siyasi repressiya qurbanları

Siyasi repressiya növlərinə məruz qalmış şəxslər, onların ailə üzvləri, o cümlədən öz valideynləri və ya qohumları ilə birlikdə repressiyanın icra edilməsi (sürgünün, köçürtmənin, cəzanın çəkilməsi) yerlərində olan şəxslər, repressiyanın icra edilməsi yerlərində anadan olmuş uşaqlar, həmçinin siyasi repressiya kimi ölüm cəzasına məhkum edilmiş şəxslərin uşaqları

siyasi repressiya
SN-37
OBASTAN VİKİ
Siyasi Repressiya Qurbanları Muzeyi (Bakı)
Siyasi Repressiya Qurbanları Muzeyi — Azərbaycanda Bakı şəhərində yerləşən muzey. Muzey 1925-ci ildən SSRİ-nin əsas repressiv orqanlarının, Fövqəladə Komissiyanın, Daxili İşlər Xalq Komissarlığının və Dövlət Təhlükəsizlik Komitəsinin fəaliyyət göstərdiyi binada açılıb. Vaxtilə binanın zirzəmisində saxlama kameraları, istintaq otaqları, ölüm cəzasına məhkum edilənlərin güllələndiyi yerlər mövcud olub. Muzeyin ekspozisiyası Azərbaycan tarixinin ən acınacaqlı səhifələrindən, 1920–1950-ci illərdə SSRİ-nin yüz minlərlə ictimai xadim və dövlət xadiminin, elm, mədəniyyət, incəsənət nümayəndəsinin, sıravi vətəndaşın siyasi repressiyalara məruz qoyulması ilə nəticələnən repressiv siyasətindən bəhs edir. 1920–1950-ci illərdə repressiyaya məruz qalmış azərbaycanlıların ümumi sayı 400 min nəfərdən artıq olub. Muzey 24 may 2019-cu ildə Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilən tədbirlər çərçivəsində DSX-nin inzibati binasında yaradılıb. 1925-ci ildən sonra bu binada SSRİ-nin əsas repressiv orqanları fəaliyyət göstərib. Binanın zirzəmisində həbs edilənlərin saxlanılma kameraları, istintaq otaqları, ölüm hökmü çıxarılanların güllələnməsi yerləri mövcud olub. Muzeyin ekspozisiyasının əsasını Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər, Milli Arxiv İdarəsinin Dövlət və Kino-Foto arxivlərində, Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanan sənədlər və fotoşəkillər, həmçinin yerli sənətkarların hazırladıqları kompozisiyalar təşkil edir. Bəzi sənədlər Rusiya arxivlərindən, Qazaxıstan "ALJİR" Siyasi Repressiya Muzeyi tərəfindən təqdim olunub.
Siyasi repressiya
Siyasi repressiya (lat. repressio - əzmə, zülm etmə) — dövlət orqanları, dövlət tərəfindən tətbiq edilən cəza tədbiri. Siyasi təzyiq bəzən siyasi ayrı-seçkilik termini ilə sinonim kimi istifadə olunur. İnsan hüquqlarının pozulması, nəzarətdən sui-istifadə, polis şiddəti, həbs, vətəndaş hüquqlarının məhdudlaşdırılması, zorakılıq aktları və ya terrorizm, qətl, məhkəmədənkənar qətl, işgəncə, adam oğurluğu və siyasi fəalların, dissidentlərin və ya ümumi əhalinin məhkəmədənkənar cəzalandırılması kimi ayrı-seçkilik siyasəti həyata keçirilir.
Repressiya
Siyasi repressiya (lat. repressio - əzmə, zülm etmə) — dövlət orqanları, dövlət tərəfindən tətbiq edilən cəza tədbiri. Siyasi təzyiq bəzən siyasi ayrı-seçkilik termini ilə sinonim kimi istifadə olunur. İnsan hüquqlarının pozulması, nəzarətdən sui-istifadə, polis şiddəti, həbs, vətəndaş hüquqlarının məhdudlaşdırılması, zorakılıq aktları və ya terrorizm, qətl, məhkəmədənkənar qətl, işgəncə, adam oğurluğu və siyasi fəalların, dissidentlərin və ya ümumi əhalinin məhkəmədənkənar cəzalandırılması kimi ayrı-seçkilik siyasəti həyata keçirilir.
