Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qalayçılıq
Qalayçılıq — mis qabların pas atmaması üçün qalaylanması ilə əlaqədar peşə sahəsi. Qalayçılar paxırlanmış mis qabları kürədə qızdırdıqdan sonra naşatır tozu - ammonium-xloridlə sürtüb üstündən qalay çəkirdilər. Qalayçılıq xüsusilə Dağıstanda, həmçinin Azərbaycanda Bakı, Quba, Şəki, Gəncə, Naxçıvan, Şamaxı və Lahıcda geniş yayılmışdı. İndinin özündə də Azərbaycanın bəzi şəhər və rayonların qalayçı emalatxanaları var.
Yalançılar (film, 2008)
Yalançılar — 2008-ci ildə istehsal olunmuş Azərbaycan filmi. == Məzmun == Ailəsi dağılan gənc qadın xoşbəxtliyini axtarır. O, tənhalıqdan qurtulmaq üçün yenidən ailə qurmaq istəyir, bunun üçün də internetdən istifadə etməyi qərara alır. Filmdə həm də indiki keçid mərhələsinin, iqtisadi, siyasi dəyişikliklərin Bakının ziyalı ailələrinə təsiri öz əksini tapıb. Amma daha çox qadın və onun pisxologiyası ön plana çəkilib. Müasir qadını keçirdiyi psixoloji krizislər, ailədaxili münasibətlər filmdə öz əksini tapıb. == Film haqqında == Film 2007-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Bu meydan, bu ekran" müsabiqəsinin qaliblərindən biri olmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Nadejda İsmayılova Quruluşçu rejissor: Əbdülqəni Əliyev (Abdülqəni Əliyev kimi) Quruluşçu operator: Adil Abbasov Quruluşçu rəssam: Əziz Məmmədov Bəstəkarlar: Firudin Allahverdi, Elvin Əmrahlı Səs rejissorları: Pərviz Ramizoğlu, Fərid Orduxan Rejissor: Çingiz Həsənov Qrim rəssamı: Elbrus Vahidov İnzibatçı: Vidadi Rüstəmov İcraçı prodüserlər: Çingiz Həsənov, Asif Rüstəmov Texniki təchizat üzrə prodüser: Səbuhi Əhədov Prodüser: Əli İsa Cabbarov Qrim rəssamı assistenti: İlqar Cəfərov Rejissor assistentləri: Əlizamin Əzimov, İlhamə Əliyeva, Kəmalə Əhədova, Elyarə Nuruşova, Vəfa Cəfərova Operator assistenti: Taleh Məhərrəmov Səs operatoru: Elxan Rüstəmov İşıqçılar: Emin Yəhyayev, Qabil Yəhyayev Sürücü: Seymur Mehdiyev Layihə müəllifləri: Ramiz Həsənoğlu, Nadejda İsmayılova, Nurlana Bürhanzadə === Rollarda === Mehriban Zəki – Nərmin Şükufə Yusifova – Rafizə Fərhad İsrafilov – Zəki Rasim Cəfərov – Tahir Gülnarə Abdullayeva – Bela Səmimi Fərhad – Kamran Şahmar Qəribli – gözətçi (Şahmar Qərib kimi) Əsgər Rəhimov – barmen Kamran Əzimzadə – Anar N.Məmmədova N.Dadaşova N.Abbasov Ü.İbrahimova R.Hüseynova A.Cəfərova R.Əhmədov Elbrus Vahidov E.İmanov V.Kolbin İ.Mehrəliyev P.Məmmədov Ş.Mürsəlov G.Sadıqov T.Səfərova R.Həşimov O.Yusifov N.Mahmudzadə N.Ramazanov C.Ağayev Ş.Qurbanlı R.Hacıyev D.Quliyev T.Məhərrəmov H.Həsənov A.Əzizov A.Cəbrayılov == Sponsor == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi == Çəkilişə köməklik edən qurumlar == "Key klub" Melodiya" mağazası "Pekin" restoranı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hospitalının cərrahiyyə şöbəsi "Butafilm" == Çəkilişə kömək edənlər == Əhmədağa ("Key klub") İlqar Abdinov ("Melodiya" mağazası) Rüfət Cəfərov ("Peki" restoranı) İlqar Nəcəf ("Butafilm") == Mənbə == "Bu meydan, bu ekran-2008". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 27.