Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Maşın xətası
Maşın xətası (ing.machine error, ru. машинная ошибка)- qeyri-adi səbəblərdən, məsələn, operativ yaddaşda (RAM) bir bitin qiymətini dəyişə bilən kosmik şüaların təsirindən yaranan fövqəladə nadir hadisə. İlk mikrokompüterlərdə RAM mikrosxemləri çox da saf (kimyəvi tərkibcə) silisium altlıqlar üzərində hazırlanmırdı və bəzən radioaktiv elementlərin ayrı-ayrı atomları parçalanaraq yaddaşın bir bitini dağıdırdı. Güman ki, ən geniş yayılmış maşın xətaları olaraq, sərt diskin oxunuşu zamanı yaranan xətaları hesab etmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Səhifə xətası
Səhifə xətası (ing. page fault) – prosessorun operativ yaddaşda olmayan yaddaş səhifəsində yerləşən növbəti komandaya, yaxud onun operandına müraciəti zamanı virtual yaddaşın idarəolunması sistemində meydana çıxan şərait. Əslində, bu hal xəta deyil. Səhifənin olmaması ünvanlamaya cavabdeh olan aparat səviyyəsində aşkarlanır, nəticədə aparat kəsilməsi (PAGE FAULT INTERRUPT)verilir. Kəsilməyə görə səhifə diskdən oxunur, sonra isə proqram öz işini davam etdirir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 625 s.
“Bir vahid” xətası
"Bir vahid" xətası (off-by-one error-OBOE) – proqramlaşdırmada: hər hansı əməlin yerinə yetirilmələrinin sayını bir vahid azaltdıqda, yaxud artırdıqda meydana çıxan xəta. Tutaq ki, verilmiş massivin m-dən n-dək (daxil olmaqla) elementləri emal olunmalıdır. Burada cəmi neçə element var? İntuitiv cavab n−m ola bilər, ancaq bu, "bir vahid"i nümayiş etdirən "çəpər dirəyi" xətasıdır (FENCEPOST ERROR); düzgün cavab n−m+1 olacaq. Ona görə də hesablama aralıqlarını çox zaman yarım-açıq intervallar vasitəsilə göstərirlər; "bir vahid" xətalarından qaçmaq üçün m-dən n-dək (daxil olmaqla) aralıq m-dən (daxil olmaqla) n+1-dək aralıq kimi göstərilir. Məsələn, beş dəfə təkrarlanan dövrü 0-dan 5-dək yarımaçıq interval kimi yazmaq olar: Dövrün gövdəsi öncə i-nin 0 qiyməti üçün yerinə yetirilir; sonra i ardıcıl iterasiyalarla 1, 2, 3 və sonda 4 olur. Bu nöqtədə i-nin qiyməti 5 olur və bu halda i < 5 yalan olduğundan dövr sona çatır. Ancaq müqayisə üçün <= (kiçik, yaxud bərabərdir) operatorundan istifadə oluncaydı, onda dövr altı dəfə yerinə yetirilərdi: bu halda i dəyişəni 0, 1, 2, 3, 4 və 5 qiymətlərini alır. Eyni zamanda, əgər i dəyişəninə başlanğıc qiymət olaraq 0 deyil, 1 mənimsədilsə idi, onda iterasiyaların sayı 4 olardı: bu halda i dəyişəni 1, 2, 3 və 4 qiymətlərini alır. Bu iki halın hər biri "bir vahid" xətasına səbəb ola bilər.
