Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əvvəlki Konqreslər
Kontinental konqres — Filadelfiya Konqresi kimi də tanınan Kontinental Konqres On üç koloniya nümayəndələrinin birgə qəbul etdikləri razılaşma əsasında formalaşmışdır. Konqres Amerika inqilabı zamanında Birləşmiş Ştatların rəhbər orqanı halına gəlmişdir. Konqres 1774-cü ildən, 1789-cu ilədək üç məsələnin həlli üçün bir araya gəlmişdir. Konqres üçün ilk çağırış 1774-cü ildə Benjamin Franklinə Koloniyalara nümayəndə heyətlərinin formalaşmasına razılığını bildirən, həmçinin Massaçusets ştatında baş verən blokadalara və Dözümsüzlük nümayişlərinə qarşı cəza tədbirlərinin görülməsini nəzərdə tutan qanunların qəbul olunması ilə bağlı idi. Bugünədək qəbul olunan konvensiyalar və sərəncamlar Kontinental Konqresin illər boyu qəbul etdiyi qərarların bir növ tərkib hissəsi olması da bilinməkdədir. Birləşmiş Krallığın təmsilçilərinin nəzərdə tutulan bölüşdürücülüklə razı olub-olmayacağına baxmayaraq, 1776- cı ildə Konqresin ikinci - “Müstəqillik Haqqında Qanun”u yekdilliklə qəbul edildi. Müstəqillik haqqında qətnamənin qəbulundan iki gün sonra yeni dövlətin - Amerika Birləşmiş Ştatlarının yaradılmaaının əsası qoyuldu. Bu, həm də Virciniyadan olan Corc Vaşinqtonun başçılıq etdiyi Kontinental Ordunun yaradılmasını da rəsmiləşdirdi. Ordu Böyük Britaniya ilə müharibə etmiş, Fransa krallığı ilə Hərbi İttifaq bağlamış və müharibə iştirakçılarını kreditlər və kağız pullarla maliyyələşdirmişdir. == Birinci Kontinental Konqres == Birinci Kontinental Konqres 1774-cü il, 5 Sentyabrdan 17 Oktyabradək Pensilvaniya ştatının Filadelfiya şəhərindəki Karpenter Sarayında qısa zaman ərzində bir araya gəlmişdir.
İslamdan əvvəlki Ərəbistan
Cahiliyyət dövründə Ərəbistan yarımadasında siyasi vəziyyət — İslam tarixi baxımından cahiliyyət dövründə Ərəbistan yarımadasının ərazisində, müəyyən zamanlarda mövcud olmuş dövlətlər xüsusi önəm daşımaqdadır. Çünki cahiliyyət dövrü ərəblərinin düşüncə tərzini, onlara siyasi, iqtisadi, sosial, dini və mədəni aspektlərdən yanaşmaqla öyrənə bilərik. Buna isə biz ilk növbədə Ərəbistan yarımadasında qurulan dövlətlərin tarixi inkişaf prosesini öyrənməklə nail ola bilərik. Cahiliyyət dövrü ərəb dünyasının mövcud durumunu öyrənmək İslam tarixinin müxtəlif mövzularını daha rahat anlamaqda bizə yardımçı olacaqdır. == Ərəbistan yarımadası haqqında qısa məlumat == Əsil adı “Şibhu Cəzirətil-Arab” (Ərəb yarımadası) olduğu halda, qısa şəkildə “Cəzirətul-arab” deyə adlandırılmışdır. Sadəcə əl-Cəzirə də deyilir və türk dilində buna bənzər şəkildə Ərəb yarımadası əvəzinə qısaca Ərəbistan adı istifadə olunur. Ərəb yarımadası Asiya, Afrika ve Avropanın kəsiştiyi önəmli bir nöqtədə yerləşir. Şərqdə Bəsrə və Oman körfəzləri, cənubda Hind okeanı və qərbdə Qırmızı dəniz ilə əhatə olunmuşdur. Cənubda Babul-Məndəb boğazı ilə Afrikadan ayrıldığı halda, şimalda Süveyş kanalı vasitəsilə bu qitəyə birləşir. Ötən yüzilliyin sonlarına doğru Yəmənin Mərib bölgəsində aparılan arxeoloji qazıntılar, bu bölgənin, miladdan 10-15 əsr əvvələ gedib çıxan qədim və parlaq bir mədəniyyətə sahib olduğunu göstərməkdədir.
