Sil sözü “təmizlə” deməkdir, onun zəminində silik (indi bu sifət işlədilmir) sifəti yaranıb (təmiz deməkdir). Silkmək feili də sil feili ilə qohumdur, amma müasir baxımdan aralarında məna fərqi var: silk sözü “yırğalama” anlamına uyğun gəlir. Silkələ(səpələ qəlibi üzrə) forması da mövcuddur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)