Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zehni zəiflik
“Yaddaşın normal fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri düşüncənin aydın olmasıdır. Düşüncənin pozulması ilə müşayyət olunan bütün hallarda tam amnezyya qeyd olunur. Bir çox təsadüflərdə amneziyalar beyinin travmaları və ruhi sarsıntıları ilə əlaqədar olaraq baş verdiyi üçün travmanın vaxtından asılı olaraq o bir neçə formaya bölünür. == Retroqrad amneziya == Düşüncənin pozulması ilə müşayiət olunan hadisə zamanı ( travma ) və ondan əvvəlki hadisələrin müəyyən müddət unudulmasına deyilir. Məsələn, avtomobil qəzası nəticəsində düşüncənin qısa müddətli pozulması ilə müşayiət olunan kəllə travması alan adam, maşına mindiyi ana qədər hadisələri ya dəxşı yadına saldığı halda ondan sonrakı travmayadək olan hadisələri tamamilə unutmuşdur. Nəqliyyat hadisəsi maşın yola düşəndən 15 dəqiqə sonra baş vermişdir. Başqa bir xəstə travmaya qədərki beş gün müddətində baş vermiş hadisələri unutmuşdur. == Anteroqrad amneziya == Travmadan sonrakı hadisələrin bu və ya başqa müddət ərzində unudulmasına deyilir. Müddəti bir neçə dəqiqədən bir neçə günə qədər ola bilər. == Retroanteroqrad amneziya == Həm travmadan əvvəlki, həm də travmadan sonrakı dövrləri əhatə edə bilər.
Dehli
Dehli (hind दिल्ली, pənc. ਦਿੱਲੀ, urdu دِلّی‎, ing. Delhi, köhnə adı Şahcahanabad) — Hindistanın böyüklüyünə görə ikinci böyük şəhəri (Mumbaydan sonra), Hindistanın ittifaq ərazisi statusuna malikdir (Dehli milli paytaxt dairəsi). Hindistanın şimaında Yamuna çayının sahilində yerləşir.
Menli
Menli — Avstraliyanın Sidney şəhərinin şimalında şəhərətrafı qəsəbə. Sidneyin işgüzar mərkəzindən 17 kilometr şimal-şərqədir, eyniadlı dairənin inzibati mərkəzidir. Əhalisi 13 949 nəfərdir (2006-cı il). == İqtisadiyyatı == Menli şəhərinin iqtisadiyyatı çimərliklə sıx bağılıdır. Açıq havada, okean sahili boyu çox sayda kafe və restoranlar, yaxın küçələrdə isə ticarət mərkəzləri vardır.
Meheli nalburunu
Meheli nalburunu (lat. Rhinolophus mehelyi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin nalburunlar fəsiləsinin nalburun cinsinə aid heyvan növü. Növ tanınmış macar alımı Loyaş Mehelinin şərəfinə adlandırılıb. == Qısa təsviri == Növün özünə məxsus xüsisiyyəti göz ətrafında parlaq-boz eynəyinin olmasıdır. Bu növ rəng və kütləsinə görə Böyük nalburun və Kiçik nalburun növlərinə oxşardır. Bədənin uzunluğu 4,9-6,4 sm, quyruğun uzunluğu isə 2,1-3,2 sm olur. Qanadlar arasında məsafə isə 31 sm-dir. Çəkisi 10-23 qram təşkil edir. Bədən rəngləri mavi çalara malik parlaq-boz rəngdədir. == Yayılması == Cənubi Avropada, Şimali Afrikada, Yaxın Şərqdə, Dağıstanda və Zaqafqaziyada yayılmışdır.
Sehrli Xəncər
Sehrli Xəncər (ing. Kris Sakti) Malayziya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadrodur. 2011-ci ildə yaradılmışdır. Uçuşlar üçün 4 ədəd Extra EA-300 təyyarəsi istifadə olunur.
Sehrli fleyta
Sehrli fleyta — (alm. Die Zauberflöte‎), Volfqanq Amadey Motsartın 1791 ci ildə Emanuel Şikanederin librettosuna bəstələmiş olduğu opera. Operanın premyerası 30 sentyabr 1791-ci ildə Auf der Viden, Vyanada oynanılmışdır. == Süjeti == Librettonun süjeti isə bir neçə xalq nağılından götürülmüşdür. Gecə kraliçasının qızı sehrbaz Zarastro tərəfindən oğurlanır. Gecə kraliçası qızını qurtarmaq üçün, köməkçi və sehrli fleyta verib, şahzadə Taminonu yola salır. Şahzadə sehrbazın tərəfinə keçərək bir sıra sınaqlarla üzləşir. == Personajlar == == Məzmunu == === I Pərdə === Şahzadə Tamino dağlarda azıb qalır. Gecə kraliçasının quluqçuları olan üç qadın onu ilandan xilas edirlər. Tamino ayılanda quş tilovçusu Papagenonu görür.