Dulusçuluqdan əvvəlki neolit A
Dulusçuluqdan əvvəlki neolit A (Pre-Pottery Neolithic A, PPNA) — Levant və Şimali Mesopotamiyanın erkən Neolitik mədəniyyəti, eramızdan əvvəl X-IX e.ə. minillik. Son buz dövrünün sonunda istehsal iqtisadiyyatına keçid nəticəsində yerli Natuf mədəniyyətindən inkişaf etmişdir. Əvvəlcə Fələstinin İerixon bölgəsində təsbit edildi. Yaxın Şərqdəki digər qab qabları və saxsı qablar Neolitik mədəniyyətlərdən əvvəl. PPNA və PPNB təyinatları (Dulusçuluqdan əvvəlki Neolitik A və digərləri üçün) ilk dəfə Ketlin Kenyon tərəfindən bəlkə də ən yaxşı tanınan PPN saytı olan İerixonda kompleks qazıntılarda istifadə etmək üçün hazırlanmışdır. PPNC, Erkən Neolit ​​dövrünə istinad edərək ilk dəfə Eyn Xazalda Geri O. Rollefson tərəfindən təyin edilmişdir. == Mənbə == Garrard AN və Byrd BF. 2013. Fertil Aypara'dan kənarda: İordaniya çölünün gec paleolit ​​və neolit ​​icmaları. Azraq hövzəsi layihəsi.
1920-ci ildən əvvəlki Azərbaycan filmlərinin siyahısı
== 1898 ==
Hikmətin əvvəli
Hikmətin əvvəli (ərəb. بداية الحكمة‎) — Əllamə Təbatəbainin “mütəaliyə” fəlsəfəsində yazdığı kitab. == Məzmun == “Bidayətul Hikmə” böyük filosof Əllamə Təbatəbainin “mütəaliyə” fəlsəfəsində yazdığı ən mühüm kitablardandır. Bu kitab islam fəlsəfəsi tarixində tədris olunan fundamental əsərlərdən hesab olunur. “Bidayətul Hikmə”nin ortaya qoyduğu məsələlər, ağlın bəzi mətləbləri birbaşa, dəlilsiz dərk edə bilməsi, mütləq mövcud anlayışı, vücudun əsaləti, kəsrətdə vəhdət prinsipi, mahiyyətin qeyri-həqiqiliyi, zaman, səbəbiyyət qanununun mahiyyəti, Vacibin isbatı və xüsusiyyətləri kimi mühüm mövzulardan ibarətdir. “Bidayətul Hikmə” kitabında fəlsəfə öyrənmək istəyənlərin ilkin mərhələdə ehtiyac duyduqları bütün mətləblər vardır. Tanınmış bir çox filosoflar belə bu kitabdan dərs almış və onların elmi cəhətdən yetişməklərində bu kitabın böyük faydası olmuşdur. “Hikmətin Əvvəli” kitabı da məhz “Bidayətul Hikmə” əsərinin əsasında işlənilmiş, qəliz və dərin mətləbləri oxucuya sadə dil ilə çatdırmağa çalışmış bir kitabdır. == Nəşr == Kitab 2016-cı ildə Rövşən Abdullaoğlu tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə, şərh və əlavələr edilmiş, Bakıda Qədim Qala nəşriyyatında "Şərq fəlsəfəsi kitabları" silsiləsindən 264 səhifədə 60x90 ölçüsündə çap edilib. == İstinadlar == == Həmçinin bax == Mərifət Bəla və səbir == Xarici keçidlər == "Hikmətin Əvvəli" ( (az.)).
