Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uğur üçün su tökmək
Uğur üçün su tökmək — Azərbaycan, Bolqarıstan, Ermənistan, İran, İraq, Serbiya, Şimali Makedoniya, Türkiyə və digər yaxın ölkələrdə xalq adəti. Xalq inancına görə, səfərə və ya bir işə gedən adamın arxasınca su tökmək xeyir gətirir. Bu, səfərin və ya işin xoşbəxtcəsinə sonlanması üçün edilir. Bu adət məktəbə, imtahana, iş müsahibəsinə, orduya və s. yerlərə gedəndə də edilir.Balkan yarımadası ölkələrinin etnologiyasında belə hesab edilir ki, tökülən və ya axan su mobilliyi və hərəkətin rahatlığını simvolizə edir. Buna səbəb onun dayanmaması və ya ilişib qalmamasıdır. Beləliklə, suyun tökülməsi kiminsə başladığı işin baş tutması üçün edilir ki, o da tökülən su kimi rəvan getsin. Bəzi ərazilərdə su töküləndə belə deyilir: "O, su kimi təmiz və aydın getsin".
Bardaqdan nə tökülə bilər (film, 1988)
Bardaqdan nə tökülə bilər qısametrajlı sənədli televiziya filmi rejissor M. Ağayev tərəfindən 1988-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Respublikamızın ən uzaq rayon mərkəzlərindən və yüksək dağ kəndlərindən olan bu gənclər rus dili və ədəbiyyatı institutuna daxil olmuşlar. Qızlar məktəbi yenicə qurtarmış, oğlanlar isə Əfqanıstan müharibəsində iştirak etmişlər. Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Rus Dili və Ədəbiyyatı İnsitutunun pedaqoqları və tələbələri "Gənc Müəllim" klubunda müzakirədə iştirak edirlər. Dərs prosesinə həsr olunmuş bu müzakirə filmin əsas süjet xəttini təşkil edir. == Məzmun == Respublikamızın ən uzaq rayon mərkəzlərindən və yüksək dağ kəndlərindən olan bu gənclər rus dili və ədəbiyyatı institutuna daxil olmuşlar. Qızlar məktəbi yenicə qurtarmış, oğlanlar isə Əfqanıstan müharibəsində iştirak etmişlər. Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Rus Dili və Ədəbiyyatı İnsitutunun pedaqoqları və tələbələri "Gənc Müəllim" klubunda müzakirədə iştirak edirlər. Dərs prosesinə həsr olunmuş bu müzakirə filmin əsas süjet xəttini təşkil edir.
Toulmen (Formula-1 komandası)
Toulmen (ing. Toleman) — Böyük Britaniyada keçmiş Formula 1 konstruktor komandası. Komanda 1981-1985-ci illərdə 4 dünya çempionatında və Qran-pri də iştirak etmişdir. == Tarixi == Toleman şirkəti 1926-cı ildə Edvard Toleman tərəfindən Ford avtomobillərini Old Trafford, Mançester şəhərindəki fabrikindən gətirmək məqsədilə qurulmuşdur. Tolemanın Formula 1-ə girişi 1980-ci ilin noyabr ayında elan edildi. 1982-ci il karbon-kompozit Toleman TG183 avqustun sonuna hazır olana qədər, yenilənən Toleman TG181C Warwick və Teo Fabi tərəfindən istifadə olundu. TG183 yalnız iki Qran-pri də (İtaliya və Las Veqas) istifadə edilmişdir. 1983-cü ildə TG183B böyük bir yeniləmə sayəsində təkmilləşdirilmişdir. Derek Warwick fəaliyyətə davam edir, Teo Fabi isə Bruno Giacomelli ilə əvəz edildi. "Warwick"in fəaliyyəti nəticəsində Toleman konstruktor çempionu sıralamasında 9-cu yeri tutdu.