"Bir vahid" xətası

Mənasız mutasiya
Mənasız mutasiya — Genetikada nöqtə mənasız mutasiya, transkripsiyada olan m-RNT-da və kəsilmiş, natamam və ümumiyyətlə funksional olmayan bir protein məhsulunda vaxtından əvvəl dayanma kodonu və ya nöqtə cəfəng kodonu ilə nəticələnən bir DNT ardıcıllığındakı bir nöqtə mutasiyadır. Məsələn, bir nöqtə mənasız mutasiyasının təsiri nöqtə cəfəng mutasiyasının orijinal dayanma kodonuna yaxınlığından və zülalın funksional alt domenlərinə təsir dərəcəsindən asılıdır. Mənasız nöqtə mutasiyası, bir nukleotidin dəyişdirilərək başqa bir amin turşusunun əvəzlənməsinə səbəb olduğu bir nokta mutasiyasından fərqli bir missens mutasiyasından fərqlidir. Mənasız mutasiya da davamlı mutasiyadan fərqlənir ki, davamlı mutasiya dayanma kodunu silir və mənasız mutasiya onu yaradır. Talassemiya və kistik fibroz kimi bəzi genetik xəstəliklər cəfəng nöqtə mutasiyalarının nəticəsidir. == Sadə bir nümunə == DNT: 5' — ATQ AST SAS SQA QSQ SQA AQS TQA — 3' 3' — TAS TQA QTQ QST SQS QST TSQ AST — 5' mRNA: 5' — AUQ ASU SAS ASQ QSQ SQA AQS UQA — 3' Protein: Met Thr His Arg Ala Arg Ser Stop DNT ardıcıllığının dördüncü üçlüyünə (SQA) bir nöqtə cəfəng mutasiya gətirildiyini, bunun sayəsində sitozinin timinlə əvəz edildiyini, DNT ardıcıllığında TQA və tamamlayıcı zəncirdə AST meydana gəldiyini düşünək. AST UQA kimi köçürüldüyündən və daha sonra tərcümə olunduğundan, nəticədə transkript və protein məhsulu aşağıdakılar olacaqdır: DNT: 5' — ATQ AST SAS TQA QSQ SQA AQS TQA — 3' 3' — TAS TQA QTQ AST SQS QST TSQ AST — 5' mRNA:5' — AUQ ASU SAS UQA QCQ SQU AGC UGA — 3' Protein: Met Thr His Stop M-RNT kodonlarının qalan hissəsi aminoproteinlərə çevrilmir, çünki tərcümə zamanı dayandırma kodonuna vaxtından əvvəl çatılır. Bu, çox vaxt normal mutant olmayan bir zülalın funksionallığından məhrum olan kəsilmiş (yəni qısaldılmış) bir protein məhsulu. == Nöqtə mənasız mutasiya vasitəçiliyi ilə m-RNT çürüməsi == Erkən bitirmə kodonlarının kəsilmiş polipeptid məhsulları istehsal etmək üçün gözlənilən meylinə baxmayaraq, əslində kəsilmiş zülalların əmələ gəlməsi şəraitdə baş vermir. İnsanlar və maya göbəliyi kimi aşağı növlər də daxil olmaqla bir çox orqanizm, mənasız nöqtə mutasiyaları olan m-RNT-lərı qeyri-funksional polipeptidlərə çevrilmədən əvvəl məhv edən mənasız vasitəçiliyi olan bir m-RNT parçalanma yolu istifadə edirlər.
Xətayi
Xətai — Azərbaycanda daha çox işlədilən ad. Bu təxəllüsü olan tanınmış insanlar Şah İsmayıl Xətai — I İsmayıl Səfəvinin ədəbi təxəllüsü. Bu adı olan tanınmış insanlar Xətai Təbrizi — Azərbaycan yazıçısı. Xətai Quliyev — Yaşayış məntəqələri Xətai rayonu — Bakıda rayon. Xətai — Azərbaycanın Ağstafa rayonunda kənd. Xətai — Azərbaycanın Xocavənd rayonunda kənd. Xətai — Azərbaycanın Şərur rayonunda kənd. Xətai (Soyuqbulaq) — Xətai (Naxçıvan) Digər Xətai metrostansiyası — Bakı metropolitenində metrostansiyalardan biri. Xətai xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Riştə Xətayi — Təbrizdə hazırlanan ‏Ramazan ayına aid şirniyyat və desert.
Xətai

Ətasi
Ətasi (ərəb. أتاسي‎) — soyad.
