Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qulluqçunun hekayəsi
Qulluqçunun hekəyəsi — Kanadalı feminist yazıçı Marqaret Etvudun antiutopiya janrında yazıdığı gender bərabərsizliyi, qadın azadlığı, cəmiyyətdə və dünyada qadının yeri kimi problemlərə həsr olunmuş romanı. Əhatə etdiyi problemlərə görə tez-tez "feminist antiutopiyası" da adlanır. Əsərdə mifoloji elementlər, dini motivlər çox işlənmişdir. Süjet kimyəvi tullantılar səbəbindən çirklənmiş dünyada cərəyan edir. Hadisələrin baş verdiyi Amerikanın adı dəyişdirilərək "GİLEAD" adlı totalitar, patriarxal və dini dövlət qurulmuşdur. "Qulluqçunun hekayəsi"ni digər antiutopik romanlardan ayıran əsas fərq baş obrazın hər iki dünyanı, yəni, "Gilead"dan öncəki rejimi də görməsidir. Əksər antiutopiya janrında yazılan romanlarda obrazlar birbaşa qaranlıq dünyada doğulur. Offred isə köhnə dünyanı da gördüyü üçün hər iki rejimi müqayisə edə bilir. Bu səbəbdən süjet boyu obrazın keçmiş xatirələri və indiki zaman iç-içə təsvir olunmuşdur. Əsərin əsas mövzusu sonsuzluğun kəskin həddə çatdığı dövrdə uşaq dünyaya gətirmə qabiliyyətinə sahib qadınların dövlətin malı kimi mənimsənərək yüksək rütbəli komandirlərin evinə "damazlıq" kimi verilməsidir.
Dövlət qulluqçusu
Dövlət qulluqçusu — müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən dövlətinə sadiq olacağına and içən vətəndaşdır.
Əməkdar dövlət qulluqçusu
Əməkdar dövlət qulluqçusu — fəxri adı dövlət qulluğunda xüsusi xidmətlərinə görə icra hakimiyyəti orqanlarında, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında işləyən qulluqçularına həmin orqanlarda və aparatlarda azı on il işlədikdə verilir.
Ev qulluqçusu (film, 2011)
Ev qulluqçusu (ing. The Help) — 2011-ci ildə Teyt Teylorun rejissorluğu və ssenari müəllifliyi ilə, Ketrin Stokkettin eyniadlı əsəri əsasında çəkilmiş ABŞ dram filmidir. Filmdə Cekson, Missisipidə, 1963-cü il Vətəndaş Hüquqları uğrunda mübarizə dövründə ağ dərili qadın Yevgeniya "Skiter" Felanın iki qara dərili qadın Eybilin Klark və Minni Ceksonla münasibətləri təsvir edilib. Skiter, işlədikləri ağ dərililərin ailələrində rasizmlə üzləşmiş qara dərili xanımların mövqeyinin əks edildiyi kitab yazmağa çalışan jurnalistdir. Baş rolda Viola Devis, Emma Stoun, Oktavia Spenser, Brays Dallas Hovard, Cessika Çesteyn, Ahna O'Reilly, Kris Louell, Sissi Speysek, Maykl Fogel, Siseli Tayson, LaChanze, Ellison Cenni, Meri Stinbörgen və Anna Kemp oynamışdırlar. DreamWorks Pictures şirkəti tərəfindən istehsal olunan və Touchstone Pictures tərəfindən nümayiş olunan film kinotənqidçilər tərəfindən müsbət rəy qazanmış və cəmi 25 milyon dollar istehsal büdcəsi qarşılığında, 216.6 milyon dollar gəliri ilə dünya səviyyəsində kommersiya uğuru qazanmışdır. Ev qulluqçusu filmində baş rolu ifa etmiş Viola Devis "Ən yaxşı film" və "Ən yaxşı qadın" kateqoriyaları, Cessika Çesteyn və Oktavia Spenser isə "İkinci planda ən yaxşı aktrisa" kateqoriyası üzrə Oskar mükafatının dörd nominasiyasını qazanmışdırlar. Aktyorların görkəmli ifalarına və yüksək performansına görə, film 29 yanvar 2012-ci ildə Kinoaktyorlar Gildiyasının mükafatını əldə etmişdir. Filmin yaş məhdudiyyatı 0-6 üzəridir. == Məzmun == 1963-cü ildə Missisipi ştatının Cekson şəhərində, qaradərili qulluqçu Eybilin Klark (Viola Devis) istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində yeganə oğlunun həlak olmasından sonra, öz gələcək həyatını ağ dərili uşaqların böyüdülməsi və tərbiyəsində görür.