Sehrli futbol
Sehrli futbol (isp. Metegol) — 2013-ci ildə 3D formatında çəkilmiş uzun-metrajlı Argentina animasiyasıdır.
Sehrli kvadrat
Sehrli kvadrat – dünyada məşhur olan riyazi termin "Sehrli kvadrat"lar qədim dövrlərdən müxtəlif mədəniyyətlərə məlumdur. Həmin xalqlar bu kvadratların möcüzəli qüvvəyə malik olduğunu düşünürdülər. Avropada isə ilk belə kvadrat 1514-cü ildə Albrext Dürer tərəfindən yaradılıb. == Qurulma qaydası == "Sehrli kvadrat"larda ədədləri diaqonal, şaquli və üfüqi istiqamətdə topladıqda cəm eyni alınır.
Sehrli susüpürən
Sehrli xalça
Uçan xalça və ya Sehrli xalça — İnsanların mifik təsəvvürlərində mövcud olmuş fantastik hava nəqliyyatı vasitəsi. == Tarixi == Dünya nağılları içində sehrli nağıllara daha çox önə verilir. İnsanların mifik təsəvvürləri əks olunan sehrli nağıllarda sehrli qüvvələr – uçan xalça, sehirli güzgü, sehrli tütək, sehrli papaq, sehrli çıraq, divlər, yeddibaşlı əjdahalar, əfsanəvi quşlar və s. iştirak edirlər. Hərçənt bu ideyaya Yaxın Şərq ədəbiyyatında, həmçinin Azərbaycan şifahi xalq ədəbiyyatında daha çox rast gəlmək olur.. == "Uçan xalça"nın bu günü == Müasir texnologiyalar vasitəsilə Dünya nağıllarındakı uçan xalçanın gerçəkləşməsinə bir sıra cəhdlər edilmişdir. Məsələn, Prinston Universitetinin alimləri tərəfindən plastik materialdan hazırlanmış "sehrli xalça" sınaqdan keçirilib. ABŞ-nin Prinston Universitetində bu istiqamətdə tədqiqat aparılır. Aspirant Noa Cafferisin təqdim etdiyi şəffaf plastik təbəqə əks istiqamətlərdə hərəkət edən elektrik yükü sayəsində hərəkət edir. Elektrikin yaratdığı dalğa havanı hərəkətə gətirir və bu da xalçanı itələyir.
Sehrli çubuq
Sehrli çubuq (ing.magic wand, ru. волшебная палочка ) - formasından asılı olmayaraq ayrıca rəngdə olan bütöv sahəni seçdirən redaktə aləti; qrafik redaktorların əksəriyyətində (Adobe Photoshop, Aldus Photostyler, Corol PhotoPaint) sehrli çubuq aləti vardır. Redaktə ediləsi sahəni seçdirmək üçün bu alətdən istifadə olunur. Onun başlıca gücü istifadəçini çox yorucu və sıxıcı işlərdən azad etməsindədir. Hər hansı pikseli siçan vasitəsilə çıqqıldatdıqda sehrli çubuq onunla eyni rəngdə olan sahəni (qıraqların nə qədər girinti-çıxıntılı olmasından asılı olmayaraq) seçdirir. Bundan sonra, həmin sahəni tək obyekt kimi kopiyalamaq (COPY), uzaqlaşdırmaq (DELETE), sürüşdürmək (MOVE), döndərmək (FLIP), fırlatmaq (ROTATE), büzmək (SHRINK), dartmaq (STRETCH), yaxud ona sücgəclər (FILTER) tətbiq etmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Senecio behnii
Senecio behnii (lat. Senecio behnii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Zebrli akula
Zebrli akula, akula-zebr (lat. Stegostoma fasciatum) — Zebrli akulalar fəsiləsinə aid yeganə balıq növü. Sakit və Hind okeanlarının tropik və subtropik sularında, bəzən isə Yapon dənizinin cənub hissələrində rast gəlinir. Zebrli akulasının uzunluğu 3,3 m-ə qədər çata bilər. Zəhər vəziləri olan kəskin tikanlı axçalara malikdir. Akula xərçəngkimilər və molyusklarla qidalanın və insan üçün təhlükəli hesab olunmur. Zebrli akula yumurta qoymaqla çoxalır.
