SİDDİQ
SİDR
OBASTAN VİKİ
Cahid Sidqi Tarançı
Cahid Sidqi Tarançı (türk. Cahit Sıtkı Tarancı) — Türkiyə şairi.
Məhəmməd Tağı Sidqi
Məhəmməd Tağı Sidqi (tam adı: Səfərov Məhəmməd Tağı Kərbəlayi Səfər oğlu) — Azərbaycan maarifçisi, pedaqoq, şair, publisist, böyük mütəfəkkir, müəllim, ədəbiyyatşünas, filosof və coğrafiyaşünas. Məhəmməd Tağı Sidqinin maarifçi ideyaları, bədii yaradıcılığı və elmi-pedaqoji əsərləri XIX əsrin sonları, XX əsrin əvvəllərinin maarifçilik hərəkatının və maarifçi-realist ədəbiyyatın mühüm hadisəsidir. Onun ideyaları və çoxcəhətli fəaliyyəti nəinki Azərbaycan miqyasında, Qafqazda, Türkiyədə və İranda da əks-səda doğurmuş, ümummilli inkişafa ciddi təsir göstərmişdir. Məhəmməd Tağı Sidqi universal elmi biliklərə malik olan geniş dünyagörüşlü maarifçi ziyalı olmuşdur. Məhəmməd Tağı Sidqi 1854-cü ildə Naxçıvan mahalının Ordubad şəhərində anadan olmuşdur. Məhəmməd Tağı Sidqi Ordubadda mədrəsə təhsili almış, bu təhsil ocağında islam dininin əsaslarını, ərəb və fars dillərini, Şərq ədəbiyyatını öyrənmişdir . Gənc yaşlarında İrana səyahət etmiş, Təbriz, Şiraz, Nişapur şəhərlərini gəzmiş, ordubadlı tacirlərin yanında kiçik ticarətlə məşğul olmuş və ailəsini dolandırmaq üçün çayxana açmışdı. Bu çayxana həmin dövrdə Ordubadda yaşayan şairlərin və açıqfikirli adamların görüş və fikir mübadiləsi yerinə çevrilmişdir . Məhəmməd Tağı Sidqinin oğlu, tanınmış publisist Məmmədəli Sidqi Səfərov 5 fevral 1951-ci il tarixdə yazdığı "Tərcümeyi-halım" adlı xatiratında atasının çayxanasını aşağıdakı kimi səciyyələndirmişdir: "O zaman atamın çayçı dükanı Ordubad ziyalılarının yığıncaq yeri olur… Haman çayçı dükanında Sədi, Hafiz, Firdovsi, Nizami Gəncəvi kimi şairlərin şeirləri oxunur və təhlil olunurmuş. Böyük pedaqoq və görkəmli maarifçi şair Məhəmməd Tağı Sidqi 9 dekabr 1903-cü ildə indiki Kəngərli rayonunun Qarabağlar kəndində qəflətən vəfat etmiş, Naxçıvan şəhərində dəfn olunmuşdur.
Məhəmmədtağı Səfərəlibəyov-Sidqi

Məmmədəli Sidqi Səfərov
Məmmədəli Sidqi Səfərov (tam adı: Məmmədəli Məhəmməd Tağı oğlu Səfərov; 1888, Ordubad, Naxçıvan qəzası – 1956, Sumqayıt) — müəllim, yazıçı, jurnalist. "İrşad" qəzetinin əməkdaşı (1906–1908), "Molla Nəsrəddin"in müvəqqəti redaktoru (1910–1911) olmuşdur. Məmmədəli Sidqi Səfərov 1888-ci ildə Ordubad şəhərində məşhur maarifçi ədib Məhəmməd Tağı Sidqinin ailəsində dünyaya göz açmışdır. Ailə çoxuşaqlı olmuşdur. Ordubadda qısa müddətdə müəllim kimi şöhrətlənən Məhəmməd Tağı Sidqi 1894-cü ildə Naxçıvan şəhərinə dəvət olunmuş, maarifçilik fəaliyyətini burada davam etmişdir. Məmmədəli Sidqinin qeydlərindən öyrənirik ki, atası əvvəlcə Naxçıvana tək gəlmiş, bir il sonra, yəni 1895-ci ildə onu da yanına gətirərək "Məktəbi-tərbiyə"də təhsil almağa qoymuşdur. Ailə isə 1896-cı ildə Naxçıvana köçmüşdür. 1894–1900-cü illərdə "Məktəbi-tərbiyə"də ilk təhsilini almış, sonra isə Naxçıvan şəhər rus-müsəlman məktəbində oxumuşdur. Tərcümeyi-halında yazır: "Mən o zaman 6 sinifli şəhər məktəbində rus dilində oxuyurdum. O zaman mənim 16 yaşım hələ tamam olmamışdı.
