Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çanaqqala
Çanaqqala — Şimal-qərbi Anadoluda,eyniadlı boğazın sahilində yerləşən şəhərdir.2015-ci ilin statistik göstəricilərinə nəzərən əhalisi 122.613 nəfərdir.Troya qalıqlarının aşkar edildiyi yerdir. == Tarixi == Antik dövrə məxsus olan Troya qalıqları şəhərin sərhədləri daxilindədir. === Osmanlı dövrü === Ərazinin qədim mərkəzi Biqa olmuşdur.Cümhuriyyət zamanında Çanaqqala döyüşlərində qazanılan qələbədən dolayı,ərazinin adı və mərkəzi Çanaqqala olaraq dəyişdirilmişdir.Bu adın mənşəyi burada çox inkişaf edən dulusçuluq sənəti ilə bağlıdır.Şəhərin ilk simvolu sayılan Sultaniyyə qalası ilə yanaşı,dulusçuluq da tanındıqca şəhər ``Çanaqqala``adlanmağa başlamışdır. === Çanaqqala döyüşləri === 1915-ci ildə Osmanlı dövləti ilə Antanta ölkələri arasında Çanaqqala döyüşlərinə şahidlik etdi.Antantanın birləşmiş qüvvələri dəniz döyüşlərində texniki vasitələr və insan itkisi verərək məğlub oldu və boğazları keçə bilmədi.Daha sonra Antanta qüvvələri qurudan hücuma keçdi.Bu döyüşlərdə podpolkovnik Mustafa Kamalın uğurları sayəsində qarşı Antantanın irəliləyişi dayandırıldı.İki qüvvə bir-birinə üstün gələ bilmədi və quru hücumları da uğursuzluqla nəticələndi. == Demoqrafiya == Çanaqqala şəhəri əhali sayı baxımından Mərmərə bölgəsində bir çox şəhərdən sonra gəlməkdədir.Mərkəz ərazinin 1927-ci ildə 8515 nəfər olan əhalisi 1990-cı ildə 53.995,2000-ci ildə 75.180,2007-ci ildə 86.544 və 2008-ci ildə 90.563-ə çatmışdır. Cədvəldə müvafiq olaraq İllər,həmin illərə görə əhalinin ümumi sayı,daha sonra isə şəhərdə və ətraf ərazilərdə yaşayan əhalinin sayı göstərilmişdir. == Mədəniyyət == Çanaqqala minillər boyu fərqli cəmiyyətlərin hegemonluğunda olmuş,həm memarlığında,həm də yaşam tərzində onlardan izlər daşımaqdadır.1970-ci illərdən etibarən həyata keçirilən maliyyə yatırımlarından ərazidə ənənəvi cəmiyyət quruluşu özünü sürətli şəkildə müasir şəhər quruluşu ilə əvəzləmişdir.Maliyyə yatırımları ilə nəqliyyat inkişaf etmiş və şəhərin görünüşünün dəyişməsi də beləcə başlamışdır.Bu gün Çanaqqala Türkiyənin ən müasir ərazilərindəndir.Cəmiyyətdə nüvə ailə anlayışı geniş yayılmışdır.Cəmiyyət manavlar,türkmənlər,pomaklar,yörüklər,Bolqarıstan miqrantları,az sayda kumık türkləri,çərkəz və bosniyalıdan ibarətdir.Bosniyalılar və yörüklər adətən kənd təsərrüfatı ilə məşğul olurlar.Lakin,xalq etnik baxımdan ayrılmamış,birlik içində yaşamaqdadır.Buna baxmayaraq,hər toplum özünün mədəni quruluşunu qoruyur.Vilayət və mahal mərkəzlərində geniş miqyasda müasir geyim nümunələri mənimsənilmişdir.Kənd seqmentindən gələn qadınlar bəyaz yəməni adlanan şal və enli şalvar ilə neylon qumaşdan palto geyinərlər.Kənd seqmenti kişiləri isə ənənəvi geyim tərzi şalvar,pencək və papaqdır.Bölgədə kişilərin enli şalvar geyinməyinə çox da rast gəlinmir.Çanaqqalada istehsal edilən başlıca qida məhsulları şərab,zeytun,sardalya balığı,pendir halvası,keşkəkdir. == Turizm == Çanaqqala və digər mahallar tarixi və təbii gözəlliklər baxmdan olduqca zəngin olsa da,lazımından az turist cəlb etməkdədir.Turizmə edilən maliyyə yatırımı azdır.Hər il 25 apreldə təşkil edilən Anzac günündə Avstraliya və Yeni Zellandiyadan gələn minlərlə turist bölgəyə axın etməkdədir.