Zebrli akulalar
Zebrli akula, akula-zebr (lat. Stegostoma fasciatum) — Zebrli akulalar fəsiləsinə aid yeganə balıq növü. Sakit və Hind okeanlarının tropik və subtropik sularında, bəzən isə Yapon dənizinin cənub hissələrində rast gəlinir. Zebrli akulasının uzunluğu 3,3 m-ə qədər çata bilər. Zəhər vəziləri olan kəskin tikanlı axçalara malikdir. Akula xərçəngkimilər və molyusklarla qidalanın və insan üçün təhlükəli hesab olunmur. Zebrli akula yumurta qoymaqla çoxalır.
Zeynali Dursunov
Zeynali Əlləz oğlu Dursunov (16 mart 1999; Fətəlikənd, Saatlı, Azərbaycan — 14 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zeynali Dursunov 16 mart 1999-cu ildə Saatlıda, Fətəlikənddə doğulub. Əslən Axısqa türklərindəndir. 2006-cı ildə Saatlı rayonu, Ömər Faiq Nemanzadə adına Günəşli kənd ümumi orta məktəbinin birinci sinfinə daxil olan Zeynalı 2014-cü ildə həmin məktəbin doqquzuncu sinfini bitirib. 2014–2016-cı illərdə Adil Çaxoyev adına Fətəlikənd tam orta məktəbində tam orta təhsilini başa vurub. == Hərbi xidmətləri == Zeynalı 2017-ci ilin iyulundan 2019-cu ilin yanvarına qədər Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Zeynalı Dursunov Füzulinin azad edilməsində savaşıb. Zeynali Dursunov 2020-ci ildə oktyabrın 14-də Füzuli rayon istiqamətində gedən döyüş əməliyyatlarında düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Saatlıda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zeynali Dursunov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Zeynali Dursunov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Zeynali Dursunov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Sehrli söz
Ovsun, əfsun — müxtəlif xalqların şifahi yaradıcılığında guya insanlardan bədbəxtliyi kənar etmək, onları xəstəlikdən qorumaq, xoşbəxtliyə çatdırmaq, varlanmaq, uğurlu ov, bol məhsul götürmək və s. gücünə malik olan müəyyən sehirli qüvvənin ifadə formulu. Hələ qədimdən insanlar öz arzu və istəklərinə çatmaq üçün müxtəlif ovsunlara müraciət edirdilər. Ovsunçuluq ən qədim magik təsəvvürlərlə bağlı olmuşdur. == Haqqında == Magik səciyyəli folklor aktı olan ovsunlar uzun bir təkmilləşmə yolu keçmiş və bu yolda özünə yaxın mərasim ünsürləri və folklor mətnləri ilə qarşılıqlı əlaqədə olmuş, bəzən onlarla çulğalaşmışdır. Buna görə də ovsunlar bəzən fal, tilsim və sehrlə eyniləşdirilir. Halbuki ovsunlar həm şəkil, həm də lüğəti məna və mahiyyətcə onlardan fərqlənir. Bəhlul Abdullanın yazdığına görə, nağıl və dastan süjetlərində sıx-sıx təsadüf edilən tilsimlər virdlə, lövhlə bağlıdır, onu bilən, icra edən də, əsasən, qara, neqativ qüvvələrin təmsilçisi olan cadügərlərdir. Ovsunlar isə bilavasitə gerçək yaşayış, xüsusən də ailə-məişət hadisələri çevrəsində təzahür edir. Ovsunlarda insanların normal yaşayışına mane olan, güzaran üçün qorxu, təhlükə törədən qüvvələrə qarşı mübarizə var və bu da əsasən ayin, mərasim, magik sözün sehrli təsir gücü ilə həyata keçirilir.