Alapayevsk qurbanları
Alapayevsk qurbanları (Alapayevsk şа́xtasının qurbanları) — Sovet höküməti nümayəndələri tərəfindən 18 iyul 1918-ci il gecəsi öldürülən Romanovlar sülaləsi üzvləri və onlara yaxın olan insanlar. Qətil hadisəsi çar ailəsinin edamının ertəsi günü, "Nijnyaya Selimskaya" mədəni yaxınlığında yerləşən Alapayevsk şəhərindən 18 km uzaqlıqda baş vermişdir, qurbanların cəsədləri mədən quyuların birinə atılmışdır. 8 iyun 2009-cu il tarixində Rusiya Baş Prokurorluğu Alapayevsk yaxınlığında öldürülənlərin hamısına bəraət qazandırdı. Xaricdəki Rus Pravoslav Kilsəsi Alapayevsk yaxınlığında öldürülənlərin hamısını (F. Remez istisna olmaqla) övliyalar sırasına keçirdi. Rus Pravoslav Kilsəsi onlardan yalnız ikisini böyük knyaginya Yelizaveta Fyodorovnanı və rahibə Varvaranı müqəddəsləşdirdi. Alapaevsk yaxınlığında öldürülənlərin siyahısına aşağıdakı şəxslər daxildir: böyük knyaginya Yelizaveta Fyodorovna; böyük knyaz Sergey Mixayloviç; imperator qanı knyazı İoann Romanov; imperator qanı knyazı Konstantin Konstantinoviç (kiçik); imperator qanı knyazı İqor Konstantinoviç; knyaz Vladimir Pavloviç Paley (böyük knyaz Pavel Aleksandroviçin Olqa Pistolkors ilə morqanatik nikahdan doğulmuş oğlu); Fyodor Semyonoviç (Mixayloviç) Remez, böyük knyaz Sergey Mixayloviçin müavini; Marfa və Məryəm monastırının bacıları Varvara (Yakovleva), zaviyənişin Yelizaveta Fyodorovna. Bu yer yaxınlığında 1995-ci ildə Rus Kilsəsinin yeni şəhidləri və övliya adına monastır quruldu.
İyul qurbanları
İyul qurbanları ( xorv. Srpanjske žrtve ) 29 iyul 1845 -ci ildə Avstriya İmperator Ordusu ilə toqquşmada həlak olan Xorvatiya Xalq Partiyasının üzvləri idi. 1845-ci ildə Xorvatiyanın paytaxtının da daxil olduğu Zaqreb vilayətində yerli hökumət seçkiləri keçirildi. Xorvat-macar partiyası namizədi səsvermənin nəticələrini saxtalaşdıraraq qalib gəlib . Seçkilərin nəticələri elan edildikdən Xalq partiyasının üzvləri qalibləri səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandıraraq etiraz etmək üçün Müqəddəs Mark meydanına çıxdılar Macar əsilli Frans Haller Avstriya ordusunu meydanı etirazçılardan təmizləməyə çağırdı. Ordu bu əmri yerinə yetirməyə başlayanda etirazçılardan biri olan Mirko Boqoviç qılıncla ordu zabitinə hücum etdi. Boqoviçə atəş açan əsgər onun müdafiəsinə qalxdı. Digər əsgərlər bu atəşi atışa başlamaq əmri kimi qəbul etdilər . İzdihamın üzərinə açılan yaylım atəşi nəticəsində 13 etirazçı həlak olmuş, 27 nəfər yaralanmışdır . Daha sonra sonunculardan altı nəfər aldığı yaralardan dünyasını dəyişdi .
Siyasi
Siyasət (qədim yunanca: Πολιτικά, politika — "şəhərlərin işləri") — sosial qruplarda qərarların qəbulu və ya fərdlər arasında güc münasibətlərinin digər formaları, məsələn, resursların və ya statusun bölüşdürülməsi ilə əlaqəli fəaliyyətlər məcmusu. Siyasəti və hökuməti öyrənən sosial elm sahəsinə siyasi elm — politologiya deyilir Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir. "Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası "at təlimi" deməkdir. Bir çox qərb ölkələrində, məsələn, ingilisdilli ölkələrdə, "Politics", almandilli ölkələrdə isə "Politik" terminini istifadə edirlər. "Politics/Politik" sözü yunan sözü olan "Polis" sözündən götürülüb.
Siyasi-iqtisad
Siyasi iqtisadiyyat — insan cəmiyyətinin müxtəlif inkişaf mərhələlərində həyat üçün zəruri vasitələrin istehsalı, bölgüsü və mübadiləsi qanunlarını öyrənən elm. Siyasi-iqtisad müstəqil elmi sahə kimi XVI əsrin sonunda yaranıb. Siyasi-iqtisadın inkişafında xüsusi rolu A. Smit və D. Rikardo oynayıblar. Sürətlə inkişaf edən kapitalizm cəmiyətinin, onun maddi sərvətlərini (manufaktura, dənizçilik, ticarət və sairə)əsasları kimi, onun ictimai məcmusunda, ümumiyətlə əməyi elan edirdilər. Dəyərin əmək nəzəriyəsi əsasında əmək gəlirlərinin mənşəyinin izahına cəhd edilmişdir, eləcə də iqtisadi meyarlara əsasən burjua cəmiyətinin əsas sinifləri qeyd edilmişdir. Siyasi-iqtisadın elm kimi inkişafına, öz əsərlərində burjua cəmiyətini, onun hərəkət və inkişaf qanunlarını dərin və hərtəfərli təhlil edən, iqtisadi proseslərin təkamülünün zərurətini göstərən, K. Marks böyük töhfə vermişdir. Cəmiyətin öyrənilməsinə hərtərəfli baxış, Makrsa nəinki burjua cəmiyətinin mahiyətini (Kapital) açmağa, həm də onun ziddiyətlərini göstərməyə, onun inkişafının dərin meyllərini, xüsusi ilə elmini və məhsuldar qüvvələrini tətqiq etməyə imkan verdi. Marks qeyd edirdi ki tarixin hərəkətinin əsasında, spesifikası istehsalat münasibətləri ilə şərtlənən, istehsalın sosial forması durur. Marks dəyərin sosial əmək forması kimi, müvafiq olaraq əmək subyektlərinin (o vaxtki burjua cəmiyəti çərçivəsində — işçilərin və kapitalistlərin) tətqiqinə böyük önəm verirdi. Neoklassik nəzəriyənin (J. B Səy, A. Marşall, F. Hayek, L. Mizes, M. Fridmen və b.) əsasında iqtisadi təzahürlərin xarici formaları durur.