Hikmətin əvvəli (Təbatəbai)
Hikmətin əvvəli (ərəb. بداية الحكمة‎) — Əllamə Təbatəbainin “mütəaliyə” fəlsəfəsində yazdığı kitab. == Məzmun == “Bidayətul Hikmə” böyük filosof Əllamə Təbatəbainin “mütəaliyə” fəlsəfəsində yazdığı ən mühüm kitablardandır. Bu kitab islam fəlsəfəsi tarixində tədris olunan fundamental əsərlərdən hesab olunur. “Bidayətul Hikmə”nin ortaya qoyduğu məsələlər, ağlın bəzi mətləbləri birbaşa, dəlilsiz dərk edə bilməsi, mütləq mövcud anlayışı, vücudun əsaləti, kəsrətdə vəhdət prinsipi, mahiyyətin qeyri-həqiqiliyi, zaman, səbəbiyyət qanununun mahiyyəti, Vacibin isbatı və xüsusiyyətləri kimi mühüm mövzulardan ibarətdir. “Bidayətul Hikmə” kitabında fəlsəfə öyrənmək istəyənlərin ilkin mərhələdə ehtiyac duyduqları bütün mətləblər vardır. Tanınmış bir çox filosoflar belə bu kitabdan dərs almış və onların elmi cəhətdən yetişməklərində bu kitabın böyük faydası olmuşdur. “Hikmətin Əvvəli” kitabı da məhz “Bidayətul Hikmə” əsərinin əsasında işlənilmiş, qəliz və dərin mətləbləri oxucuya sadə dil ilə çatdırmağa çalışmış bir kitabdır. == Nəşr == Kitab 2016-cı ildə Rövşən Abdullaoğlu tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə, şərh və əlavələr edilmiş, Bakıda Qədim Qala nəşriyyatında "Şərq fəlsəfəsi kitabları" silsiləsindən 264 səhifədə 60x90 ölçüsündə çap edilib. == İstinadlar == == Həmçinin bax == Mərifət Bəla və səbir == Xarici keçidlər == "Hikmətin Əvvəli" ( (az.)).
Əvəlik
Əvəlik (lat. Rumex) — qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi == Əvəlik kosmopolit bitki olub. Yer kürəsinin hər yerində yayılmışdır. Əvəlik cinsinin dünya florasının tərkibində 150-ə qədər növünə rast gəlmək olar. Bu növlərin əksəriyyətinə şimal yarımkürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Əvəliyin Qafqazda 25, Azərbaycanda isə 17 növü yayılmışdır. Əvəlik növlərinin əksəriyyəti mal-qara üçün qüvvətli yem, gön-dəri sənayesi üçün aşı əhəmiyyətli, dərman xüsusiyyətli, boyaq təbiətli olmaqla yanaşı, həm də qiymətli qida və ədviyyat bitkisi sayılır. Turştəhər əvəlik — Rumex acetosella. Bu çoxillik, çılpaq ot bitkisidir.
Adi əvəlik
Adi əvəlik (lat. Rumex acetosa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. == Sinonimləri == Acetosa agrestis Raf. Acetosa amplexicaulis Raf. Acetosa angustata Raf. Acetosa bidentula Raf. Acetosa fontanopaludosa (Kalela) Holub Acetosa hastifolia Schur Acetosa hastulata Raf. Acetosa magna Gilib. Acetosa officinalis Gueldenst. ex Ledeb.
Qumral əvəlik
Qumral əvəlik (lat. Rumex crispus) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. Çəmənliklərdə və sahələrin kənarında, çay kənarlarında, su arxları və yolların kənarında alaq otu kimi bitir. == Botaniki təsviri == Hündürlüyü 50-100 sm olan çoxillik ot bikisidir. Gövdəsi bərk, çılpaq və azacıq şırımlıdır. Qalın və lansetvari cod yarpaqları saplaqlı, uzunsov- lansetvari və ya uzunsov-xəttvaridir. Saplaq tərəfi yumru və ya ürəkvari şəkildə daralmış, ucları iti, qıraqları burulmuş-dalğavaridir. Çoxçiçəkli dəstə kimi birləşən çiçəkləri dar uzun süpürgəvarı çiçəkqrupu əmələ gətirir. Meyvələri 2 mm uzunluğunda tünd mixəyi rəngli, parıltılı, iti üçkünc qozcuqlardır. May-iyul aylarında çiçəkləyir və meyvə verir.
