Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yardımlı
Yardımlı — Azərbaycanda şəhər, Yardımlı rayonunun inzibati mərkəzi. 1963-cü ildə şəhər tipli qəsəbə statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 646-IIIQ saylı Qərarı ilə Yardımlı rayonunun Yardımlı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Daşkənd, Əsədabad və Ünəş kəndləri Yardımlı qəsəbəsi ilə birləşdirilmiş və bu kəndlər Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır. Yardımlı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Yardımlı qəsəbəsinə şəhər statusu verilmiş, Yardımlı qəsəbə inzibati ərazi dairəsi Yardımlı şəhər inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Toponimi müxtəlif cür izah edirlər. Bir ehtimala görə, "yardam" sözündən yaranıb. Xalqın, ulusun bir hissəsi kimi izah olunur. "Ərdəbil" adının kökünün də "yardam" olduğunu söyləyirlər. İkinci fərziyyəyə görə "ertim" adından törəyib. Tarixçi Q.Qeybullayev bu toponimi peçeneq tayfalarının adı ilə bağlayır.
Yardımçı
Yardımçı (tam adı: yardimci.az) — Koronavirus COVID-19 pandemiyasının yayıldığı ilk günlərdə 27 mart 2020 tarixində zərurətdən yaranmış, sosial məsuliyyətlilik çərçivəsində fərdlərin təşəbbüskarlığı ilə ərsəyə gəlmiş xeyriyyəçilik fəaliyyəti məqsədi ilə yaradılmış sosial layihə. == Haqqında == Azərbaycan və MDB məkanında yaradılmış ilk tam təkmin onlayn xidmət göstərən xeyriyyə (Yardım) platforması. XI əsrdə ilk dəfə olaraq pandemiya xarakterli Koronavirus xəstəliyi 2019-da yayılması yeni növ xeyriyyə cəmiyyətlərinin, fondların, təşkilatların yaranmasına rəvac verdi. Müasir dünyanın üzləşdiyi COVID-19 pandemiyası ilə mübarizəyə yeni yanaşma metodları, müasir texnologiyadan istifadə etmək məcburiyyəti yarandı. Bu baxımdan Yardımçı layihəsi MDB və Azərbaycan məkanında ilkə imza ataraq onlayn yardım prosesinə start verdi. Yardımçı layihəsi heç bir fərdin, o cümlədən dövlət və özəl qurumların birbaşa rəhbərliyi altında yaradılmayıb. Koronavirus COVID-19 pandemiyasına qarşı Azərbaycan vətəndaşlarının bir-birinə onlayn yardım göstərməsi məqsədilə yaradılıb. İanələr könüllülük prinsipi əsasında edilir. Maddi maraq və ya korperativ məqsədlər daşımır. Layihənin təşəbbüskarları aidiyyatlı qurumlarla təmənnasız işbirliyi qurmuş, dəstəkçilər və könüllülərdən ibarət qrupla fəaliyyətə başlamışdır.
Abasallı (Yardımlı)
Abasallı — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 4 dekabr 2001-ci il tarixli, 228-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Avaş kənd inzibati ərazi dairəsi tərkibindəki yaşayış məntəqəsi Abasallı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Abbasabad (Yardımlı)
Abbasabad — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Abbasabad kəndi Yardımlı rayonunun Hamarkənd inzibati ərazi dairəsində yerləşir. Viləşçayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi XIX əsrin ortalarında pornayım tayfasına mənsub ailələr tərəfindən salınmışdır. Bəzi mənbələrdə Abasabad (1917, 1933, 1961) variantında qeydə alınmışdır.. Oykonim Abbas (şəxs adı) və abad topokomponentlərindən düzəlib. 1809–1810-cu illərdə Araz çayı sahilində, Naxçıvan şəhərinin 6 km cənub-şərqində fransız hərbi mühəndislərinin layihəsi əsasında Abbasabad qalası tikilmişdi. Qala İran dövlət xadimi, Fətəli şah Qacarın oğlu və vəliəhdi Abbas Mirzənin adı ilə bağlı idi. Rusiya-İran müharibəsində (1826–1828) qalada vuruşmalar olmuşdu. Araz su qovşağı tikiləndən sonra Abbasabad qalasının xarabalığı su altında qalmışdır.
