1. qayıd. Silkənərək üstündəki tozu-torpağı və s.-ni düşürmək.
[Səfər kişi] divarın dalına çəkilib silkinər, ətəklərini çırpıb tez qaçardı.
2. Bütün bədəninin cəld hərəkəti ilə üstündəki şeydən azad olmağa çalışmaq; çırpınmaq.
İslanmış qoyun, üşüyən at silkinər. ( ).
Sonatək silkinib gərdən çəkəndə; Bənzəyirsən quya, qaza, Müşkünaz!
3. məc. Hərəkətə gəlmək, ayılmaq (adətən köməkçi feillərlə).
Silkinib çıxmasa qadın mətbəxdən; Nə azad ana var, nə azad Vətən!
Silkin, qoy dağılsın başının üstdən; Sənə gün verməyən qara buludlar.