Riştə Xətayi
Riştə Xətai (fars. رشته ختایی‎) ‏ — Təbrizdə hazırlanan ‎‏Ramazan ayına aid şirniyyat və desert.
Xətayi Əzizov
Xətayi Kamal oğlu Əzizov (12 mart 1963, Qalınçaq, İsmayıllı rayonu) – Azərbaycanlı jurnalist, Gürcüstanın əməkdar jurnalisti, Tərəqqi medalı və "Qızıl qələm" mükafatı laureatı. == Bioqrafiyası == 1963-cü il martın 12-də İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub. 1970–1980-ci illərdə Qalınçaq kənd orta məktəbində oxuyub. 1981–83-cü illərdə Sovet ordu sıralarında hərbi xidmətdə olub. 1983-cü ildə Bakı Yeyinti Sənayesi Texnikumuna qəbul olub və 1986-cı ildə həmin məktəbi texnik-texnoloq ixtisası üzrə bitirib. 1986–87-ci illərdə Rusiyanın Kuybışev şəhərində Yağ-Piy Kombinatında müxtəlif vəzifələrdə işləyib. 1987-ci ilin sonlarından 1989-cu ilin avqust ayına qədər İsmayıllı rayonunda Yağ-Pendir Zavodunda çalışıb. 1989-cu ildə seçki yolu ilə Qalınçaq kənd azad komsomol komitə katibi seçilib və 1991-ci ilədək azad komsomol katibi işləyib. 1991-ci ildə Bakı Sosial İdarətemə və Politologiya İnstitutuna daxil olub və 1996-cı ildə institutu "Politoloq, ali və orta ixtisas məktəblərində humanitar fənlər müəllimi" ixtisası üzrə bitirib. Eyni zamanda, 1992-ci ildə könüllü olaraq Birinci Qarabağ döyüşlərində iştirak edib.
Dəhnamə (Xətai)
Dəhnamə — Azərbaycan ədəbiyyatının klassiki Şah İsmayıl Xətainin məsnəvi janrında yazdığı poema. Əsər Azərbaycan ədəbiyyatının yazılı abidəsi hesab edilir. 1506-cı ildə Azərbaycan dilində yazılan şeir əsəri Azərbaycan ədəbiyyatında məsnəvi janrında yazılan ilk poemalardan biri sayılır. Məsnəvidə aşiq oğlan (yəni şairin özü) və onun sevgilisi bir birinə on sevgi məktubu göndərirlər, buna görə də əsərin adı elə "Dəhnamə" ("On məktub") qoyulub. Poema bütövlüklə 1532 beytdən ibarətdir. == Tədqiqi və nəşri == 1923-cü ildə tədqiqatçı Salman Mümtaz XVII əsrə aid əlyazmaları istifadə edərək "Dəhnamə"nin tam olmayan siyahısını dərc etdi, indi o siyahı Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır. 1961-ci ildə Əzizağa Məmmədov "Şah İsmayıl Xətai" adlı şairin əsərlərinin ikicildliyini hazırlamışdı, orada o, "Dəhnamə"nin elmi-tənqidi mətnlərin yaradılmasının əsas prinsiplərinə baxış keçirmişdi. 1967-ci ildə tədqiqatçı Qasım Həsənov "Dəhnamənin sintaksisi" (rus. «Синтаксис Дехнаме») adlı işini yayımladı, hansında ki poemanın təyini söz birləşmələrini təhlil etmişdi. Həsənov hələ 1962-ci ildə yazırdı ki, poemada olan təyini söz birləşmələrinin müasir azərbaycan dilindəki kəlmələrlə çox oxşarlıqları var.
Riştə xətai
Riştə Xətai (fars. رشته ختایی‎) ‏ — Təbrizdə hazırlanan ‎‏Ramazan ayına aid şirniyyat və desert.
Xətai (Ağstafa)
Xətai (əvvəlki adı: Marksovka) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Marksovka kəndi Xətai kəndi adlandırılmışdır.
Xətai (Naxçıvan)
Xətai — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Əliabad qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Əliabad qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Xətai qəsəbəsi şəhərin yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Xətai (Soyuqbulaq)
Xətai (fars. خطايي‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 398 nəfər yaşayır (70 ailə).
