QAZANMAQ

f.
1. İşləməklə, çalışmaqla əldə etmək.
Kərbəlayı Məmmədəli iki il yarımdır ki, qürbətə çıxıb, az-çox çörək pulu qazansın. C.Məmmədquluzadə.

// Fayda götürmək, udmaq. Oyunu kim qazandı?
2. Qazanc əldə etmək, qazanc götürmək.
[Səlimi:] Ağayi-Hikmət İsfahani, Tehranda oturmuşsunuz, ticarət kontorlarınız işləyir, … yüz min tümənlərlə qazanırsınız. M.İbrahimov.

3. Ümumiyyətlə, əldə etmək, nail olmaq. Hörmət qazanmaq. Müvəffəqiyyət qazanmaq.
[Firidun] tez bir zamanda darülfünun tələbələri arasında özünə hörmət və məhəbbət qazanmışdı. M.İbrahimov.
Tapdıq qazmaçılar arasında öz mehribançılığı ilə şöhrət qazanmış məşhur bir usta idi. M.Hüseyn.

// Yiyələnmək, sahib olmaq.
Elmü ürfan qazanmağa getdiyi yerdə; Əsir oldu, aşıq oldu bir qumral qıza. Ə.Cavad.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QAZANMAQ yiyələnmək
  • QAZANMAQ udmaq — gətirmək

Antonimlər (əks mənalı sözlər)

  • QAZANMAQ QAZANMAQ – XƏRCLƏMƏK Kərbəlayı Məmmədəli iki il yarımdır ki, qürbətə çıxıb, az-çox çörək pulu qazansın (C
QAZANMA
QAZANTƏMİZLƏYƏN

Digər lüğətlərdə

бесприве́тно взмы́ливаться виднёшенько проме́лькивать разла́дка догу́ливать европеизи́ровать оконча́ние перетолкова́ние унисо́нный хвоста́тый хокке́йный кутать слиз contestee dollar-fish foxberry hazel grouse homeland page pilosity psych-out theatricalize военизированный гривна