Qafqaz meşə siçanı
Qafqaz meşə siçanı (lat. Apodemus ponticus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür.
Azərbaycanda yaşayan sarıboğaz siçan Qafqaz sarıboğaz siçanı yarımnövünə (lat. Apodemus tauricus saxatilis) aiddir. Bu daha kiçik formadır. Bədəninin uzunluğu 100,0-115,0 mm (ortalama 106,4), quyruğu - 103,0-118,0 (107,9), arxa pəncəsi - 23,0-26,0 (23,9), qulağı - 15,0-20,2 (17,5) mm, kütləsi 24,2-40,5 q (31,8) çatır. Cüzi mi- qdarda Böyük Qafqazın cənub yamaclarında, xüsusi halda Zaqatala-Şəki, Qax, Oğuz və İsmayıllı rayonlarının orta dağlıq meşələrində, eləcə də Quba-Xaçmaz massivinin aran meşələrində və Qusar rayonunun dağətəyi meşələrində rast gəlinir. Tək-tək fərdləri Kiçik Qafqaz ərazisində (Laçın rayonu), eləcə də Kür-Araz ovalığında (Bərdə rayonunun Sultanbud meşəsi) tutulmuşdur .
Azərbaycan, Gürcüstan və Erməsnitan ərazisində yayılmışdır, həmçinin İran, İraq, Rusiya Federasiyası və Türkiyə ərazisində yayılması ehtimal olunur.