Ümumiyyətlə,turizm Çanaqqala döyüşlərinin yaşandığı Gelibolu,Truva döyüşünə ev sahibliyi edən Truva antik şəhəri və Assos antik şəhəri üzərinə yönəlmişdir.Dəniz turizminə uyğun olmasına baxmayaraq,bu istiqamətdə bir iş yoxdur.Çanaqqala vilayətində 5 ulduzlu mehmanxana sayı bir ədəddir.Çanaqqalada yerləşən Gökçedada və Bozcaada turist cəlb etməkdədir.1963-cü ildən etibarən hər il avqust ayında Çanaqqalada Beynəlxaq Troya Festivalı həyata keçirilir,müxtəlif sənət fəaliyyətləri həyata keçirilir.Hər iki ildə bir təşkil edilən Beynəlxalq Çanaqqala Bienalı da Çanaqqala vilayətinin mədəniyyət,sənət və turizminə qatqılar əlavə edən fəaliyyətdir. == Təhsil == Vilayətin tək universiteti olan Çanaqqala On səkkiz mart Universitetinin (ÇOMÜ) Çanaqqala üçün xüsusi bir əhəmiyyəti vardır.Şəhərin mərkəz əhalisi 100.000 civarında olan Çanaqqalada universitet tələbəsi sayı 33.500-ü,personal sayı isə 3000-i keçməkdədir.Personal ailəsi ilə birgə hesablandıqda Universitetin tələbələr və ailələr ilə birlikdə vilayətdə 45000 əhalisi olduğu görülür.Bundan əlavə,universitet 12 fakültə və 20-dən çox ali məktəb institutu ilə vilayətin ən vacib ictimai qurumu və məşğulluq mərkəzidir.Universitetin hər mahalda ən az bir ali məktəbi yerləşməkdədir.Çanaqqala Fənn Liseyi,Çanaqqala Sosial Elmlər Liseyi,Vahid Tuna Anadolu Liseyi başlıca liseylərdəndir. == İdman == Şəhərin tək futbol komandası olan Çanaqqala Dardanelspor 1996-1999 mövsümlərində Super Liqada mübarizə aparmışdır.Daha sonra pilləli şəkildə 1-ci,2-ci və 3-cü Liqada da mücadilə etmişdir.Komanda 2014-2015 mövsümündə 3-cü Liqada mücadilə etməkdə olub şəhərin tək voleybol komandası olan Çanaqqala Bələdiyyəspor (qadınlardan ibarət voleybol komandası),2014-2015 mövsümündə Türkiyə Qadın Voleybolu 1-ci Liqasında mübarizə aparmışdır.
Çanaqqala döyüşü
Çanaqqala müharibəsi — Birinci dünya müharibəsi əsnasında 1915-1916-ci illər arasında Osmanlı dövləti ilə Antanta dövlətləri (İngiltərə, Fransa, Anzaklar) arasında baş verən dəniz və quru döyüşü. İttifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək, Rusiya ilə etibarlı qida və hərbi ticarət yolu açmaq, alman müttəfiqlərindən birini zəiflətmək məqsədi ilə ilk hədəf olaraq Çanaqqala boğazına girmişlər. Ancaq hücumları müvəffəqiyyətsiz olmuşdur və iki tərəfin də çox ağır itkilər verməsiylə İttifaq dövlətləri geri çəkilmişlər. Bu döyüş məhv olma vəziyyətində olan bir ölkənin möhtəşəm qələbəsi kimi olaraq əfsanələşmiş, hər vətəndaşın xatirəsində qalmışdır. Bir millətin gücünü ortaya çıxararaq nələr edə biləcəyini göstərmiş bu döyüş Türk Qurtuluş Savaşına da təsir etmişdir. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi gün, yəni 18 mart Çanaqqala Şəhidlərini Anma Günü olaraq elan edilmişdir. Müttəfiqlər üçün isə bu döyüş, əsgəri bacarıqsızlıq və fəlakət simvolu olaraq sayılmışdır. Erik Bolc tərəfindən yazılan döyüş əleyhdarı mahnısı "And The Bant Played Waltzing Matilda" bu döyüşlə əlaqədardır. == Başlanğıc səbəbləri == Osmanlı dövləti 21 avqust 1914-cü ildə Almaniya ilə müqavilə imzalamışdı. Ancaq bu müqavilə Osmanlı dövlətinin döyüş hazırlığı zəif olduğu üçün gizli saxlanılırdı.
Çanaqqala ili
Çanaqqala ili (türk. Çanakkale) — Türkiyənin Mərmərə regionunda il.