Əvəlik aşı
Əvəlik dolması
Əvəlik dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. == Lazım olan ərzaqlar == Qoyun əti – 108q Düyü – 30q Baş soğan – 20q Göyərti (keşniş, şüyüd və nanə) – 15q Əvəlik – 40q Qatıq – 20q Əridilmiş yağ – 10q Duz-zövqə görə İstiot-zövqə görə Darçın-zövqə görə. == Hazırlanma qaydası == Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, göyərti (keşniş, şüyüd və nanə), duz,istiot və bəzi hallarda isladılmış noxud ləpəsi qatılır. Təzə əvəlik yarpaqları qaynar suda pörtülür, duza qoyulmuş yarpaqlar isə yarımhazır vəziyyətə gəlincə suda bişirilir. Qiymə yaxşı qarışdırılır. Hər yarpağa orta hesabla 25 q. qiymə bükülüb qazana yığılır, üzərinə su töküb hazır olana kimi, təqribən bir saata qədər bişirilir. Stola verildikdə ayrıca qabda qatıq qoyulur.Cökə və heyva yarpağından da bu cür dolma bişirilir.
Əvəlik şorbası
Əvəlik şorbası — Əsasən, Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisi) Qarabağda məşhurdur. Qədim torpaqlarımız olan Qars, İğdır, Ərzurum, Van bölgələrində də çox bişirilir. Qey edək ki, bu ərazilərin bir çox hissəsi bir zamanlar İrəvan xanlığının bir parçası olmuşdur. Bu şorba sağlamlığa faydalıdır. Xalq arasında soyuqdəymə zamanı müalicə üçün istifadə edilir. == Tərkibi == 1 ədəd soğan 1 ədəd kartof 1 kasa yaşıl mərcimək 1 kasa düyü 1 ovuc əvəlik yarpağı Ət suyu, yağ, sous, pulbibər,su Umac Bəzi yerlərdə əriştə və düyü də əlavə edirlər == Hazırlanması == Əvəlik yarpaqları bir qazana qoyulub biraz qaynadılır.Sora yaşıl mərcimək qaynadılır. Kartof küp küp doğranılır və hazır saxlanılır. Əvvəl soğan doğranıb yağla qovrulur və sonra sous və pulbiber qatılır. Soyuq su əlavə edildikdən sonra bir kasa düyünu suyun içinə boşaldılır. Kartof və ardından yaşıl mərcimək əlavə edilir və ən son duzu da qatılaraq qaynamağa qoyulur.Çox qatılaşarsa üzərinə biraz su tökərək isdədiyiniz formanı ala bilərsiniz.
Feriki əvvəl
Feriki əvvəl (Osmanlı dili: فریق اول), Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən müşir və feriki sani rütbələri arasındakı hərbi rütbədir və müasir rütbələr arasında general hərbi rütbəsinə bərabərdir. Bununla birlikdə Kaymakam rütbəsi də, 26 noyabr 1934-cü il tarixli 2590 saylı Ləqəb və Adların Ləğvi Haqqında Qanunun üçüncü maddəsinə uyğun olaraq ləğv edilmişdir.
Kembridən əvvəl
Kembridən əvvəl və ya Prekembri (ing. Precambrian) — Yer tarixinin hal-hazırda dəvam edən Fanerozoy eonundan əvvəlki, erkən dövrünü əhatə edən zaman dilimi üçün istifadə edilən terimdir. Bu dövr Fanerozoy eonunun ilk dövrü olan Kembridən əvvəl gəldiyi üçün belə adlandırılmışdır. Prekembri çağı Yer kürəsinin geoloji tarixinin 88%-ni təşkil edir. Prekembri geoloji zamanın qeyri-rəsmi bir vahididir və 3 eonun: Katarxey, Arxey və Proterozoyun ümumiləşdirilmiş adıdır. Dövr 4.6 milyard il əvvəl Yerin yaranmasından, 541 milyon il əvvəl Kembrinin başlanmasına qədər olan zaman dilimini əhatə edir. == Xüsusiyyətləri == Yer tarixinin təxminən səkkizdə yeddisini təşkil etməsinə baxmayaraq, Prekembri haqqında nisbətən az şey məlumdur və məlum olanlar əsasən 1960-cı illərdən bəri aşkar edilmişdir. Prekembriyə aid fosil tapıntıları sonrakı Fanerozoy erası ilə müqayisədə daha kasıbdır və bu qalıqlar məhdud biostratiqrafik istifadəyə malikdir. Bunun səbəbi, bir çox Prekembri süxurları ağır metamorfozlaşmış, mənşələrini gizlətmiş, digər qismi eroziya nəticəsində məhv olmuş və ya Fanerozoy təbəqələrinin altında dərin basdırılmışdır. Yerin 4,543 milyon il əvvəl Günəş orbitindəki materialllardan yarandığı və yaranmasından qısa müddət sonra çox böyük (Mars ölçülü) bir planet tərəfindən vurularaq Ayı meydana gətirən materiallara parçalandığı düşünülür (bax:Böyük toqquşma fərziyyəsi).
