SENSUALİZM

[alm. Sensualismus; ing. Sensualism; osm. tr. ihsasiye; fr. Sensualisme, lat. sensus – sözündən; hiss, duyğu; ər. حغ حُّ ] – Bütün məlumatların sadəcə hisslərdən qaynaqlandığını, duyğu qavramalarına əsaslandığını irəli sürən təlim. Duyğunu idrakın yeganə mənbəyi kimi qəbul edən qnoseoloji təlim. Sensualizm təlimini əsaslandıran filosof Lokk olmuşdur. Lokk iddia edirdi ki, daha əvvəl hisslərdə heç bir şey anlıqda yoxdur. 2. Bütün ruhi hadisələri duyğulara geri qaytaran anlayış. 3. Əxlaq fəlsəfəsi baxımından həyatın anlam və mühtəvasını hiss orqan-larında tapan təlimlər. Hissiyyatın ilk dönəmdə nümayəndələri, Kirene məktəbi və epikürçülərdir. Yeni dönəmdə isə xüsusilə Lokk və Kondillkdır.
SEMİOTİKA
SENTİMENTAL
OBASTAN VİKİ
Sensualizm
Sensualizm (fr. sensualisme, lat. sensus - hiss) — idrak nəzəriyyəsində istiqamət. Empirik biliklər hisslər və hissiyyat vasitəsilə ümumiləşdirilir və sistemə salınır. İdraka belə yanaşma fəlsəfədə sensualizm adlanır. Antik dövrdə yaranan bu istiqamət fəlsəfədə XVII-XVIII əsrlərdə daha geniş yayılmağa başladı. Sensualizm bütün növ biliklərin hiss üzvləri vasitəsilə əldə edilməsi konsepsiyasıdır. Bu konsepsiyaya görə, duyğular, qavrayış və hafizə tək-tək cisim və hadisələr haqqında biliklərin əsasini təşkil edir. İlkin biliklərin fikri əməliyyatın köməyi ilə ümumiləşdirilməsi anlayışların, biliklərin formalaşdırılmasına gətirir.

Значение слова в других словарях