Sehrli sözlər
Ovsun, əfsun — müxtəlif xalqların şifahi yaradıcılığında guya insanlardan bədbəxtliyi kənar etmək, onları xəstəlikdən qorumaq, xoşbəxtliyə çatdırmaq, varlanmaq, uğurlu ov, bol məhsul götürmək və s. gücünə malik olan müəyyən sehirli qüvvənin ifadə formulu. Hələ qədimdən insanlar öz arzu və istəklərinə çatmaq üçün müxtəlif ovsunlara müraciət edirdilər. Ovsunçuluq ən qədim magik təsəvvürlərlə bağlı olmuşdur. == Haqqında == Magik səciyyəli folklor aktı olan ovsunlar uzun bir təkmilləşmə yolu keçmiş və bu yolda özünə yaxın mərasim ünsürləri və folklor mətnləri ilə qarşılıqlı əlaqədə olmuş, bəzən onlarla çulğalaşmışdır. Buna görə də ovsunlar bəzən fal, tilsim və sehrlə eyniləşdirilir. Halbuki ovsunlar həm şəkil, həm də lüğəti məna və mahiyyətcə onlardan fərqlənir. Bəhlul Abdullanın yazdığına görə, nağıl və dastan süjetlərində sıx-sıx təsadüf edilən tilsimlər virdlə, lövhlə bağlıdır, onu bilən, icra edən də, əsasən, qara, neqativ qüvvələrin təmsilçisi olan cadügərlərdir. Ovsunlar isə bilavasitə gerçək yaşayış, xüsusən də ailə-məişət hadisələri çevrəsində təzahür edir. Ovsunlarda insanların normal yaşayışına mane olan, güzaran üçün qorxu, təhlükə törədən qüvvələrə qarşı mübarizə var və bu da əsasən ayin, mərasim, magik sözün sehrli təsir gücü ilə həyata keçirilir.
Dehli Universiteti
Dehli Universiteti (ing. University of Delhi, hind दिल्ली विश्वविद्यालय) — Hindistanın Dehli şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1922-ci ildə qoyulmuşdur. == Kitabxanası == Universitetin zəngin kitabxana fondu var. == Xarici əlaqələri == "Universitas 21" adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasına daxildir.
Dehli sultanlığı
Dehli sultanlığı — 1206–1526-cı illərdə Hindistanda iqtidarda olmuş türk dövləti. == Dehli sultanlığının yaranması == Hindistanda racələr arasında gedən uzunmüddətli ara müharibələri ölkəni xeyli zəiflətmişdi. Hind icmalarında sosial narazılıqların kəskinliyi, kastalar arasındakı düşmənçilik, tayfalararası çəkişmələr Hindistanın türk tayfaları tərəfindən işğalına şərait yaratdı. 1175-ci ildə sərkərdə Səhabəddin Məhəmməd Gurlu Pəncab şəhərini tutaraq, Qəznəvilər sülaləsinin hakimiyyətinə son qoydu. O, 1192-ci ildə hind knyazlarının birləşmiş qoşununu məğlub edərək, bütün Doabın (Hindistanın Camna və Qanq çayları arasında yerləşən, təbii sərvətlərlə zəngin olan vilayət) hakimi oldu. 1199-cu ildə Bihar və Benqaliya vilayətləri də Gurlu sülaləsinin hakimiyyəti altına düşdü. İşğal olunmuş əraziləri Məhəmməd Gurlu türk mənşəli sərkərdələrin idarəsinə verdi. İqta sahiblərinə nəzarət etmək üçün onun varisi Qütbəddin Aybəkin rəhbərliyi altında xüsusi idarə də yaradıldı. Hindistanın feodal dağınıqlığı keçirməsindən istifadə edən Məhəmməd 20 il ərzində bütün Şimali Hindistanı özünə tabe etdi. Onu əvəz edən Qütbəddin Aybək (1206–1210) özünü bütün Şimali Hindistanın hökmdarı elan edərək, 1206-cı ildə Dehli sultanlığın əsasını qoydu.
Nyu-Dehli
Yeni Dehli (hind नई दिल्ली, pənc. ਨਵੀਂ ਦਿੱਲੀ, urdu نئی دلی, benq. নতুন দিল্লি, ing. New Delhi) — Hindistanın rəsmi paytaxtı, Dehli şəhərinin rayonu. 42,7 кm² ərazisi var, Hindistan hökuməti və Dehli şəhər hökumətinin rezidensiyası burada yerləşir.
Nyu Dehli
Yeni Dehli (hind नई दिल्ली, pənc. ਨਵੀਂ ਦਿੱਲੀ, urdu نئی دلی, benq. নতুন দিল্লি, ing. New Delhi) — Hindistanın rəsmi paytaxtı, Dehli şəhərinin rayonu. 42,7 кm² ərazisi var, Hindistan hökuməti və Dehli şəhər hökumətinin rezidensiyası burada yerləşir.