Mülazimi əvvəl
Mülazimi əvvəl (osman. ملازم اول) — Osmanlı imperiyasının son dövrlərində və Türkiyə Respublikasının ilk illərində istifadə edilmiş və müasir rütbələr arasında baş leytenant rütbəsinə bərabər olmuş hərbi rütbə.
Əl-Əvvəl
Əl-Əvvəl (ər. الأوّل) — Allahın adlarından biri.
Gecəyarısından əvvəl
Gecəyarısından əvvəl (ing. Before Midnight) — Riçard Linkleyterin rejissorluğu ilə 2013-cü ildə çəkilmiş amerikan romantik dram filmi. Filmin baş rollarında İtan Houk və Cüli Delpi çəkilmişdir. Bu "Əvvəl" trilogiyasının üçüncü filmidir. Hekayə cütlüyün əkiz qızları ilə tətildə olduğu Yunanıstanda baş verir. == İstinadlar == == Xarici keçidlər == beforemidnightmovie.com — Gecəyarısından əvvəl rəsmi saytı "One couple - nearly 20 years - all before midnight", NPR, May 19, 2013 Official screenplay at Sony Pictures Classics Before Midnight — Facebook səhifəsi Before Midnight — Internet Movie Database saytında.
Sübdən əvvəl
Sübhdən əvvəl (ing. Before Sunrise) — Riçard Linkleyterin rejissorluğu ilə 1995-ci ildə çəkilmiş amerikan romantik dram filmi. "Əvvəl" trilogiyasının ilk seriyasıdır. Baş rollarda İtan Houk və Cüli Delpi çəkilmişdir. Film Budapeşt şəhərindən Vyanaya gedən qatarda tanış olan amerikalı səyyah Cessi və fransız tələbə Selinin hekayəsindən bəhs edir. == İstinadlar == == Xarici keçidlər == Sübhdən əvvəl — Internet Movie Database saytında.
Şəhid Əvvəl
Şəhid Əvvəl — (ərəb. الشيخ شمس الدين أبو عبد الله محمد بن جمال الدين مكي العاملي المعروف بالشهيد الأول‎; 1334–1385) Şəhid Əvvəl (birinci şəhid) ləqəbi ilə tanınan Məhəmməd ibn Məkki Amili Cizzini 734-cü hicri qəməri ilində Livanın Cəbəl Amil məntəqəsində yerləşən Cizzin adlı yerdə dünyaya gəlmişdir. Onun fiqh elmində ən mühüm kitabı “əl-Lümət əl-Diməşqiyyə” kitabıdır ki, onun haqqında çoxlu şərhlər yazılmışdır. == Həyatı == Şəhid Əvvəl (birinci şəhid) adı ilə məşhur olan Əbu Əbdillah Şəmsəddin Məhəmməd ibn Məkki Amili Cizzini 734-cü ildə Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cizzin adlı yerdə elm və təqva ailəsində dünyaya gəlmişdir. Atası zəmanəsinin böyük alimlərindən biri olmuşdur. Öz zamanında "Fəqihlər fəqihi" və "İmam əl-Əzəm" kimi məşhur olmuşdur. O, hicri 8-ci əsrdə imamiyyənin məşhur fəqihlərindəndir. == Təhsili == Şəhid Əvvəl hövzə dərslərinin bir hissəsini öz vətənində öyrənmiş və əlavə elm kəsb etmək üçün müxtəlif islam məntəqələrinə, o cümlədən Hillə, Bağdad, Dəməşq, Məkkə, Mədinə, Beytul-Müqəddəs, Əl-Xəlil, Misir və sair yerlərə hicrət etmiş, böyük alimlər ilə görüşüb söhbət aparmışdır. Əlbəttə, o zaman Hillə şəhəri islam elmlərini öyrənmək üçün xüsusi məqama malik olduğundan, orada daha artıq qalmışdır. == Müəllimləri == Şəhid Əvvəl böyük və görkəmli alimlərdən elm öyrənmişdir.