Allar (Yardımlı)
Allar — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Alar Yardımlı rayonu ərazisində kənd. Alar çayının (Viləş çayının qolu) sahilindədir. Etnooykonimdir. Müxtəlif məlumat kitablarında Alar/Allar/Alılar Şəklində qeydə alınmışdır. Alarlar monqol yürüşlərində (XIII əsr) iştirak etmiş türk-monqol mənşəli oyrat tayfasının bir qolu olub, həmin əsrdə Talış zonasına köçürülmüşlər. XIX əsrin ortalarında alarlar canşalı (cahanşahlı) tayfa birliyinə daxil idilər. == Tarixi == Türk tayfasının adıdır. Xalq ehtimalına görə İrandan gəlib burada ilk binə salan Alı xan və övladlarının şərəfinə əvvəlcə Alılar adlandırılıb. Sonra Allar və nəhayət Alar formasına düşüb.
Bilnə (Yardımlı)
Bilnə — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Vərgədüz inzibati ərazi vahidində yerləşən qədim türk kəndlərindən biri də Bilnədir. Kənd Peştəsər silsiləsinin ətəyində yerləşir. Bəzi tədqiqatçılar bilnə sözünü yanlış olaraq talış dilində bil (bataqlıq, sucaq yer) və nə komponenti ilə izah edirlər. Bu barədə yerli əhali arasında müxtəlif fikirlər vardır. Kəndin bəzi yaşlı sakinləri oykonimin adını (bil –bataqlıq, göl və ne/nə - inkar topoformantı) “su, göl olmayan yer” şəklində izah edir və bunu ərazidə su ehtiyatının çoz az olması ilə əlaqələndirir. Buradan aydın olur ki, toponimin “”bataqlıq, sucaq yer” mənasında olması inandırıcı deyil. Qeyd edək ki, yerli əhali arasında bilnə sözünün mənşəyini Azərbaycan türkcəsində “binə yeri” kimi izah edənlər daha çoxdur. Əhalisi türksoyludur və vaxtilə Ərdəbildən köçmə Şahsevən tayfaları ilə qaynayıb-qarışmışdır. Yerli tədqiqatçı M.Həsənov da Yardımlı ərazisindəki Bilnə yaşayış məntəqəsinin Lerikdəki eyniadlı oykonimlə bağlı olduğunu güman edir.
Bozayran (Yardımlı)
Bozayran — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.Yardımlı rayonunun Yardımlı qəs. inzibati ərazi vahidində kənd. Viləş çayının sağ sahilindən bir qədər aralı, Peştəsər silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini Cəlilabad rayonunun Böyük Bozayran kəndindən köçüb gəlmiş ailələr salmışlar.
Daşkənd (Yardımlı)
Daşkənd — Azərbaycan Respublikasının Yardımlı rayonunun Yardımlı qəsəbə inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 646-IIIQ saylı Qərarı ilə Yardımlı rayonunun Yardımlı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Daşkənd kəndi Yardımlı qəsəbəsi ilə birləşdirilmiş və bu kənd Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır. == Toponimikası == Oykonim daş (burada "qaya") və kənd (yaşayış məntəqəsi) komponentlərindən düzəlib "qayada yerləşən kənd" mənasındadır. Özbəkistanda Daşkənd adlı vilayət və yaşayış məntəqəsi var. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Peştəsər silsiləsinin ətəyində yerləşir. == Din == Kənddə Daşkənd məhəllə məscidi dini icması fəaliyyət göstərir.
Dəlləkli (Yardımlı)
Dəlləkli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Eçara (Yardımlı)
Eçara — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 dekabr 1997-ci il tarixli, 419-IQD saylı Qərarı ilə Yardımlı rayonunun Ərsilə kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Eçara kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Gendərə (Yardımlı)
Gendərə — Azərbaycan Respublikasının Yardımlı rayonunun Astanlı inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi XIX əsrdə mövcud olmuş Cunduza kəndinin binə yeri olmuşdur. Sonralar binə tədricən kəndə çevrilmışdir. Kənd Gendərə (geniş dərə) adlı yerdə yerləşdiyi üçün belə adlandırılmışdır.
Ləzran (Yardımlı)
Ləzran — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Ərus kənd Sovetinin Ləzran kəndi Ərsilə kənd Sovetinin tərkibinə verilmişdir. == Tarixi == === Tarixi abidələri === Ləzran kəndinin yaxınlığında XIII-XIV əsrlərə aid edilmiş Abi-Dərdə türbəsi yerləşir. Türbə ilkin forması saxlanmaqla 1985 və 2000-ci illərdə təmir olunub. Yardımlı şəhər sakini Hacı Sabir İsmayılovun şəxsi vəsaiti hesabına 2011-ci ildə ziyarətgahın yanında istirahət otağı və 17 metr uzunluğunda məscid tikilmişdir. Abi-Dərdə türbəsi ən çox ziyarət olunan pirlərdən biridir, buraya müxtəlif yerlərdən insanlar ziyarətə gəlir. Abi-Dərdə türbəsi 4471 invertar sayı ilə XIV əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınaraq mühafizə olunur. === Deportasiya === 1944-cü ildə Azərbaycan SSR Nazirlər Sovetinin hərbi sərhəd zonasından kəndlərin köçürülməsi haqqında qərarına əsasən 20-yə yaxın kəndin köçürülməsi prosesi başlanıldı. Köçürülənlərin bir hissəsi Yardımlının Çayüzü, Ünəç, Əsədabad kəndlərində yerləşdirilib. Kəndlərin torpaq sahələri dövlət fonduna daxil edilib.