Siyasi azadlıq
Siyasi azadlıq — vətəndaşın əsas hüququ. Marksist fəlsəfədə görə dərk edilməyən qanunlar "kor"zərurət kimi təzahür edirlər.İnsan öz tarixinin başlanğıcında hələ təbiətin sirlərinə nüfuz edə bilmədiyi üçün dərk edilməyən zərurətin qulu olaraq qalırdı,hələ azad deyildi.Obyektiv qanunları nə qədər dərindən öyrənirsə insan öz fəaliyyətində o qədər şüurlu və azad olur. Azadlığın marksist tərifi XVII əsrin niderland filosofu B.Spinozanın tərifi ilə üst-üstə düşür:"Azadlıq dərk edilmiş zərurətdir".Spinozanın müasiri T.Hobs hesab edirdi ki,azadlıq müqavimətin olmamasıdır.Onun fikrincə insanın azadlığı nəyi isə gerçəkləşdirməyə can atan iradənin müqavimətə rast gəlməməsidir.Russo deyirdi:"Azadlıq-bərabərlik olmadan yaşaya bilməz". Rus yazıçısı Dostoyevskinin dediyinə görə azadlıq insan üçün ən əzablı qayğıdır;insan və insan cəmiyyəti üçün-heç nə,heç vaxt azadlıq qədər ağır yük olmamışdır.İnsan azad olandan sonra tələsik axtarır ki,kimin qarşısında diz çöksün və azadlıqdan xilas olsun.Kant göstərir ki,azadlıq hərfən və mahiyyətcə ideyadır.O,mütləq hamı üçün azadlığı nəzərdə tutur.Bütün cəmiyyəti azad etmədən hansısa tək bir adamın təcrid olunmuş azadlığı ağlasığan bir şey deyil.Hegel azadlığı əsl daxili ziddiyyət hesab edirdi.Onun fikrincə azdlıq odur ki,insan yalnız özündən asılı olsun. Z.Freydin davamçılarından biri olan E.Fromm göstərirdi ki,azadlıq-şəxsiyyətin özünü idarə etməsidir,onun mənəvi,emosional qabiliyyətinin ifadəsidir.M.Haydegger göstərirdi ki,insana Taleyi özünə tabe etmək və yaxud dəyişdirmək nəsib olmamış,odur ki,onun azadlığı həmin Taleyi itaətlə qəbul etməkdən ibarətdir.Haydegger azadlığı idrak ilə əlaqələndirirdi.O,yazmışdı "Hər cür əsl qurtuluş yalnız zənciri qırmaq və öhdəliyi atmaq deyil,hər şeydən əvvəl azadlığın mahiyyətini öncədən müəyyən etməkdir ".Onun sözlərinə görə özbaşnalıq "azadlığın gecə tərəfidir". Çoxları isə deyirlər ki,azadlıq müəyyən fikir müstəqilliyi,fəaliyyət sərbəstliyi deməkdir,insanın öz yaradıcılıq qabiliyyətini sərbəst ifadə etmək imkanıdır.Fəlsəfə tarixində bir sıra böyük filosoflar(Aristotel,Hegel,Marks və b.)azadlıq,o cümlədən siyasi azadlıq haqqında fikir söyləmişlər.Məsələn,ingilis filosofu T.Hobbsa görə azadlıq qanunla yasaq edilməyən hər şeyi istədiyi kimi etmək və qanunun məcbur etmədiyi isə etməmək imkanıdır.Burada azadlıq-qanunun əksidir,lakin onlar bir-birini inkar etmir,qarşılıqlı olaraq məhdudlaşdırırlar.Qanunlar çoxaldıqca-azadlıqlar azalır və yaxud əksinə.T.Hobbs burada belə nəticə çıxarır: bir halda ki,qanunlar vətəndaşların bütün hərəkət və davranışlarını əhatə edə bilmir,istənilən idarə formasında həmişə qanunun yasaq etmədiyi və yaxud məcbur etmədiyi sonsuz dərəcədə çoxlu hallar olur.Ona görədə hər bir dövlətdə-istər monarxiya,istərsədə demokratiya olsun-vətəndaşlar azaddır.Hətta suverenin (monarx və ya xalqın)hakimiyyəti məhdudlaşdırmayanda da vətəndaş azddır.Çünki suverenin iradəsi qanun deməkdir,qanun isə azadlığı məhv etmir,onu yalnız məhdudlaşdırır.Azadlığın liberal anlayışına görə qanun azadlığın əksi deyil,onun zəruri şərtidir,o azadlığı məhdudlaşdırmır,əksinə onu saxlayır və genişləndirir.Başqa ingilis filosofu C.Lokk deyirdi:"Qanun olmayan yerdə azadlıq da yoxdur".Azadlığın liberal anlayışı qanun və iradəni qəti şəkildə bir-birinə qarşı qoymağa əsaslanır.İradə nə isə fərdi,müəyyən olmayan,naməlum və daimi olmayan bir şeydir.Qanun isə ümumi,müəyyən,elan edilmiş və daimi bir şeydir.Başqasının iradəsindən asılı olmaq insanı azadlıqdan məhrum edir,qanundan(yalnız ondan)asılı olmaq isə onu azad edir.Beləliklə,liberal anlayışında qanun azadlığı deyil,azadlıq qanunu məhdudlaşdırır,qanun azadlığın hüdudunda deyil,azadlıq qanunun hüdudunu müəyyənləşdirir.