Əvvəl trilogiyası
Əvvəl trilogiyası — amerikalı rejissor Riçard Linkleyterin çəkdiyi üç romantik filmdən ibarətdir. Bu filmlərin baş rollarında İtan Houk və Cüli Delpi çəkilmişdir. Trilogiyaya daxildir: Sübhdən əvvəl, Gün batımından əvvəl və Gecəyarısından əvvəl.
Padşahlıqdan əvvəl Misir
Padşahlıq öncəsi Misir, (Padşahlıq öncəsi Misir - Antik Misir) mədəniyyətində fironlardan əvvəlki dövrə verilən ad. Bu dövrdə insanların kəndlərdə yaşadığı, ovçuluq üçün kiçik daşlardan ox ucu düzəltdikləri düşünülür. İnsan sayı təxminən 10 mindən azdır. Bu dövrdə kənd qrupları yerli hakimlər tərəfindən idarə olunurdu. Aşağı Misir (delta bölgəsi) və Yuxarı Misir ayrı-ayrı hakimlər tərəfindən idarə olunurdu.
Gün batımından əvvəl
Gün batımından əvvəl (ing. Before Sunset) — Riçard Linkleyterin rejissorluğu ilə 2004-cü ildə çəkilmiş romantik dram filmi. Baş rollarda İtan Houk və Cüli Delpi çəkilmişdir. Bu "Əvvəl" trilogiyasının ikinci filmidir. Filmdə Cessi və Selin doqquz ildən sonra Parisdə yenidən bir araya gəlirlər. == Məzmun == İndi uğurlu yazıçı olan Cessi, Selin ilə münasibəti haqqında yazdığı romanını tanıtmaq üçün Avropada kitab turundadır. Parisdəki kitab mağazasında olarkən o, burada Selin ilə rastlaşır. Onlar yenidən münasibət qururlar və birlikdə vaxt keçirməyə qərar verirlər. Onlar Paris küçələrində gəzərkən, son doqquz ildəki yaşadıqlarını, arzularını və peşmanlıqlarını bölüşərək dərin söhbətlər aparırlar. == İstinadlar == == Xarici keçidlər == Gün batımından əvvəl — Internet Movie Database saytında.
Kolumbdan əvvəl dünya səyahəti
Kolumbdan əvvəl dünya səyahəti - 1492-ci ildə Xristofor Kolumbun Amerikanı kəşf etməsindən əvvəl, Avropada yaşayan xalqların Amerikaya getməsi barədə müxtəlif faktlar və iddialar vardır. İddialara əsasən Amerikada yaşayan yerli xalqlar müxtəlif vaxtlarda Afrika, Asiya, Avropa və Avstraliya və Okeaniyada yaşayan yerli xalqlarla əlaqə yaratmışdılar. Arxeloji qazıntılar və elmi araşdırmalar zamanı bu iddiaların yalnız biri təsdiqlənmişdir. Eramızın 1000-inci ilinə aid Vikinqlərə məxsus Nyufaundlend adasında Lase au Medos yaşayış mərkəzi aşkarlanmışdır. Digər iddialar isə elmi baxımdan təsdiqlənməmişdir.