Vahid Hacıyev (dövlət qulluqçusu)
Vahid Rasim oğlu Hacıyev (19 aprel 1983, Bakı) — Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi. == Həyatı == Vahid Hacıyev 19 aprel 1983-cü ildə Bakı şəhərində anadan olub və buradakı 2 saylı Texniki- Humanitar liseydə orta məktəbi bitirib. 2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr, 2005-ci illdə isə həmin universitetdə Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər üzrə magistr təhsilini almışdır. Daha sonra 2019-cu ildə İngiltərənin Koventri şəhərində yerləşən Vorvik Universitetində Biznesin İdarə Edilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir. Rus, İngilis dillərini bilir. Ailəlidir, üç övladı var. == Fəaliyyəti == Əmək fəaliyyətinə 2004-cü ildən Deloitte Azərbaycan şirkətində aparıcı auditor kimi başlamışdır. 2007–2009-cu illərdə BP Azərbaycan şirkətində vergi üzrə analitik, 2007–2010-cu illərdə vergi üzrə müşavir, 2012–2014-cü illərdə BP Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vergi hesabatlılığı idarəsinin rəhbəri, 2014–2017-ci illərdə həmin şirkətin icra aparatının rəhbəri olaraq çalışmışdır. 2017–2019-cu illərdə həmin şirkətdə Dayaz su Abşeron yarımadası üzrə hasilat bölgüsünün kommersiya üzrə rəhbəri, 2019–2020-ci illərdə isə BP Azərbaycan şirkətinin bütün kəşfiyyat layihələri üzrə kommersiya direktoru vəzifələrini tutmuşdur. Daha sonra 2020–2022-ci illərdə bitkiçilik və iri taxılçılıq növü üzrə fəaliyyət göstərən "Agro Dairy" MMC-də direktoru vəzifəsində çalışmışdır.
Elçin Zeynalov (dövlət qulluqçusu)
Elçin Razim oğlu Zeynalov (21 sentyabr 1970, Bakı) — texnika elmləri doktoru, Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini (2019-cu ildən). == Həyatı == Elçin Razim oğlu Zeynalov 1970-ci il sentyabrın 21-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1987-ci ildə Binəqədi rayonu 157 saylı tam orta məktəbi (rus bölməsi) bitirib. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin informasiya ölçmə hesablama texnikasi ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildən 1995-ci ilə qədər Azərbaycan Dövlət Neft Akademiyasının Aspirantura şöbəsində təhsil alıb. 1998-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən texnika üzrə fəlsəfə doktoru, 2014-cü ildə texnika elmləri doktoru elmi dərəcəsi verilmişdir. 3 kitabın və 40-dan çox elmi məqalənin müəllifidir. Bir sıra beynalxalq elmi konfranslarda iştirak edib. Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin davamçılarından biridir. 2007–2009-cu illərdə ikinci ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə alıb.
Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu
Əməkdar dövlət qulluqçusu — fəxri adı dövlət qulluğunda xüsusi xidmətlərinə görə icra hakimiyyəti orqanlarında, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında işləyən qulluqçularına həmin orqanlarda və aparatlarda azı on il işlədikdə verilir.