Çanaqqala müharibəsi
Çanaqqala müharibəsi — Birinci dünya müharibəsi əsnasında 1915-1916-ci illər arasında Osmanlı dövləti ilə Antanta dövlətləri (İngiltərə, Fransa, Anzaklar) arasında baş verən dəniz və quru döyüşü. İttifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək, Rusiya ilə etibarlı qida və hərbi ticarət yolu açmaq, alman müttəfiqlərindən birini zəiflətmək məqsədi ilə ilk hədəf olaraq Çanaqqala boğazına girmişlər. Ancaq hücumları müvəffəqiyyətsiz olmuşdur və iki tərəfin də çox ağır itkilər verməsiylə İttifaq dövlətləri geri çəkilmişlər. Bu döyüş məhv olma vəziyyətində olan bir ölkənin möhtəşəm qələbəsi kimi olaraq əfsanələşmiş, hər vətəndaşın xatirəsində qalmışdır. Bir millətin gücünü ortaya çıxararaq nələr edə biləcəyini göstərmiş bu döyüş Türk Qurtuluş Savaşına da təsir etmişdir. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi gün, yəni 18 mart Çanaqqala Şəhidlərini Anma Günü olaraq elan edilmişdir. Müttəfiqlər üçün isə bu döyüş, əsgəri bacarıqsızlıq və fəlakət simvolu olaraq sayılmışdır. Erik Bolc tərəfindən yazılan döyüş əleyhdarı mahnısı "And The Bant Played Waltzing Matilda" bu döyüşlə əlaqədardır. == Başlanğıc səbəbləri == Osmanlı dövləti 21 avqust 1914-cü ildə Almaniya ilə müqavilə imzalamışdı. Ancaq bu müqavilə Osmanlı dövlətinin döyüş hazırlığı zəif olduğu üçün gizli saxlanılırdı.
Çanaqqala böhranı
Çanaqqala böhranı — 9 sentyabr 1922-ci ildə türk qüvvələrinin İzmirə girməsindən sonra, 1922-ci ilin sentyabrında İngilis-Fransızların nəzarətində olan Boğazlar Neytral Bölgəsinə irəliləməsi ilə ortaya çıxan siyasi və hərbi böhrandır. Bu böhran Birləşmiş Krallığın baş naziri Devid Lloyd Corcun səlahiyyətlərini itirməsi ilə nəticələndi. Bundan əlavə, Kanada hökuməti bu böhran zamanı və ondan sonra Birləşmiş Krallıqdan diplomatik olaraq müstəqil fəaliyyət göstərməyə başladı. Bundan əlavə, bu böhran Britaniya Millətlər Birliyinə üzv olan dövlətlərin xarici siyasətdə sərbəst buraxılmasına yol açan 1931-ci il Vestminster Nizamnaməsinin formalaşmasında ən mühüm amillərdən biri oldu. == Böhran == Türk Ordusu 9 sentyabr 1922-ci ildə İzmirə girdikdən sonra Çanaqqaladan başlayan neytral zonadan İstanbula doğru irəliləməyə başladı. Böyük Britaniya Nazirlər Kabineti 15 sentyabr 1922-ci ildə iclas keçirdi və Britaniya qüvvələrinin öz mövqelərini saxlaması barədə qərar qəbul etdi. Ertəsi gün xarici işlər naziri Lord Kerzonun olmadığı bir vaxtda, bəzi kabinet nazirləri Türkiyənin Sevr müqaviləsini pozduğunu əsas gətirərək İngiltərə və onun Dominionları tərəfindən Türkiyəni müharibə elan etməklə hədələdilər. Sentyabrın 18-də Fransada bu məsələni müzakirə etdikdən sonra ölkəsinə qayıdan Böyük Britaniyanın xarici işlər naziri Lord Kerzon Fransanın baş naziri Raymon Puankare tərəfindən geri çağırılıb. Sentyabrın 20-də Fransaya qayıdan Kerzona, Puankare Çanaqqaladakı fransız qoşunlarının dərhal geri çəkilməyə başladığını bildirdi və atəşkəs edilməsi üçün sərt şəkildə danladı.İngilis xalqı Çanaqqalada türklərlə yenidən döyüşə girmək istəmirdi. Baş nazir David Lloyd Corc bu mövzuda məsləhətləşmədiyi üçün Dominionlar heç bir qüvvə göndərməyəcəklərini açıqladılar.