Xətai (Xocavənd)
Arakül (digər adı: Xətai) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 15 avqust 1993-cü ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Kənd 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin keçmiş adları Arakul, Hərəkül olmuş, hətta ermənilər tərəfindən Arakel də adlandırılmışdır. 1988-ci ildə Ermənistandan qovulmuş Azərbaycan ailələri kənddə məskunlaşdıqdan sonra əhalinin xahişi ilə yaşayış məntəqəsi Azərbaycan şairi və Səfəvilər dövlətinin görkəmli xadimi Şah İsmayıl Xətainin şərəfinə Xətai adlandırılmışdır XIX əsrin ikinci yarısında Ərgünəş və ya Dolanlar kənd icmasında iki Arakel məntəqəsi vardı. Kənddə 1840-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalındakı Sevakar kəndindən və İrəvan əyalətinin Qafan mahalından köçüb gəlmə erməni ailələri məskunlaşmışdı. Kəndin adı onun əsasını qoymuş erməni Arakelin adındandır. Kəndin digər adı Xətaidir. Kəndin əvvəlki adı Qara Quzey olmuşdur. Arakel oykonimi türk dillərindəki arak və el sözlərindən ibarət olub, "su, çay kənarında yerləşən kənd, oba" mənasına uyğundur.
Xətai (rayon)
Xətai rayonu (1932–1990 Şaumyan rayonu) – Bakı şəhərində rayon. == Tarixi == Rayon 1904-cü ildə Zavodskaya, 1920-ci ildən Fabrik zavodu rayonu, 1932-ci ildən Şaumyan rayonu adlandırılmışdır. 1981-ci ildə ayrılaraq bir hissəsinə Nizami rayonu adı verilmişdir. 5 yanvar 1990-cı ildən isə Xətai rayonu adlanır. == Əhalisi == Əhalisi: 261100 nəfər Ərazisi: 31,6 km² Əhalinin sıxlığı: 1 kv.km-ə 8263 nəfər == İqtisadiyyatı == Rayonun ərazisində bir sıra iri sənaye müəssisələri, o cümlədən "Azərneftyağ" NEZ, "Xəzərdənizneftdonanma" İdarəsi, Təcrübə Sənaye Zavodu, "Neft Kəmərləri" İdarəsi fəaliyyət göstərir. 37 orta məktəb, 44 uşaq bağçası, 2 uşaq evi,15 poliklinika insanların təlim-tərbiyəsi ilə məşğul olur və sağlamlığının keşiyində durur. Bir sıra respublika əhəmiyyətli idarə və müəssisələr də rayonun ərazisində yerləşir: Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı şəhər Baş Polis İdarəsi, Respublika Doğum Evi, Mərkəzi Neftçilər Xəstəxanası, Əfəndiyev adına xəstəxana, "AZƏRİQAZ" ASC və s.
Xətai (Şərur)
Xətai (əvvəlki adı: Sovxoz) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının İliç rayonunun Siyaqut kənd Sovetindəki Sovxoz kəndi Xətai kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kənd inzibati ərazi dairəsi tərkibindəki Xətai kəndi Havuş kənd inzibati ərazi dairəsinin tərkibinə verilmişdir. == Toponimikası == Düzənlikdədir. 1930-cu ildə Sovxoz adlandırılmışdır. 1991-ci şair və dövlət xadimi Şah İsmayıl Xətainin adı ilə Xətai adlandırılmışdır. Memorial toponimdir.