Yeni Dehli
Yeni Dehli (hind नई दिल्ली, pənc. ਨਵੀਂ ਦਿੱਲੀ, urdu نئی دلی, benq. নতুন দিল্লি, ing. New Delhi) — Hindistanın rəsmi paytaxtı, Dehli şəhərinin rayonu. 42,7 кm² ərazisi var, Hindistan hökuməti və Dehli şəhər hökumətinin rezidensiyası burada yerləşir.
Zəlili
Zəlili (ən tezi 1779 və ən geci 1780 – 1836) — Görkəmli türkmən şairi. == Həyatı == 1780-ci ildə doğulmuşdur. Zəlili ilk dərslərini kənd məktəbində Məxtumquludan almışdır. Zəlilinin anası Xurma Məxtumqulunun bacısı qızıdır. Zəlili Seydulla Seydi iiə bir bölgədə yaşamış, onlar dost olmuş və şeirləşmişlər.1836-cı ildə vəfat etmişdir.
Zərnəli
Zərnəli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zərnəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Zərnəli kəndi Həkəri çayının sahilində, təpəli düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Qaradağ mahalindan, Arazın sağ sahili boyundakı Zərnə kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Sehrli Ağac (1980)
== Məzmun == Film uşaqlara hər şeyin zəhmətlə qazanıldığı fikrini aşılayır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Hafiz Əkbərov Ssenari müəllifi: Nəriman Süleymanov Operator: Ramiz Ağayev Quruluşçu rəssam: Olqa Boqolyubova Bəstəkar: Rauf Əliyev Səs operatoru: Əsəd Əsədov Cizgi rəssamı: Arifə Hatəmi, Gülşən Quliyeva, Yuri Meşşeryakov, Rauf Dadaşov, Vaqif Məmmədov, Vahid Talıbov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314.
Sehrli alma (balet)
"Sehrli alma" — Oqtay Zülfüqarovun 2012-ci ildə "Məlikməmməd" xalq nağılı əsasında yazdığı ikipərdəli balet. Libretto müəllifindir.
Sehrli Çıraq (1987)
== Məzmun == Film lovğa Nazimin öz səhvi ucbatından daim çətinliklərlə qarşılaşmasından, sonradan isə öz səhvlərini başa düşərək peşimançılıq çəkməsindən danışır. == Festivallar və mükafatlar == 1)1991-ci ildə Bu filmlə yanaşı "Xeyirxah nağıl" və "Basatın igidliyi" filmlərinə görə rejissor Vaqif Behbudov Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülmüşdür. == Film haqqında == Kukla filmidir.
Zəhlə
Zəhlə (ərəb. زحلة‎) — Livanda Bekaa muxəfazasının inzibati mərkəzi olan şəhərdir. Şəhərin əhalisi təxminən 100 000 nəfər təşkil edir. (2006). 2013-cü ildə əhali 56000 nəfərə qədər azalmışdır. Əhalisinin sayına görə şəhər Beyrutdan və Tripolidən sonra Livanda üçüncü şəhərdir. Əhalisi əsasən xristianlardan təşkil olunub. Livan Melkite Yunan Katolik kilsəninin mərkəzidir. Zəhlə şəhəri Bekaa vadisinin mirvarisi hesab edilir. O təmiz havası ilə, kurortlar ilə və orijinal mətbəxi ilə məşhurdur.
Zənci
Zənci (isp. negro «qara (rəng)», — neqroid irqinə aid olan insanların ümumi adı. ədəbiyyatda bəzən kapoid irqinin nümayəndələri olan — buşmenlərvə qottentotları da aid edirlər. Bəzən mulatlar da zənci adlanır. Ancaq zənci və mulatların kompakt yaşadığı Latın Amerikası və Cənubi Afrika Respublikasında onlar bir-birindən ayrılırlar. == Mənbə == Анучин Д. Н. Негры // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Zəngi
Zəngi (İsmayıllı) Zəngi (Şəbüstər) Zəngiçay — Ermənistan və Naxçıvan MR-də çay. Zəngi — İsmayıllı rayonu ərazisində çay. Girdiman çayi hövzəsinə daxildir. Zəngi dərə — Qobustan rayonu ərazisində çay. Çay axdığı Zangidərənin adi ilə adlandırılmışdır.
