dəfə qazananlar sırasındadır. Miçel Munoz, Covanni Trapattoni, Yohan Krayf, Karlo Ançelotti, Frank Raykard və Xosep Qvardiola həm futbolçu, həm də məşqçi olaraq çempionluq yaşayan şəxlərdir.
Çempionlar Kubokunu və UEFA Çempionlar Liqasını qazanan məşqçilərin sıyahısı