is. Aldatmaq məqsədi ilə deyilən əsilsiz söz (doğru, gerçək ziddi). Yalan söyləmək.
– Surxay öz yalanından utanıb qıpqırmızı oldu. M.Hüseyn.
□ Yalan danışmaq – yalançılıq etmək, doğru söyləməmək, danışarkən həqiqəti gizlətmək.
[Kişi:] Bütün rayon onu da bilir ki, bu bir ildə mən hələ yalan danışmamışam. İ.Hüseynov.
Yalan satmaq – aldatmaq, yalan demək.
Yalan satar tamam bir-birinə; Zahirdə ittifaq, batində nifaq. Q.Zakir.
[Sultan:] Bütün rayon bilir ki, Sultan Əmirliyə yalan satmaq adama çox baha oturur. İ.Hüseynov.
Yalan yerə – yalandan, yalan olaraq, aldatmaq məqsədi ilə; nahaq, səbəbsiz.
Yalan(a) çıxmaq – əsli olmadığı meydana çıxmaq, düz çıxmamaq.
Yalanı çıxmaq – doğru danışmadığının üstü açılmaq, sözlərinin yalan olduğu aşkara çıxmaq.
Yalanını tutmaq – düz danışmadığını ifşa etmək, danışdığı sözlərin əsilsiz olduğunu bəlli etmək.
Hər kəs istəyir ki, mənim yalanımı tutsun, təvəqqe edirəm, bu yazdığıma yaxşı diqqət eləsin. C.Məmmədquluzadə.
// sif. Düz olmayan, əsli olmayan, qeyri-həqiqi, qeyrigerçək; uydurma. Yalan söz. Yalan xəbər. Yalan vədlər.
– Müridlərdə bütün bidəti, cinayəti, fisqi; Yalan hədisləri rövzəxanda görməli imiş. M.Ə.Sabir.
◊
…yanında yalandır – müqayisə bildirir.
Kəşfiyyat quyusundan elə neft çıxır ki, onun yanında Suraxanı nefti yalandır. M.Hüseyn.