Musa (Yardımlı)
Musa — Azərbaycan Respublikasının Yardımlı rayonunun Astanlı kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Yardımlı rayonunun Astanlı kənd inzibati-ərazi vahidinin tərkibindəki yaşayış məntəqəsi Musa kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == 2009-cu il tarixinə olan rəsmi məlumata əsasən kənddə cəmi 8 nəfər yaşayır.
Məlikli (Yardımlı)
Məlikli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Porsova (Yardımlı)
Porsova — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Telavar, Şovut, Honuba, Honuba Şıxlar və Zeynələzir kəndləri ilə sərhəddaşdır. Hal hazırda kəndin əhalisi 851 nəfərdən ibarətdir.[mənbə göstərin] == Adın kökü == Gerçəkdəki Porsova adı Pirsova kəlməsinə dayanır. Böyük ehtimalla kəndin adı ərəb ya da fars mənşəylidir.[mənbə göstərin] == İqtisadiyyat == Əhalinin çoxu heyvandarlıq və bitkiçiliklə məşğuldur. == Tarix == 1886-cı ilin ailə siyahılarına əsasən Şovut ilə Porsova, Telavarın qəsəbələridir.1970-ci illərdə, Porsova Azərbaycan SSR, Yardımlı rayonunun, Porsova kənd sovetinə daxildir. Porsova kənd sovetinin başqa kəndləri - Honuba, Honuba Şıxlar, Gügəvar, Zeynələzir, Tiləkənd.
Qaraqaya (Yardımlı)
Qaraqaya — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Qaraqaya kəndi Çay Üzü kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Urakəran kəndi mərkəz olmaqla Urakəran kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Separadi (Yardımlı)
Separadi — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Tahirli (Yardımlı)
Tahirli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Təzəkənd (Yardımlı)
Təzəkənd — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Bərcan kənd Sovetinin Təzəkənd kəndi Şıxlar kənd Sovetinin tərkibinə verilmişdir.
Vəlixanlı (Yardımlı)
Vəlixanlı — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Xanbulaq (Yardımlı)
Xanbulaq — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Yardımlı (dəqiqləşdirmə)
Yardımlı
Yardımlı bələdiyyələri
Yardımlı bələdiyyələri — Yardımlı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yardımlı bələdiyyəsi
Yardımlı bələdiyyələri — Yardımlı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yardımlı meteoriti
Yardımlı meteoriti və ya Ərus meteoriti — Azərbaycana düşdüyü bilinən ilk dəmir meteorit. Keçmiş SSRİ ərazisinə düşən 3-cü böyük meteorit sayılır.Bu meteoriti Moskva vaxtı ilə 1959-cu il 24 noyabr saat 7:05-də Yardımlı rayonunun Ərus və Jiy kəndləri ərazisinə düşmüşdür. Sıx duman olmasına baxmayaraq, meteorit düşərkən təqribən 2800 km2 sahədə güclü işıqlanma yaradıb və bu 5–10 saniyə davam edib. Məlum olmuşdur ki, o məşhur Sihote-Alin meteorit yağışının yağmasından sonra düşmüşdür. Burada onun altı fərdi nümunəsi tapılmışdır: 152.56 kq; 127 kq; 11.3 kq; 5.9 kq; 2.3 kq; 0.36 kq.Yardımlı meteorit yağışının düşmə ərazisi ellips formasındadır və 8–1.5 km-dir. Uçuş istiqamətində 127 kq olan meteorit, diametri 2.8 metr olan bir konusu formalaşdırır və ona 2 metr perpendikulyardır. Bu konus Uzun-Zami ərazisinin şimal şərq hissəsində Jiy kəndindən şimal-qərbə doğru 1 km-dir. Konus divarlarının azimutu 2200–2300 olan cənub-qərb meylliliyi var. Konusun gövdəsi 550–600 üfüq bucağını yaradır. Konusun dərinliyi onun mərkəzi hissəsində 1.9 m-dir.