Siyasi coğrafiya
Siyasi coğrafiya, coğrafi amillərin siyasi orqanların və təşkilatların qəbul etdiyi qərarlara təsirini, siyasi qərarların həyata keçirilməsinin coğrafi mühitə və nəticədə yaranan coğrafi hadisələrə təsirini araşdıran insan coğrafiyasının alt fənnidir. Siyasi coğrafiya, coğrafiyanın əsas iş prinsiplərinə (bölgü, əlaqə və səbəb-nəticə) görə dövlətlə yer arasındakı münasibətləri araşdırır. Alman alimi Fridrix Ratsel (1844–1904) "Siyasi coğrafiya" kitabı ilə siyasi coğrafiyanın banisi hesab olunur, o, bu kitabında insanın dünyaya yayılmasının təbii şəraitdən qaynaqlandığını iddia edir. Bir ölkədə, bütün dünyada və ya dünyanın bir hissəsində, təbii, bəşəri və iqtisadi hadisələrin paylanması, bunlar arasındakı əlaqələr ilə səbəblər və nəticələri araşdıraraq, dövlət işlərində töhfələr verir. Qütb bölgələrinin və ekvatorial Afrikada dövlət quruluşlarının zəifliyi və orta genişliklərdə güclü və köklü dövlətlərin qurulması coğrafiyanın siyasətə təsirinin nümunələridir. Geosiyasət və geostrategiya, siyasi coğrafiyada tərif və maraq baxımından oxşar olan, lakin sinonim olmayan iki anlayışdır. Geostrategiya, məlumat baxımından siyasi və hərbi planlaşdırmanı dəstəkləyən, əlaqələndirən və ya təsir edən coğrafi amillər tərəfindən idarə olunan bir növ xarici siyasət növü olan geosiyasətin alt şöbəsidir. Geosiyasət siyasi coğrafiyadan qaynaqlanan bir elm sahəsidir. Bu elm, siyasi coğrafiyanın dövlətlərə verdiyi üstünlük və çatışmazlıqları araşdırır.
Siyasi elm
Politologiya və ya siyasi elm — politologiya siyasətin elmi tədqiqidir. Bu, idarəetmə və güc sistemləri, siyasi fəaliyyətlərin, siyasi düşüncələrin, siyasi davranışların və əlaqəli konstitusiyaların və qanunların təhlili ilə məşğul olan sosial elmdir. Siyasi elm sosial elmlər içərisində nisbətən yeni olsa da, öz başlanğıcını tarix, siyasi fəlsəfə, siyasi iqtisad kimi elmlərdən götürmüşdür. Elmin yeni olmasına baxmayaraq, bir çoxları onun banisi kimi Aristoteli qəbul edirlər. Siyasi elmin kökündə duran fikirlərə hələ qədim Çin və Hindistanda, Aristotel və Platonun əsərlərində rast gəlinsə də bir elm kimi onun formalaşmağı XIX əsrin 60-cı illərinə təsadüf edir. 1903-cü ildə Beynəlxalq Siyasi Elmlər Assosiasiyasının 1906-cı ildə isə Amerika Siyasi Elm Jurnalının əsasının qoyulması ilə bu sahədə tədqiqatlar daha da genişlənmişdir. 1950–1960-cı illərdə elm aləmində baş vermiş Biheviorist inqilab nəticəsində Siyasi elm daha da təkmilləşərək insanların fərd və qrup halında davranışına doğru istiqamətlənmişdir. Müasir politologiyanı ümumiyyətlə müqayisəli siyasət, beynəlxalq münasibətlər və siyasi nəzəriyyə kimi üç alt fənnə bölmək olar. Digər alt fənlər dövlət siyasəti və idarəetmə, daxili siyasət və hökumət (çox vaxt müqayisəli siyasət çərçivəsində öyrənilir), siyasi iqtisadiyyat və siyasi metodologiyadır. Bundan əlavə, iqtisadiyyat, hüquq, sosiologiya, tarix, fəlsəfə, coğrafiya, jurnalistika, antropologiya, psixologiya və sosial siyasət.