Xətai Alıyev
Xətai Şahin oğlu Alıyev (14 iyul 1989, Bakı) — Azərbaycanlı iqtisadçı alim, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq iqtisadiyyat və biznes kafedrasının müdiri, UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri, "ASERC Journal of Socio-Economic Studies" beynəlxalq elmi jurnalının baş redaktoru. == Həyatı == Xətai Alıyev 14 iyul 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Tovuz rayonu V. Kazımov adına Çobansıxnaq kənd orta məktəbində almışdır. 2005–2010-cu illərdə Qafqaz Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012–2014-cü illərdə isə Şimali Kipr Türk Respublikasının Şərqi Aralıq Dənizi Universitetində İqtisadiyyat ixtisası üzrə magistratura təhsili almışdır. 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda Ekonometriya ixtisası üzrə başladığı dissertantura təhsilini 2 ilə bitirərək 2017-ci ildə "Büdcə siyasətinin effektivliyinin ekonometrik təhlili" mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Ailəlidir. 2 övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Xətai Alıyev əmək fəaliyyətinə 2014-cü ildə Qafqaz Universitetində başlamışdır. Sonrakı illərdə Bakı Mühəndislik Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi çalışmışdır. Hazırda, hər iki universitetdə müəllim kimi elmi fəaliyyətini davam etdirir.
Xətai Həsənov
Xətai Xaliq oğlu Həsənov (29 iyun 2001; Tovuz rayonu, Azərbaycan — 8 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xətai Həsənov 2001-ci il iyunun 29-da Tovuz rayonunun Qovlar şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xətai Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xətai Həsənov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Tovuz rayonunun Qovlar kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xətai Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xətai Həsənov ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Xətai Təbrizi
Xətai Təbrizi (yəni Təbrizli Xətai) — Azərbaycan yazıçısı. == Həyatı == Şairin doğum və vəfat tarixi dəqiq məlum deyil. Ağqoyunlular dövlətinin sarayında yaşamışdır. == Yaradıcılığı == Xətai Təbrizi azərbaycan türkcəsində dəyərli sənət əsərləri yaratmışdır. Şair 4500 beytlik "Yusif ilə Züleyxa" poemasını qələmə almışdır.
Xətai bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xətai metrostansiyası
Xətai metrostansiyası — Bakı metrosunda stansiyadır. 1968-ci il 22 fevral tarixində "Stepan Şaumyan metrostansiyası" adı ilə fəaliyyətə başlayıb. Bakı Metropoliteninin ən dərin stansiyasıdır. Buradan qatarlar yalnız Cəfər Cabbarlı stansiyasına hərəkət edir və geri qayıdır. Gələcəkdə Yaşıl xəttin tamamlanması nəticəsində bu stansiya Dərnəgül stansiyasına birləşdiriləcək.
Xətai rayonu
Xətai rayonu (1932–1990 Şaumyan rayonu) – Bakı şəhərində rayon. == Tarixi == Rayon 1904-cü ildə Zavodskaya, 1920-ci ildən Fabrik zavodu rayonu, 1932-ci ildən Şaumyan rayonu adlandırılmışdır. 1981-ci ildə ayrılaraq bir hissəsinə Nizami rayonu adı verilmişdir. 5 yanvar 1990-cı ildən isə Xətai rayonu adlanır. == Əhalisi == Əhalisi: 261100 nəfər Ərazisi: 31,6 km² Əhalinin sıxlığı: 1 kv.km-ə 8263 nəfər == İqtisadiyyatı == Rayonun ərazisində bir sıra iri sənaye müəssisələri, o cümlədən "Azərneftyağ" NEZ, "Xəzərdənizneftdonanma" İdarəsi, Təcrübə Sənaye Zavodu, "Neft Kəmərləri" İdarəsi fəaliyyət göstərir. 37 orta məktəb, 44 uşaq bağçası, 2 uşaq evi,15 poliklinika insanların təlim-tərbiyəsi ilə məşğul olur və sağlamlığının keşiyində durur. Bir sıra respublika əhəmiyyətli idarə və müəssisələr də rayonun ərazisində yerləşir: Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı şəhər Baş Polis İdarəsi, Respublika Doğum Evi, Mərkəzi Neftçilər Xəstəxanası, Əfəndiyev adına xəstəxana, "AZƏRİQAZ" ASC və s.
Xətai xalçaları
Xətai xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir ("Leyli və Məcnun", "Ovçuluq", "Dörd fəsil", Dərvişlər" və s.).