Sidqi Abbasov
Sidqi Ruhulla
Sidqi Ruhulla (tam adı: Ruhulla Fətulla oğlu Axundov; 28 mart (9 aprel) 1886, Buzovna, Bakı qəzası – 5 may 1959, Bakı) — Azərbaycan teatr aktyoru və rejissoru, SSRİ xalq artisti (1949). 1886-cı ilin aprel ayının 9-da Bakı qəzasının Buzovna kəndində müəllim ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini bir kənd müəllimindən almışdır. Atası Molla Fətulla Axundov oğlunun mənəvi inkişafında böyük rol oynamışdır. Elmə, sənətə, poeziyaya böyük həvəsi olan Molla Fətulla qış aylarında Bakıda, yayda isə Buzovna kəndində müəllimliklə məşğul olardı. O, klassik Azərbaycan poeziyasının vurğunu idi. Oxuduğu şerləri oğlu Ruhullaya izah edərdi. Uşaqlıq və gənclik illərini Buzovna kəndində keçirən Ruhullanı atası 1903-cü ildə Bakıda tacir dükanına şagird verdi. O, istəyirdi ki, oğlu ticarətçi olsun. Lakin atasından aldığı bilik onun mənəviyyatını tamam başqa istiqamətdə tərbiyələndirmişdir.
Cəmil Sidqi Zəhavi
Cəmil Sidqi Zəhavi (ərəb. جميل صدقي الزهاوي‎) (18 iyun 1863, Bağdad, Bağdad əyaləti[d] – 24 fevral 1936, Bağdad) — İraq şairi, pedaqoqu, filosofu. O, müasir dövrdə ərəb dünyasının ən böyük şairlərindən biri hesab edilir və qadın hüquqlarının müdafiəçisi kimi tanınır. == Həyatı == Cəmil Sidqi Zəhavi Bağdadda anadan olmuşdur. Atası İraq kürdlərindən idi və Bağdad müftisi vəzifəsində çalışmışdır. Osmanlı hakimiyyəti dövründə Bağdad Təhsil Şurasının üzvü olmuş və burada qadınlar üçün təhsil almaq hüququnu müdafiə etmişdir. O, Bağdaddakı yeganə qəzet olan "əl-Zəvrə"nin redaktoru kimi fəaliyyət göstərmiş, Yəmən və İstanbul Ali Məhkəməsinin üzvü olmuşdur. O, ərəb dünyasının aparıcı yazıçılarından biri idi. Əsərləri Beyrut, Qahirə və Bağdadda böyük qəzet və jurnallarda çap olunmuşdur. Bəhailik təlimlərinin təsiri ilə 1896-cı ildən Misir dövri mətbuatında bəşəriyyəti birləşdirməyə hesablanmış "bütün xalqlar üçün universal" yazısını yaymaq üçün kampaniya aparmışdır.
Afiya Sidqi
Afiya Sidqi (urdu Nastaliq, 2 mart 1972, Kəraçi) — Pakistan vətəndaşı. O, hazırda ABŞ-ın Texas ştatının Fort-Uort şəhərindəki Carswell Federal Tibb Mərkəzində adam öldürməyə cəhd və digər cinayətlərə görə 86 il həbs cəzası çəkir. Siddiqi Pakistanda sünni ailəsində anadan olub. O, ABŞ-də təhsil alıb, MIT-də biologiya üzrə bakalavr dərəcəsi və Brandeisdə nevrologiya üzrə fəlsəfə doktoru dərəcəsi alıb; 2001-ci ildə Brandeis Universitetində nevrologiya üzrə fəlsəfə doktoru dərəcəsi alıb. 11 sentyabr hadisələrindən sonra və 2003-cü ildə Əfqanıstan müharibəsi zamanı yenidən Pakistana qayıtdı. Xalid Şeyx Məhəmməd bildirib ki, o, Əl-Qaidənin kuryeri və maliyyəçisi olub. ABŞ Federal Təhqiqatlar Bürosunun Məlumat Axtarış — Terrorizm siyahısında idi və bu siyahıda ilk dəfə bir qadın var idi. Təxminən bu zaman o və üç övladının Pakistanda qaçırıldığı iddia edilir. Beş il sonra o, Əfqanıstanın Qəzni şəhərində həbs olundu və FTB tərəfindən sorğu-sual edildi. Siddiqi gizləndiyini, lakin sonra oğurlandığını və həbs olunduğunu söylədi.

Значение слова в других словарях