Siyasi fəlsəfə
Siyasi fəlsəfə — Fəlsəfə və siyasi elmin qovşağında yerləşən, siyasətə, siyasi dəyərlərə, siyasi gerçəkliyin mahiyyətinə və siyasi analizin ilkin intellektual şərtlərinə dair fikirləri öyrənən elm sahəsidir. Siyasi fəlsəfənin tədqiq etdiyi mövzulara siyasət, azadlıq, ədalət, mülkiyyət, hüquqlar, qanunlar və səlahiyyət sahibləri tərəfindən hüquqi bazanın gücləndirilməsi aiddir. Onlar nədirlər, onlara nəyə görə (bəzən ümumiyyətlə) ehtiyac var, siyasi gücü legitim edən nədir və o hansı hüquqlar və azadlıqları qorumalıdır və niyə, bu hansı formada olmaldıır və niyə, qanunla nədir, əgər varsa, vətəndaşların legitim hökumət qarşısında öhdəlikləri nədir və əgər mümkünsə, bu öhdəliklərdən nə zaman imtina etmək olar. Sadə dillə desək, "siyasi fəlsəfə" termini dedikdə fəlsəfənin texniki fənlərinə aid olması hökmən olmayan, siyasət haqqında ümumi baxışlara və ya spesifik etikaya, siyasi inanca və ya yanaşmaya istinad edilir. Başqa sözlə, siyasi fəlsəfə siyasi hadisələrin və proseslərin mahiyyətini, onların qarşılıqlı təsirini araşdırır. Onun predmetinə siyasət ilə hakimiyyətin qarşılıqlı əlaqələri, onun maddi və ideal formaları – dövlət, vətəndaş cəmiyyəti, siyasi şüur və digər məsələlər daxildir. Yuxarıda qeyd edildiyi kimi bu elm fəlsəfə ilə siyasi elmin qovşağında yaranan sahədir. O, siyasət dünyasının mənəvi və dünyagörüşü səpkilərini öyrənir. Digər tərəfdən siyasət insanların dünyagörüşü, normativ xarakterli dəyərlərinin formalaşdığı fəaliyyət sahəsi olduğundan siyasi fəlsəfə də cəmiyyətin siyasi sistemi və təşkilinin prinsiplərini təhlil edir. Siyasət fəlsəfəsinin tədqiqat sahəsi – siyasi münasibətlər üzərində qurulan siyasi ideyalar və institutlardır.
Siyasi hakimiyyət
Siyasi hakimiyyət — bir nəfərin və ya elitanın vətəndaşların və cəmiyyətin davranışını milli maraqlardan irəli gələrək idarə etmə imkanları. Bu anlayış bir qayda olaraq "dövlət hakmiyyəti" anlayışı ilə bir anlamda işlənir.
Siyasi inteqrasiya
Siyasi inteqrasiya (ing. Political Integration) — qarşılıqlı əməkdaşlığa yönəlmiş iki və ya daha çox siyasi quruluşun daha dar mənada yaxınlaşma prosesi, dövlətlərarası səviyyədə müəyyən bir ayrılmaz siyasi sistem kompleksinin meydana gəlməsidir . Bu cür inteqrasiyanın xarakterik nəticələrindən biri də bu strukturların birləşdirilməsidir. Eyni zamanda, hər hansı bir məsələnin ortaq şəkildə həlli üçün həm rəsmi, həm də qeyri-rəsmi qurumların olması lazımdır. İnteqrasiya olunmuş cəmiyyətdə inteqrasiya iştirakçıları arasındakı əməliyyat səviyyəsinin artdığı və maraqlar və dəyərlər birliyinin artdığı güman edilir. Karl Doyç inteqrasiyada dövlətlərin qarşılıqlı gözləntiləri sabit olduğu təqdirdə dövlətlər arasındakı ziddiyyətlərin sülh yolu ilə həll ediləcəyini görür. Beləliklə, inteqrasiyanı həm dövlət, həm də bir proses olaraq görür. Dövlət olaraq inteqrasiyaya ən yaxşı şəkildə siyasi bir toplum kimi baxılır. İnteqrasiya prosesi, iştirak edən bütün təşkilatlar üçün minimum xərclərlə maksimum qarşılıqlı fayda əldə etməyə imkan verir. Buna baxmayaraq, inteqrasiya bütün aktyorların bu proses üçün əhəmiyyətli dərəcədə hazırlaşmasını və idarəetmələrinin yaxşı keyfiyyətini tələb edir.
