QALANMAQ

məch.
1. Üst-üstə yığılmaq, topalanmaq, komalanmaq. Ot biçildikdən sonra, qalanıb taya vuruldu.
– Sol tərəfdə divara səmt qalanmışdı çiy kərpic, vəssəlam. C.Məmmədquluzadə.
Arabaya ot qalanar, dağ olar; Kəndlilərin onda kefi çağ olar. A.Səhhət.

2. Yandırılmaq, alovlandırılmaq; odun, kömür və s. qoyulub alışdırılmaq.
Odlara qalandım, dedim: Allahə təvəkkül! Ə.Nəzmi.
Ocağa qalanmış odunlar yanıb qurtardığı üçün qaranlıq yenə qanadlarını gərirdi. Ə.Vəliyev.

3. t-siz. Yanmaq, alovlanmaq.
Canım eşq oduna qalanmaq gərək. M.P.Vaqif.

QALANMA
QALANTEREYA

Digər lüğətlərdə