Çanaqqala 1915 körpüsü
Çanaqqala 1915 körpüsü — Çanaqqala ilinin Lapseki və Gelibolu ilçələri arasında qurulacaq olan Dardanel boğazı üzərindəki ilk asma körpü. Ümumilikdə isə Mərmərə bölgəsində 5-ci asma körpüsüdür. Körpü Mərmərə dənizindən 10 km cənubda inşa edilir. Tamamlandıqda bu layihənin bir qolu olan Xınalı-Təkirdağ-Çanaqqala-Balıkəsir avtomobil yolunun bir hissəsi olacaqdır. Bu yolun özü də hazırda inşa edilməkdədir. == Arxa plan == Dardanel boğazı üzərində körpü inşa etmək fikiri ilk dəfə 1984-1989-cu illər arasında ortaya atılmışdır. Daha sonra 1994-cü ildə yenidən gündəmə gələn körpü layihəsi üçün 1995-ci ildə tender başladı. 18 xarici şirkətin qatıldığı tenderdə qalib gələn şirkət, layihənin gerçəkləşdirməyin mümkün olmadığını bildirərək layihəni tərk edir == Layihə == Layihə ilk əvvəl yalnız avtomobillərin hərəkəti üçün nəzərdə tutulur. Nəqliyyat, dənizçilik və rabitə naziri Lütfi Elvanın göstərişi ilə layihə avtomobil nəqliyyat vasitələri və dəmir yolu üçün körpüyə dəyişdirilir. Xınalı - Tekirdağ - Çanaqqala - Savaştəpə avromobil yolu Malkara - Çanaqqala şosesi (1915 Çanakkale Körpüsü daxil olmaqla) İstanbulun Xınalı-1 qovşağı bölgəsindən, Ədirnə şose yolundan başlayacaq.
Çanaqqala Bələdiyyəspor QVK
Çanaqqala Bələdiyyəspor Qadın Voleybol Klubu — 1987-ci ildə təsis edilmiş komandadır. Klub eyniadlı Çanaqqala şəhərini təmsil edir. 2013-cü ildən bu yana Acıbadem Qadınlararası Voleybol 1. Liqasında mübarizə aparan komanda ev oyunlarını Anafartalar idman sarayında oynayır. Bu meydança ən çoxu min beş yüz voleybolsevəri qonaq edə bilmək qabiliyyətinə malikdir.
Çanaqqala şəhidləri abidəsi
Çanaqqala Şəhidləri Abidəsi - Çanaqqala ilçə sərhədləri daxilində Gelibolu yarımadasında, Dardanel boğazının ucunda, Morto Koyu qarşısındakı Hisarlık Təpə üstündə yerləşən abidə.Çanaqqala Şəhidləri Abidəsi 1915-ci ildə Birinci Dünya müharibəsi zamanı Çanaqqala dyüşlərində həlak olan türk əsgərlərinin xatirəsinə inşa edilmişdir. Dörd sütun və bir qübbədən ibarət, 41,7 metr hündürlüyündə olan abidə Feridun Kip, İsmayıl Utkular və Doğan Ərginbaş tərəfindən dizayn edilmişdir. Abidənin təməli 19 aprel 1954-cü ildə qoyulmuş və 21 avqust 1960-ci ildə açılmışdır.Ətrafında Mehmetçik Abidəsi, Türk Baxçası, Mustafa Kamal Çanaqqlada Abidəsi, Yaralı Əsgər Abidəsi, Məçhul Əsgər Qəbri və Türk Şəhidliyi var. == Arxa plan == Birinci Dünya müharibəsində Gelibolu yarımadası tarixin gördüyü ən qanlı savaşlardan birinə şahid oldu. İngilislərin 205 min, fransızların isə 47 min itki verdiyi müharibədə türklərdə itki məsələsində fərqli rəqəmlər ortaya çıxmışdır. Ordu komandanlığının Baş Prokurorluğa təqdim etdiyi itki sənədlərinə görə türklərin itki sayı ümumi 231.882-dir. İtki sayının çox olması səbəbilə ölən əsgərlərin dəfn edilməsi hər iki tərəf üçün ciddi problem olmuşdu. Dar ərazidə yığılan ölülər tək qəbirlərdə deyil, kütləvi qəbirlərdə dəfn edilmişdir. Mudros müqaviləsindən sonra ingilislər tərəfindən müxtəlif mövqelərdə yeni qəbiristanlıq və abidələr yaradıldı. Türkiyə İstiqlaliyyət müharibəsindən sonra Türk hökuməti Birinci Dünya müharibəsində fərqli səbəblərlə ölən ingilis, fransız və italyan əsgərlərinin məzarları və onların adlarına inşa edilən abidələrin yerləşdiyi əraziləri əlaqədar dövlətlərə ayır-ayrı və müddətsiz olaraq verməyi qəbul etdi.