Siyasi iqtisad
Siyasi iqtisadiyyat — insan cəmiyyətinin müxtəlif inkişaf mərhələlərində həyat üçün zəruri vasitələrin istehsalı, bölgüsü və mübadiləsi qanunlarını öyrənən elm. Siyasi-iqtisad müstəqil elmi sahə kimi XVI əsrin sonunda yaranıb. Siyasi-iqtisadın inkişafında xüsusi rolu A. Smit və D. Rikardo oynayıblar. Sürətlə inkişaf edən kapitalizm cəmiyətinin, onun maddi sərvətlərini (manufaktura, dənizçilik, ticarət və sairə)əsasları kimi, onun ictimai məcmusunda, ümumiyətlə əməyi elan edirdilər. Dəyərin əmək nəzəriyəsi əsasında əmək gəlirlərinin mənşəyinin izahına cəhd edilmişdir, eləcə də iqtisadi meyarlara əsasən burjua cəmiyətinin əsas sinifləri qeyd edilmişdir. Siyasi-iqtisadın elm kimi inkişafına, öz əsərlərində burjua cəmiyətini, onun hərəkət və inkişaf qanunlarını dərin və hərtəfərli təhlil edən, iqtisadi proseslərin təkamülünün zərurətini göstərən, K. Marks böyük töhfə vermişdir. Cəmiyətin öyrənilməsinə hərtərəfli baxış, Makrsa nəinki burjua cəmiyətinin mahiyətini (Kapital) açmağa, həm də onun ziddiyətlərini göstərməyə, onun inkişafının dərin meyllərini, xüsusi ilə elmini və məhsuldar qüvvələrini tətqiq etməyə imkan verdi. Marks qeyd edirdi ki tarixin hərəkətinin əsasında, spesifikası istehsalat münasibətləri ilə şərtlənən, istehsalın sosial forması durur. Marks dəyərin sosial əmək forması kimi, müvafiq olaraq əmək subyektlərinin (o vaxtki burjua cəmiyəti çərçivəsində — işçilərin və kapitalistlərin) tətqiqinə böyük önəm verirdi. Neoklassik nəzəriyənin (J. B Səy, A. Marşall, F. Hayek, L. Mizes, M. Fridmen və b.) əsasında iqtisadi təzahürlərin xarici formaları durur.
Siyasi iqtisadiyyat
Siyasi iqtisadiyyat — insan cəmiyyətinin müxtəlif inkişaf mərhələlərində həyat üçün zəruri vasitələrin istehsalı, bölgüsü və mübadiləsi qanunlarını öyrənən elm. Siyasi-iqtisad müstəqil elmi sahə kimi XVI əsrin sonunda yaranıb. Siyasi-iqtisadın inkişafında xüsusi rolu A. Smit və D. Rikardo oynayıblar. Sürətlə inkişaf edən kapitalizm cəmiyətinin, onun maddi sərvətlərini (manufaktura, dənizçilik, ticarət və sairə)əsasları kimi, onun ictimai məcmusunda, ümumiyətlə əməyi elan edirdilər. Dəyərin əmək nəzəriyəsi əsasında əmək gəlirlərinin mənşəyinin izahına cəhd edilmişdir, eləcə də iqtisadi meyarlara əsasən burjua cəmiyətinin əsas sinifləri qeyd edilmişdir. Siyasi-iqtisadın elm kimi inkişafına, öz əsərlərində burjua cəmiyətini, onun hərəkət və inkişaf qanunlarını dərin və hərtəfərli təhlil edən, iqtisadi proseslərin təkamülünün zərurətini göstərən, K. Marks böyük töhfə vermişdir. Cəmiyətin öyrənilməsinə hərtərəfli baxış, Makrsa nəinki burjua cəmiyətinin mahiyətini (Kapital) açmağa, həm də onun ziddiyətlərini göstərməyə, onun inkişafının dərin meyllərini, xüsusi ilə elmini və məhsuldar qüvvələrini tətqiq etməyə imkan verdi. Marks qeyd edirdi ki tarixin hərəkətinin əsasında, spesifikası istehsalat münasibətləri ilə şərtlənən, istehsalın sosial forması durur. Marks dəyərin sosial əmək forması kimi, müvafiq olaraq əmək subyektlərinin (o vaxtki burjua cəmiyəti çərçivəsində — işçilərin və kapitalistlərin) tətqiqinə böyük önəm verirdi. Neoklassik nəzəriyənin (J. B Səy, A. Marşall, F. Hayek, L. Mizes, M. Fridmen və b.) əsasında iqtisadi təzahürlərin xarici formaları durur.
Siyasi komissar
Siyasi komissar (rus. политический руководитель) — siyasi təhsil və təşkilatlanma üçün məsul olan nəzarətçi siyasi zabitdir və hərbin sivil nəzarətini həyata keçirirdi. Tarixdə the commissaire politique (siyasi komissarlıq) ilk dəfə Fransa inqilabı (1789-99) zamanı meydana gəlmiş, əks-inqilabi fikrə və fəaliyyətə qarşı mübarizə aparmış və beləliklə respublikaçıların qələbəsini təmin etmişdir. Fransız respublikaçı mənşəyinə baxmayaraq, siyasi komissar adətən 1917-ci ilin Rusiya müvəqqəti hökumətinin onları hökumətin siyasi nəzarətini təmin etmək üçün hərbi qüvvələrə tanıtdığı SSRİ (1917-91) ilə əlaqədar idi. Oktyabr inqilabı ilə kommunist rejimində yaranan siyasi komissar, Qızıl Orduda 1942-ci ilə qədər qaldı. Qızıl Orduda və Sovet ordusunda siyasi komissar, 1918-24, 1937-40 və 1941-42 dövrləri ərzində mövcud olmuşdur, lakin hər Qızıl Ordu siyasi zabiti komissar deyildi. Siyasi komissar, bölük komandiri hərbi rütbəsinə bərabər mövqeyə malik idi, eləcə də komissarın bölük komandirinin əmrlərini ləğv etməyə səlahiyyəti çatırdı. Qızıl Ordunun tarixi ərzində, siyasi zabitlər bölük komandirlərinə tabe ediləndə siyasi komissar vəzifəsi mövcud deyildi. Rus hərbinin siyasi nəzarəti, hər bölüyə və hissəyə, donanma daxil olmaqla, rotadan diviziya səviyyəsinə qədər siyasi komissar tərəfindən aparılırdı. İnqilabi hərbi şuralar orduda, cəbhədə, donanmada ən azı 3 üzv – komandir və 2 siyasi işçi daxil olmaqla, yaradılmışdı.