İnsan dünyadan əvvəl (Təbatəbai)
"İnsan" traktatı — Əllamə Təbatəbainin kitabı. == İnsan dünyadan əvvəl == İnsan dünyadan əvvəl — Əllamə Təbatəbainin insanın dünyadan əvvəlki həyatı, dünya aləminə gələnə qədər hansı yaradılış mərhələlərindən keçməsi barədə olan kitabı. === Məzmun === Qarşınızda olan bu kitab 4 hissəli “İnsan” kitabının birinci cildidir. Bu kitab Əllamə Təbatəbainin (r.ə) “İnsan” risaləsi əsasında qələmə alınmışdır. Kitabda insanın dünyadan əvvəlki həyatı, dünya aləminə gələnə qədər hansı yaradılış mərhələlərindən keçməsi bəyan olunmuşdur. İslam düşüncəsinə görə bu əzəmətli varlığın mövcudiyyəti dünyadan əvvəl başlamış və dünyadan sonra da davam edəcəkdir. Dünya bu əzəmətli varlığın həyatının bilinən tərəfidir. Dünyadan əvvəlki həyatı isə insan üçün qaranlıqdır. Kitabda insan həyatının qaranlıq və müəmmalı olan bu tərəfi barədə geniş məlumat verilmişdir. Dünyada yaşayan adəm övladı üçün keçmişini bilməsi bu günü və gələcəyi üçün mühümdür.
Sübhdən əvvəl (film, 1995)
Sübhdən əvvəl (ing. Before Sunrise) — Riçard Linkleyterin rejissorluğu ilə 1995-ci ildə çəkilmiş amerikan romantik dram filmi. "Əvvəl" trilogiyasının ilk seriyasıdır. Baş rollarda İtan Houk və Cüli Delpi çəkilmişdir. Film Budapeşt şəhərindən Vyanaya gedən qatarda tanış olan amerikalı səyyah Cessi və fransız tələbə Selinin hekayəsindən bəhs edir. == İstinadlar == == Xarici keçidlər == Sübhdən əvvəl — Internet Movie Database saytında.
Velki Krtiş
Velki Krtiş (slovak. Veľký Krtíš, mac. Nagykürtös) — Slovakiyanın mərkəzində, Krupinska Planina dağ massivinin ətəklərində yerləşən kiçik bir Əhalisi 14 min nəfərə yaxındır. == Əhali == === Əhalinin etnik mənsubiyyətinə görə === Slovaklar – 86,9% Macarlar – 6,2% Çexlər – 0,8 % Qaraçılar – 2,0% Ukraynalılar – 0,1 % === Əhalinin konfessional mənsubiyyətinə görə === roma-katolikləri 54,26 % ateistlər 21,58 % yevangelik kiləsi v.d. 16,00 % yunan-katolikləri 0,34 % pravoslavlar 0,16 % == Təhsil == Ana məktəblər: MŠ - ul. Št. Tučeka MŠ - ul. P. O. Hviezdoslava MŠ - ul. Poľná MŠ - ul. SNP MŠ - ul.
Köhnə Evdəki Sehrli Saat
Saatlı evin sirri (ing. The House with a Clock in Its Walls) — 1973-cü ildə John Bellairsin eyniadlı romanı əsasında rejissor Eli Rothun çəkdiyi 2018-ci il Amerika fantastik komediya filmidir. Baş rolları Jack Black, Cate Blanchett, Owen Vaccaro, Renee Elise Goldsberry, Sunny Suljic və Kyle MacLachlan canlandırıb. Film qapıları cırıldayan köhnə bir evdə əmisi Jonathanla yaşamağa göndərilən Lewis adlı gənc oğlandan bəhs edir. Tezliklə bir zamanlar pis sehrbazın yaşadığını öyrənir. Universal Pictures filmi 21 sentyabr 2018-ci ildə ABŞ-da nümayiş etdirdi və film dünya üzrə 131 milyon dollardan çox gəlir əldə etdi. Filmin aktyor heyətini yüksək qiymətləndirərək, lakin filmin öz potensialına tam cavab vermədiyini söyləyən tənqidçilərdən əsasən müsbət rəylər aldı. == Məzmun == 1955-ci ildə valideynləri avtomobil qəzasında ölən on yaşlı Lyuis Barnavelt Michigan ştatının New Zebedee şəhərində əmisi Jonathanla yaşamağa gəlir. Ailəsindən qalan yalnız ona hədiyyə etdikləri Magic 8-Ball və ailə şəklidir. Yeni evinə girdikdən sonra Jonathanın qonşusu və ən yaxşı dostu Florens Zimmermanla tanış olur.