Əhali
Əhali — Yer kürəsində və ya dünyanın konkret hansısa hissəsində (ölkə, qitə, region, ölkələr qrupu) daima yenidən istehsal nəticəsində yenilənən və yaşayan insanların toplusu. Bizim eranın əvvəlində Yer kürəsində təqribən 230 mln, birinci minilliyin sonunda — 275 mln, 1800-cü ildə — 1 mlrd, 1900-cü ildə — 1,6 mlrd, 1960-cı ildə — 3 mlrd, 1999-cu ildə 6 mlrd nəfər yaşayırdısa, 1 iyul 2009-cu ildə bu rəqəm 10 768 167 712 nəfər oldu. 2050-ci ilə proqnoz — 9,2 мilyard nəfər götürülür. 1970-ci ilədək əhali hiberbolik templə artırdı. Hal-hazırda Yer kürəsi əhalisinin artım tempinin azaldığı hiss edilir. == Dünyanın əhalicə ən böyük ölkələri == 2016-cı ilin iyul ayına əhalisi 80 milyondan çox olan ölkələr: == Əhali göstəriciləri == əhalinin sayı və onun artım dinamikası demoqrafik proseslərin intensivliyi: doğum, ölüm, təbii artım, kəbin yerləşmə, urbanizasiya, miqrasiya yaş-cins tərkibi və ailə göstəriciləri təhsil səviyyəsi irq, dil, etnos və din tərkibi ac adamların sayı, onların kəmiyyət və keyfiyyət göstəriciləri.Hayns fon Fyorster, Andrey Korotayev, Sergey Kapitsa və digərlərinin tədqiqatlarında isbat edildi ki, axırıncı 100 min ildə (XX əsrin 60–70-ci illərinə qədər), dünya əhalisinin artımı sayının kvadratı tempi ilə artırdı. Bu hiberbolik qanun adlandırıldı.
Arı zəhəri
Arı zəhəri — arıların zəhər vəziləri tərəfindən ifraz olunan və xüsusi kisəyə toplanan məhlul. == Ümumi məlumat == Arı zəhəri iki zəhər vəzisi tərəfindən hazırlanır, xüsusi kisəyə toplanır. Oradan isə arı sancması zamanı xaric olunur.Arı zəhərinin əsas tərkibi histamin maddəsindən ibarətdir.Ona görə də arı zəhəri ilə zəhərlənməzamanı antihistaminpreparatları(dimedrol və s.)işlədilir. == Arı zəhəri təbabətdə == Arı zəhəri respublikamızda və xarici ölkələrin təbabətində geniş şəkildə istifadə edilir. Təbabətdə arı zəhəri natural şəkildə bilavasitə arı sancması ilə və müxtəlif preparatlar şəklində istifadə edilir. Son vaxtlar arı zəhəri oynaq revmatizminin vəsinir xəstəliklərin (işias) radikulit və üçlü sinirin nevralgiyasının müalicəsində yaxşı nəticə verir. Arı zəhəri apitoksin qan yaradıcı sistemlərə yaxşı təsir edərək hemoqlobinin miqdarını çoxaldır, qanın yaxıcılığını vəlaxtalanmasını azaldır, eritrositlərin çökmə reaksiyasını aşağı salır, ümumi və yerli leykositozu artırır. Arı zəhəri ürək əzələsinin işini nizamlayır,qan təzyiqini aşağı salır və maddələr mübadiləsini yaxşılaşdırır. Arı zəhəri bir çox sağalmayan yaraların müalicəsində işlədiir. == Arı zəhəri elmdə == Arılarda olan iki zəhər vəzisinin ifraz etdiyi və sancan zaman neştərindən axan acı, zəhərli, şəffaf maddə.
Qurbandurdu Zəlili
Zəlili (ən tezi 1779 və ən geci 1780 – 1836) — Görkəmli türkmən şairi. == Həyatı == 1780-ci ildə doğulmuşdur. Zəlili ilk dərslərini kənd məktəbində Məxtumquludan almışdır. Zəlilinin anası Xurma Məxtumqulunun bacısı qızıdır. Zəlili Seydulla Seydi iiə bir bölgədə yaşamış, onlar dost olmuş və şeirləşmişlər.1836-cı ildə vəfat etmişdir.
Zeynalı (Sayınqala)
Zeynalı (fars. زينالو‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 142 nəfər yaşayır (28 ailə).
Zeynalı (Urmiya)
Zeynalı (fars. زينالو‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 577 nəfər yaşayır (153 ailə).