Siyasi kommentator
Siyasi şərhçi və ya siyasi kommentator — öz siyasi fikirlərini ictimai səsləndirən şəxs, siyasi tənqidçi. Siyasi şərhçilər uzun müddətdir ki, mövcud idi, ancaq 1950-ci illərdə ABŞ-də politologiya dalğası başlamışdır. Politologiya və siyasi şərhçilik iki fərqli anlayış olsa da, siyasət özü "elm" kimi qəbul edilir.
Siyasi korrupsiya
Siyasi korrupsiya — gəlir əldə etmək üçün hökumət rəsmiləri və ya onların şəbəkə əlaqələrindən qeyri-qanuni şəxslərin səlahiyyətlərinin istifadəsi. Korrupsiyanın müxtəlif forması var: rüşvət, qəsb, nepotizm, parokializm, qəyyumluq və mənimsəmə.
Siyasi mədəniyyət
Siyasi mədəniyyət — mənəvi mədəniyyətin tərkib hissəsi olan siyasi mədəniyyət politologiya elminin mühüm anlayışlarından biridir. Siyasi mədəniyyət anlayışı iki mənada işlənir. Geniş mənada siyasi mədəniyyət bəşər cəmiyyətinin yaratmış olduğu ümumi mədəniyyətin bir hissəsi kimi işlənir. Yəni bu halda iqtisadi mədəniyyət, dini mədəniyyət, əxlaqi mədəniyyət və s. kimi hər bir cəmiyyətdə siyasi mədəniyyət də mövcuddur. Onlar bir-biri ilə sıx bağlıdır. Dar mənada siyasi mədəniyyət hər bir fərdin, sosial qrupun, sinfin və ya millətin siyasi davranış və fəaliyyət qaydalarının, onların siyasətdə, siyasi hakimiyyətə münasibətlərinin ifadəsi kimi başa düşülür. «Siyasi mədəniyyət» anlayışını politologiya elminə ilk dəfə Amerika politoloqları Q.Almond və S.Verba gətirmiş və onu politologiya elminin mühüm kateqoriyalarından biri kimi şərh etmişlər. Q.Almond və S.Verba «Vətəndaş mədəniyyəti» əsərində siyasi mədəniyyətin cəmiyyətin siyasi sistemində, siyasi rejimlərdəki rolunu yüksək qiymətləndirərək belə bir ümumi nəticəyə gəlmişlər ki, demokratiyanın inkişafı və demokratik rejimin meydana gəlməsi və formalaşması hər şeydən əvvəl, yüksək siyasi mədəniyyət tələb edir və onun sayəsində mümkündür. Siyasi mədəniyyət bütövlükdə siyasi davranış siyasi biliklərə yiyələnmək, siyasi baxışları qiymətləndirmək, nəhayət, siyasi fəaliyyət mədəniyyətidir.
Siyasi məhbus
Siyasi məhbus — şəxsi azadlığını özünün başlıca hüquqlarından məhrum olaraq itirmiş insan. Həmin hüquqlar Avropa İnsan Haqları Konvensiyasında və digər sənədlərdə qeyd edilən hüquqlardır. Bu sıraya söz, ifadə, vicdan, din və sərbəst toplaşmaq azadlıqları daxildir. Əgər bir şəxsin azadlıqdan məhrum edilməsinin tam olaraq siyasi səbəblərdən baş verdiyi aşkardırsa, bu halda da həmin şəxs siyasi məhbus adı daşıyır.Hətta siyasi həbsxana kimi tanınan bəzi həbsxanalar, yalnız siyasi məhbusların saxlanılması üçün ayrılıb.
Siyasi partiya
Siyasi partiya — öz namizədlərini siyasi vəzifələrə təyin etmək yolu ilə dövlət siyasətinə təsir etməyə çalışan siyasi təşkilat. Partiyalar etiraz aksiyalarında və seçki kampaniyalarında iştirak edir, müxtəlif maraqlar əsasında, xüsusi məqsədlər üçün ifadə edilmiş ideologiyaları təbliğ edirlər. Siyasi partiyanın təsis edilməsinə və onun nəzarətinə yardımçı olan könüllü şəxs partiyanın təşkilatçısı adlanır. Bu şəxs eyni zamanda partiya işçisi hesab edilir. Adətən siyasi partiya partiya rəhbəri (lideri), partiya katibi, partiya xəzinədarı və partiya sədri tərəfindən idarə edilir. Partiya lideri partiyanı təmsil edən ən səlahiyyətli üzv və nümayəndədir. Partiya katibi gündəlik işə və partiya yığıncaqlarının hesabatını saxlamağa cavabdehdir. Xəzinədar üzvlük haqqlarına görə məsuliyyət daşıyır. Partiya sədrinin əsas vəzifəsi isə partiya üzvlərini toplamaq və çağırmaq məqsədilə strategiyalar yaratmaqdır. Sədr, həmçinin, partiyanın yığıncaqlarına sədrlik edir.
