SİLKMƏK

f.
1. Bir şeyi, üstündəki tozu, xırda şeyləri düşürmək üçün əsdirmək, çırpmaq. Palazı silkmək. Üst-başını silkmək.
– Qurban … durdu ayağa və ətəklərinin gəcini silkib başmaqlarını geydi və yavaş-yavaş üz qoydu getməyə. C.Məmmədquluzadə.
[Alo] iki əl səpdikdən sonra çuxasının ətəyini silkərək gəlib, cütün dəstəyindən yapışdı. S.Rəhimov.

2. Silkələmək.
Cənnət xanım… başını silkib elə qışqırdı ki, üzündən pudra ələndi. Mir Cəlal.
Bu zaman Natiq çiyinlərini silkib abanı minbərin üstünə saldı. P.Makulu.

Синонимы

  • SİLKMƏK çırpmaq — döyəcləmək — vurmaq

Этимология

  • SİLKMƏK Sil sözü “təmizlə” deməkdir, onun zəminində silik (indi bu sifət işlədilmir) sifəti yaranıb (təmiz deməkdir)
SİLKMƏ
SİLL

Значение слова в других словарях