Siyasi plüralizm
Siyasi plüralizm - müxtəlif fikirlər əsasında müəyyənləşən rəy, bir neçə siyasi partiyanın bir istiqamətdə müxtəlif fikirlərdə ortaq məxrəcə gəlməsi. Siyasi plüralizmin mövcudluğu üçün azad söz və azad KİV, çoxpartiyalı sistem, azad seçki, parlamentarizm, dövlətdən asılı olmayan ictimai təşkilatların olması zəruridir.
Siyasi radikalizm
Bu məqalə ümumiyyətlə inqilabçılıq anlayışı ilə əlaqədardır. Sosializmdə islahat üçün, Reformizmə baxın. İslahatçılıq və ya reformizm — cəmiyyətdəki zəruri dəyişikliklərin qəfildən dövrim yolu ilə deyil, reformlar yolu ilə hamar bir keçid şəklində olması fikridir. İnqilabçılıq prinsipi əsas prinsiplərə uyğun yenilikçi bir prinsipdir. Köhnə qurumları məhv etmək və yenilərini əvəz etməkdir. İnqilabçılıq son nəticədə inkişafın ideologiya/modeli kimi qəbul edilə bilər. Bu modelin orijinallığı ondan ibarətdir ki, cəmiyyət daxilində ziddiyyətlər və sinif differensiallaşdırmaları səbəb olmadan iqtisadi-sosial inkişafa nail olmaq məqsədi daşıyır. Bu məqsəd üçün ən uyğun yol statizm kimi qiymətləndirilir və ölkələrin sosial inkişafa qeyri-kapitalist yolla nail olması və kapitalizmi kənara qoymaları məqsədəuyğundur.
Siyasi rejim
Siyasi rejim — bir dövlət idarəolunmasında suverenliyin kim tərəfindən və nə şəkildə istifadə ediləcəyini təyin edən formal və informal qayda və vasitələri ifadə edir. Siyasi rejimin digər adı "hökumət sistemi"dir. Siyasi rejimləri ümumiyyətlə; iştirak ağırlıqlı (birbaşa demokratiya), təmsil ağırlıqlı (təmsili demokratiya), olmaq üzrə iki qrupda yığmaq mümkündür. Birbaşa demokratiya, xalqın rəhbərliklə əlaqədar qərarları özünün al/götürməsi və bunu yenə özünün tətbiqi deməkdir. Gerçək həyatda doğrudan demokratiyanın tam mənasıyla tətbiq olunması asan deyil. Çünki, doğrudan demokratiyalarda cəmiyyətdə hər fərdin cəmiyyəti maraqlandıran qərarlara və edilən tətbiqlərə şəxsən iştirakı haqqında danışılan olmaq olmalıdır. Bunun isə günümüz cəmiyyətlərində tətbiq olunma imkanı olduqca güc və hətta qeyri-mümkündür. Təmsili (nümayəndəli) demokratiyalar isə xalqın özünü idarə edəcək nümayəndələrini seçməsi və onlara idarə etmə səlahiyyətini təhvil verməsi mənasını verməkdədir. İndiki vaxtda tətbiq olunma imkanı olduqca güc və hətta qeyri-mümkün olan doğrudan demokratiyalar bir tərəfə buraxılsa təmsili demokratiyaları; parlamentar rejim, başçılıq rejimi, yarı-başçılıq rejimi və məclis hökuməti sistemi olmaq üzrə dörd qrupa ayırmaq mümkündür. Təmsili demokratiyalar içərisində Parlamentar rejimin təməl xüsusiyyətlərini bu şəkildə yekunlaşdırmaq mümkündür: Parlamentar rejimdə qanunuma və icra etmə orqanları hukuken bir-birindən müstəqildir, ancaq aralarında bir sıra əməkdaşlıq və qarlılıqlı təsir mexanizmləri vardır.
Siyasi repressiyalar
Siyasi repressiya (lat. repressio - əzmə, zülm etmə) — dövlət orqanları, dövlət tərəfindən tətbiq edilən cəza tədbiri. Siyasi təzyiq bəzən siyasi ayrı-seçkilik termini ilə sinonim kimi istifadə olunur. İnsan hüquqlarının pozulması, nəzarətdən sui-istifadə, polis şiddəti, həbs, vətəndaş hüquqlarının məhdudlaşdırılması, zorakılıq aktları və ya terrorizm, qətl, məhkəmədənkənar qətl, işgəncə, adam oğurluğu və siyasi fəalların, dissidentlərin və ya ümumi əhalinin məhkəmədənkənar cəzalandırılması kimi ayrı-seçkilik siyasəti həyata keçirilir.